YENGƏ

is. etnoqr. Keçmişdə gəlin köçürülən zaman onun yanınca gedən və ona rəhbərlik edən qadın.
Önündə yengəsi, qucağında ayna, əllərində şamdan, musiqi ilə, gurultu ilə, tüfəng, tapança ata-ata, böyük dəbdəbə və gurultu ilə [gəlin] aparsınlar. A.Şaiq.
Sərhəng gəlin toyuna xonça aparan yengələr kimi … qutunu stolun üstünə qoydu. M.İbrahimov.

□ Yengə yolu, yengə payı etnoqr. – toyda yengələrə verilən pay, hədiyyə.
Qız yengəsi etnoqr. – qız evi tərəfindən təyin olunan yengə.
Oğlan yengəsi etnoqr. – oğlan evi tərəfindən təyin olunan yengə.
YENG
YENGƏC
OBASTAN VİKİ
Atlantik atnalı yengəci
Atlantik atnalı yengəci (lat. Limulus polyphemus) — Xeliserlilər yarımtipinə, qılıncquyruqlar dəstəsinə daxil olan növ. Meksika körfəzi və Şimali Amerikanın Atlantik sahilləri boyunca yayılmışdır. Bu növ atnalı xərçənglərinin illik köçlərinin əsas istiqaməti Delaver körfəzidir. == Anatomiya və fiziologiya == Bədən bir prosom (ön və ya yuxarı hissədən) və bir opistosomdan (sırasıyla aşağı və ya arxa), həmçinin bir quyruqdan ibarətdir. == Haqqında == Alimlər təkamül haqqında daha çox məlumat əldə etmək üçün Limulus polifemusunu araşdırmışlar. 1967-ci il Tibb Nobel Mükafatı atnalı yengəcinin gözlərinin araşdırılmasına görə verilmişdir. == Həyat tərzi == Atnalı yengəci ekosistemdə əhəmiyyətli rol oynayır. Yumurtaları İslandiya qumluqcası kimi sahil dəniz quşları və böyüklər dəniz tısbağaları ilə qida məmnbəyi rolunu oynayır. Mollyusklar, Həlqəvi qurdlar, digər dəniz onurğasızları və balıqlarla qidalanırlar.
Atnalı yengəci
Atnalı yengəci (lat. Limulus) — atnalı yengəcləri fəsiləsinə aid heyvan cinsi.
Kokos yengəci
Kokos yengəci; Hindqozu yengəci (lat. Birgus latro) — Buğumayaqlılar tipinin, birgus cinsinə aid heyvan növü. Bu növə daxil olan canlıların yetkin fərdləri quru həyat tərzi keçirir. Kokos yengəcləri əsasən Sakit okeanın qərb hissəsinin və Hind okeanının tropik adalarında yayılmışdır. Onların əti qida kimi istifadə edilir. == Adı == Növ adı olan lat. latro «quldur» mənasını verir. Bu buğumayaqlı canlı həm də "Palma oğrusu" adlandırılır. Səbəb isə onun keçmişdə kokosun içini yeməkdən ötrü palma ağacından hindqozunu kəsmək qabiliyyətinə olduğu düşünülürdü. Üstəlik onların kokosların qabıqlarını sındırmaları düşünülürdü.
Yapon hörümçək yengəci
Yapon hörümçək yengəci (lat. Macrocheira kaempferi) — Xərçəngkimilər yarımtipinə, Yengəclər infrodəstəsinə aid olan növ. Buğumayaqlılar tipinə daxil olan ən iri canlılardan biridir. Karapaksı 45 sm, ilk çüt ayaqları arasında məsafə 3 metr olan canlı. Sakit okeanın Yaponiya sahillərində, 50–300 metr dərinlikdə yayılmışdır. == Təsviri == Çəkisi 40 kq. Ayaqsız uzunluğu 80 sm, ayaqları ilə birlikdə 6 metrdir. Erkəklərin gövdəsi dişilərdən daha böyük, ayaqları daha uzundur. 150–800 metr dərinlikdə yaşasalarda, adətən 200–300 metr dərinlikdə daha tez-tez rastlaşırlar. Yumurtlama dönəmində 50 m dərinliyə qədər qalxa bilirlər (yaz mövsümündə).
Yengəc mentaliteti
Yengəc mentaliteti özünü hər kəsdən üstün tutmaq, eqoizm və heç bir kəsin irəliləməsinə imkan verməməklə əlaqəli düşüncə tərzidir. Bu metafor səbətdəki yengəcləri nəzərdə tutaraq işlədilir. Əslində yengəclərin hər biri səbətdən bir-bir asanlıqla azad ola bilər, lakin əvəzində onlar bir-birlərini aşağı dartaraq heç birinin səbətdən azad olmasına imkan vermirlər və bu da onların kütləvi ölümünə gətirib çıxarır.
Yengəclər
Yengəclər (lat. Brachyura) — heyvanlar aləminin buğumayaqlılar tipinin ali xərçənglər sinfinin onayaqlılar dəstəsinə aid heyvan infradəstəsi. == Biologiyası == Onların başları qısa, simmetrik və sinəyə bitişik formadadır. Oların dişilərinin 4 cüt aşağı ətrafları kürü yetişdirməyə xidmət edir. Onlar əsasən dənizlərdə, çaylarda və quruda yaşayır. Müxtəlif ölçülərə malik olurlar. Nəhəng yengəc Yaponiya ərazisində ovlanmışdır. Onun qutaracaqları arasında məsafə 3,69 m təşkil edirdi. == Klassifikasiya == Dünyada yengəclərin 24 Ali fəsilə, 93 fəsilə 6780 növ vardır. == Sinonimləri == Archaeobrachyura Guinot, 1977 Brachyura Latreille, 1802 Brachyrhyncha Borradaile, 1907 Cancridea Latreille, 1803 Dromiacea De Haan, 1833 Oxyrhyncha Latreille, 1803 Oxystomata H. Milne Edwards, 1834Kamçatka yengəci (Paralithodes camchaticus) əsl yenəc hesab edilmir.
Yengəcyeyən
Yengəcyeyən (lat. Lobodon carcinophagus) — Antarktida suitiləri arasında yengəcyeyən suitilər cinsinə (Lobodon) aid növ. Dünyada yeganə suiti növüdür ki, sayları 7–40 milyon baş qiymətləndirilirdi. Hazırda isə onların sayının 14 milyonu keçmədiyi bildirilir. Dünyada insandan və ev heyvanlarından sonra sayına görə ikinci məməli hesab edilir. Onların sayı dünyada olan bütün suitilərin sayından çoxdur. Adlanmasına gəldikdə bu onların hecdə yengəclə qidalanması ilə əlaqədar deyil. Onlar hecdə yengəc yemirlər, əsasən krillə qidalanırlar. == Xariçi görünüş == Yetkin fərdin uzunluğu 2,2–2,6 m, çəkisi isə 200–300 kq arası dəyişir. Dişilər erkəklərə nisbətən iri olurlar.
Yengəcəbənzər dumanlıq
Xərçəng dumanlığı Messier cisimlərindən biridir. NGC 1952, Yeni Baş Kataloqda qeydə alınmış qalaktik dumanlıqdır. Göy üzündə Buğa bürcü istiqamətində yerləşir. SNR tipli qalaktikadır. İngilis astronomu John Bevis tərəfindən 1731-ci ildə 7.62 sm (3 inç) ölçülü refraktor vasitəsilə kəşf edilmişdir.Diffuz dumanlıqlar içərisində daha çox maraq doğuran qaz lifləri ilə "toxunmuş" bəzəkli-torlu quruluşa malik Xərçəngə bənzər dumanlıqdır. O, 1054-cü ildə Buğa bürcündə alışmış İfrat yeni ulduzun (enerjisi bitən ulduzların şiddətlə partlamasına verilən ad) qalığı hesab edilir. Xərçəngə bənzər dumanlıq optik, radio, rentgen diapazonunda güclü şüalanma mənbəyi olmaqla yanaşı, həm də qamma kvantları mənbəyidir.
Kasaoka Nal Yengəci Muzeyi
Kasaoka Nal Yengəci Muzeyi (笠岡市立カブトガニ博物館, Kasaoka Şiritsu Kabutoqani Hakubutsukan) – Yaponiyanın Okayama prefekturasının Kasaoka şəhərində yerləşən muzey. Dünyada nal yengəclərinə həsr olunmuş yeganə muzeydir. == Tarixi == Muzey 1990-cı ilin martında nal yengəclərinin nəslinin kəsilməsinin qarşısını almaq məqsədilə yaradılmışdır. Muzey Kasaoka şəhərinin ərazisindəki Konoşima kanalının yaxınlığında yerləşir. Bu kanal Yaponiya hökuməti tərəfindən təbiət abidəsi elan olunmuşdur və "nal yengəclərinin çoxalma ərazisi" kimi qorunur. == Xüsusiyyətlər == Muzey binası nal yengəci formasında dizayn edilmişdir. Muzeyin akvariumunda yetkinlik dövründə olan nal yengəcləri saxlanılır. Fosil guşəsində 8 müxtəlif nal yengəci fosili nümayiş etdirilir. Bu fosillərdən biri Almaniyadan gətirilmişdir. Muzeydə nal yengəcinin böyümə prosesini əks etdirən xüsusi sərgi yerləşir.

Digər lüğətlərdə

амнисти́рованный бана́льный боливиа́но вы́рез защепа́ться зола́ комбина́тор линзообра́зный медве́дка отве́дывание пикети́роваться поли́п пробо́йчик де́ятельность перемонти́роваться поме́шанный понабра́ть расшири́тельно самоду́рствовать трубово́з каймак caper-tree underpan злой юниор