YEDDİ ARXIN SUYUNU BİR ARXA CALAMAQ

çaşdırmaq, bir işi və ya məsələni daha da ağırlaşdırmaq; qarışıqlıq, hərc-mərclik yaratmaq; ~ yeddi dərədən su gətirmək, yeddi dərənin suyunu bir-birinə qarışdırmaq.

YEDDİ ARXA DÖNƏNİ
YEDDİ ARŞIN QUYUNUN DİBİNƏ SALMAQ
OBASTAN VİKİ
Arxa beyin
Asxa beyinə (lat. metencephalon) körpü - lat. pons və beyincik - lat. cerebellum aiddir; onun boşluğunun qlığını dördüncü mədəciyin ara hissəsi təşkil edir. == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1982 Atlas of Human Cardiac Anatomy - Endoscopic views of beating hearts - Cardiac anatomy Р. Д. Синельников.
Arxa plan
Arxa plan və ya Fon (Background) Ekranda üzərində simvolların təsvir olunduğu rəngdir; məsələn, ağ fonda qara simvollar. Həmçinin, arxa plan istifadəçinin birdəfəyə bir neçə proqram və ya sənədlə işləyə biləcəyi sistemdə: verilmiş anda açıq olan, ancaq aktiv olmayan pəncərədir. Bundan əlavə, arxa plan əməliyyat sistemlərində: mikroprosessorun vaxt bölgüsündə az öncüllüyü (prioriteti) olan, yəni öncəlikli olmayan, proses və ya məsələdir. İstifadəçi informasiyanın yenilənməsini tələb etmirsə, yaxud verilmiş məsələni öncəlikli rejimə keçirmirsə, fon prosesi (məsələn, çap və ya elektron poçtun daxil olmasının yoxlanması) çox zaman istifadəçi üçün görünməz olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Arxa çantası
Bel çantası — arxa üstə geyilən bir növ çanta. Məktəb, turizm, səyahət, gediş və ya düşərgə üçün istifadə edilə bilər. Arxa çantalarının yüngül olanları tək çiyində də daşına bilinər.
Yeddi
Yeddi — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Altıdan sonra, səkkizdən əvvəl gəlir. Yeddi rəqəmi müxtəlif xalqlar arasında müqəddəs rəqəm sayıldığından bu rəqəmlə başlayan çox söz birləşmələri və rəv ayətləri var. Məsələn: Yeddi oğul istərəm, yeddi samuray və s. == Ümumi məlumat == Bir sıra xalqların folklorunda, yazılı abidələrində, ayin-mərasimlərində, inam-etiqadlarında, məişətlərinin bütün sahələrində yeddi sayı qədər fəal olanı yoxdur. Elə bu səbəbdəndir ki, yeddi sayının insanın maddi və mənəvi həyatındakı həm real, həm də sehrli mövqeyi və rolundan, təbiət mövcudluqları ilə əlaqəsindən qədərincə danışılmış, yazılmışdır. Şumerlərdə yeddi sayını bildirən işarə, eyni zamanda kainatın da işarəsi imiş. Belə ki, onların ucaltdıqları yeddi pilləli qüllə, sən demə, əslində yeddi səyyarənin, həftənin yeddi günün, yeddi böyük tanrının, yeddi küləyin, yeraltı dünyanın qapısının simvolu imiş. Hind kahinlərinin bildirdiyinə görə, ruhlar aləmi və materiya yeddi qütbdən ibarətdir. Kainat yeddi dairəyə bölünür, insanda yeddi fəaliyyət başlanğıcı var, ruh uşağın canına onun yeddi yaşı tamam olduğu vaxtdan hamilik etməyə başlayır, insanın bədənindəki əzalarda hər yeddi ildən bir dəyişmələr gedir.
Bir
Bir — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Saymağa birdən başlayırıq. Bir ikidən əvvəl gəlir. == Riyaziyyatda == Bir ədədi riyaziyyatda bir çox hallarda vahid adlanır. Vahidin aşağıdakı xassələri var: İstənilən ədədi vahidə vurduqda həmin ədəd özü alınar. Vahidi istənilən ədədə vurduqda həmin ədəd özü alınar. İstənilən ədədi vahidə böldükdə həmin ədəd özü alınar. Vahid tək ədəd hesab edilir. 1 ədədi nə sadə ədəd, nə də ki, mürəkkəb ədəddir. == İnam və etiqadlarda == Mənəvi və maddi mədəniyyətin tərkib hissələrindən bilinən ümumsay kompleksində həm də "tək", "vahid" adları daşıyan çoxmənalı bir sayı mifoloji dünya modelində "Tanrı", "Kosmos" anlayışı ilə hər hansı hadisə və işin, əşyanın ilkliyi, başlanğıcı təsəvvürünü yaratmaqla düşüncəyə, məişətə daxil olmuşdur.
Stabilizatorun arxa tərəfi
Stabilizatorun arxa tərəfi, hər hansı bir qanad profili üstündən axan havanın qanadı tərk etdiyi kənara, yəni art kənara verilən addır. Flap, qanadcıq kimi komponentlər stabilizatorun arxa tərəfində yerləşir.
Altmış yeddi
Altmış yeddi — say sistemində ədədlərdən biridir. Altmış altıdən sonra, altmış səkkizdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Altmış yeddi ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Doxsan yeddi
Doxsan yeddi — say sistemində ədədlərdən biridir. Doxsan altıdən sonra, doxsan səkkizdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Doxsan yeddi ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
On yeddi
On yeddi — say sistemində ədədlərdən biridir. On altıdan sonra, On səkkizdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === On yeddi ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Otuz yeddi
Otuz yeddi — say sistemində ədədlərdən biridir. Otuz altıdan sonra, otuz səkkizdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === Otuz yeddi ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Qırx yeddi
Qırx yeddi — say sistemində ədədlərdən biridir. Qırx altıdan sonra, qırx səkkizdən əvvəl gəlir. === Əsas hesablamalarda === Qırx yeddi ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Səksən yeddi
Səksən yeddi — say sistemində ədədlərdən biridir. Səksən altıdan sonra, səksən səkkizdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Səksən yeddi ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 3, 29 və 87 ədədlərinə qalıqsız bölünür.
Yeddi Zirvə
Yeddi Zirvə (Seven Summits) — hər qitənin ən yüksək zirvələrindən ibarət qrup. Qafqaz dağlarının bir hissəsi Avropada, bir hissəsi Asiyada olduğundan Avropanın ən yüksək zirvəsi mövzusu mübahisəlidir. Eyni vəziyyət Avstraliya və Okeaniyaya da aiddir. Papua Yeni Qvineya adasının İndoneziyaya aid hissəsində Puncak Caya dağının hündürlüyü 4.884 metr, Avstraliyadakı Kostyuşka 2.228 metrdir.
Yeddi adalar
Yeddi adalar (rus. Семь островов) — Barens dənizində 7 adadan ibarət olan arxipelaq. Kola yarımadasından bir qədər aralıda, Xarlovka çayının mənsəbinin qarşı tərəfində yerləşir. Əsas qrup 5 adadan ibarətdir. Onlar materikdən Yeddiada Reydi boğazı ilə ayrılır. Bura Xarlovka, Veşyanka, Böyük və Kiçik Zelensov və kuvşina adaları daxildir. Liski adalarına daxil olan 2 ada isə 8 km cənub-şərqdə yerləşir. Birinci qrupa daxil olan adalar əsasən daşlıqlardan ibarətdir. Sahilləri hündür, ərazisi meşəsiz və boşdur. Ən iri adaları Xarlov və Veşnyakdır.
Yeddi ata
Yeddi ata (qaz. Жеті ата, «Yeddi baba»; qırğ. Жети ата, «Yeddi ata»; başqa mənası — «Yeddi əcdad»; başq. ете быуын) — qazaxların, qırğızların və başqırdların şəcərə (qaz. шежіре, qırğ. санжыра, başq. шәжәрә) sistemi. Adətə görə, insan ən azı öz yeddi birbaşa əcdadının (ata, baba, böyük baba, və s.) adlarını əzbər bilməli. Yeddi ata sistemidə bir-birinə üst-üstə düşən əcdadlar olanlar şəxslərin evlənməsi insest sayıldığına görə, belə hallara cəmiyyətdə pis baxılır. Həmçinin, bu sistem həm yazılı, həm də şifahi şəkildə nəsillərin tarixini saxlayaraq, xalqların kimliliyin və ya xəyali icmaların formalaşmasında rol oynayır.
Yeddi ağac
Yeddi ağac - Azərbaycanda əsasən yaz, payız ayları və ya bayramqabağı günlərdə uşaq və gənclər arasında geniş yayılan qədim oyunlardan biri. == Oyunun qaydaları == Yeddi ağac qırığı düzəldib qoyurlar bir daşın üstünə. Sanama və ya püşklə ayrılan oyunçu dayanır ağacın yanında və gözlərini yumur. Qalan oyunçular qaçıb gizlənirlər. Sonra pusquda duran oyunçu qaçıb gizlənənləri axtarır. Əgər axtarılan oyunçulardan biri gəlib ağacları qarışdırıb yerə tökərsə, oyun yenidən başlanır. Pusquda duran oyunçu ağacları qorumaq şərtilə bütün gizlənən yoldaşlarını tapmayınca bu oyundakı axtarıcı vəzifəsindən xilas ola bilmir. Elə ki, bütün gizlənən yoldaşlarını tapdı, o zaman ilk dəfə tapdığı yoldaşı onu əvəz edir. Oyun göstərilən qaydada yenidən davam edir.
Yeddi daş
Yeddi daş - Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biri. Bu oyunu oynamaq üçün ta qədimdən yeddi yastı daş parçasından istifadə edərdilər. Lakin son zamanlar daş parçalarının əvəzində yastı şüşə parçalarından istifadə edirlər. Bu səbəbdən də bu oyun bir çox hallarda "Yeddi şüşə" adlandırılır.
Yeddi gözəl
Əsərlər Yeddi gözəl (Nizami) — Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan əsərlərdən biri. Yeddi gözəl (balet) — Qara Qarayev tərəfindən 1949-1952-ci illərdə bəstələnmiş balet. Yeddi gözəl - Qobustanda eyniadlı mağara.Digər Yeddi gözəl (film, 1982) — 1982-ci ildə çəkilmiş film. Yeddi gözəl şəlaləsi — Qəbələ rayonunun ərazisində yerləşən şəlalə.
Yeddi müdrik
Yeddi yunan müdriki (yun. Οἱ ἑπτὰ σοφοί) — miladdan öncə VII — VI əsrdə yaşamış və müdrikliyi ilə tanınmış Qədim Yunan qanunvericiləri, ictimai və dövlət xadimləri. Yunan fəlsəfəöncəsi dövrünün nümayəndələri idilər. Yunan fəlsəfəsinin yaranmasında onların çox böyük rolu olmuşdur. Bu insanlar öz müdriklikləri ilə seçilmiş, yunan ictimai fikrində dərin iz qoya bilmişdirlər. Tarixçilər “Yeddi müdrik” kimi Fales, Pittakus, Bias, Solonun adını qeyd edirlər. Qalan üç nəfərin adları isə müxtəlif şəkildə verilir. Məsələn, Platona görə (“Protaqoras” dialoqu) onlar Kleobulos, Mison, Xilon’dur. Başqa müəlliflər Misonu deyil, Perianderi müdrik kimi göstərmişdirlər. Diogenes Laertius isə bir çox müdrik insanların adlarını çəkmişdir ki, onların arasında həmin “Yeddi müdrik” sayılanlar da ola bilərdir.
Yetmiş yeddi
Yetmiş yeddi — say sistemində ədədlərdən biridir. Yetmiş altıdən sonra, yetmiş səkkizdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Yetmiş yeddi ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 7, 11 və 77 ədədlərinə qalıqsız bölünür.
İyirmi yeddi
İyirmi yeddi — say sistemində ədədlərdən biri. İyirmi altıdan sonra, İyirmi səkkizdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === İyirmi yeddi ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Əlli yeddi
Əlli yeddi — say sistemində ədədlərdən biridir. Əlli altıdən sonra, əlli səkkizdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Əlli yeddi ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Yeddi samuray
"Yeddi samuray" (yap. 七人の侍) — rejissor Akira Kurosavanın fəlsəfi-dram filmi. == Məzmun == Yaponiya, XVI əsrin ikinci yarısı. Bir kəndin sakinləri xəbər tuturlar ki, onların kəndinə köçəri tayfa hücum etmək və arpa ehtiyatlarını götürmək istəyirlər. Onlar 3 kəndlini kəndi qorumaq üçün yalnız yeməyə razı olan samuray tapmağa şəhərə göndərirlər. Çünki kəndlilərin onların haqqını başqa cür ödəməyə imkanıları yox idi. Elçilər təcrübəli döyüşçü Kambey Simadanın oğrunu necə cəzalandırdığının şahidi olurlar. Kəndlilər bu iş haqqında ona danışırlar və Kambey onlara kömək etməyə razılaşır. Tezliklə Kambey özünə roninlərdən çox da böyük olmayan dəstə düzəldir. Onların arasında eləcə də Kambeyin şagirdi olmaq istəyən gənc samuray Kasusiro Okamoto və özünü samuray kimi qələmə verən, əslində isə sadəcə avara olan Kikutiyo də var.
Bir kəmər, bir yol
Kəmər və Yol Təşəbbüsü (abr. KYT; ing. Belt and Road Initiative; abr. BRI və ya B&R), əvvəlki adı ilə Bir kəmər, bir yol (çin. 一带一路; ing. One Belt One Road; abr. OBOR) — Çin hökumətinin 2013-cü ildə 70-ə yaxın ölkəyə və beynəlxalq təşkilata sərmayə yatırmaq məqsədilə qəbul etdiyi qlobal infrastruktur inkişaf strategiyası. Bu, Çin Kommunist Partiyasının (ÇKP) baş katibi və Çinin rəhbəri Si Tszinpinin xarici siyasətinin mərkəzi hissəsidir. O, təşəbbüsü ilk olaraq 2013-cü ilin sentyabrında Qazaxıstana rəsmi səfəri zamanı strategiyanı "İpək Yolu İqtisadi Kəməri" adı ilə elan etmişdir."Kəmər" sözü "İpək Yolu İqtisadi Kəməri"nin qısaltmasıdır. Bu ad Qərb vilayətlərinin Mərkəzi Asiyadan keçən məşhur tarixi ticarət yolları boyunca davam edəcək olan avtomobil və dəmir yolu nəqliyyatı üçün təklif olunan quru yollarına istinaddır.
Arxa küçələr (teleserial, 2006)
Arxa küçәlәr (türk. Arka Sokaklar) — 2006-cı ildən Kanal D-də ekranlara gələn polis, dram, döyüş növündə, Türkiyənin ən uzun müddət (18 mövsüm) yayımlanan televiziya serialıdır. === Qısa məlumat === Ölkə: Türkiyə Rejissor: Orhan Oğuz Prodüser: Ali Cengiz Deveci Ssenari: Ozan Yurdakul, Sinan Yurdakul Koordinator: Yılmaz Ekmekçi Bölüm sayı: 639 Çəkildiyi müddət: 2006 - günümüz Vəziyyəti: yayımda Müddəti: 135-145 dəqiqə arası Yayımlandığı telekanal: Kanal D, Max Smart (təkrar bölümləri)Tv 2 == Məzmun == Serial İstanbul Polis Qərargahında özəl bir komandada çalışan polislərin ailə həyatları və İstanbul küçələrindəki macəralarından bəhs edir. Komanda vəzifələri boyunca daim fərqli və müxtəlif insan hekayələri ilə qarşılaşır.
иго́лка клише́ лю́тневый отпи́сывать разнозву́чие сен-симони́ст стра́жа антимонопо́льный расправля́ться социа́льно-бытово́й фибриноге́н Alvin cuvette long-tailed poor-spirited round dance saxhorn signable вапоризатор геркулесовский пилав расстыковаться тренькать утончаться фразёр