Fəsil adı olan yaz və rəng bildirən yaşıl sözləri eyni kökə malikdir. Qaynaqlarda yazar sözü (göy-ər-mək qəlibi üzrə yaranıb) “göyərmək” anlamında acıqlanıb. Yaş bir sıra türk dillərində “cavan”, “gənc” mənasında da işlədilir (bahar təbiətin cavanlıq dövrüdür), çaş formasında da yazılır, yaş həm də “sulu” deməkdir. Yaz təbiətin yaşıllıq və sulu (yağışlı) dövrüdür, məhz “su” mənası ilə bağlıdır. Bahar isə fars mənşəlidir (ətraflı məlumat üçün bax: “Yaz sözünün mənşəyinə dair”; Novruz bayramına həsr olunmuş konfransın materialları, “Futuroloq” institutunun nəşri, 1997, s. 5-7). Yaşılvə yazıl sözləri bir vaxt sinonim kimi işlədilib, görünür, -ıl şəkilçisi sifətdən sifət düzəldib (müqayisə et: yaş və yaş+ıl). Tuva dilində ças (çaz) kimi işlədilir ki, bu da fəslin adının su anlamı ilə bağlı olduğunu sübut edir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)