YAZMAQ
YEDDİ
OBASTAN VİKİ
.ye
.ye — Yəmən üçün internet kodu.
Ye
.ye — Yəmən üçün internet kodu. Ye-Ye (Real Madrid FK) — 1960-cı illərdə İspaniya futbolunda hegemonluq edən Real Madridin ispan oyunçularının nəslinə verilən ad Yanq Ye — Çini təmsil edən bədii gimnast. Ye (albom) — amerikalı repçi Kanye Vestin səkkizinci studiya albomu.
Yanq Ye
Yanq Ye (d. 26 may 1994) — Çini təmsil edən bədii gimnast. Yanq Ye, 2016-cı ildə Çini XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Yanq Ye, 2016-cı ildə Çin bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Bao Yuqinq, Şu Siyao, Janq Linq və Jao Jinqnan ilə birgə təsnifat mərhələsində 32.133 xal topladı və 11-ci yeri tutaraq mübarizəni dayandırdı.
Ye (albom)
Ye — amerikalı repçi Kanye Vestin səkkizinci studiya albomu. 1 iyun 2018-ci ildə GOOD Music tərəfindən buraxılıb.
Ye-Ye (Real Madrid FK)
Ye-Ye komandası — 1960-cı illərdə İspaniya futbolunda hegemonluq edən Real Madridin ispan oyunçularının nəslinə verilən ad idi. 1950-ci illərdə komandanın kapitanı əvvəllər 5 dəfə Avropa Kubokunu qazanan veteran oyunçu Fransisko Xento, sonra isə Alfredo Di Stefano oldu. Bu iki əfsanəvi futbolçunun kapitanlıq etdiyi heyətə gənc və istedadlı oyunçular daxil idi: Xose Arakistayn, Paçin, Pedro De Felipe, Manuel Sançiz Martinez, Pirri, İqnasio Soko, Fernando Serena, Amansio Amaro, Ramon Qrosso, Manuel Velazkez, Felo. Bu gənc oyunçu qrupu əvvəlki nəsildən daha uzun saçlarına görə fərqləndiyi üçün onlara bəzən hippi də deyilirdi. Ye-ye adı Bitlz qrupunun "She Loves You" (O səni sevir) mahnısındakı "Yeah, yeah, yeah" (Bəli, bəli, bəli) kəlmələrinin qısaltmasıdır, komandanın dörd üzvü Bitlzi təqlid edərək Marcaya məhz belə poza verdiyinə görə heyət sonralar belə adlandırıldı. Ye-ye Bitlomaniyanın dünyanın dörd bir tərəfini tutduğu dövrdə — altmışlı illərdə İspaniyada gənclərin adlandırıldığı və İspaniyada həmin on ildə məşhur olan bir musiqi tərzi idi. Komandanın yenilənməsi 1959-cu ildə Miqel Munyosun Real Madridin baş məşqçisi təyin olunmasından sonra başladı. O, futbolçu kimi Real Madridin 1956 və 1957-ci illərdə Avropa Kubokunu qazandığı heyətə kapitanlıq etmişdi. Oynadığı komanda Real Madridin ala biləcəyi ən yaxşı xarici istedadlarla quruldu. Real Madridin məşqçisi kimi qurduğu komanda isə tamamilə ispan futbolçularından ibarət idi.
Safine-ye Süleymani
Safine-ye Süleymani (azərbaycanca: Süleymanın gəmisi) — Səfəvi sülaləsindən olan şah I Süleymanın (1666–1694) Siamda yerləşən Ayutiya krallığına göndərdiyi elçiliyin səyahətnaməsi nəzərdə tutulur.Səyahətnamənin mətni elçiliyin katibi Məhəmməd Rəbi ibn Məhəmməd İbrahim tərəfindən qələmə alınmışdır. Səyahətnamədə əks olunanlar Səfəvi imperiyasının bu dövrdə Hind okeanının şərq bölgələrindəki varlığı barədə mükəmməl məlumat verir. Həmçinin səyahətnamədəki məlumatlar əsasında Siamın XVII əsrin sonlarında tarixini öyrənmək üçün də istifadə edilə bilər. Bu səyahətnamə dünyanın bu xüsusi bölgəsi ilə Səfəvi imperiyasının əlaqələrinin tarixindən bəhs edən yeganə qaynaqdır. == Tərcümələri == Muhammad Rabi' ibn Muhammad Ibrahim (1972). The Ship of Sulaiman (azərbaycanca: Süleymanın gəmisi). Con O' Kane tərəfindən tərcümə edilmiş və Nyu-York şəhərində yerləşən Kolumbiya Universiteti Nəşriyyatında nəşr edilmişdir. Bu tərcümə Britaniya Muzeyində saxlanılan əlyazma əsasında həyata keçirilmişdir. Həmçinin əsərin tərcüməsinə tərcüməçi tərəfindən qeydlər və giriş qismi əlavə edilmişdir. == Həmçinin bax == İsgəndər bəy Münşi == İstinadlar == == Mənbə == M. Ismail Marcinkowski.
Çan Ye-Şu
Çan Ye-Şu (11 fevral 1979) — Çin Taybeyini təmsil edən stolüstü tennisçi. == Karyerası == Çan Ye-Şu Çin Taybeyini 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Daha sonra Çan Ye-Şu Çin Taybeyini 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 7-ci pillənin sahibi olub.
Təkyə-ye Süfla (Qürvə)
Təkyə-ye Süfla (fars. تكيه سفلي‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 102 nəfər yaşayır (24 ailə). Əhalisini kürdlər təşkil edir.
Təkyə-ye Ülya (Qürvə)
Təkyə-ye Ülya (fars. تكيه عليا‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 138 nəfər yaşayır (29 ailə). Əhalisini kürdlər təşkil edir.
Anuş Məhəlləh-ye Cokəndan (Talış)
Anuş Məhəlləh-ye Cokəndan (fars. انوش محله جوكندان‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 2,162 nəfər yaşayır (457 ailə).
Bala Məhəllə-ye Çubar (Talış)
Bala Məhəllə-ye Çubar (fars. بالامحله چوبر‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 500 nəfər yaşayır (117 ailə).
Müşir Aba-ye Pəncə (Qürvə)
Müşir Aba-ye Pəncə (fars. مشير آبا پنجه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 154 nəfər yaşayır (31 ailə). Əhalisini kürdlər təşkil edir.
Tarix-e Cahanqoşa-ye Nadiri
Tarix-e Cahanqoşa-ye Nadiri (farsca:جهانگشای نادری) — Nadir şahın hakimiyyəti dövründə Mirzə Mehdi xan Astarabadi tərəfindən yazılan tarixçilik əsəri. == Haqqında == Kitabı yazan Nadir şahın rəsmi tarixçisi və katibi Mirzə Mehdi xan Astarabadi tərəfindən yazılmışdır.Bu kitab Nadirin hakimiyyəti dövründə baş verən hadisələrdən bəhs edən ən önəmli əsər hesab edilir. Kitabın müəllifi Mirzə Mehdi xan Nadirin məmuru olaraq həmişə onun yanında olmuş və hadisələri birbaşa öz gözləri ilə görmüşdür.Görünən odur ki, kitabın ilk adı Tarix-e Nadiri olmuş, lakin sonradan Cahanqoşa-ye Nadiri deyə adlandırılmışdır. Müəllif özü kitabı Ruznamça-i Zəfər (farsca:روزنامچه ظفر) adlandırmışdır. Kitabda 1708-ci ildən 1748-ci ilə qədərki hadisələr təsvir edilmişdir. Kitab son bəhs etdiyi hadisələr Nadir şahın öldürülməsindən bir il sonra baş verən hadisələrdir. Müəllifin bu kitabından başqa bir kitabı da mövcuddurş Bu kitab Darra-i Nadir adlandırılmaqla birlikdə, Tarix-e Cahanqoşa-ye Nadiri kitabının daha qısa versiyasıdır.Farsca yazılmış kitabda ərəb dilindən alınmış sözlər çoxluq təşkil etməkdədir. == Həmçinin bax == Tarix-i aləm aray-i Abbasi == İstinadlar == == Mənbə == Ernest Tucker. JAHĀNGOŠĀ-YE NĀDERI. London and New York: Encyclopædia Iranica, Volume XIV/4:Routledge & Kegan Paul. Ehsan Yarşater.
10000 yenlik əsginas
10000 yenlik əskinaz (yap. 一万円紙幣) — Yaponiyada işlədilən əskinazlardan biri. Ön tərəfində Meyci dövrü filosofu və Keyo Universitetinin qurucusu Yukiçi Fukuzavanın portreti əks olunmuşdur. Əskinazın arxa tərəfində isə Byodo-ində yerləşən Feniks zalındakı Hoo (yap. 鳳凰, Çin feniksi) rəsmi var.Saxta əskinazların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əskinaza bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir: holoqram, oyma nəşr, gizli şəkil, lüminessent mürəkkəb, mikronəşr, inci mürəkkəb, EURion bürcü və s.
2014 Yeniyetmələrin Yay Olimpiya Oyunları
2014 Yeniyetmələrin Yay Olimpiya Oyunları — 16–28 avqust tarixlərində Çinin Nankin şəhərində baş tutdu.
2015 Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı
2015 Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı və ya rəsmi adı ilə XIII Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı — 2015-ci il iyulun 26-dan avqustun 1-nə qədər Gürcüstanın paytaxtı Tbilisi şəhərində baş tutan Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı.
2016 Yeniyetmələrin Qış Olimpiya Oyunları
2016 Yeniyetmələrin Qış Olimpiya Oyunları — 12-21 fevral tarixlərində Norveçin Lillehammer şəhərində baş tutdu.
2018 Yeniyetmələrin Yay Olimpiya Oyunları
2018 Yeniyetmələrin Yay Olimpiya Oyunları — 2018-ci ildə 6-18 oktyabr tarixlərində Argentina Buenos Ayres şəhərində baş tutdu.
2019 Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı
2019 Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı və ya rəsmi adı ilə XIV Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı — 2019-cu il fevralın 9-dan fevralın 16-na qədər Bosniya və Herseqovinanın paytaxtı Sarayevo, habelə Şərqi Sarayevo şəhərlərində baş tutması nəzərdə tutulan Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı. == Ümumi məlumat == === İdman növləri === XIV Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalının proqramına 7 idman növü daxil edilib.
2019 Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı
2019 Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı və ya rəsmi adı ilə XV Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı — 2019-cu il iyulun 20-dən iyulun 28-nə qədər Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutması nəzərdə tutulan Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı.
28 Aprel (Yevlax)
Aran (əvvəlki adı: 28 Aprel) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Yevlax rayonunun 28 Aprel qəsəbəsi Aran qəsəbəsi adlandırılmışdır. == Tarixi == Qəsəbə 1935-ci ildə qurulub. Yevlax rayonunun ən böyük yaşayış məntəqəsidir. Aran qəsəbəsi sovet vaxtlarında maldarlıqla ad göstərib. == Əhali == Aran qəsəbəsində 7.263 nəfər yaşayır. Onlardan 4.103 kişi, 3.160 qadındır. == Mədəniyyət == Qəsəbədə Seyid Maral Seyid Bayram qızının ziyarətgahı vardır. == Təhsil == Aran qəsəbəsi Yevlax rayonunun ən böyük qəsəbəsidir və iki hissədən ibarətdir: Aran 1 və Aran 2, Aran qəsəbəsində 2 tam orta məktəb və 1 ümumi tam ora məktəb var 1-№-li ümumi tam orta məktəb Aran-1 ərazisində yerləşirə, 2-№-li orta məktəb isə Aran-2 ərazisində yerləşir. == İnfrastruktur == Yaxın gələcəkdə isə Aran-Duzdağ yolunun çəkilməsi gözlənilir.
2 gün, 2 gecə yeni musiqi
2 gün, 2 gecə yeni musiqi (ukr. Два дні й дві ночі нової музики) və ya 2G2G (ukr. 2Д2Н) Ukraynanın Odessa şəhərində 1995-ci ildən etibarən hər il 48 saat ərzində keçirilən beynəlxalq musiqi festivalı. Festivalda çox hissəsi eksperimental musiqi olmaqla ukraynalı və xarici bəstəkarların musiqiləri təqdim edilir. Festival 1995-ci ildə ukraynalı bəstəkar Karmella Tsepkolenko tərəfindən təsis edilmişdir. Festival Beynəlxalq Müasir Musiqi Cəmiyyətinin Ukrayna bölməsi olan Yeni Musiqi Assosiasiyası tərəfindən təşkil edilir. Festivalın hazırkı prezidenti alman bəstəkar və dirijor Bernhard Vulfdur. 2G2G Ukraynanın ən böyük musiqi festivallarından biri hesab olunur. Festival dövlət dəstəyi, şəxsi ianələr, İsrail, İsveç, İsveçrə kimi ölkələr də daxil olmaqla beynəlxalq dövlət orqanları və layihələr hesabına maliyyələşdirilir. == İstinadlar == == Xarici keçidlər == Yeni Musiqi Assosiasiyası // Böyük Ukrayna Ensiklopediyası Festivalın rəsmi səhifəsi (2012-ci ildən bəri yenilənmir) Antonina Nejdanova adına Odessa Milli Musiqi Akademiyasının saytında festivalın 2018-ci ildəki anons və proqramı Lesya Oleynik.
48 saylı Yevlax seçki dairəsi
49 saylı Yevlax-Mingəçevir seçki dairəsi
Abdulkərim (Yermekeevskiy rayonu)
Abdulkərim (başq. Әбделкәрим) — Abdulkərim; Başqırdıstanın Yermekeevo rayonunun kənd şurasına aiddir. Əhalisi 1 yanvar 2009-cu ildə görə 487 nəfər olmuşdur. Poçt kodu – 452190.
Abraham Yeravansi
Abraham Yeravansi və ya İrəvanlı Abraham (erm. Աբրահամ Երևանցի 1680 – 1740) — XVIII əsr erməni tarixçisi. Abraham Yerevansinin "1721–1736-cı illərdə müharibələrin tarixi" əsəri Cənubi Qafqaz və İran tarixini öyrənmək üçün mühüm mənbələrdəndir. Kitabda müəllifin şahidi olduğu hadisələrdən, o cümlədən 1724-cü ildə İrəvanın Osmanlı qoşunları tərəfindən tutulmasından bəhs edilir. Əsər 1938-ci ildə erməni, 1939-cu ildə isə rus dilində nəşr olunmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Bournoutian, George A. ABRAHAM OF EREVAN // Encyclopaedia Iranica. 2002. A. J. Hacikyan, redaktorThe Heritage of Armenian Literature: From the Eighteenth Century to Modern Times. Detroit: Wayne State University Press. 2005.
Acılı yaşayış yeri
Аcılı yаşаyış yеri — Şərur rayonundа Dərəkənddən şimal-qərbdə yеrləşir. Yаşаyış yеrində оlаn uçub-tökülmüş tikinti qаlıqlаrı binаlаrın dаş təməl üzərində möhrə və çiy kərpicdən inşа оlunduğunu göstərir. Tədqiqаt zаmаnı Sоn Оrtа əsrlərə аid şirli və şirsiz kеrаmikа məmulаtı аşkаr оlunmuşdur.
Adana Yeni məscidi
Adana Yeni Məscidi — Adanada Məmlük memarlığı təsiri altında tikilmiş tarixi məscid. Məscid kitabələrindən birinə görə məscidi, 1724-ci ildə Abdürrəzzak Antaki adlı Antakyalı bir zəngin tərəfindən tikdirilmiş; Başqa bir kitabəyə görə minarəsi 1729-ci ildə Abdullah İbn Əli Beşə tərəfindən tikdirilmişdir. Düzbucaqlı formasında, on günbəzli bir quruluşa malikdir. Minarəsinin giriş qapısının üstündə bir günəş saatı vardır. == Yerləşimi == Kuruköprüden Kiçik Saata gedən Özlər Prospekti üzərində yerləşmişdir. Kiçik bir məsciddir. == Xarici görünüşü == İlk baxışda, qiblə divarı xaricində qalan cəbhələrdə, əlavə edilən dəmir-beton hissələrlə məscidin əsas xarakteri pozulmuş olsa da, dəyişikliyə uğramamış olan qiblə divarı ilə minarəsi məscidin orijinal vəziyyətini ortaya qoymağı bacarır. Cənub-qərb tərəfdə olan minarənin qaydası eyni zamanda həyət qapısı vəziyyətindədir. Silindrik minarə gövdəsi ziqzaqşəkilli xətlərlə bəzədilmiş, Məmlük məscidlərində olduğu kimi tağ ilə örtülmüşdür.
Ageratina yecorana
Ageratina yecorana (lat. Ageratina yecorana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Aktın tərtib edildiyi yerin qanunu
Lex loci actus və ya aktın tərtib edildiyi yerin qanunu — beynəlxalq xüsusi hüquqda qəbul edilmiş qayda. Bu qaydaya görə, mülki hüquq aktının tərtib olunduğu dövlətin hüququ tətbiq olunmalıdır. Bu, təhkimetmənin ümumi formuludur və bu şəkildə nadir hallarda istifadə olunur. Buna səbəb mülki hüquq aktının müxtəlif mülki-hüquqi hərəkətlərini əhatə edən geniş anlayış olmasıdır. Buna görə də aktın növündən asılı olaraq bu formul dəqiqləşdirilir. Aktın tərtib edildiyi yerin qanununun ən çox yayılmış variantları "Müqavilənin tərtib edildiyi yerin qanunu", "Müqavilənin icra edildiyi yerin qanunu", "Zərər vurulma yerinin qanunu"dur.
Aleksandr Yebralidze
Aleksandr İosifoviç Yebralidze, (20 iyun 1955 ildə Batumi) şəhərində anadan olmuş, gürcü mənbəli Rusiya biznesmeni. OAO Talionun baş direktoru, Gürcüstan Xalqları Ümumdünya Konqresinin prezidenti. == Bioqrafiya == 1955 ildə Batumi şəhərində anadan olmuşdu. Anasõ riyaziyyat mŸəllimi, atasõ isə rus dili, ədəbiyyat və tarix mŸəllimidir. Uşag illərindən başlayaraq idman ilə – boks və ştanq ilə məşğul olmuşdu. 1971 ildə orta məktəbini qurtararaq Rusiyaya kšmŸşdŸ. Onun əsas təhsili tarixdir. Bu təhsili A.İ. Gertsen adõna Rusiya dšvlət pedagoji universitetində almõşdõ. İkinci təhsili hŸquqşŸnaslõqdõr, onu Sankt-Peterburq hŸquq akademiyasõnda almõşdõ. 1992 ildə indi OAO ýTalioný adlanan OAO ýTsentr qumanitarnoqo i delovoqo sotrudniestvaý təsis etmişdir, indiyədək onun baş direktorudur. Bu şirkət developer, restoran, turizm və nəşriyyat biznes ilə məşğuldur.
Aleksandr Yelyaşeviç
Aleksandr Yelyaşeviç (22 mart 1902, Vilnüs – 18 avqust 1978, Qdansk) — Polşa ordusunun Lipka tatarı olan mayoru. O, Polşa ordusundakı sonuncu tatar-müsəlman bölməsinin komandanı olmuşdur.. == Həyatının erkən dövrü == Etnik olaraq Lipka tatarı olan Yelyaşeviç Rusiya imperiyasının Vilnüs quberniyasında imperator ordusunun kapitanı olan Janın ailəsində dünyaya gəlmişdir. O, 1912-1919-cu illərdə əvvəlcə Pskovdakı Kadet Korpusunda, sonradan isə Ukraynada hərbi təhsil almışdır. 1923-cü ildə Türkiyəyə və Yuqoslaviyaya evakuasiya edilmiş zabitlər məktəbini süvari zabiti olaraq başa vurdu. 1924 və 1925-ci illərdə serb sərhəd bölmələrində xidmət etdikdən sonra Polşaya geri dönə bildi. == Polyak ordusunda == Eyni ild də polyak ordusuna qoşuldu və Qrudziadzdakı Süvari Zabitlər Məktəbinə göndərildi. 1928-ci ildə Vilnüs qarnizonunun IV Uhlans Alayında peşəkar zabit kimi xidmət etməyə başladı. Onun alayı müasir Vilnüsün bir hissəsi olan Nova Vileykada yerləşirdi. O, burada I Tatar Eskadronunun komandanı idi.
Aleksandr Yemelyanenko
Aleksandr Yemelyanenko (2 avqust 1981, Starıy Oskol, Belqorod vilayəti) — məşhur Rusiyalı döyüşçü. == Həyatı == Qardaşı Fyodor Yemelyanenko ilə birlikdə məşqlərə başlayan Aleksandr Döyüş Sambosu üzrə dəfələrlə beynəlxalq turnirlərin və dünya yarışlarının qalibi olmuşdur.2003-cü ildən MMA döyüşləri üzrə yarışlarda iştirak edən idmançı keçirdiyi 30 döyüşdən yalnız 7-də səkkiz künclü rinqi məğlub tərk etmişdir. 2007-ci ildən rusiyalı xanım Olqa ilə evlilik yaşayır.
Aleksandr Yeqorov
Aleksandr Yeqorov (13 (25) oktyabr 1883, Buzuluk, Samara quberniyası[d] – 23 fevral 1939, Moskva) — Sovet İttifaqı Marşalı.
Aleksandr Yersen
Alexandre Yersin — isveçrəli və fransız əsilli həm həkim, həm də bakterioloq. Alimin şərəfinə adlandırılan bubon taunu və yaxud zərərvericiyə cavabdeh olan basilin ilk dəstəkçilərindən biri kimi xatırlanır: Yersinia pestis. Başqa bir bakterioloq olan yapon həkimi Kitasato Shibasaburō adətən, xüsusi olaraq bir neçə gün əvvəl bakteriyaların müstəqil identifikasiyasını müəyyən etdiyini, lakin patogenə səbəb olan vəba deyil, başqa bir bakteriya olduğunu qeyd etdi. Həmçinin, Yersin ilk dəfə olaraq, eyni basilin (çöpün) həm gəmiricilərdə, həm də insan da olduğunu göstərərək mümkün ötürmə yollarını vurğulamışdı. == Həyatı və təhsili == Yersin 1863-cü ildə İsveçrənin Vaud kantonunda atasının- Jean-Alexandre-Marc Yersin ölümündən sonra dünyaya göz açıb. Onun anası Fanny-Isaline-Emilie Moschell idi. 1883–1884-cü ilə qədər Lozannada, ardınca Marburqda və Parisdə (1884–1886) tibb təhsili almışdı. == Kariyera həyatı == 1886-cı ildə Yersin Emil Rouxun dəvəti ilə École Normale Supérieure-də Louis Pasteurun tədqiqat laboratoriyasına daxil olmuş və quduzluğa qarşı zərdabın hazırlanmasında iştirak etmişdir. 1888-ci ildə o, Eksperimental vərəmin inkişafı üzrə tədqiqat adlı dissertasiya ilə doktorluq dərəcəsini almış və iki ay Almaniyada Robert Koç ilə birlikdə vaxt keçirmişdir. O, 1889-cu ildə Rouxun əməkdaşı kimi son dövrlərdə yaradılan Pasteur İnsitutuna qoşulub və onunla birlikdə Corynebacterium diphtheriae çubuğu tərəfindən istehsal edilən difteriya toksinini ortaya çıxmışdı.
Aleksandr Yevinov
Aleksandr Aleksandroviç Yevinov (rus. Александр Александрович Евинов; 1 aprel 2000, Pskov) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Çertanovo-2 Moskva klubunda müdafiəçi kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. == Karyerası == Yevinov öz peşəkar karyerasında debütünü 3 avqust 2018-ci ildə Çertanovo-2 Moskva klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Tekstilşik İvanovo klubuna qarşı oyunda etmişdir.
Alovtəpə yaşayış yeri
Alovtəpə — Kəngərli rayonunda Yurdçu kəndindən şərqdə orta əsrlərə aid yaşayış yeri. == Ümumi məlumat == Sahəsi 2 hektardır. Qərb tərəfdən dərə ilə məhdudlaşır. Mədəni təbəqə olduqca az qalmışdır. Yaşayış yerinin mərkəzi hissəsində dördkünc formalı evlərə aid daş təməl qalıqları mövcuddur. Tikinti qalıqlarına əsasən demək olar ki, evlər daş təməl üzərində çiy kərpicdən və möhrədən inşa olunmuşdur. Yerüstü materiallar şirli və şirsiz saxsı məmulatından ibarət olub əsasən çəhrayı rəngdədir. Gil məmulatı içərisində küpə tipli qabların oturacaq hissəsinin və onların gövdəsinin sınıqları üstünlük təşkil edir. Tapıntıların əksəriyyəti forma verməyən parçalardan ibarətdir. Bəzi qabların gilinə iri qum qatılaraq qeyri-bərabər bişirilmiş, içəri tərəfinə qırmızı boya çəkilərək yaxşı hamarlanmışdır.Digərləri iri qum və Bitki qarışığı olan gildən hazırlanmış çəhrayı rəngdə bişirilmişdir.
Deh Raqeh-ye Pir Hüseyn (Bicar)
Deh Raqeh-ye Pir Hüseyn (fars. دهرقه پيرحسين‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 138 nəfər yaşayır (31 ailə). Əhalisini kürdlər təşkil edir.

Digər lüğətlərdə

-ичн-(ый) в су́мерки впряга́ться гравиме́трия ладо́шный майда́н обра́мить потре́ба свёрстка цапать всхра́пывание га́га зооте́хник пожи́зненный разыска́ние California poppy chest-on-chest cognizable countrywide dog-shores Makassar Strait ассортимент жучка санузел скопец