YAXA

is.
1. Paltarın boyun keçən hissəsi, habelə bu hissəyə tikilən və boyunu əhatə edən parça zolağı. Enli yaxa. Köynək yaxası. Kostyumun yaxası kirlənib. Sırmalı yaxa.
– Mina kəmər xub yaraşır belinə; Yaxası qızıldan düymələnibdir. Aşıq Ələsgər.
Məsum kişi arxalığının yaxasını düymələyə-düymələyə içəri girdi. Mir Cəlal.

2. bax yaxalıq.
Əlləzoğlu qrafini götürüb yaxasını, dizlərini islada-islada su içdi. İ.Hüseynov.

3. Sahil, kənar, tərəf.
Paris küçəsində, Nil yaxasında; Yenə al bayraqlı izdihamlar var. S.Vurğun.
Səs verildi üsyana; Qarşıdakı yaxadan, xəbər gəldi, baxsana; O yanki fabrikadan. Ə.Cavad.

◊ Yaxa açmaq1) ölü üçün ağlamaq, yas saxlamaq.
[Xortdan:] Üç gün yaxa açıb təziyədar olur. Ə.Haqverdiyev;

2) qarğımaq, qarğış etmək.
Yaxa ələ vermək – bax yaxasını ələ vermək.
Yaxa ələ verməmək – bax yaxasını ələ verməmək.
Yaxa qurtara bilməmək – xilas ola bilməmək, canını qurtara bilməmək.
Hətta kəndin ən zəngin qızları və yüzbaşının qızları belə, qadınların bu dediqodusundan, qaş-gözündən yaxa qurtara bilməmişdilər. C.Cabbarlı.

Yaxa qurtarmaq – bax yaxasını qurtarmaq.
[Kərəmov özözünə:] Xeyr a!… Bundan yaxa qurtarmaq çətin olacaq. S.Rəhman.

Yaxa yırtmaq1) başqası üçün çalışmaq, başqasını haqlıhaqsız müdafiə etmək. Dost yolunda yaxa yırtdım, baş açdım; Gecə-gündüz dadü bidad eylədim. (Qoşma);
2) ağlamaq, fəğan etmək.
Yar odur ki, yardan sonra yar üçün; Zülf dağıda, yaxa yırta, yara üz. Qurbani.
Bizim üçün bəzmü bərat yazanlar; Eşq əlindən yaxa yırtıb ağlaram. Aşıq Mənzur.

Yaxası əldə qalmaq – üzərində məsuliyyət qalmaq, məsuliyyətdən qurtara bilməmək.
Yaxası ələ keçmək – tutulmaq, girə keçmək, yaxalanmaq.
Tülək tərlan kimi havada süzən; Sonra yaxan keçər ələ, pəhləvan! Koroğlu”.

Yaxası(nı) qurtarmaq – canı(nı) qurtarmaq, xilas olmaq, qurtulmaq. Yaxası yaxşı qurtardı.
– Nə qədər çalışdımsa, onun əlindən yaxamı qurtara bilmədim. M.Hüseyn.

Yaxasına keçmək – yaxasından yapışmaq, tutub buraxmamaq.
Keçib yaxanıza ölümün əli; Hazırdır fələkin qanlı çəngəli! H.K.Sanılı.

Yaxasından əl götürmək (əl çəkmək) – rahat buraxmaq, əl çəkmək, dəyib-toxunmamaq, daha işi olmamaq.
[Şamama Cadu:] A gədə, itil cəhənnəmə, yaxamdan əl götür. Ə.Haqverdiyev.
[Məmmədhəsən əmi arvadına] Arvad, Allah xatirinə, əl çək mənim yaxamdan. C.Məmmədquluzadə.

Yaxasından yapışmaq1) yaxalamaq, yapışmaq, tutub buraxmamaq, əl çəkməmək.
…Nə səbəbə avropalılar öz əməllərini kənarda qoyub, bizim yaxamızdan yapışıblar? C.Məmmədquluzadə.
[Oğlan] gözləyirdi ki, bu saat yaxamdan yapışacaq, kim bilir, nə çətin sual verəcək! Mir Cəlal;
2) məsuliyyətə çəkmək, cavab istəmək.
Bu qaydanı mən qoymamışam, dəvədən böyük fil var, gedin, onun yaxasından yapışın. Kirpi”.

// Yaxasından tutmaq – 1) bax yaxasından yapışmaq;
2) inadla tələb etmək, bir işdən yapışıb əl çəkməmək.
[İndiki şairlər] bir şeyin yaxasını tutub yüz cürə əlfaz və ibarə və istiarələr yolu ilə onu tərif və tövsif etməyə sərfi-hümmət qılırlar. F.Köçərli.
[Əli əmniyyəbaşı mübaşir Məmmədə:] Nə tutmusan abconun yaxasından.
Konyak da var, Şiraz şərabı da! M.İbrahimov.

Yaxasını buraxmaq – bax yaxasından əl çəkmək.
[Rauf Şeydaya:] Kağız ələ keçərsə, pək fəna… Həm də Məcid əfəndi əsla yaxanı buraxmaz. H.Cavid.

Yaxasını ələ vermək1) özünü ələ vermək, tutulmasına, yaxalanmasına imkan vermək, yaxalanmaq, tutulmaq, ehtiyatsızlıq göstərmək;
2) məc. birinin tələbləri, xahişi qarşısında yumşaqlıq göstərmək, zəiflik göstərmək, qarşı dura bilməmək, təsir altına düşmək.
Yaxasını ələ verməmək – özünü ələ verməmək, qaçmaq, yaxın durmamaq, yayınmaq.
Yaxasını qırağa (kənara) çəkmək – bir işə qarışmamaq, məsuliyyətdən qaçmaq, özünü kənara çəkmək, boyun qaçırmaq, imtina etmək. Camalın anası əlayağını yığışdırıb Cənnət kişigilə elçiliyə getdi.
Cənnət kişi yaxasını kənara çəkdi. S.Rəhimov.
Tahir açıq cavabdan yenə yaxasını kənara çəkdi… M.Hüseyn.

Yaxasını qurtarmaq – qurtarmaq, canını qurtarmaq.
Öylə afətdən yaxasın qurtaran olmazmı şad? Füzuli.
[Zeynal] istəyirdi ki, yaxasını uşaqlardan qurtarıb onları analarına versin. S.Hüseyn.

Yaxasını tanımaq – dadanmaq, bir adama daim bir şey üçün müraciət etmək.
Dərd, qara gün yaxasını tanıyan; Biri mənəm, bir də varmı, biləydim. Molla Cümə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YAXA sahil — kənar — tərəf
  • YAXA 1. YAXA Məsum kişi arxalığının yaxasını düymələyə-düymələyə içəri girdi (Mir Cəlal); GİRİBAN (kl.əd.) Götür, tulla bir kənara çarqatı; Giribandan sinə
YAHU
YAXABƏND
OBASTAN VİKİ
Yaxa Dəllək
Yaxa Dəllək — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Dartma, yaxam cırıldı
Dartma, yaxam cırıldı — Azərbaycanın milli rəqslərindən biridir. Komik rəqsdir. Tempi aramdır. Vaxtilə Şəkidə və onun ətraf yerlərində yayılmışdır. "Dartma yaxam cırıldı" mahnidi, onun melodiyası ilə rəqs edərdilər.
Dartma, yaxam cırıldı (rəqs)
Dartma, yaxam cırıldı — Azərbaycanın milli rəqslərindən biridir. Komik rəqsdir. Tempi aramdır. Vaxtilə Şəkidə və onun ətraf yerlərində yayılmışdır. "Dartma yaxam cırıldı" mahnidi, onun melodiyası ilə rəqs edərdilər.
Dartma, yaxam cırıldı rəqsi
Dartma, yaxam cırıldı — Azərbaycanın milli rəqslərindən biridir. Komik rəqsdir. Tempi aramdır. Vaxtilə Şəkidə və onun ətraf yerlərində yayılmışdır. "Dartma yaxam cırıldı" mahnidi, onun melodiyası ilə rəqs edərdilər.
Yaxalayıcı, qapağan
Yaxalıqlı qurqur
Yaxalıqlı qurqur (lat. Streptopelia decaocto) — Göyərçinkimilər dəstəsinə daxil olan quş növü. Yaxalıqlı qurqur Çöl göyərçini boyda olurlar. Uzunluqları 31 ilə 33 sm-ə çatır. Bununla belə daha yüngül və quyruğu daha uzun olması ona daha incə və zərif görünüş verir. Qanadları arasında məsafə 47 ilə 55 sm arasında dəyişir. Bədən çəkisi 150 ilə 200 qr arasındadır. Növün fərqli bir xüsusiyyəti başın arxasındakı qara açıq bir halqadır. Cinsi dimorfizm yoxdur. Gənc quşlarda başın arxasında qara yarım üzük yoxdur.
Yaxalıqlı çovdarçı
Yaxalıqlı çovdarçı (lat. Charadrius hiaticula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinin çovdarçı cinsinə aid heyvan növü.
Yaxan Bəyim
Yaxan Bəyim — Biyəpiş (və ya Gilan) vilayətini idarə edən Kərkiyə sülaləsindən olan şahzadə. O, sonuncu Kərkiyə hökmdarı Xan Əhməd xanla (1538–1592) Səfəvi şahzadəsi Məryəm Bəyimin evliliyindən dünyaya gəlmişdi. I Təhmasibin qızı olan Məryəm Bəyim Xan Əhməd xanla evlənmiş və 1608-ci ildə vəfat etmişdir. Məryəm Bəyim vasitəsiylə Yaxan Bəyim Səfəvi ailəsinin üzvü də hesab edilirdi. O, 1591-ci ildə Səfəvi hökmdarı I Şah Abbasın ən böyük oğlan şahzadəsi olan Məhəmməd Bağır Mirzə ilə nişanlansa da, bu evlilik baş tutmamışdır. Bu evliliyə onun atası Xan Əhməd xan qızının yaşına görə qarşı çıxırdı. Bu və iqtisadi səbəblərə görə 1591-ci ildə Səfəvi ordusu onun üzərinə yürüşə çıxdı. Hakimiyyətini itirən Xan Əhməd xan isə Osmanlı imperiyasına qaçdı və elə orada da 1596-cı ildə vəfat etdi. Lakin qızının Səfəvi şahzadəsi ilə olan evlilik planlaması da baş tutmadı və I Abbasla evləndirilməsinə qərar verildi. Elə bir müddət sonra Məhəmməd Bağır Mirzənin atası tərəfindən saraydakı bir neçə çərkəzlə şübhəli məsələləri qatıldığına görə edam edildi.
Yaxacıq (Cizrə)
Yaxacıq — Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1928-ci il qeydlərində Fərisi kimi istinad edilir.

Digər lüğətlərdə