YAY
YAYAQ
OBASTAN VİKİ
Yaya
Toponimlər Youssouf (ada) — Yeni Sibir adalarıına daxil olan, Stolbovoy adası ilə Belkovski adası arasında yerləşir. Youssouf (çay) — Youssouf (kənd) — Youssouf (şəhər) — Şəxslər Yaya Ture — "Mançester Siti" və Kot-d’İvuar milli futbol komandasının yarımmüdafiəçisi.
Yaya (ada)
Yaya — Yeni Sibir adalarıına daxil olan, Stolbovoy adası ilə Belkovski adası arasında yerləşir. Ada 2013-ci ildə aşkarlanır. Adanın hündürlüyü 1 metrdən az, laqunlarla birlikdə ölçüləri 370-125 civarındadır. Adanın sahə 500 m² və ya 0,0005 km² təşkil edir. Bununla da Rusiya ərazisi 452 mil² artmışdır (digər məlumata görə 452 km²) Dəniz sularında Rusiyanın ekonomik zonası genişlənmişdir. Ada Tiksidən Temp aerodromunа (Koltelnıy adası) uçuş zamanı 2013-ci ilin sentyabrında ikin Mil Mi-26 helikopterinin ekipajları tərəfindən aşkarlanır (Rusiya hava nəqliyyatının rəhbəri Bladimir Rukavişina). Helikopterlərdən birinin komandiri Aleksandr Matveyev şturmana GPS-naviqatorta adanın yerinin qeyd edilməsini istəyir. Növbəti uçuş zamanı ekipaj üzvləri nəqsədyönlü şəkildə adanı axtarmağa cədh göstərirlər. Naviqatorda olan qeydə görə ada aşkarlanır. Helikopterin ekipajı: Helikopterik kapitanı Aleksandr Matveyev; komandir köməkçisi Pavel Sayapin; şturman Vasili Ryabnin; iknci texnik Aleksandr Karuna; bort texniki Lilian Postu.
Yaya Ture
Nyenyeri Yaya Ture (fr. Gnégnéri Yaya Touré; 13 may 1983, Buake) — "Mançester Siti" və Kot-d'İvuar milli futbol komandasının yarımmüdafiəçisi. Yaya Ture 13 May 1983-cü ildə Sokura-Buakedə anadan olmuşdur. O, 1996-cı ildə ASEC futbol klubunun gənclər akademiyasına dəvət olunmuşdur. Daha sonra o, karyerasını Avropada davam etdirmişdir. Ture 2,5 il Belçikanın Beveren klubunda, 1,5 il isə Metallurq Donetskində oynamışdır. Yaya Ture Olimpiakosa 2005-ci ildə keçdi. Turenin qardaşı Kolo onu yeni Patrik Viera adlandırdı. 2005-ci ildə Eurosport kanalının keçirdiyi sorğuya əsasən Yaya Ture Xavyer Maskerano və Serxio Aquero ilə birlikdə gənc və istedadlı futbolçular adına layiq görülmüşlər. Olimpiakos Tureni Monakoya 4,5 mln avroya satdı.
Sahilə Yaya
Sahilə İbrahimova (1985, Sumqayıt) — Azərbaycan yazıçısı. Feminist yazıçı, esseist, "Karusel" ədəbi jurnalının təsisçisi, "Açıq hava kitabxanası" layihəsinin ideya müəllifi, Prezident təqaüdçüsü (2010/11). "Yaya" təxəllüsü ilə əsərlər yazır. Sahilə İbrahimova 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. 2007-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsində tarixçi ixtisası üzrə bakalavr, ardınca yenə həmin universitetin həmin fakültəsində etnologiya-etnopsixologiya ixtisası üzrə magistr dərəcəsi alıb. 2006–2008-ci illərdə Gənclər və İdman Nazirliyinin layihəsi olan "Azərbaycan Gənclər Parlamenti"nin üzvü olub. Ailəlidir, 2 övladı var. İlk hekayəsi "Şirlə Sahilin nağılı" əsəri hələ 8 yaşında ikən "168 saat" qəzetində çap olunmuşdur. Eyni zamanda, o ərəfələrdə Qarabağ münaqişəsindən bəhs edən "Yanmış evin nağılı" adlı tamaşada Nigar rolunu oynayıb. 2006-cı ildən peşəkar ədəbi yaradıcılıqla məşğuldur.

Значение слова в других словарях