YAZDIRMAQ

icb.
1. Yazmağa məcbur etmək, başqasına yazma işi gördürmək, başqası vasitəsilə yazmaq. Məktub yazdırmaq. Şagirdlərə imla yazdırmaq.
[Qurban] kisəsini çıxarıb iki şahı mollanın ovcuna sıxaraq: – Al, həmşəri! Bayramqabağı yenə məktub yazdıracağam. A.Şaiq.
Qızın məktubundan qeyzlənərək; Yanıqlı bir məktub yazdırdı ona. B.Vahabzadə.

□ Deyib (söyləyib) yazdırmaq – diktə etmək.
2. Siyahıya daxil etdirmək. Könüllü yazdırmaq. Əsgərliyə yazdırmaq.
3. Başını bağlatdırmaq.
[Kərbəlayı Qubad:] Bu saat pulu ver, yoxsa gedib bu saat notariusu gətirrəm, evini yazdıraram. Ü.Hacıbəyov.

YAZDIRMA
YAZI

Digər lüğətlərdə