YAĞMALANMAQ
YAĞMURLU
OBASTAN VİKİ
Yağmur
Yağış, yağmur və ya yağıntı – buludlardan yer səthinə diametri 0,5 mm-dən çox olan su damlası şəklində düşən atmosfer yağıntısı. Kiçik diametrli (0,05 mm-ə qədər) damlalar çiskin adlanır. Tipik yağış damlalarının diametri 1–2 mm, ən irisi 6–7 mm olur. İntensivliyi adətən 1–3 mm/dəqiqə və daha çox olan yağış leysan adlanır. == Yağış mövsümü == Yağış mövsümü quraqlıq dövrün əksinə olaraq bir neçə iqlim tipində (musson, Aralıq dənizi sahili) hər il bir və ya bir neçə ay ərzində təkrar olunan yağış halında maksimum yağıntıdır.
Oraz Yağmur
Oraz Yağmur (türkm. Orazdurdu Yağmurov; 15 avqust 1947, Yolötən rayonu[d] – 3 yanvar 2022, Aşqabad) — tanınmış türkmən şairi, yazıçı, publisist == Həyatı == Oraz Yağmur 15 avqust 1947-ci ildə qədim Marı vilayətinin Yolötən rayonunun Qanlıbaş kəndində doğulmuşdur. İbtidai və orta təhsilini Mərv şəhərində almışdır. Orta məktəbdə oxuyarkən ehtiyac üzündən kitabxanaçı, traktorçu kimi çalışmışdır. Aşqabadda indiki Məhdimqulu adına Türkmənistan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır (1967–1972). Tələbəlik illərində oxumaqla yanaşı, ibtidai məktəbdə müəllimlik etmişdir. Sonrakı dönəmlərdə müxtəlif işlərdə çalışmış, hətta dövlət katibi vəzifəsinə qədər yüksəlmişdir. Ədəbi yaradıcılıqla yanaşı Türk Dünyasının birliyi, bütövlüyü uğrunda ciddi mübarizə aparmışdır. O, Türkiyə, Quzey Kıbrıs Türk Cümhuriyyəti, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, İran, Hindistan və başqa ölkələrdə keçirilən konfrans, simpozium və forumlara qatılmış, məqalələri çeşidli dərgilərdə yayınlanmışdır. Ömrünün son illəri ciddi nəzarət altında yaşamış, ölkədən çıxışına qadağa qoyulmuşdur.
Yağmur (mahnı)
Yağmur — Azərbaycan musiqiçisi Qara Dərvişin Məktub albomuna daxil olan mahnısı. == Mahnı haqqında == Mahnının sözləri, bəstəsi və aranjemanı Qara Dərvişə aiddir.
Yağmur Atsız
Yağmur Atsız (d. 4 noyabr 1939, İstanbul) - türk tarixçi, şair, türkoloq və türk millətçiliyinin ideoloqlarından olan Hüseyn Nihal Atsızın oğlu, türkoloq Buğra Atsızın böyük qardaşı. == Həyatı == 1939-cu ilin noyabr ayının 4-də İstanbul şəhərində Nihal Atsızın ailəsində anadan olmuşdur. === Təhsili === Heydərpaşa liseyində orta təhsilini başa vurduqdan sonra İstanbul universitetinin Hüquq fakültəsinə qəbul olmuşdur. Buradakı təhsilini bitirdikdən sonra Almaniyanın Bonn Universitetinə təhsil almaq üçün getmişdir. == Fəaliyyəti == 1967-ci ildə buradakı təhsilini bitirdikdən sonra bir müddət Türkiyədə Mətbuat-Nəşriyyat İdarəsində işləmişdir. 1971-ci ildə Almaniyaya geri dönən Atsız, televiziya və radio qurumlarında film çəkilişi və siyasi şərhçiliklə məşğul olmuşdur. 1977-ci ildən etibarən 2 il müddətinə Türkiyənin Bonn şəhərindəki konsulluğunun mətbuat katibliyini etmişdir. === Mətbuat sahəsindəki fəaliyyətləri === Nöqtə, Bazar postası, Yeni yüz il, Tərcüman, Milliyyət, Maya, Türk ədəbiyyatı kimi qəzet və jurnallarda yazılar yazmışdır. 31 dekabr 2014-cü il tarixinə qədər Star qəzetində köşə yazıları yazmışdır.
Yağmur piri
Yağmur piri Culfa rayonunun Teyvaz kəndindən ş.- də ziyarətgah.Pir daş hörgü ilə iki hissəyə bölünmüşdür. Pirin girişi cənub tərəfdəndir. Onun cənub, şərq və qərb divarlarında şam yandırmaq və nəzir qoymaq üçün xüsusi taxçalar düzəldilmişdir. Pirin divarları Azərbaycanın qədim memarlığı üçün xarakterik olan tikinti texnikası ilə tikilmişdir. Divarlar yanlardan iri daşlarla hörülmüş, onların arası isə kiçik həcmli daşlarla doldurulmuşdur. Divarlar bərkidici məhlul olmadan inşa edilmişdir. Pirin arxitektura özəllikləri və daşların şibyə ilə örtülməsi onun uzun müddətdən bəri istifadə edildiyini göstərir. Pirin içərisindəki taxçalarda XII–XIV əsrlərə aid yağdanlara rast gəlinmişdir. Lakin pirin tikilmə tarixi e.ə. IX–VI əsrlərə aiddir.
Yaşar Yağmur
Yaşar Yağmur (tam adı: Yaşar Yağmur, türk. Yaşar Yağmur; 1954) — Türk lokali musiqi müğənnisi, musiqiçi.
Zümrüd Yağmur
Zümrüd Yağmur (tam adı: Zümrüd İsrafil qızı Abıyeva; 20 mart 1971, Masallı rayonu) — realist, distopik yazar, ədəbiyyatşünas, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi. == Həyatı == Zümrüd Yağmur 1971-ci il martın 20-də Masallı rayonunun Məmmədxanlı kəndində anadan olmuşdur. Şərəfə kənd orta məktəbini bitirdikdən sonra 1988–1993-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır. Hələ tələbəykən "Müstəqil qəzet"ində köşə yazıları ilə çıxış etmişdir. 1990-cı illərdən ədəbi yaradıcılığa başlamışdır. "Müstəqil qəzet"də müxbir işlədiyi illərdə dövri mətbuatda hekayələri, elmi, fəlsəfi məqalələri dərc edilmişdir. "Hüseyn Cavid yaradıcılığında insan konsepsiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır (1997). İlk kitabı "Suada" adlı povest və hekayələr toplusu 1995-də nəşr olunmuşdur. "İnsan axtarışında" (1998) kitabı bədii ədəbiyyatda insan konsepsiyası probleminə həsr edilmişdir. 1994–1999-cu illərdə "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyində elmi redaktor olmuşdur.
Yağmur Əli (Urmiya)
Yağmur Əli (fars. يغمورعلي‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 232 nəfər yaşayır (72 ailə).
Osman Yağmurdərəli
Osman Yağmurdərəli (6 fevral 1953, Trabzon ili – 2 avqust 2008, İstanbul)- Türkiyənin məşhur aktyoru və rejissoru, siyasətçi. == Həyatı == Osman Yağmurdərəli 6 fevral 1953-cü ildə Trabzonda anadan olub. O, Qazi Universitetinin musiqi bölümünü bitirmişdi. Son parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının namizədi olaraq millət vəkili seçilmişdi.

Значение слова в других словарях

гла́зоньки джиха́д перенасели́ть пресс-рели́з пятни́стый ропта́ние спры́снуться хлебо́к эфироно́сный подме́на свежепросо́льный табле́точный фала́нга углызнуть appealer axil bladder worm dicing excurvation goniometric pipe-rolls вкручивать набрякший нети обрядовый