Yazılı dil

yazılı nitq üçün səciyyəvi olan söz və ifadələrin işlənilmə spesifikası ilə istifadə olunan və işlənən dilin növlərindən biri.
Yazılı
Yazılı kommunikasiya
OBASTAN VİKİ
Yazılı dil
Yazılı dil yazılı ifadələr üçün bir ölkədə danışıq ləhcələrindən birinin qəbul edilmiş formasıdır. Standart dil ölçülü dil kimi də göstərilə bilər. Dünyada danışılan bəzi dillər tarixdən müasir dövrə kimi yazılı şəkildə istifadə olunmuş və zaman keçdikcə yazılı bir dil halına da gəlmişdir. Sözügedən yazılı dildən başqa, dünya dillərinin dialektləri və danışıq dilləri də vardır. == Tarix == Yazının ən erkən nümunələri Neolit dövrünə aiddir. O zaman, gil lövhələri əmtəənin sayını izləmək üçün işlənilirdi. Ən erkən yazılı dil isə e.ə. IV minilliyə, Uruk şəhərinə aiddir. Tarixçilər yazının ixtirasını ibtidai icma quruluşu ilə tarix arasındaki sərhəd olaraq sayırlar. Beləliklə, proto-yazı ilə yazı arasındaki fərq qavrayış məsələsi olduğuna görə bu sərhəd dəqiq deyil.
Yazılı ünsiyyət
Yazı — səsli dilin norma ilə qavrayışını təmin edən işarələr qrupu. Yazı bəşəriyyətin ən böyük kəşflərdən biri hesab olunur. == Yaranma tarixi == Yazı daşın, sümüyün, perqamentin, kağızın üstündə yaşayır. Yazının yaranmasının çox qədim tarixi var. Bəşəriyyətin ilk dövründə ünsiyyət yalnızca şifahi formada idi. İlk yazı nümunələri 7000 ilə yaxın tarixə malikdir və o vaxtdan bu günə uzun inkişaf yolu keçərək bugünkü formaya gəlib çatmışdır. Lap qədimdən insanlar ayrı-ayrı qəbilə şəklində yaşamışlar. Bu qruplar arasında əlaqələr zəif olmuşdur, lakin sonrakı dövrlərdə ictimai quruluş formalaşdıqca insan qrupları arasında siyasi, iqtisadi, və s. əlaqələr yarandı. Tayfalar müəyyən məqsədlər üçün əlaqə saxlamalı oldular.
Yazılı ünsiyət
Yazı — səsli dilin norma ilə qavrayışını təmin edən işarələr qrupu. Yazı bəşəriyyətin ən böyük kəşflərdən biri hesab olunur. == Yaranma tarixi == Yazı daşın, sümüyün, perqamentin, kağızın üstündə yaşayır. Yazının yaranmasının çox qədim tarixi var. Bəşəriyyətin ilk dövründə ünsiyyət yalnızca şifahi formada idi. İlk yazı nümunələri 7000 ilə yaxın tarixə malikdir və o vaxtdan bu günə uzun inkişaf yolu keçərək bugünkü formaya gəlib çatmışdır. Lap qədimdən insanlar ayrı-ayrı qəbilə şəklində yaşamışlar. Bu qruplar arasında əlaqələr zəif olmuşdur, lakin sonrakı dövrlərdə ictimai quruluş formalaşdıqca insan qrupları arasında siyasi, iqtisadi, və s. əlaqələr yarandı. Tayfalar müəyyən məqsədlər üçün əlaqə saxlamalı oldular.
Yazılı tarix
Yazılı tarix — tarixi qeydlərə və ya digər sənədli materiallara əsaslanan tarixi narrativ. Yazılı tarix keçmişin digər hekayələrindən, məsələn, miflərdən, şifahi ənənələrdən və ya maddi mədəniyyət ənənələrindən fərqlənir. Termin həm də tarixi dövr, tarixin yazılı fiksasiyasl dövrü, yəni yazılı tarixin mövcudluğu dövrü mənasında da işlənir. Yazılı tarix eramızdan əvvəl IV minillikdə Qədim Dünya dövründə tarixi qeydlərin meydana çıxması ilə başlayır. Yazılı mətnlərin nümunələri artıq e.ə. 1750-ci ildə Hammurapi məcəlləsi kimi tanınan qədim Mesopotamiyadan məlumdur. Bir sıra coğrafi bölgələrin və mədəniyyətlərin yazılı tarixi yazının qısa istifadəsi səbəbindən nisbətən qısadır. Üstəlik, bir mədəniyyət həmişə təbii fəlakətlərin təsiri haqqında tam məlumat və ya ayrı-ayrı şəxslərin adları kimi sonrakı tarixçilərə aid olan bütün məlumatları qeyd etmir. Belə ki, müəyyən sahələrdə yazılı tarix tam şəkildə qeydə alınmır və məhdudlaşır. Müxtəlif sahələrdə müxtəlif dövrləri əhatə edə bilər.
Dil
Dil — ancaq insanlara aid olan, özündə məzmun və eyni tip səslənmə (yazılış) qaydaları daşıyan şərti sistem. O, yalnız ünsiyyət vasitəsi deyil, dünya haqqında təsəvvür yaradan təbii intellektual sistemdir. Hər bir dil ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir. Dilləri linqvistika öyrənir. Dildə şərti işarələr semiotikanın predmetidir. Dilin insan təfəkkürünə və fəaliyyətinə təsirini psixolinqvistika tədqiq edir. == Tipologiya == linqvistikanın predmeti olan insan dilləri : təbii insan dilləri, süni insan dilləri, məsələn, (esperanto), karlar üçün jest dili, formal dillər kompüter dili, məsələn Alqol, Heyvanların ünsiyyət dili. == Dillər haqqında ümumi məlumat == Hazırda Yer üzündə 7000-ə yaxın dil mövcuddur. Dünyanın yeddi dili dünya dilləri hesab olunur: ingilis dili, ispan dili, ərəb dili, rus dili, fransız dili, alman dili, portuqal dili Alimlərin fikrinə görə, son 100 il ərzində 3000-dən 6000-ə qədər dili ölüm təhlükəsi gözləyir. Dilin saxlanması üçün həmin dildə ən azı 100 min insan danışmalıdır.
Dil Dil Pakistan
"Dil Dil Pakistan" (urdu دل دل پاکستان‎) — Pakistanın musiqi ansamblı "Vital Signs" tərəfindən 1987-ci ildə yayımlanmış mahnı. Bu mahnı 1989-cu ildə ansamblın debüt albomu olan "Vital Signs 1"ə daxil idi. == Qəbulu == "Dil Dil Pakistan" Pakistanın qeyri-rəsmi himni kimi qiymətləndirilir. == Musiqi videosu == Mahnının musiqi videosu Pakistanın paytaxtı İslamabadda çəkilib. Mahnının çox səhnələrində ansamblın üzvləri velosiped və ya şəhərin ətrafında cip sürür. Səhnələrin birində qrup kiçik bir təpənin yamacında mahnını oxuyur. Sonda isə qrupun bütün üzvləri sadə bir studiyada mahnını oxuyur və az bir müddətdən sonra video bitir. == Lirika == Mahnının müəllifinin kimliyi mübahisəlidir. Lakin mahnının ərsəyə gəlməsində əsas rolu Şoaib Mansor oynamışdır. Vital Signsin əsas vokalisti Junaid Camşed qeyd edir ki, qrup və prodüser məhəbbət mahnısı üzərində işləyirdi, ancaq bütün bu səylər uğursuz kimi görünürdü.
Kürdcə dil
Kürd dilləri, həmçinin kürd dili və ya kürdcə (Kurdî və ya کوردی) — Kürdüstan geomədəni vilayətində yaşayan kürdlərin və kürd diasporunun danışdığı dil və ya dillər qrupu. Kürd dili Hind-Avropa dil ailəsinin Qərbi İran dillərinə mənsub dialekt kontinuumunu təşkil edir. Kürd dilinin əsas üç dialekt və ya dili kurmanci, sorani və cənubi kürdcədir. Şimal-Qərbi İran dillərinin ayrı qrupu olan zaza-gorani dillərində bir neçə milyon etnik kürd də danışır. Kürdlərin əksəriyyəti kurmanci dilində danışır, kürdcə mətnlərin çoxu kurmanci və sorani dillərində yazılır. Kurmanci latın qrafikasının törəməsi olan havar əlifbası ilə, sorani isə ərəb qrafikasının törəməsi olan sorani əlifbası ilə yazılır. Lək dilinin cənubi kürd ləhcəsi və ya dördüncü kürd dili kimi təsnifatı müzakirə mövzusudur. Lək dili ilə digər cənubi kürd ləhcələri arasında fərqlər minimaldır. Kürd dilində ədəbi məhsul XX əsrin əvvəllərinə qədər əsasən poeziya ilə məhdudlaşmış, sonradan ümumi ədəbi inkişaf baş vermişdir. İndiki dövrdə iki əsas yazılı kürd ləhcəsi kurmanci və soranidir.
Müqəddəs dil
Müqəddəs dil — başqa dildə danışan insanların dini məqsədlər üçün istifadə etdikləri dil. Dilin işləkliyi, ancaq dini kitab və mətnlərin oxunması, öyrənilməsi və dinin ardıcılları üçün bəzi ritual və duaların o dildə istifadəsinin mövcudluğu ilə məhdudlaşır. Bu gün bu dillərin bir çoxu ölü dil halına gəlib. Avesta dili — Müqəddəs dil kimi zərdüştilər işlədirdilər. Avesta bu qədim dildə yazılmışdır. Bu dil iki min il bundan əvvəl tərk edilmişdir. Klassik Ərəb dili (VII əsr) — Müsəlmanlar üçün. Quranın mətni və hədislər orijinalda bu dildədir. Bəzən müsəlmanlar duaları da bu dildə əzbərləyib istifadə edirlər. İbrani dili — yəhudilər üçün olan və xristianların da müqəddəs hesab etdiyi Əhdi-ətiq və başqa yəhudi dini qaynaqların dili.
Natalia Dil
Nathalia Goyannes Dill Orrico (Portuguese: [[Beynəlxalq fonetik əlifba|[naˈtaliɐ ˈdʒiw]]]; 24 mart 1986, Rio-de-Janeyro) — Braziliya aktrisası.
Proto-dil
Linqvistikada ana dili və ya proto dil əsasən hipotetik və ya yenidən qurulan və çox vaxt sınaqdan keçirilməyən bir dildir; Bu dildən təkamül yolu ilə yeni dillərin meydana gəldiyi və dil ailəsi yaratdığı güman edilir. Tarixi linqvistikanın ağac modelində yerləşdirilmiş bir proto-dil, nəsil ağacı metaforasında proto-dil ana dil adlandırıla bilər. Başqa bir təriflə izah etsək, özündən başqa dillərin və ya ləhcələrin formalaşdığı dildir. Başqa sözlə, səs quruluşu, məna və forma baxımından bir-birindən az-çox fərqlənən dil və ya şivələrin kök etibarı ilə naməlum bir tarixdə birləşdiyi ümumi dillər bu anlayış altında cəmlənir. Məsələn, ana Altay dili, ana Monqol dili, ana türk dili, Latın dili kimi dillər ana dillər sırasındadır. Proto dil mövcud məlumatların birləşdirilməsi yolu ilə “yenidən formalaşdırılmış” dildir. Proto prefiksi “birinci” və “ən köhnə” deməkdir. Proto dil müəyyən bir dövrün danışıq dili ilə tam olaraq eyni olmaya bilər. Bu, müəyyən fərziyyələrə əsaslanan modeldir və dilin sonrakı variasiyaları arasındakı fərqləri daha yaxşı başa düşmək üçün düsturlar təqdim edir. Bütün insan dillərinin əcdadı olan proto insan dilinin olub-olmaması ilə bağlı mübahisələr davam edir.
Qırmızı dil
Rəsmi dil
Dövlət dili və ya Rəsmi dil – Konstitusiya ilə ölkənin, vilayətin xüsusi statusa malik olan dil. Bir qayda olaraq ölkə administrasiyası, parlament və məhkəmələrində işlədən dil rəsmi dil sayılır. Az işlənsə də yerli xalqın dili də dövlət dili elan edilə bilər. Məsələn, Yeni Zelandiyada maori xalqı ölkə əhalisinin beş faizini təşkil etsə də, onun dili dövlət dilidir. == Dövlət dili == Dövlət dili dövlət ərazisində digər dillərə nisbətən daha üstün statusa malik olan dildir. Bir qayda olaraq dövlət dili kimi ərazidəki çoxsaylı etnosun dili qəbul edilir. Digər tərəfdən dövlət sənədlərinin digər dillərdə də nəşri nəzərdə tutula bilər. == Dövlət dili ilə rəsmi dil arasında fərq == UNESCO ekspertləri 1953-cü ildə "dövlət dili" ilə "rəsmi dil" arasında aşağıdakı fərqi təklif etdi: Dövlət dili dövlət çərçivəsində siyasi, sosial və mədəni sahədə inteqrasiya rolu oynayır və dövlətin simvolu hesab edilir. Rəsmi dil — dövlət idarəçiliyində, qanunvericiliyində, məhkəmə prosesində işlənən işçi dildir. == Azərbaycan Respublikasının Dövlət dili == Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir.
Süni dil
Süni dil — təbii dildən fərqli olaraq məqsədli surətdə yaradılan sistem. Belə dillər mindən çoxdur və yenilərinin yaradılması prosesi davam edir. == Təsnifat == Süni dillərin aşağıdakı növləri vardır: Proqramlaşdırma dilləri və kompüter dili İnformasiya dili Formal dil Mövcud olmayan xalqların ədəbiyyatda və kinematoqrafiyada yaradılmış dilləri. == Mənbə == http://stra.teg.ru/library/strategics/7 Arxivləşdirilib 2004-06-06 at the Wayback Machine İsskustvennıye yazıki // Linqvistiçeskiy ensiklopediçeskiy slovar.
Təbii dil
Təbii dil (natural language) – proqramlaşdırma və ya maşın dilləri kimi dillərin əksinə olan, adi danışıq dili. Təbii dilin “başa düşülməsi” və hesablama vasitələrinin ona yaxınlaşdırılması – süni intellekt sahəsində araşdırılmaların başlıca məqsədlərindən biridir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Çoxamaclı dil
Çoxamaclı dil - (ingiliscə general-purpose language, rusca универсальный язык) – Ada, Pascal, C, Forth və BASIC kimi ən müxtəlif məqsədlər və tətbiq sahələri üçün nəzərdə tutulmuş proqramlaşdırma dili. Bununla da universal dillər, yalnız verilənlər bazasında istifadə üçün nəzərdə tutulmuş SQL kimi dillərdən fərqlənir. Program - hər hansı məsələni həll etmək üçün kompüter dilində yazılmış kodlardır. Yəni biz məsələni həll etmək üçün kompüterdə proqram yazırıq. Proqramlaşdırma dili - proqramı yazmaq üçün isə bizə proqramlaşdırma dili lazımdır. Hal-hazırda çoxlu proqramlaşdırma dilləri var. Məsələn: C, C++, Java, Smaltalk, Pascal, Visual Basic, Visual FoxPro və s. Proqramlaşdırma dillərin müxtəlif səviyyələri var. Əsasən 5 qrupa ayırırlar: Çox yüksək səviyyəli dillər və ya vizual dillər: Access, FoxPro, Paradox, XBase, Visual Basic. Yüksək səviyyəli dillər (Bunlara bəzən alqoritmik dillərdə deyilir): Pascal, Basic, Fortran.
Çoxməqsədli dil
Çoxamaclı dil - (ingiliscə general-purpose language, rusca универсальный язык) – Ada, Pascal, C, Forth və BASIC kimi ən müxtəlif məqsədlər və tətbiq sahələri üçün nəzərdə tutulmuş proqramlaşdırma dili. Bununla da universal dillər, yalnız verilənlər bazasında istifadə üçün nəzərdə tutulmuş SQL kimi dillərdən fərqlənir. Program - hər hansı məsələni həll etmək üçün kompüter dilində yazılmış kodlardır. Yəni biz məsələni həll etmək üçün kompüterdə proqram yazırıq. Proqramlaşdırma dili - proqramı yazmaq üçün isə bizə proqramlaşdırma dili lazımdır. Hal-hazırda çoxlu proqramlaşdırma dilləri var. Məsələn: C, C++, Java, Smaltalk, Pascal, Visual Basic, Visual FoxPro və s. Proqramlaşdırma dillərin müxtəlif səviyyələri var. Əsasən 5 qrupa ayırırlar: Çox yüksək səviyyəli dillər və ya vizual dillər: Access, FoxPro, Paradox, XBase, Visual Basic. Yüksək səviyyəli dillər (Bunlara bəzən alqoritmik dillərdə deyilir): Pascal, Basic, Fortran.
Ölü dil
Ölü dil — nə vaxtsa xalqın milli dili olan, hazırda isə istifadə olunmayan və inkişafını dayandırmış və ya dayandırmaqda olan dil. == Dillərin məhv olma səbəbləri == Dillərin ölü dillərə çevrilməsinin səbəblərindən biri həmin dillərdə danışanların əhali sayı üzrə qeyri-bərabər yayılmasıdır. Belə ki, dünya əhalisinin 80 faizi yalnız 80 dildə danışa bilir. Bununla belə, 3,5 min dil dünya əhalisinin 0,2 faizinin payına düşür. Dilin aradan çıxması prosesinin əsas səbəbi qloballaşma və miqrasiyadır. Adamlar kütləvi şəkildə kəndlərdən şəhərlərə köçdükləri üçün müəyyən vaxtdan sonra öz xalqının dilini unudur. Hazırda mövcud olan dillərin yarısı təqribən yüz ildən sonra istifadədən kənarda qalacaqdır. Dillərin bir çoxu həmin dillərdə danışanların daha güclü dil mühitinə daxil olması səbəbindən aradan çıxır. Buna görə də, sayca kiçik xalqların və dövlətçiliyi olmayan xalqların dilləri aradan çıxmaq təhlükəsi ilə üzləşir. Uşaqların 70 faizdən azının öyrəndiyi dil ölümə məhkum dil sayılır.
İkinci dil
İkinci dil — şəxsin öz ana dilindən başqa öyrənib danışa bildiyi əlavə dildir. Ümimiyyətlə isə ikinci dil daha çox öyrənilən dilin əslində həmin ölkədə danışılmayan dildir.
Ədəbi dil
Ədəbi dil, standart dil və ya standart ləhcə – daha az və ya yazılı şəkildə təsbit edilmiş normalara malik olan ümumxalq dilinin emal olunmuş hissəsi; şifahi formada ifadə edilən mədəniyyətin bütün təzahürlərinin dili. Ədəbi dil adətən elmi və bədii əsərlərdə, mətbuatda və idarəçilik aparatında, televiziya və radioda, məktəblərdə işlədilən dildir. Dialektlərə, loru dilə, jarqonlara qarşı qoyulan dil kimi qəbul olunur. Dilin standartlaşması davamlı bir prosesdir. Bəzən bir dilin müxtəlif ədəbi versiyası ola bilər. Müxtəlif standart versiyası olan dillərə çox mərkəzli dil deyilir. Yeganə standartı olan tək mərkəzli dillər arasında rus və yapon dillərini qeyd etmək olar. == Nümunələr == Azərbaycan Respublikasında standart azərbaycanca rəsmi dildir, Cənubi Azərbaycanda isə Təbriz mərkəzli standart mövcuddur. Standart çincə (çin. 普通话) mandarin dilinin standart versiyasıdır.
Dil kompleksi
Dil kompleksi — dialekt kontinuumu daxilində dialektlər arasındakı əlaqələrə bənzəyən, lakin daha çox fərqə malik olan dillər qrupu. Başqa sözlə, dil kompleksinin komponentləri dialektlər deyil, dillərdir, buna baxmayaraq, ayrı-ayrı deyimlər arasında sərhədləri çəkmək hələ də çətindir. Gələcəkdə dil kompleksi əsasında bir və ya bir neçə komponentin daşıyıcıları dil kompleksinin əsas ərazisini tərk edərsə, psevdogenetik assosiasiya (linkic; ing. linkage) yarana bilər. Orijinal dialekt kontinuum/dil kompleksinin qalan üzvləri öz-özlüyündə inkişaf edərkən bəzi əlamətlər və yeniliklər mübadiləsini davam etdirirlər ki, zaman keçdikcə müəyyən genetik əlaqə görünüşü yaranır. Bununla belə, onun ümumi xüsusiyyətləri ya irsi arxaizmlər (çox vaxt dil kompleksinin oturaq üzvlərində itirilir) və ya kompleks üzvlərinin yalnız bir hissəsini, adətən ən yaxın qonşuları birləşdirir. Beləliklə, ortaq əcdad dilini yalnız ilkin dil kompleksinin bütün üzvləri üçün yenidən qurmaq mümkündür, lakin onun qalan üzvləri üçün bunu ayrıca mümkün deyil. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ross, Malcolm D. Proto Oceanic and the Austronesian languages of Western Melanesia. Canberra: Pacific Linguistics. 1988.
Slavyanlararası dil
Slavyanlararası dil (2011-ci ilə qədər slovyan dili) — aposterior panslavyan dilidir, işlənən slavyan dillərinin materialları əsasında hazırlanıb və qarşısına ümumslavyan dili yaratmaq məqsədi qoyur. Hal-hazırda (slovyanski, slovioski və novoslavyanski dilləri birləşəndən sonra) ümumslavyan cəmiyyəti 4 lüğətdən istifadə edir: Межславянский словарь (2015-ci ilin yanvarı üçün 12000 söz) Лексикон Словиоски Arxivləşdirilib 2016-03-17 at the Wayback Machine (bir neçə on min söz) Междуславянско-русский словарь (2015-ci ilin yanvarı üçün 7700 söz) Qısa novoslavyan lüğəti İlk 3 lüğət yenilənir, 4-cü yox. == Tarixi == Panslavyan dilinin yaradılmasının ən erkən (1659-1666) cəhdi xorvat rəhibi Yuray Krijaniçə aiddir. 2006-cı ilin mart ayında Slovianski adlı layihə müxtəlif ölkələrdən olan şəxslə tərəfindən başlanılıb. Onların məqsədi, slavyanlar üçün öyrənmədən başa düşülən dili yaratmaq idi. Bu dil slavyan dillərdə artıq mövcud olan xüsusiyyətlərdən ibarət olmalı idi və onun süni əlavələri olmamalı idi. 2011-ci ildə Slovianski, Slovioski və Novoslověnsky layihələri slavyanlararası (Medžuslovjanski) adı altında birləşiblər. Slavyanlararası dilə ISO 639-3 kodu ayırmaq üçün 2012 və 2014 illərdə uğursuz müraciətlər göndərilib. 2019-cu ilin sentyabrında göndərilən müraciət isə 2024-cü ilin aprelində isv kodunun qəbulu ilə nəticələnib. == Yazı == Slavyanarası dilin prinsiplərindən biri odur ki, onu hər hansı slavyan klaviaturasıyla yazmaq olar.
Şifahi dil
Danışıq dili və ya şifahi dil — xüsusi üslubi səciyyəli funksional sistem; ədəbi dilə aid olmayan ünsiyyət formalarının cəmi danışıq dili adlanır. Danışıq dilinə eyni zamanda qeyri-ədəbi dil də deyilir. Ədəbi dildən fərqli olaraq gündəlik ünsiyyətdə işlənən dilin xüsusiyyətləri, adətən, ədəbi dil daşıyıcılarının maqnitofon və əl ilə yazılmış materialları əsasında öyrənilir. Türk mənşəli Azərbaycan dilinin və həmin dildə danışan xalqın yaranması, başqa sözlə, bu dilin ümumi ünsiyyət vasitəsinə çevrilməsi uzun sürən, bir neçə əsr davam edən bir proses olmuşdur. Əhalinin etnik tərkibində türk tayfalarının sayı, habelə iqtisadi, siyasi, mədəni təsiri artdıqca dilin fəaliyyət dairəsi də genişlənmiş və beləliklə, bəzi etnik və antropoloji xüsusiyyətlərini bu gün də qoruyub saxlaya bilən çeşidli etnik qruplar ümumi mədəni-mənəvi və dini birliyi olan bir xalq halında birləşmişlər. Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim ədəbi dillərdən biridir. "Kitabi-Dədə Qorqud" dastanlarının dili ədəbi dilin şifahi növü kimi qəbul edilərsə, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən dilin yaşı 1300 ildən çox sayıla bilər. Azərbaycan yazılı ədəbi dilinin tarixi isə hələlik əldə olan materiallara görə XIII əsrdən başlayır. Ədəbi dil tərkibində danışıq dilinin səciyyəsi şifahi nitqə xas olan aşağıdakı ümumi cəhətlərlə: hazırlıqsız, bədahətən olması, xətti ardıcıllığı, nitq vasitələrinin qənaətlə işlənməsi və özünəməxsusluğu ilə müəyyən edilir. Ədəbi dil və milli dilin tərkibində danışıq dilinin yeri və xarakteri tarixən dəyişir.
Dil inqilabı
Türk dili islahatı — (türkcə Dil Devrimi, dil inqilabı və ya dil islahatı), türk dilinin ərəb və fars mənşəli sözləri unudulmuş qədim Türk dillərdən alınmış və ya Türk köklərdən istifadə edilərək tamamilə yenidən düzəldilmiş sözləri ilə əvəz etməyə yönəltmiş bir dövlət kampaniyası idi. Kampaniya 12 iyul 1932 tarixində Atatürk tərəfindən başladılmiş və 1970-ci illərədək davam etmişdir. Türkcədəki qeyri-türk ünsürlərə qarşı mübarizəsinin ən qızğın mərhələsi 1932–1938-ci illər arasında aparılmışdır. Dil islahatından qabaq türk dilinin leksik fondunun əksər hissəsi ərəb və fars sözləri təşkil etmişdirsə, kampaniyasının başa çatmasından sonra ərəb sözlərin payı cəmi 6%-ə, fars sözlərinki isə 1 %-ə enmişdir. == Tarixi == === Osmanlı dönəmi === Türklər ərəb və fars dilli xalqlarla təmasa girəndə öz dillərində olmayan sözləri aldılar. Ancaq tapılmayan sözlərə əlavə olaraq, türk sözləri zaman keçdikcə öz funksiyalarını itirdi və ərəb və fars sözləri ilə əvəz olundu. Türk dilində od sözü fars atəşi ilə əvəz edilmişdir. Yalnız sözlər deyil, hər iki dildə ifadələr və konstruksiyalar, həmçinin qrammatika qaydaları da alındı. Nə türkdilli mövzular, nə ərəb və farsdilli mövzular, nə də digərləri bu cür Osmanlı dilini başa düşə bilmədilər. Nə türkdilli mövzular, nə ərəb və farsdilli mövzular, nə də digərləri bu cür Osmanlı dilini başa düşə bilmədilər.
Eteokrit dil
Eteokrit dili (q.yun. Ἐτεόκρητες; hərf. "Əsl kritlilər") — qədim dövrlərdə Kritdə pelasqlar, kidonlar və başqaları ilə birlikdə məskunlaşan yunanlardan əvvəlki xalqların ən böyüyünün dili. Eteokritlər ilk dəfə Homer tərəfindən xatırlanmışdır. Müasir arxeologiyada bu xalqın adı üçün "minoylılar" da tez-tez istifadə olunur və onların sivilizasiyası "Minoy" adlanır (mifik Krit padşahı Minosun adından). Bu dildə danışanların öz adı Misir qeydlərində "k'ftjw" kimi tanınır (şərti oxu – "kaftiu", "iu" isə misircə cəm sonudur). Bu dildə Krit adasının adı akkadca qeydlərə görə, "Kaptara" ivritcə qeydlərə görə isə Kaftor olaraq verilmişdir. Dilin genetik əlaqələri məlum deyil. Eteokrit dilinin minoy dilinin davamı olduğu güman edilir. Santorini adasında vulkan püskürməsi və axeylərin işğalı nəticəsində Minoy sivilizasiyasının məhv edilməsindən sonra minilliklər ərzində Minoy dilinin abidələri formalaşmamışdır.
Dil inkişafı
Dil inkişafı — insanların dil qabiliyyətlərini və bacarıqlarını qazanma, inkişaf etdirmə və təkmilləşdirmə prosesi. Bu proses uşaqlıq dövründən başlayır və ömrün müxtəlif mərhələlərində davam edir. Dil inkişafı müxtəlif komponentləri, o cümlədən dinləmə, danışma, oxuma və yazma bacarıqları, habelə qrammatika, leksika və ünsiyyət strategiyalarını öyrənməyi əhatə edir. Bu inkişaf həm təbii yolla, həm də şüurlu öyrənmə vasitəsilə baş verir. == Dil İnkişafının Mərhələləri == Dil inkişafı uşaqların doğuşdan etibarən mərhələli şəkildə dil bacarıqlarını əldə etməsini ifadə edir. === Körpəlik dövrü (0–12 ay) === İlk aylarda körpələr əsasən səslərə və insan nitqinə reaksiya verir. 6–8 ayda körpələr "cəfəngiyat mərhələsi"nə (babbling) keçirlər. Bu dövrdə "ba", "da" kimi təsadüfi səslər çıxarırlar və səsləri təkrar edirlər. 9–12 ay arası körpələr artıq səsləri müəyyən mənalı sözlərlə əlaqələndirməyə başlayırlar və ilk sözlərini deyə bilirlər. === Erkən uşaqlıq dövrü (12–24 ay) === Bu dövrdə uşaqlar daha çox söz öyrənir və sadə cümlələr qurmağa başlayırlar.