YEDƏK

is.
1. Heyvanı çəkib arxasınca aparmaq üçün boynuna və ya boyunduruğuna bağlanan ip. İnəyi yedəyindən tutub çəkmək. – Hacı Rüstəm gəlib cəddinin payını istədi. Köç əhli etina eləmədi.
Atının yedəyindən tutub, alaçıqları bir-bir gəzdi. Ə.Haqverdiyev.

□ Yedəyə (yedəyinə) almaq – ipindən tutub dalınca çəkmək; dalınca çəkib aparmaq.
[Vəzir:] Axırda atları yedəyimə alıb təpənin başına çıxdım!… Çəmənzəminli.

Yedək vermək – atı və ya başqa heyvanı ipindən tutub dalınca çəkmək. Kələ, öküzə yedək vermək.
2. Gəmini, qayığı sahilə, körpüyə bağlayan ip və ya zəncir. Qayıq və gəmilərin yedəkləri dalğaların təsiri ilə gah gərilir, gah boşalırdı.
□ Yedək ipi – bir gəminin, maşının digərini çəkib aparması üçün onlara bağlanan ip (buraz, kanat və s.). Yedək gəmisi (maşını və s.
)1) başqa gəmiləri (maşınları) yedəyində aparan kişi (maşın və s.);
2) yedəkdə gedən gəmi (maşın və s.).
3. Motorlu maşına qoşulan yük arabası.
Avtomobillərin dartıcı gücündən səmərəli istifadə etmək üçün avtomobil zavodları avtomobil yedəkləri buraxır. Ə.Cəfərov.

4. Yedəyində şəklində zərf – arxasınca, dalısınca, yedəyindən tutaraq.
Kor Alı qulanlar da yedəyində tapdana-tapdana öz evinə gəldi. Koroğlu”.
Nəzərəli hələ atını minməyib yedəyində çəkir. C.Məmmədquluzadə.
Kəndi dolaşıram yedəyimdə at; İçimdə bir qüvvə əmr edir: yarat! S.Vurğun.

◊ Yedəyi əldən qoymamaq məc. – bərk saxlamaq, əldən buraxmamaq, boş tutmamaq.
[Namaz:] Həsən kişinin yedəyini əldən qoymur. Ə.Haqverdiyev.

Yedəkdə qalmaq – hamıdan geridə qalmaq, axırıncı yeri tutmaq.

Etimologiya

  • YEDƏK Dilimizdə yetmək feilinin bir mənası “dartmaq” kimi açıqlanıb. Yedək həmin feildən əmələ gəlib: “nəyisə, kimisə dartıb arxasınca aparmaq” deməkdir
YEDDİYAŞLI
YEDƏKCİL
OBASTAN VİKİ
Yedək gəmi
Yedək gəmi - Böyük gəmilərin önündə gedən və əsasən onların manevr imkanlarını genişləndirmək üçün istifadə olunan kiçik həcmli gəmi növü. Yedək gəmilərin, böyük gəmilərin sifarişləri əsasında yardımçı fəaliyyətlər üçün cəlb olunur və göstərdiyi xidmətlərə xilasetmə-yardım, dəstək, çatdırma və manevr daxildir. Yedək gəmi üçün tələb olunan əsas xüsusiyyət çəkmə gücünün çox olmasıdır. === Fəaliyyət sahələrinə görə yedək gəmilər === Açıq dəniz yedək gəmiləriXüsusiyyətləri: Böyük qayıq həcmində olmaları, güclü motorxanası, yüksək dartma gücü, açıq dənizdə manver imkanları .
Volqa yedəkçiləri
Volqa yedəkçiləri (rus. Бурлаки на Волге) əsəri 1872-1873-ci illərdə realist rus rəssamı və heykəltaraş İlya Repin tərəfindən çəkilmiş == Tarixi == Şəkil çəkmək niyyəti Repində hələ 1869-cu ildə rəssam Konstantin Savitski ilə birlikdə Neva sahillərinə «İov və onun dostları» müsabiqə əsərini çəkməkdən ötrü etüdlər etmək üçün yollandığı zaman oyanmışdı. Orada gördüyü gəmi yedəkçiləri qayğısız cəmiyyət və mənzərəli təbiətlə müqayisədə onda təzadlı duyğular yaratmışdı. Elə o zaman gələcək əsərin ilkin eskizləri çəkilmişdi. Əsərin özü 1873-cü ildə başa çatdırıldı və cəmiyyətdə həyəcanlar tufanının heyranlıqdan qızğın nifrətə qədər bir burulğanının əmələ gəlməsinə səbəb oldu.
Yedəkləmə
Yedəkləmə və ya ehtiyat nüsxə (ing. backup) — arxivləşdirmə üçün, yaxud zədələnmə və ya yoxolma halında qiymətli faylların saxlanması məqsədi ilə proqramın, diskin və ya bəzi verilənlərin ehtiyat surətidir. Bəzi tətbiqi proqramlar faylların eyni zamanda həm cari versiyasını, həm də əvvəlki variantını diskdə saxlamaqla, onların yedək kopiyasını avtomatik yaradır. == Yedəkləmə üsulları == İnformasiyalar 3 fərqli üsulla yedəklənə bilər: Tam yedəkləmə (Full backup)- Bu üsulla yedəkləmə zamanı bütün qaynaqlar yedəklənir. Ən etibarlı üsuldur, lakin zaman və əlavə yaddaş ehtiyacı yaranır Addımlı yedəkləmə (Incremental backup) Bu tip yedəkləmədə sadəcə son yedəkdən bu yana yedəklənməmiş sənəndlər yedəklənir. Differensial yedəkləmə (Differential backup) Bu tip yedəkləmədə son tam yedəkdən bu yana yedəklənməmiş olaraq seçilən sənədlər yedəklənir.
Yedəkləmə və düzəltmə
Yedəkləmə və düzəltmə (Backup and recovery ) – verilənlər bazasının idarəolunması sistemlərində: aparat və ya proqram xətası nəticəsində verilənlər bazası yararsız hala düşdükdə, sonuncu əməliyyatın (tranzaksiyanın) bərpasını təmin etmək üçün istifadə olunan strategiyadır. Bu proses verilənlər bazasının sonuncu ehtiyat kopiyasından başlayır. Verilənlər bazasının tranzaksiyalar jurnalı (dəyişikliklər faylı) nəzərdən keçirilir və ora yazılmış hər bir tranzaksiya jurnalda olan sonuncu yoxlama nöqtəsinə (CHECKPOINT) uyğun olaraq bərpa edilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Digər lüğətlərdə

воспева́ние выпры́скивать гипотену́за затя́вкать земляни́чник кала́чня набы́читься орфи́ческий отбро́ски прокути́ться сколь уго́дно ха́кнуть обыкнове́нно футбо́лить энергосисте́ма Нарын узень хамота bloop deletion malty stall-fed дятел коробить потуплять