YEDDİ-YEDDİ

нареч. по семь. Yeddiyeddi düzülmək построиться по семь, yeddi-yeddi saymaq считать по семь
YEDDİ
YEDDİADAMLIQ
OBASTAN VİKİ
Yeddi
Yeddi — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Altıdan sonra, səkkizdən əvvəl gəlir. Yeddi rəqəmi müxtəlif xalqlar arasında müqəddəs rəqəm sayıldığından bu rəqəmlə başlayan çox söz birləşmələri və rəv ayətləri var. Məsələn: Yeddi oğul istərəm, yeddi samuray və s. == Ümumi məlumat == Bir sıra xalqların folklorunda, yazılı abidələrində, ayin-mərasimlərində, inam-etiqadlarında, məişətlərinin bütün sahələrində yeddi sayı qədər fəal olanı yoxdur. Elə bu səbəbdəndir ki, yeddi sayının insanın maddi və mənəvi həyatındakı həm real, həm də sehrli mövqeyi və rolundan, təbiət mövcudluqları ilə əlaqəsindən qədərincə danışılmış, yazılmışdır. Şumerlərdə yeddi sayını bildirən işarə, eyni zamanda kainatın da işarəsi imiş. Belə ki, onların ucaltdıqları yeddi pilləli qüllə, sən demə, əslində yeddi səyyarənin, həftənin yeddi günün, yeddi böyük tanrının, yeddi küləyin, yeraltı dünyanın qapısının simvolu imiş. Hind kahinlərinin bildirdiyinə görə, ruhlar aləmi və materiya yeddi qütbdən ibarətdir. Kainat yeddi dairəyə bölünür, insanda yeddi fəaliyyət başlanğıcı var, ruh uşağın canına onun yeddi yaşı tamam olduğu vaxtdan hamilik etməyə başlayır, insanın bədənindəki əzalarda hər yeddi ildən bir dəyişmələr gedir.
Altmış yeddi
Altmış yeddi — say sistemində ədədlərdən biridir. Altmış altıdən sonra, altmış səkkizdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Altmış yeddi ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Doxsan yeddi
Doxsan yeddi — say sistemində ədədlərdən biridir. Doxsan altıdən sonra, doxsan səkkizdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Doxsan yeddi ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
On yeddi
On yeddi — say sistemində ədədlərdən biridir. On altıdan sonra, On səkkizdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === On yeddi ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Otuz yeddi
Otuz yeddi — say sistemində ədədlərdən biridir. Otuz altıdan sonra, otuz səkkizdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === Otuz yeddi ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Qırx yeddi
Qırx yeddi — say sistemində ədədlərdən biridir. Qırx altıdan sonra, qırx səkkizdən əvvəl gəlir. === Əsas hesablamalarda === Qırx yeddi ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Səksən yeddi
Səksən yeddi — say sistemində ədədlərdən biridir. Səksən altıdan sonra, səksən səkkizdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Səksən yeddi ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 3, 29 və 87 ədədlərinə qalıqsız bölünür.
Yeddi Zirvə
Yeddi Zirvə (Seven Summits) — hər qitənin ən yüksək zirvələrindən ibarət qrup. Qafqaz dağlarının bir hissəsi Avropada, bir hissəsi Asiyada olduğundan Avropanın ən yüksək zirvəsi mövzusu mübahisəlidir. Eyni vəziyyət Avstraliya və Okeaniyaya da aiddir. Papua Yeni Qvineya adasının İndoneziyaya aid hissəsində Puncak Caya dağının hündürlüyü 4.884 metr, Avstraliyadakı Kostyuşka 2.228 metrdir.
Yeddi adalar
Yeddi adalar (rus. Семь островов) — Barens dənizində 7 adadan ibarət olan arxipelaq. Kola yarımadasından bir qədər aralıda, Xarlovka çayının mənsəbinin qarşı tərəfində yerləşir. Əsas qrup 5 adadan ibarətdir. Onlar materikdən Yeddiada Reydi boğazı ilə ayrılır. Bura Xarlovka, Veşyanka, Böyük və Kiçik Zelensov və kuvşina adaları daxildir. Liski adalarına daxil olan 2 ada isə 8 km cənub-şərqdə yerləşir. Birinci qrupa daxil olan adalar əsasən daşlıqlardan ibarətdir. Sahilləri hündür, ərazisi meşəsiz və boşdur. Ən iri adaları Xarlov və Veşnyakdır.
Yeddi ata
Yeddi ata (qaz. Жеті ата, «Yeddi baba»; qırğ. Жети ата, «Yeddi ata»; başqa mənası — «Yeddi əcdad»; başq. ете быуын) — qazaxların, qırğızların və başqırdların şəcərə (qaz. шежіре, qırğ. санжыра, başq. шәжәрә) sistemi. Adətə görə, insan ən azı öz yeddi birbaşa əcdadının (ata, baba, böyük baba, və s.) adlarını əzbər bilməli. Yeddi ata sistemidə bir-birinə üst-üstə düşən əcdadlar olanlar şəxslərin evlənməsi insest sayıldığına görə, belə hallara cəmiyyətdə pis baxılır. Həmçinin, bu sistem həm yazılı, həm də şifahi şəkildə nəsillərin tarixini saxlayaraq, xalqların kimliliyin və ya xəyali icmaların formalaşmasında rol oynayır.
Yeddi ağac
Yeddi ağac - Azərbaycanda əsasən yaz, payız ayları və ya bayramqabağı günlərdə uşaq və gənclər arasında geniş yayılan qədim oyunlardan biri. == Oyunun qaydaları == Yeddi ağac qırığı düzəldib qoyurlar bir daşın üstünə. Sanama və ya püşklə ayrılan oyunçu dayanır ağacın yanında və gözlərini yumur. Qalan oyunçular qaçıb gizlənirlər. Sonra pusquda duran oyunçu qaçıb gizlənənləri axtarır. Əgər axtarılan oyunçulardan biri gəlib ağacları qarışdırıb yerə tökərsə, oyun yenidən başlanır. Pusquda duran oyunçu ağacları qorumaq şərtilə bütün gizlənən yoldaşlarını tapmayınca bu oyundakı axtarıcı vəzifəsindən xilas ola bilmir. Elə ki, bütün gizlənən yoldaşlarını tapdı, o zaman ilk dəfə tapdığı yoldaşı onu əvəz edir. Oyun göstərilən qaydada yenidən davam edir.
Yeddi daş
Yeddi daş - Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biri. Bu oyunu oynamaq üçün ta qədimdən yeddi yastı daş parçasından istifadə edərdilər. Lakin son zamanlar daş parçalarının əvəzində yastı şüşə parçalarından istifadə edirlər. Bu səbəbdən də bu oyun bir çox hallarda "Yeddi şüşə" adlandırılır.
Yeddi gözəl
Əsərlər Yeddi gözəl (Nizami) — Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan əsərlərdən biri. Yeddi gözəl (balet) — Qara Qarayev tərəfindən 1949-1952-ci illərdə bəstələnmiş balet. Yeddi gözəl - Qobustanda eyniadlı mağara.Digər Yeddi gözəl (film, 1982) — 1982-ci ildə çəkilmiş film. Yeddi gözəl şəlaləsi — Qəbələ rayonunun ərazisində yerləşən şəlalə.
Yeddi müdrik
Yeddi yunan müdriki (yun. Οἱ ἑπτὰ σοφοί) — miladdan öncə VII — VI əsrdə yaşamış və müdrikliyi ilə tanınmış Qədim Yunan qanunvericiləri, ictimai və dövlət xadimləri. Yunan fəlsəfəöncəsi dövrünün nümayəndələri idilər. Yunan fəlsəfəsinin yaranmasında onların çox böyük rolu olmuşdur. Bu insanlar öz müdriklikləri ilə seçilmiş, yunan ictimai fikrində dərin iz qoya bilmişdirlər. Tarixçilər “Yeddi müdrik” kimi Fales, Pittakus, Bias, Solonun adını qeyd edirlər. Qalan üç nəfərin adları isə müxtəlif şəkildə verilir. Məsələn, Platona görə (“Protaqoras” dialoqu) onlar Kleobulos, Mison, Xilon’dur. Başqa müəlliflər Misonu deyil, Perianderi müdrik kimi göstərmişdirlər. Diogenes Laertius isə bir çox müdrik insanların adlarını çəkmişdir ki, onların arasında həmin “Yeddi müdrik” sayılanlar da ola bilərdir.
Yetmiş yeddi
Yetmiş yeddi — say sistemində ədədlərdən biridir. Yetmiş altıdən sonra, yetmiş səkkizdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Yetmiş yeddi ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 7, 11 və 77 ədədlərinə qalıqsız bölünür.
İyirmi yeddi
İyirmi yeddi — say sistemində ədədlərdən biri. İyirmi altıdan sonra, İyirmi səkkizdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === İyirmi yeddi ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Əlli yeddi
Əlli yeddi — say sistemində ədədlərdən biridir. Əlli altıdən sonra, əlli səkkizdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Əlli yeddi ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Yeddi samuray
"Yeddi samuray" (yap. 七人の侍) — rejissor Akira Kurosavanın fəlsəfi-dram filmi. == Məzmun == Yaponiya, XVI əsrin ikinci yarısı. Bir kəndin sakinləri xəbər tuturlar ki, onların kəndinə köçəri tayfa hücum etmək və arpa ehtiyatlarını götürmək istəyirlər. Onlar 3 kəndlini kəndi qorumaq üçün yalnız yeməyə razı olan samuray tapmağa şəhərə göndərirlər. Çünki kəndlilərin onların haqqını başqa cür ödəməyə imkanıları yox idi. Elçilər təcrübəli döyüşçü Kambey Simadanın oğrunu necə cəzalandırdığının şahidi olurlar. Kəndlilər bu iş haqqında ona danışırlar və Kambey onlara kömək etməyə razılaşır. Tezliklə Kambey özünə roninlərdən çox da böyük olmayan dəstə düzəldir. Onların arasında eləcə də Kambeyin şagirdi olmaq istəyən gənc samuray Kasusiro Okamoto və özünü samuray kimi qələmə verən, əslində isə sadəcə avara olan Kikutiyo də var.
Dünyanın Yeddi Möcüzəsi
Dünyanın yeddi möcüzəsi — Qədim dünyada inşa edilmiş Xeops ehramı, İsgəndəriyyə mayakı, Semiramidanın (Babilin) asma bağları, Artemis məbədi, Rodos heykəli, Halikarnas mavzoleyi adlı altı bina və Olimpdə Zevsin heykəli. Bunlar müxtəlif müəlliflər tərəfindən insanın etdiyi inanılmaz strukturlar olaraq "möcüzə" adlandırıldı. == 7-Möcüzələrin siyahısı == == Xeops ehramı == E.ə 2500-cü illərdə inşa edildiyi təxmin edilən Xeops ehramı, dünyanın yeddi möcüzəsi arasında indiki dövrə çatan tək əsərdir. Misir fironu Xeops üçün mavzoley olaraq inşa edilmişdir. Təəssüf ki, quldurlar fironun dəfn olduğu otağa girməyi bacarıb, hökmdarın mumiyasını və qiymətli əşyalarını oğurlayıb qaçıblar. Ehramın sahəsi 2.6 milyon kubmetr, hündürlüyü isə 146,6 metrdir. Piramida 2,3 milyon əhəng daşından kəsilmiş daş bloklarla tikilib və ümumi çəkisinin isə 6,75 milyon ton olduğu ehtimal edilir. Herodotun verdiyi məlumata görə Xeops ehramı 20 ilə tikilmişdir. Xeops ehramı XX əsrə qədər dünyanın ən böyük binası idi. == Semiramidanın (Babilin) asma bağları == Semiramidanın asma bağları qədim Şərqin ən böyük və zəngin şəhəri olan Babildə yerləşirdi.
On yeddi kəmərbəst
On yeddi kəmərbəst: Şiə inancına görə, Həzrəti Əli tərəfindən kəmərləri bağlanan on yeddi övliaya verilən ad. == On yeddi kəmərbəst == Səlman Farsi Əmmar ibn Yasir Əbuzər əl-Ğəffari Abdullah ibn Abbas Malik Əştər Veysəl Qarani Məhəmməd ibn Əbubəkir Harim ibn Haris Abdullah ibn Yeddi-xəzai Abdullah ibn Ədiəl Əbu əl-Hişam Haris Şeybani Haşim ibn Ütbə Məhəmməd ibn Əbu Xəziqə Qəmbər Mürtəfi ibn Vəzza Səid ibn Qeys == Digər bir rəvayətdə on yeddi kəmərbəst == Digər bir rəvayətdə Həzrəti Əli öz oğullarının belini kəmərlə bağlayır.
Təbiətin yeddi möcüzəsi
Təbiətin yeddi möcüzəsi layihəsi Dünyanın yeddi möcüzəsi layih'sinin möhtəşəm uğurundan sonra İnternetdə növbəti kampaniya ilə başlanmışdır. Bu kampaniyada Azərbaycanın palçıq vulkanları da iştirak edir. Dünyadakı 800-dən artıq palçıq vulkandan 300-dən çoxu Azərbaycandadır. Buradakı palçıq vulkanları sayına, morfoloji xüsusiyyətlərinə, yüksək aktivliyinə, gözəl görünüşünə görə digər ölkələrdəkindən xeyli fərqlənir. Assoşieyted Press agentliyi xəbər verir ki, “Təbiətin yeddi möcüzəsi” Beynəlxalq internet-müsabiqəsinin təşkilatçısı olan İsveçrənin “New 7 Wonders Foundation” qeyri-kommersiya təşkilatı 222 ölkədən 261 təbiət möcüzəsi seçmişdir. Həmin siyahıya Azərbaycanın palçıq vulkanları, Fudzi dağı (Yaponiya), Atakama səhrası (Çili), Böyük Baryer rifi (Avstraliya), Monblan dağı (Fransa), Vezuvi vulkanı (İtaliya), keçmiş SSRİ-nin ən yüksək dağ zirvələrindən biri olan Lenin piki (Qırğızıstan, Tacikistan), “Oxuyan barxan” adı ilə məşhur olan “Altın Emel” Milli Parkı (Qazaxıstan), İsıkgöl (Qırğızıstan), Belovejsk meşəsi (Belarus, Polşa), Dnepr çayı (Rusiya, Belarus, Ukrayna), Kurşskaya Kosa (Litva, Rusiya), Baykal gölü (Rusiya) daxil olmuşdur. Təbiətin bu möcüzələri yeddi kateqoriya üzrə seçilmişdir: landşaft, adalar, süxur törəmələri, vulkanlar, milli parklar, meşələr və dəniz törəmələri. Layihənin təşkilatçılarından biri olan Tia Viyerinq demişdir: “Biz bütün bəşəriyyəti planetimizin təbiətinin ən füsunkar guşələrini birlikdə seçməklə, təbiəti nə dərəcədə qiymətləndirdiklərini fəal surətdə göstərməyə çağırırıq”. Təbiətin möcüzələrinə təxminən bir milyard adamın səs verəcəyi gözlənilir. İyulun 7-dək davam edəcək səsvermədə iştirak etmək üçün qeydiyyata düşmək lazımdır.
Ukraynanın yeddi möcüzəsi
Ukraynanın yeddi möcüzəsi (ukr. Сім чудес України) — Ukraynanın yeddi tarixi-mədəni abidələri, müəyyən edilmiş eyniadlı Ümumukrayna müsabiqəsi. == Aksiya == Aksiya 2007-ci ilin may ayında Ukraynalı siyasətçi Nikolay Tomenkonun təşəbbüsü ilə başlamışdır. Regional təşkilat komitələri müsabiqəyə müxtəlif obyektlər qoydular. Məqsədli təxminən min obyekt seçildi. Yüz min nəfərdən (mədəniyyətşünas, tarixçi, turizm mütəxəssisi) ibarət olan bu min nəfərdən ibarət ekspert məclisindən əvvəl siyahıdan 100, ondan sonra isə internetdən səsvermə üçün 21 obyektdən seçilmişdir. Müsabiqənin yekun nəticələri 21 avqust 2007-ci il tarixində elan edilmişdir. Səsvermə 7 iyul 2007-ci ildə başlamışdır. Nəticələri saxtalaşdırmaq cəhdləri səbəbindən səsvermə dayandı. "Ukraynanın yeddi möcüzəsi" seçimi İnternet səsverməsi və yüzlərlə insanın ekspertlər şurasının — kültürşünaslar, tarixçilər, turizm mütəxəssisləri fikrini nəzərə alaraq həyata keçirildi.
Yeddi professor insidenti
Yeddi professor insidenti (七博士意見書, Şiçihakase ciken) – 1903-cü ildə Tokio Universitetindən olan yeddi professorun Rusiya haqqında yazdıqları bəyanatla əlaqədar baş vermiş insident. == Arxa plan == Rus-yapon müharibəsinin başlamasından 8 ay öncə – 1903-cü ilin iyununda Tokio Universitetinin yeddi professoru yazılı bəyanat yayaraq Yaponiya hökumətinin Rusiyaya qarşı siyasətini qorxaq adlandırmışdır. Bu professorların çoxu universitetin hüquq fakültəsindən idilər. Masaaki Tomii, Hirondo Tomizu və digər beş professor baş nazir Katsuro Taroya xəbərdarlıq edərək Yaponiyanın hərbi cəhətdən güclü olduğu bu dövrdə Rusiyaya müharibə elan etməli olduqlarını bildirmişdirlər.Yeddi professorun bəyanatı "Tokyo niçiniçi şinbun" qəzetində nəşr olunduqdan sonra ictimaiyyətin ümumi fikrinə də təsir etmiş və ölkədəki müharibə tərəfdarların sayı artmışdır. == İnsident == Müharibədən sonra professorlar Portsmut sülh müqaviləsinin şərtlərinə qarşı çıxmış, Yaponiyanın Karafutonu və Sibir sahillərinin bir hissəsini işğal etməli olduğunu müdafiə etmişdirlər.Yaponiya hökuməti Tomizunu Tokio Universitetindəki vəzifəsindən azad edəndə hüquq fakültəsi buna etiraz edərək Təhsil Nazirliyini akademik azadlığı pozmaqla ittiham etmişdir. Universitetin prezidenti vəzifəsindən istefa etmiş, bütün fakültə universitetdən çıxacağını bildirmişdir. Nəticədə, təhsil naziri Kubota Yuzuru istefa etmiş və Tomizu universitetə qayıtmışdır. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha.
Yeddi qapı monastırı
Yeddi qapı monastırı – Xocavənd rayonunun Susanlıq kəndi ərazisində yerləşən erkən orta əsrlərə aid alban monastırıdır. Monastır kompleksi üç böyük və bir neçə kiçik tikilidən ibarət olmuşdur ki, onlardan da dövrümüzə əsas kilsə binası qismən yaxşı vəziyyətdə çatmışdır. Elmi ədəbiyyatda həm də Möhrənis kilsəsi (Susanlıq kəndinin keçmiş adına uyğun olaraq) kimi tanınan bu kilsə qeyri-adi memarlıq quruluşu ilə digər mərkəzi günbəzli alban məbədlərindən fərqlənir. Kompleksin əsas kilsə binasının quruluşuna görə Cənubi Qafqaz ölkələrinin memarlığında anoloqu yoxdur. Plana görə kilsə tetrakonx olsa da, mərkəzi günbəzaltı kvadrat və ona hər tərəfdən birləşən konxalı apsidaya malik sadə tetrakonxlardan fərqli olaraq, Möhrənis kilsəsi kvadratın künclərində birləşən əlavə dörd kiçik apsidaya malikdir. Əfsanəyə görə monastır kilsəsi ölkələrinin azadlığı uğrunda döyüşərək vəfat etmiş yeddi qardaşın tək bacısı tərəfindən inşa edilmişdir. Monastırın adının etimologiyası yeddi qardaşın adı və kilsənin yeddi apsidası (qapı yerləşən apsida nəzərə alınmamaqla) ilə əlaqəlidir. == Tarixi == Yerli əfsanəyə görə monastır kilsəsi ölkələrinin azadlığı uğrunda döyüşərək vəfat etmiş yeddi qardaşın tək bacısı tərəfindən inşa edilmişdir. Onun məzarı monastır həyətindəki bulağın yaxınlığında yerləşir və “Bacı məzarı” ziyarətgahı kimi tanınır. Vəfat etmiş yeddi qardaşın şərəfinə ziyarətgaha gələnlər burada yeddi şam yanıdırırlar.
Yeddi seqmentli indikator
Yeddi seqmentli indikator(seven-segment,семисегментный индикатор,yedi segmentli gösterge)-0-dan 9-dək onluq rəqəmləri göstərə bilən işıq diodu, yaxud maye-kristal indikator. Yeddi seqment dedikdə düzbucaq formalı 8 rəqəmini əmələ gətirən üç üfüqi və dörd şaquli cizgi nəzərdə tutulur. Seqmentlər A-dan G-dək hərflərlə işarə olunur; onluq nöqtəni (decimal point, DP) göstərən səkkizinci seqment kəsr ədədləri əks etdirmək üçün nəzərdə tutulub. Bəzən yeddi seqmentli indikatorda hərflər də göstərilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 771 s.

Digər lüğətlərdə

амсле́н безапелляцио́нный гиперинфляцио́нный отве́ршек перепончатокры́лый подённая припасти́сь ратини́ровать спусково́й цементи́рованный шалбе́рничать бегу́нья буффона́дный признава́ть прожа́ривание сейсмоакти́вный событи́йность вотчим alcoholic disk brake formal logic mockers paleogenesis Spanish paprika мелодраматичный