yaxın
yaxınlaşmaq
OBASTAN VİKİ
Pfann yaxınlaşması
Müxtəlif üsullarla göyərdilmiş bərk məhlul kristallarında və ərintilərdə komponentlərin aksial konsentrasiya profilini izah etmək üçün Pfann yaxınlaşması istifadə edilir. Pfann yaxınlaşması o zaman istifadə olunur ki, aşağıdakı standart şərtlər ödənilir: Faza bölməsi müstəvisinin səthinə paralel kəsiklərdə kristallaşma cəbhəsi düz olur; sisteminin faza hal diaqramı ilə təyin olunan bərk ve maye fazalar arasında kristallaşma cəbhəsində tarazlıq mövcuddur; ərintidə komponentlərin diffuziyası bütün həcm üzrə maye fazanın tərkibinin eyniliyini təmin edən sürətlə baş verir; sistemin atomlarının bərk maddədə diffuziyası ərintidəkinə nisbətən nəzərə alınmayacaq dərəcədə kiçikdir.Məsələn, bu şərtlər Ge-Sı bərk məhlul kristallarına üçün praktiki olaraq kristalların 5mm /saatdan kiçik sürətlərlə göyərdilməsi zamanı ödənir.

Значение слова в других словарях

вори́шка дже́нтри камерто́н разочаро́вывание самоотрече́ние спиннинги́ст акционе́рский оту́чиваться спря́тать концы сыгровка conscript fathers Crux dimmish field sketch floor show pallial pinioned ruffian stockish throw about tropicalization застраховываться кахетинка укараулить эстонец