Yazışma

şəxsi ünsiyyət, biznes, elmi və digər fəaliyyət sistemi sahəsində müasir insanın əlaqələrində mühüm element olmaqla, cəmiyyətin elementi, sosial struktur elementi.
Yazılı tərcümə
Yazıyaalma metodu
OBASTAN VİKİ
Yazışma komitələri
Yazışma komitələri — ABŞ İstiqlal müharibəsi başlamazdan əvvəl, Britaniya Parlamentinə qarşı müxalifəti və daha sonra ABŞ-nin müstəqilliyinə dəstəyi koordinasiya etməyə çalışan ABŞ siyasi təşkilatları toplusu. Bostondan olan patriot Samuel Adamsın ideyası olan komitələr məktublar yazmaqla On üç koloniyadakı patriot liderləri arasında yeraltı rabitə şəbəkəsi yaratmağa çalışırdılar. Komitələr Filadelfiyada keçirilən Birinci Kontinental Konqresin yaradılmasında mühüm rol oynamışdılar. Komitələrin funksiyası müəyyən bir koloniyanın sakinlərini Britaniya tacının gördüyü tədbirlər barədə xəbərdar etmək və şəhərlərdən kəndlərə məlumat yaymaqdan ibarət idi. Xəbərlər adətən atda və ya gəmilərdə kuryerlər tərəfindən daşınan əl ilə yazılmış məktublar və ya çap edilmiş broşürlər vasitəsilə yayılırdı. Komitələr bu xəbərin fikirləri düzgün əks etdirməsinə cavabdeh idi və lazımi qəbul edən qruplara göndərildi. Bir çox müxbirlər müstəmləkə qanunvericilik məclislərinin üzvləri idi. Onlardan digərləri də "Azadlıq oğulları" və Gerb Aktı Konqresində fəal idilər. Komitələr patriotizmi və evdə istehsalı təşviq edir, amerikalılara dəbdəbədən çəkinməyi və daha sadə həyat sürməyi tövsiyə edirdi. Komitələr Amerika ictimai həyatının bir çox aspektləri üzərində öz səlahiyyətlərini tədricən genişləndirmişdilər.
Nadir şah Əfşar: diplomatik yazışmalar (kitab)
Nadir şah Əfşar: diplomatik yazışmalar — AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılan mənbələr əsasında Nadir şah Əfşarın diplomatik irsinin toplandığı kitab. 2015-ci ildə AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılan mənbələr əsasında hazırlanmış kitab. Kitabda Azərbaycanın və Yaxın Şərqin siyasi tarixində iz buraxmış, Qərb tarixçilərinin "Şərqin Napoleonu" adlandırdıqları Nadir şah Əfşarın diplomatik irsi toplanmışdır. Kitabın elmi redaktoru Akademik Ramiz Mehdiyev, redaktoru Paşa Kərimov, fars dilindən tərcümə edib, nəşrə hazırlayan, qeydlərin müəllifi Rauf Şeyxzamanlı və şərhlər və tarixi məlumatların müəllifi isə Eldar Əmirov və Taleh Hacıyevdir. Burada Nadir şahın Hindistanın fəth edilməsindən sonra Rum padşahı Sultan Mahmud xana, Hindistan şahı Məhəmmədə, Molla Məhəmməd Zəkiyə, Məşhədin mütəvəllisi Mirzə Məhəmməd Rzaya və Qəndəharın fəth olunması münasibətilə qardaşı İbrahim xana yazdığı məktublar toplanıb.
Xəzər yazışmaları
Xəzər yazışmaları — 950–960-cı illərdə Kardoba xəlifəsi III Əbdürrəhmanın xarici işlərindən məsul vəziri Hasday ibn Şaprut ilə Xəzər xaqanı Yusif arasında reallaşan məktublaşmalardır. Xəzərlər tərəfindən yazılıb günümüzə qədər gələn az sayıdakı sənədlərdən biri olub, Xəzər tarixi haqqında bilgi təqdim edən nadir qaynaqlardandır. Bu məktublaşmalardan həm xəzərlərin din dəyişdirməsi və gələcək nəsillərdə yaratdığı mənfəət ilə əlaqəli, həm də güclü ordusu olub digər dövlətlərdən vergi toplamasına baxmayaraq, bir nəsil içində (969) dövlətin süqutu barədə məlumat toplamaq mümkündür. Məktublaşma Əndəlüs Əməvi dövlətinin xəlifəsi III Əbdürrəhmanın xarici işlərindən məsul vəziri Hasday ibn Şaprut tərəfindən başladılmışdır. Geniş şəbəkəsi və demək olar ki, qeyri-məhdud qaynaqları olan Hasday xorasanlı tacirlər tərəfindən xəzərlərin varlığı barədə məlumat almışdı. Haday Xəzərlər ilə əlaqəli bilgisinin olmaması qəribə vəziyyətdir, çünki Yusif xaqanın məktubunda iki cəmiyyət arasında daha əvvəl də əlaqələrin olduğu hiss edilir. Hasdayın ilk çaparı İstanbula qədər gəldi, lakin Bizans hakimiyyəti çaparın daha da içəri getməsinə icazə vermədi. Çapar şəhərdəki xəzərli tərəfindən Hasdaya yazılmış məktubla (bu məktub ehtimal ki, Schechter məktubudur) geri göndərildi. Ən sonunda məktub Xorvat elçiliyi vasitəsiylə Almaniyadan İsaak ben Eliezer çapar olaraq istifadə edilərək Xəzər xaqanlığına göndərildi. Yusifin cavabında Xəzər tarixi və zamanın sosio-siyasi, iqtisadi vəziyyəti barədə məlumatlar mövcuddur.
Nadir şah Əfşar: diplomatik yazışmalar
Nadir şah Əfşar: diplomatik yazışmalar — AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılan mənbələr əsasında Nadir şah Əfşarın diplomatik irsinin toplandığı kitab. 2015-ci ildə AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılan mənbələr əsasında hazırlanmış kitab. Kitabda Azərbaycanın və Yaxın Şərqin siyasi tarixində iz buraxmış, Qərb tarixçilərinin "Şərqin Napoleonu" adlandırdıqları Nadir şah Əfşarın diplomatik irsi toplanmışdır. Kitabın elmi redaktoru Akademik Ramiz Mehdiyev, redaktoru Paşa Kərimov, fars dilindən tərcümə edib, nəşrə hazırlayan, qeydlərin müəllifi Rauf Şeyxzamanlı və şərhlər və tarixi məlumatların müəllifi isə Eldar Əmirov və Taleh Hacıyevdir. Burada Nadir şahın Hindistanın fəth edilməsindən sonra Rum padşahı Sultan Mahmud xana, Hindistan şahı Məhəmmədə, Molla Məhəmməd Zəkiyə, Məşhədin mütəvəllisi Mirzə Məhəmməd Rzaya və Qəndəharın fəth olunması münasibətilə qardaşı İbrahim xana yazdığı məktublar toplanıb.
Diplomatik yazışmalar
Diplomatik yazışmalar — dövlətlər arasında münasibətlərin həyata keçirildiyi diplomatik xarakterli müxtəlif növ yazışmaların və sənədləşmələrin məcmusu. Diplomatik sənədlərin dili dövlətin xarici aləmlə ünsiyyət bağladığı dildir. Bu sənədlər rəsmi dövlət sənədi kimi bütövlükdə dövlətin xarici siyasət xəttini əks etdirir. Diplomatik yazışmalar dövlətlərarası münasibətlərin idarə edilməsi, anlaşmaların əldə olunması, problemlərin həlli və digər beynəlxalq məsələlərin müzakirəsi məqsədi ilə həyata keçirilir. Diplomatik yazışmaların əsas məqsədi iki və ya daha çox dövlət arasında əlqələri tənzimləmək və inkişaf etdirməkdir. Onlar rəsmi protokol çərçivəsində, xüsusi üslub və qaydalara uyğun olaraq tərtib olunur. == Tarixi == XIV əsrdə xristianlıq dövründən əvvəl mövcud olan beynəlxalq münasibətləri aydın şəkildə əks etdirən, bizə gəlib çatan ən qədim diplomatik yazışmaları El-Amarna məktubları adlandırmaq olar. == Şəxsi nota == Şəxsi nota müraciət formulu ilə başlanır və hörmət formulu ilə tamamlanır. Şəxsi nota özündə vacib hadisə haqqında informasiya verir. Diplomatik yazışmanın bu növü birinci şəxs adından tərtib olunur.

Digər lüğətlərdə