YAXINLAŞMAQ

f.
1. Hərəkət edərək bir şeyin yaxınına gəlmək, yaxın durmaq, yanaşmaq üzrə olmaq; yanaşmaq. Gəmi sahilə yaxınlaşır. Qatar stansiyaya yaxınlaşdı. Evə yaxınlaşmaq. Divara yaxınlaşıb durdum.
– Zeynal, yavaşca addımlar ilə Mehribana yaxınlaşdı. S.Hüseyn.
Obaya yaxınlaşınca uşaqlar, bir neçə yaşlı qadın və kişi qarşımıza çıxdı. A.Şaiq.
Əşrəf yavaşcadan sürünüb kola yaxınlaşdı. S.Rəhman.

// Həmsərhəd olmaq, yanbayan olmaq.
// Səs, işıq haqqında: getdikcə yaxşı eşidilməyə, görünməyə başlamaq.
Adamların hay-küyü yaxınlaşır. C.Məmmədquluzadə.
Kəndimizin işıqları getdikcə yaxınlaşırdı. İ.Əfəndiyev.

2. Vaxt, zaman və s. haqqında: çatmaq, yetişmək, olacağına çox az qalmaq. Böhran yaxınlaşır. Bayram yaxınlaşmaqdadır.
3. Yaxın əlaqə, ünsiyyət yaratmaq, yaxın olmaq, aralarından dostluq münasibəti yaratmaq. Onları tanış edib yaxınlaşdırmaq lazımdır.
4. Oxşamaq, bənzəmək, uyğun gəlmək.
5. məc. Yaxın olmaq, əlaqədar olmaq, mənafeyinə, tələbinə cavab vermək. Ədəbiyyat getdikcə daha artıq həyata yaxınlaşır.
6. Yanaşmaq, öz münasibətini bildirmək.
Kərim heç bir zaman işə soyuqqanlı, sakit ürəklə yaxınlaşa bilmirdi. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YAXINLAŞMAQ yaxınlaşmaq bax yanaşmaq
  • YAXINLAŞMAQ oxşamaq — bənzəmək
  • YAXINLAŞMAQ yanaşmaq
  • YAXINLAŞMAQ çatmaq — yetişmək
YAXINLAŞMA
YAXINLATMA

Digər lüğətlərdə

антикомари́н ко́фей механи́ческий обмели́ть подласка́ться характероло́гия выны́ривать вы́явиться дотле́ть играть первую скри́пку отпе́тый пропа́лзывать протрясти́сь членоразде́льность энуре́з deliberateness expiration formic hydrics mainspring nuclear magnetic resonance overslept tribunitian wonderment ведомость