YELL

yell1

n qulaqbatırıcı / güclü / şiddətli səs; a ~ of terror qorxu qışqırığı; let out an ear-splitting yell qulaqbatırıcı səslə qışqırmaq

yell2

v 1. çığırmaq, bağırmaq, fəryad / fəğan etmək; (to ~ out) to ~ out in pain / with fear ağrıdan / qorxudan qışqırmaq / fəryad etmək; Stop yelling! Çığırmağı kəs / kəsin!; to ~ at smb. for smth. bir şey üçün bir kəsin üstünə qışqırmaq; to ~ out curses lənətlər yağdırmaq 2. ulamaq, zingildəmək (it və s. haq.)

YEGG
YELLOW
OBASTAN VİKİ
Yell boğazı
Yell boğazı - (ing. Yell Sound) Şotlandiyanın Şetlənd arxipelaqına daxil olan Yell və Meylənd adaları arasında yerləşir. Boğaz sahillərində kiçik Biqqa, Lamba, Linqa, Littl-Po, Littl-Xolm, Makl-Xolm, Orfasey, Brozer, Semfri, Fiş-Xolm və Yunari adaları vardır. Sahilləri girintili-çıxıntılıdır. Bu səbəbdən burada çoxlu buxta və körfəz vardır. Ən irisi Sallom-Vo şimalda, qərb hissədə Ronas-Xill körfəzləri vardır. Yell adası sahillərində Barrovo, Komister, Ulsta, Vest-Senduik, Meylənd adasında Brey, Nirt-Po, Ollaberri, Toft, Xampavo kəndləri yerləşir. Toft və Ulsta arasında gəmi bərə fəaliyyət göstərir. Sallom-Vo buxtasında <<Sallom-Vo>> Neft terminalı vardır. Skotsda hava limanı vardır.
Emil Yellineki
Emil Yellinek, 1903-cü ildən sonra Emil Yellinek-Mersedes (6 aprel 1853, Leypsiq, Saksoniya – 21 yanvar 1918, Cenevrə) — 1900-cü ildə Daimler Motoren Gesellschaft (DMG) şirkəti ilə ilk müasir avtomobil -Mercedes 35 hp-in istismara verilməsindən məsul olan məşhur avropalı sahibkar. Yellinek 1902-ci ildə öz qızı Mersedes Yellinekin şərəfinə Mersedes maşın markasını yaratdı.Marka sonradan Mersedes-Benz kimi inkişaf elədi və daha sonra dünyanın ən böyük maşın brendinə çevrildi.Yellineki Avstriyanın Vyana şəhərində yaşamışdır, sonradan Lacivərd sahildə yerləşən özünün də Avstriya-Macarıstanın General konsulu kimi işlədiyi Nitsa şəhərinə köçmüşdür.
Mello Yello
Mello Yello- yüksək kofeinli, sitrus tamlı, The Coca-Cola Company tərəfindən PepsiCo şirkətinin Mauntin Dyu içkisi ilə rəqabət üçün çıxarılan sərinləşdirici içki. 1990-cı illərin əvvəllərində Mello Yello Avstraliyada onunla oxşarlıq təşkil edən, lakin kofeinsiz Lift içkisi ilə əvəz olundu.İçkinin dadına görə 3 variantı vardır: Mello Yello Cherry, Mello Yello Melon və Mello Yello Afterglow. Mello Yello Cherry (vişnə dadlı) "Mountain Dew Code Red"lə rəqabət üçün hazırlanmışdır. Mello Yello Afterglow şaftalı tamlı, Mello Yello Melon isə yemiş tamlıdır.
Mersedes Yellinek
Adriana Manuela Ramona Yellinek (alm. Adriana Manuela Ramona Jellinek‎; ləqəbi Mersédes (isp. Mercédes) olub; 16 sentyabr 1889, Vyana – 23 fevral 1929, Vyana) — Avstriyalı iş adamı Emil Yellinekin qızı, "Mersedes" avtomobil markası onun şərəfinə adlandırılıb. Ailəsinin üçüncü uşağı idi. Anası Raxel Qoqqman Senrobert (Rachel Goggmann Cenrobert, 1854–1893) əlcəzairli Səfərad yəhudilərindən idi. Onun babası Adolf Yellinek Vyana şəhərinin baş ravvini olmuşdur. Onu evdə "Mersedes" (Ladino dilində "şəfqət", "məlahət" deməkdir) çağırırdılar. Avstriyalı bankir və Qotlib Daymlerin avtomobil firmasının təsisçisi olan atası müəssisədə buraxılan avtomobil markasını qızının şərəfinə adlandırmışdır. "Mersedes" "Daymler"in əvvəlki modellərinin elementləri əsasında hazırlanmışdır, onun texniki yenilikləri ştamplanmış rama və giriş klapanlarının mexaniki ötürücüsü idi, amma sonradan şirkət onlardan imtina etməli oldular. Maşının idarə edilməsi qeyri-adi dərəcədə asan və ən əsası istismarda etibarlı idi.
Nandi Yellayiya
Nandi Yellayiya (1 iyul 1942, Heydәrabad – 8 avqust 2020, Heydәrabad) — Hindistan diplomatı, Hindistan Milli Konqresinin üzvü (2014-2019), millət vəkili (1978-84, 89-98, 2014-2020) == Həyatı == Nandi Yellayiya 1 iyul 1942-ci ildə Heydərabadda anadan olmuşdu. Lok Sabhanın Siddipet şəhərindən VI-IX çağıış deputatı olmuşdur. 2014-cü ildə axırıncı çağırış Lok Sabha seçkilərində Kurnol şəhərindən deputat seçildi və ömrünün sonuna qədər deputat oldu. == Xəstəliyi və ölümü == 29 iyul 2020-ci ildə Nandi Yellayiyanın COVID-19 testi pozitiv çıxdı. Xəstəxanaya yerləşdirilən Yellayiyanın vəziyyəti tez ağırlaşdı. Nandi Yellayiya 8 avqust 2020-ci ildə səhər saatlarında Heydərabadda müalicə aldığı xəstəxanada vəfat etdi.
Seks yelləncəyi
Seks yelləncəyi — yelləncəkdə sallanan bir partnyor ilə sərbəst hərəkət edə bilən digər (aktiv) partnyorun seks etmələri üçün nəzərdə tutulmuş seks alətlərindən biri. Seks yelləncəyi cinsi fəaliyyətə yardımçı olmaq məqsədi güdür. Müxtəlif hissələri polad, dəri, taxta, kauçuk və s. ola bilir. Dizaynı sayəsində passiv partnyorun cinsiyyət orqanına, yaxud anal dəliyinə təmas asanlaşır. == Məqsəd == Seks yelləncəyinin əsas məqsədi cinsi əlaqəni daha həyəcanlı və daha zəhmətsiz hala gətirməkdir. Sexs yelləncəyi daha çox hərəkət sərbəstliyi verir və çətin seks pozisiyalarını asanlaşdıra bilir. Seks yelləncəkləri həm də fiziki problemləri, yaxud əlilliyi olan şəxslərə çox fərqli cinsi fəaliyyətlərdən zövq almalarına kömək edə bilər. Belə ki, seks yelləncəyi əzələ, yaxud oynaqlara düşən təzyiqi azaldır. == Təhlükəsizlik == Seks yelləncəyindən istifadə edən zaman göstərişlərə əməl etmək çox vacibdir.
Yelle Duin
Yelle Duin (27 yanvar 1999, Hemsted, Şimali Hollandiya) — Eerste Diviziya təmsilçilərindən olan Yonq AZ klubunda hücumçu kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == Duin AZ Alkmaar akademiyası vasitəsilə inkişaf etmişdir. Duin öz peşəkar karyerasında debütünü 15 avqust 2016-cı ildə etmişdir. O, Yonq Sparta klubu ilə qarşılaşmada 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Yonq AZ liqa görüşündə Yonq Spartaya 3-1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == 5 yanvar 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Yellibulaq (Qoşaçay)
Yellibulaq (fars. يلي بلاغ‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 19 nəfər yaşayır (4 ailə).
Yellicə
Yellicə (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Yellicə (Vedi) — Vedi rayonunda kənd. Yellicə (Ərdəbil) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd.
Yellicə (Kəlbəcər)
Yellicə — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Yellicə kəndi Keşdək kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yellicə kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra kənd 25 noyabr 2020-ci ildə boşaldıldı. == Toponimikası == Yaşayış məntəqəsini XIX əsrdə qonşu Keşdək kəndindən köçmüş ailələr Yellicə adlı binə yerində saldığı üçün belə adlanmışdır. Oykonim "yelli, küləkli yer" mənasındadır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Yellicə (Ərdəbil)
Yellicə (fars. يلوجه‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 252 nəfər yaşayır (55 ailə).
Yellounayf
Yellounayf (ing. Yellowknife) — Kanadanın Şimal-Qərb Əraziləri vilayətinin mərkəzi. 2006-cı ilə olan məlumata əsasən şəhərdə 18.700 nəfər əhali yaşayır. Yellounayf şəhəri eyni adlı çayın mənsəbində və Böyük əsir gölünün şimalında yerləşir. Şəhərin etnik tərkibi haqqında dəqiq məlumat yoxdur. Kanadanın digər şəhərlərindən fərqli olaraq, Yellounayfda bir çox tayfa nümayəndləri toplu halında bu şəhərdə yaşayır. Şimal-Qərb Ərazilərinin rəsmən 7 dili vardır ki, bu dillərdən 5-də yerli xalqların dilləridir. Şəhərdə turizm, təhsil, mədəncilik və sənaye yüksək şəkildə inkişaf etmişdir. 1936-cı ildə salınan şəhər, ətraf şəhərlərdən fərqli olaraq, qızıl hərisliyi yaşamamışdır.
Yellouston Milli Parkı
Yellouston Milli Parkı (ing. Yellowstone National Park) — ABŞ-nin Aydaho, Montana və Vayominq ştatlarında yerləşən milli park. 1 mart 1872-ci ildə prezident Ulis S. Qrantın imzası ilə yaradılan ABŞ-nin və dünyanın ilk milli parkıdır. Yellouston Milli Parkının sahəsi təxminən 8987 km²-dir. ABŞ-nin Aydaho, Vayominq və Montana ştatlarının sərhədlərinin kəsişdiyi sahədə yerləşir. Böyük bir hissəii (96%) Vayominqda, 3%-i Montanada, 1%-i İdaho ştatındadır. Çox böyük qeyzerləri ilə tanınır. Dünyadakı isti su qaynaqlarının yarısı burada yerləşir, sayı 10 000-dən çoxdur. Yelloustonda 300-dən çox qeyzer, 290-dan çox da irili-xırdalı şəlalə vardır. == Turizm == Yelloustonda olan ən önəmli və ən çox ziyarət olunan yerlər: Old Feyzful qeyzeri, Böyük Kanyon, Medison, Mamont isti bulağı, Palçıq yanardağı, Norris, Vest sömb qeyzerləri, Yellouston gölü, Fişing körpüsü, Lover-Apper şəlalələri nöqtələridir.
Yellouston gölü
Yellouston gölü (ing. Yellowstone Lake) — Yellouston Milli Parkının ən böyük su mənbəyidir. Göl dəniz səviyyəsindən 2357 m hündürlükdə yerləşir və 350 km3 ərazini əhatə edir, sahil boyunca uzunluğu 180 km-dir. Gölün orta dərinliyi 42 m, ən dərin nöqtəsi isə 120 m-dir. Yellouston gölü Şimali Amerikada 2100m-dən yüksəklikəd yerləşən ən böyük şirin sulu göldür.Qışda gölün böyük hissəsini buz bağlayır. Göl dekabr ayının əvvəllərində donur və mayın sonlarına və ya iyunun əvvəllərinə yaxın buzu əriyir. == Tarixi == Yellouston gölünün ətrafında olan meşə və vadilərdə qədim zamanlarda yerli Amerika əhalisi məskunlaşmışdı. Gölü kəşf edən ilk avropalı şəxs 19-cu əsrin əvvəllərində ovçuluqla məşğul olan con Kolter olmuşdur. 1820–1840-cı illərdə xəz ticarətinin geniş yayıldığı vaxtlarda göl parkın sərhədləri daxilində ovçular tərəfinədn ən çox ziyarət edilən bölgə idi. === Adı === Göl erkən xəritələrdə və jurnallarda müxtəlif adlarla təsvir edilmişdir.
Yellouston kalderi
Yellouston kalderası və ya Yellouston supervulkanı — Amerikanın qərbində Yellouston Milli Parkında yerləşən vulkanik kaldera və supervulkan. Kaldera və parkın böyük bir hissəsi Vayominqin şimal-qərb küncündə yerləşir. Kalderanın əsas hissəsi təxminən 34–45 mil (55–72 km) ölçüsündədir.
Yellouston çayı
Yellouston (ing. Yellowstone) — ABŞ-nin şimali-qərbində çay. Missuri çayının sağ qolu. Uzunluğu təqribən 1600 km, hövzəsinin sahəsi 182.3 min km²-dir. Qayalı dağlardan başlanır. Yuxarı axını Yellouston milli parkının ərazisindədir. Kanyonlar (dərinliyi 360 m) və şəlalələr əmələ gətirir. Qar və yağış suları ilə qidalanır. Montana ştatında suvarmada geniş istifadə edilir. == Mənbə == ASE, V cild, Bakı, 1981, səh.
Yellow Submarine
Yellow Submarine — Böyük Britaniyanın "The Beatles" rok qrupunun studiya albomu.
Yelləncək
Yelləncək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Yelləncək oyunu Novruz bayramı günlərində, ilaxır çərşənbələrdə, həmçinin yaz, yay və payız aylarında ağac budağından kəndirlə asılan yelləncək. Bu mərasim oyununda, əsasən, gənc oğlan və qızlar iştirak edirlər. İştirakçılar bir-bir yelləncəyə minib yellənirlər. Digər iştirakçılar isə halay, yallı məzmunlu oyunlar ifa edirlər.Yelləncəyə minib yellənənlər Naxçıvanda "Kuflan", Qarabağda "Ucuncaq", Lənkəran bölgəsində "Küf", "Həlaçin", Bakıda "Quyhaquy", Qubada "Havaçağ", Şəkidə "Sulançıx", "Yörtməc", Zəngilanda "Sarımçax", Gəncədə "Səkmən" və sairə adlarla məlumdur. == Oyunun qaydaları == İştirakçılar bir-bir, iki-iki ağac budağından asılmış kəndir yelləncəyə qalxıb yellənir, deyişmə və bayatı şəklində müxtəlif mahnı oxuyur, ətrafdakılar isə əl çalıb şənlənir, halay və yallısayağı rəqs edirlər. Yelləncəkdə yellənən qızın ayaqlarına çubuqla asta-asta vurub xorla oxuyurlar: Yelləncəkdəki qızdan ta cavab almayınca onu yelləndirirlər. Qız cavab verdikdən sonra yelləncəyi saxlayıb yerə salır və bir başqası yelləncəyə minir. Oyun saatlarla davam edir.
Canet Yellen
Canet Yellen (13 avqust 1946, Bruklin, Nyu-York ştatı) — 26 yanvar 2021-ci ildən bəri ABŞ-nin 78-ci Maliyyə Naziri vəzifəsində çalışan amerikalı iqtisadçı. O, əvvəllər 2014–2018-ci illərdə Federal Ehtiyat Sisteminin 15-ci sədri vəzifəsində çalışıb. O, həmçinin Ağ Evin İqtisadi Məsləhətçilər Şurasına sədrlik edir və bu, onu belə vəzifələrdə çalışan ilk şəxs və hər iki vəzifəni tutan ilk qadın edir. Bruklinin Bay Ridge adlanan məhəlləsində doğulub böyüyən Yellen 1967-ci ildə Braun Universitetini bitirib və 1971-ci ildə Yel Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru dərəcəsi alıb. 1971–1976-cı illərdə Harvard Universitetində dosent olaraq dərs deyən Yellen, 1977–1978-ci illərdə Federal Ehtiyatlar Şurasında daimi iqtisadçı kimi çalışdıqdan sonra 1978–1980-ci illərdə London İqtisadiyyat Məktəbinin fakültəsinə daxil olub. Yellen 1980-ci ildən bu yana mühazirəçisi və Yevgeniya E. və Ketrin M. Trefeten Biznesin İdarə Edilməsi Professoru və İqtisadiyyat Professoru olduğu Berkli Kaliforniya Universitetinin və Haas Biznes Məktəbinin fəxri professorudur. Yellen 1994–1997-ci illərdə Federal Ehtiyat Sisteminin İdarə Heyətinin üzvü olub və prezident Bill Klinton tərəfindən bu vəzifəyə namizəd verildi. 1997–1999-cu illərdə İqtisadi Məsləhətçilər Şurasının sədri vəzifəsini icra edən Yellen daha sonra yenidən akademiyaya qayıdıb. Yellen daha sonra 2004–2010-cu illərdə San-Fransisko Federal Ehtiyat Bankının prezidenti və baş icraçı direktoru təyin edildi. Ardınca isə o prezident Barak Obama nın təyinatı ilə 2010-cu ildən 2014-cü ilə qədər Federal Ehtiyat Sisteminin sədr müavini vəzifəsində Donald Konu əvəzlədi.
The Yellow Book
The Yellow Book (azərb. Sarı kitab‎) — 1984–1997-ci illərdə Londonda nəşr olunan rüblük ədəbi jurnal idi.
Yellouston kalderası
Yellouston kalderası və ya Yellouston supervulkanı — Amerikanın qərbində Yellouston Milli Parkında yerləşən vulkanik kaldera və supervulkan. Kaldera və parkın böyük bir hissəsi Vayominqin şimal-qərb küncündə yerləşir. Kalderanın əsas hissəsi təxminən 34–45 mil (55–72 km) ölçüsündədir.
взнузда́ть лачу́га многозначи́тельное поцелова́ть приши́вка прони́зываться зама́зка кила́ оптовый полуприкрываться фильмоко́пия пенал тавро affaire d'honneur bewitch embrangle enring inunction king lilting minauderie neglect okey-doke несократимый огульно