1. YEMƏK O, pendir-çörək yeyir, baxanları həvəsə gətirirdi (Ə.Qasımov); AŞIRMAQ (məc., dan.) [Qonaqlar] sabah açılandan qalxıb bir cüt... toyuğun da çığırtmasını aşırdılar (S.Rəhimov); BASMAQ (dan.) Boynuyoğun mollalar, tacirlər, seyidlər., hər gün gəlib yağlı plovdan basırdılar (Ə.Haqverdiyev); GƏVƏLƏMƏK (könülsüz yemək) Gecənin yarısı çörək gəvələyək.. (Ə.Kərim); İÇƏRİ ÖTÜRMƏK (məc., dan.) Qulunun iştahası çox idisə də, axırda əlacı kəsilib, rəngsiz dodaqlannı aralayıb, dolmanı içəri ötürdü (Çəmənzəminli); QARNINI OTARMAQ (dan., zar.) “Talıbxan, eşitdiyimə görə kəndlərdə veyllənib qarnını otarırsan..." (S.Rəhimov); QURŞAĞIN/TOQQANIN ALTINI BƏRKİTMƏK (dan.) Cahangir bəy: Xəlil, sən də gəl otur, bir az qurşağının altını bərkit, balam! (N.Vəzirov); Məmməd: Girdim restorana ki, toqqanın altını bərkidim (Ə.Qasımov); ÖTÜRMƏK (məc.) Kərbəlayı Həsən ucadan “bismillah” çəkib dolmanın birini buğlana-buğlana ötürdü (Çəmənzəminli); TƏPİŞDİRMƏK (məc.) Varis qarşısındakı soyuq şorbanı təpişdirərkən qızı gözucu süzdü (A.Şaiq); TIXMAQ (dan.) Əsli: ..Amma, beş adamın payını tıxır (İ.Məlikzadə); ZƏHRİMARLANMAQ (dan., vulq.) Ata: Gəl, axmaq balası, naharını zəhrimarlan (Ə.Haqverdiyev); ZƏQQUMLANMAQ (dan., vulq.) Qurbanəli: Acından öldüm ki, bir az əppəkdən-zaddan ver, zəqqumlanaq (N.Nərimanov); AĞILANMAQ (vulq.), BOĞMALANMAQ (vulq., acgözlüklə yemək).
2. yemək bax xörək