1. Yazmağa məcbur etmək, başqasına yazma işi gördürmək, başqası vasitəsilə yazmaq. Məktub yazdırmaq. Şagirdlərə imla yazdırmaq.
– [Qurban] kisəsini çıxarıb iki şahı mollanın ovcuna sıxaraq: – Al, həmşəri! Bayramqabağı yenə məktub yazdıracağam.
Qızın məktubundan qeyzlənərək; Yanıqlı bir məktub yazdırdı ona.
□ Deyib (söyləyib) yazdırmaq – diktə etmək.
2. Siyahıya daxil etdirmək. Könüllü yazdırmaq. Əsgərliyə yazdırmaq.
3. Başını bağlatdırmaq.
[Kərbəlayı Qubad:] Bu saat pulu ver, yoxsa gedib bu saat notariusu gətirrəm, evini yazdıraram.