YENİSEY

yeni çay, yeni su; böyük çay, bol sulu çay (Yenisey çayının adı ilə bağlıdır).
YENİLMƏZ
YENİŞ
OBASTAN VİKİ
Yenisey
Yenisey (rus. Енисе́й), (evenk Ионесси "böyük su", xak. Ким, tıva Улуг-Хем "böyük çay", və Ene-Say (Ana-çay), nen. Енся’ ям’ — Dünyanın və Rusiyanın ən uzun və gursulu çaylarından biri. Şimal Buzlu okeannın Kara dənizinə tökülür. Çayın uzunluğu 3487 km təşkil edir. == Adı == Bəziləri bu adın evenklərin "İonnesi" sözündən törəmısini bildirərək böyük su olmasını deyir. Sibiryaklar çayı "Yenisey Ata" adlandırırlar == Coğrafiyası == Böyük Yenisey və Kiçik Yenisey çaylarının birləşməsindən meydana gələn çay. Çayın uzunluğu 3487 km, Kiçik Yeniseylə birlikdə isə 4287 km, Böyük Yeniseylə birlikdə 4092 (4123) km təşkil edir. Su yolunun uzunluğu: İder çayı — Selenqa — Baykal gölü — Anqara çayı — Yenisey olaraq 5550 km təşkil edir.
Aqşin Yenisey
Aqşin Yenisey (1978, Cəlilabad) — Azərbaycanlı yazıçı, şair, publisist.[mənbə göstərin] == Həyatı == Aqşin Yenisey 1978-ci ildə Cəlilabad rayonunda anadan olub. Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirib. Yeni dövr Azərbaycan ədəbiyyatının nümayəndələrindən biridir. Azad Yazarlar Ocağının üzvü olub. Aqşin Yenisey bir müddət siyasətçi Bədrəddin Quliyevin rəhbərlik etdiyi Cümhuriyyət Xalq Partiyasının üzvü olmuşdur. == Ailəsi == Şair Aqşin Yenisey yazıçı Aysel Əlizadə ilə ailəli olub, bir qızı var.Şairin ikinci həyat yoldaşı Turana Rəsulovadır. 2014-cü ilin əvvəlindən Turana Rəsulova Almaniyaya köçüb orada yaşayır və aprel ayında oğlu Almaniyada doğulub. Bununla da Aqşin Yenisey ikinci dəfə oğul atası olub. == Yaradıcılığı == Aqşin Yeniseyin ilk kitabı 2000-ci ildə dərc olunub – "Unutmaq sözünün şəkli". 2005-ci ildə ikinci şeirlər kitabını – "Sizin eradan əvvəl"i çap etdirən Aqşinin qələmə aldıqları türk, gürcü, fransız dillərinə tərcümə edilib.
Böyük Yenisey
Böyük Yenisey (tıva Бии-Хе́м) — Yeniseyin sağ qolu olan, Tıva Respublikasından axan çay. Tıva dilindəki Biy-Xem adı "böyük çay" mənasını verir. Uzunluğu 605 km, hövzənin sahəsi 56.800 km²-dir. Mənsəndən 285 km məsafədə gəmiçilik üçün yararlıdır. Böyük Yenisey başlanğıcını 1521 m yüksəklikdən götürür. Başlanğıcı Qara-Balıq gölündən başlayır. Çayın sululuğunun yüksək olması, relyefinin özünəməxsus tutma hövzəsini təşkil edən Toca çökəkliyini əhatə etməsi ilə izah olunur. Çay çoxlu sayda qol qəbul edir. Bunlardan ən böyükləri sağ tərfdən ona tökülür: Toora-Xem, Hamsara, Sıstıq-Xem. Böyük Yeniseyin hövzəsi, şimal və şərqdə Tuvanın Buryatiya, İrkutsk vilayəti və Krasnoyarsk diyarı ilə inzibati sərhədləri olan dağlıq bir bölgədir.
Kiçik Yenisey
Kiçik Yenisey çayı (tıva Каа-Хем) — Tuva Respublikasında böyük bir çay, Yenisey hövzəsinə aiddir. Hövzəsinin sahəsi 58,700 km²-dir. Tuvan dilindən tərcümədə Kaa-Xem çayının adı "kiçik çay" deməkdir. Demək olar ki, bütün hövzəsi boyunca dağlıq ərazidən axır. == Hidrometriya == Kiçik Yeniseyin axması 23 il ərzində (1974–1999) Qızıldakı nəzarət-ölçü stansiyasında müşahidə edilmişdir. Bu dövrdə Qızılda qeydə alınan orta illik axın 59849 km² hövzə üzrə 410 m³/s olmuşdur. Bu Tuva kontekstində yüksək hesab edilə bilən illik ortalama 221 mm yağışa uyğundur. Çaylar üçün qidalanmanın əsasən mənbəyi yüksək Sayan dağlarında qar və buzlaqların əriməsi ilə təmin edilir. Yay yağışı yaz-yay aylarında, may-avqust aylarında düşür. Pik axını iyun ayında hövzənin zirvələrində qar və buzun kütləvi əriməsi zamanı baş verir.
Yenisey FK
Yenisey FK (rus. ФК Енисей) — Rusiyanın Krasnoyarsk şəhərini təmsil edən və Rusiya Premyer Liqasında çıxış edən Peşəkar futbol klubu . == Tarixi == Klub, 1937-ci ildə Lokomotiv Krasnoyarsk adı ilə quruldu və Sovet liqasında D Liqasında ilk mövsümünü keçirdi. 1957-ci ildə klub yenidən qurulmuş və B sinfinin Uzaq Şərq bölgəsinə daxil olmuşdur. 1968-ci ildə Lokomotiv Rassvet, 1970-ci ildə isə "Avtomobilist" adlandırılmışdır. 1991-ci ildə Avtomabilsk adını dəyişdirildi və Metallurg-Yenisey adı altında Metallurg oldu. 2011-ci ildə klub Yenisey olaraq adlandırıldı. Klub Krasnoyarsk şəhərindən axan Yenisey çayının adı ilə Yenisey adlandırıldı . Yenisey 2018-ci ilə qədər Sovet Top Liqasında və ya Rusiya Premyer Liqasında oynamamışdı. Sovet Liqasında ən yaxşı nəticəsi 1959-cu ildə B sinifinin 7-ci qrupunda 2-ci, Rusiyanın tarixində ən yaxşı nəticə isə 3-cü mövqe idi.
Yenisey abidələri
Yenisey abidələri - əksəriyyəti Yenisey çayı hövzəsindən tapılan bu abidələr qədim türk abidələridir. == Ümumi məlumat == Mütəxəssislərin fikrinə görə Yenisey abidələri Orxon abidələrindən daha qədimdir. Lakin bəzi tədqiqatçılar Orxon abidələrinin dil baxımından bəsit olmasını əsas götürərək onların daha qədim olduğunu söyləyirlər. Yenisey abidələrinin varlığı haqqında avropalılara ilk məlumatı Niderlandın Amsterdam şəhərinin burqomistri Nikolay Vidzen bildirərək 1692-ci ildə Verxoturye çayı sahilində qayalardakı şəkillərdən bəhs edib. F.İ.T.Starlenberqin yazdığına görə Yenisey abidələrindən ilk tapılanı 3-cü Uybat abidəsdir. Bu abidəni Polşanın Dansiq şəhərindən olan təbiətşünas Daniel Qotlib Messerşmidt tapıb.
Yenisey dilləri
Yenisey dilləri — Mərkəzi Sibirdə, Yenisey vadisində yaşayan xalqlar tərəfindən danışılan dillərə verilən ümumi ad. Qrupa daxil olan ket dilindən başqa qalan dillər ölü dil statusuna sahibdir. Yenisey dillərinə aşağıdakılar daxildir.
Yenisey körfəzi
Yenisey körfəzi — Kara dənizində, Qdansk yarımadası ilə materik arasında yerləşən körfız. Sopoçnaya Karqa burnuna qədər olan sahil xəttinin uzunluğu 225 km təşkil edir. Körfəzə Yenisey çayı tökülür. Körfəz faktiki olaraq estuaridir. Qış ayları üzəri donur. Körfəzin uzunluğu 150 km-dir. Buzdan yalnız çü ay müddətinə azad olur. Qabarmanın hündürlüyü 0,4 metrdir. Körfəzdə balıq, suiti və ağ balina ovlanılır. Körfəzin cənubunda Dudinka və İqarka şəhərləri yerləşir.
Yenisey qırğızları
Yenisey qırğızları (q.türk 𐰶𐰃𐰺𐰴𐰕:𐰉𐰆𐰑𐰣) — Yenisey və Altay hövzələrinin qədim və orta əsr türkdilli əhalisi üçün tarixşünaslıqda qəbul edilən ad (Tyan-Şan qırğızlarından fərqli olaraq). Qədim türk xalqı olan Yenisey qırğızları eramızdan əvvəl III əsrdən eramızın XIII əsrinə qədər Minusinsk çökəkliyinin cənub hissəsində Yenisey çayının yuxarı sahillərində yaşayıblar. Onların vətənlərinin özəyi Monqolustanın şimalında, müasir Tıvada yerləşən meşəlik Tannu-Ola dağ silsiləsi (qədim dövrlərdə Lao və ya Koqmen dağları kimi tanınır) idi. Sayan dağları da müxtəlif dövrlərdə onların ərazisinə daxil olmuşdur. Qırğız xaqanlığı eramızın 550-ci ildən 1219-cu ilə qədər mövcud olub. Xaqanlıq 840-cı ildə Yenisey ərazilərindən Mərkəzi Asiya və Tarım hövzəsinə qədər dövləti genişləndirərək Türk Xaqanlığının rəhbərliyini Uyğur xaqanlığından aldı. == Tarixi == === Qədim dövr === Son aşkar edilmiş arxeoloji nümunələrinə görə, qırğızların tarixi eramızdan əvvəl 201-ci ildən başlayır. Yenisey qırğızları Çaatas mədəniyyəti ilə bağlıdırlar və bəlkə də Taştik mədəniyyəti ilə də əlaqələri mövcud olub. Onların endonimi Çin tarixi mətnlərində Jiegu (結骨), Hegu (紇骨), Hegusi (紇扢斯), Hejiasi (紇戛斯), Hugu (護骨), Qigu (契骨), Juvu (居勿) və Xiajiasi (黠戛斯) kimi müxtəlif şəkildə transkripsiya edilmişdir. Lakin ilk dəfə Han dövrü qeydlərində Gekun (və yaxud Ko-kun; (çin.)) və ya Jiankun (və yaxud Chien-kun; (çin.)) kimi rast gəlinir.Amerikalı tarixçı Piter Qolden *Qïrğïz < *Qïrqïz< *Qïrqïŕ kökünü yenidən qurur və qədim türkcə qïr 'boz' (at rəngi) və -q(X)ŕ/ğ(X)ŕ ~ k(X)z/g(X)z şəkilçisinin törəməsini təklif edir.Tan sülaləsi dövrü səlnaməçisi Duan Çenşi “Youyangdan müxtəlif qəlyanaltılar” əsərində yazırdı ki, qırğız tayfasının (Jiānkūn bùluò 堅昆部落) mifoloji əcdadları “tanrı və inək” (神與牸牛) (Göktürklərdə qırğızlardan fərqli olaraq, mifoloji əcdad dişi qurd Xiongnuçanyunun qızı olan Qaoçe idi) qırğızların yaranma yeri Sayan, ya da Tannu-Ola dağları ilə eyniləşdirilən Kuman dağlarının (曲漫山) şimalındakı mağaradır, Bundan əlavə, Xin Tangşu Qırğız ordusunun Türk Kögmän (> Ch.
Yenisey vadisi
Yenisey (rus. Енисе́й), (evenk Ионесси "böyük su", xak. Ким, tıva Улуг-Хем "böyük çay", və Ene-Say (Ana-çay), nen. Енся’ ям’ — Dünyanın və Rusiyanın ən uzun və gursulu çaylarından biri. Şimal Buzlu okeannın Kara dənizinə tökülür. Çayın uzunluğu 3487 km təşkil edir. == Adı == Bəziləri bu adın evenklərin "İonnesi" sözündən törəmısini bildirərək böyük su olmasını deyir. Sibiryaklar çayı "Yenisey Ata" adlandırırlar == Coğrafiyası == Böyük Yenisey və Kiçik Yenisey çaylarının birləşməsindən meydana gələn çay. Çayın uzunluğu 3487 km, Kiçik Yeniseylə birlikdə isə 4287 km, Böyük Yeniseylə birlikdə 4092 (4123) km təşkil edir. Su yolunun uzunluğu: İder çayı — Selenqa — Baykal gölü — Anqara çayı — Yenisey olaraq 5550 km təşkil edir.
Yenisey yazıları
Yenisey abidələri - əksəriyyəti Yenisey çayı hövzəsindən tapılan bu abidələr qədim türk abidələridir. == Ümumi məlumat == Mütəxəssislərin fikrinə görə Yenisey abidələri Orxon abidələrindən daha qədimdir. Lakin bəzi tədqiqatçılar Orxon abidələrinin dil baxımından bəsit olmasını əsas götürərək onların daha qədim olduğunu söyləyirlər. Yenisey abidələrinin varlığı haqqında avropalılara ilk məlumatı Niderlandın Amsterdam şəhərinin burqomistri Nikolay Vidzen bildirərək 1692-ci ildə Verxoturye çayı sahilində qayalardakı şəkillərdən bəhs edib. F.İ.T.Starlenberqin yazdığına görə Yenisey abidələrindən ilk tapılanı 3-cü Uybat abidəsdir. Bu abidəni Polşanın Dansiq şəhərindən olan təbiətşünas Daniel Qotlib Messerşmidt tapıb.
Kas çayı (Yenisey)
Kas çayı — Yenisey çayının sol qolu. == Əsas göstəriciləri == Kas çayı- Şərqi Sibirdə Krasnayarsk əyalətinin çayı olub, 1817 km yüksəklikdən Yenisey çayına tökülür. Qərbi Sibir düzənliyinin şərqindən axır. Çayın uzunluğu 464 km-dir. Hövzəsinin sahəsi isı 11200 кm²-dir. İllik su sərfi isə 53 m³/san-dir.
Ob-Yenisey kanalı
Ob-Yenisey kanalı və ya Ket-Kap kanalı — su nəqliyyatının hərəkəti üçün nəzərdə tutulan kanal Ob və Yenisey çaylarının birləşdirir. Bununlada iki iri çayın hövzələrinin birləşdirilməsinə imkan verir. Bu kanal XIX əsrin axırlarından XX əsrin ortalarına qədər istifadə edilmişdir. Hazırkı Tomsk vilayəti və Krasnoyarsk diyarı ərazisində yerləşir. == Tarixi == Hələ 1797-ci ildə Ob və Yenisey çaylarının hövzələrinin birləşdirilməsi haqqında söz-söhbət gedirdi. Hətta 1800, 1810 və 1814-cü illərdə bu bölgəyə xüsusi mühəndislər göndərilmişdir. Onlar əlverişli yerin aşkarlamasına çalışmışlar. Ancaq ərazisin əlverşsiz olması tikinti planlarının unudulmasına səbəb olmuşdur. 1873-cü ildə Yenisey taciri hazırkı Ob-Yenisey kanalının yerləşdiyi ərazinin araşdırması məqsədi ilə 8000 publ pul ayırır. Kapitan-leytenant Sindser deyilən bölgəyə gəlmiş, ərazini araşdıraraq təsvirini vermişdir.
Orxon-Yenisey abidələri
Orxon-Yenisey abidələri — Orxon-Yenisey abidələrini isveç zabiti Filip Stralenberqin tapıntılardan sonra bu yazılarla tədqiqatçılar daha çox maraqlanmağa başladılar.Türk xalqlarına məxsus üzərində qədim türk yazıları olan abidədir. Bu abidənin adı ilk dəfə XII əsr tarixçisi Ələddin Ata Məlikin "Cüveyni-tarixi-cahangüşə" əsərində çəkilir. Orxon çayı sahilində tapıldığına görə bu cür adlandırılıb və qədim türk tayfaları tərəfindən düzəldilmişdir. Orxon abidələri qədim türk dilini öyrənmək baxımından olduqca vacibdir. Orxon abidələrinə Ongin, Gül-Tigin, Bilgə xaqan, Tonyukuk, Kuli-Çor, Moyun-Çor, İşe-Ashet, Hoytu-Təmir və Suci abidələri daxildir.Abidəni tərcümə edən danimarkalı alim Vilhelm Tomsendir == Abidənin aşkar olunması == Orxon-Yenisey abidələrinin mövcudluğu uzun müddət Avropa ölkələrində və Rusiyada məlum olmamışdı. Onları ilk dəfə XVIII əsrin əvvəllərində Rusiya ilə İsveç arasında baş vermiş müharibədə Poltava döyüşündə əsir düşmüş İsveç zabiti Filipp Starlenberq üzə çıxarmışdı. O, 13 il Sibirdə Tobol əyalətində yaşamış, həmin ərazinin keçmiş xalqları haqqında materiallar toplamış, həm də Orxon-Yenisey abidələrinin üzünü çıxarmış və vətənində dərc etdirmişdi. Türkcənin bilinən yazılı ilk nümunələri VIII əsrin əvvəllərinə aid olan və Orxon vadisində olan, buna görə də Orxon abidələri və ya Orxon-Yenisey Abidələri olaraq adlandırılan kitabələrdir. Bu kitabələr Türkcənin, tarixi müddətdəki qrammatik quruluşu və bu quruluşun dəyişməsiylə əlaqədar məlumatlar verdiyi kimi, türklərin dövlət anlayışı ilə rəhbərliyi, türklərin mədəni elementləri, türklərin qonşuları ilə soydaşlarıyla olan əlaqələri və ictimai həyatıyla və s. əlaqədar əhəmiyyətli məlumatlardan ibarətdir.
Orxon-Yenisey dili
Orxon-Yenisey dili — Qədim türk xalqlarının ilk yazılı dillərindən biri. === Ongin abidəsi === Bu, göytürk Orxon-Yenisey abidələrindən ən zəif öyrənilmişi və sərt mübahisəlisidir. Abidə 1891-ci ildə Ongin çayı (Orxon çayının qoludur) hövzəsində Taramel çayı yaxınlığında Kokşin-Orxondan və Koşo-Saydam gölündən 160 km cənubda Manitu dağı yaxınlığında N.M.Yadrintsev tərəfindən tapılmışdır. Abidə ilk dəfə 1895-ci ildə alman dilində nəşr edilmişdir. Sonralar abidənin mətnini və onun tərcüməsini F.N.Orkun (türk dilində), S.Y.Malov (rus dilində), T.Tekin (ingilis dilində), C.Klauson (ingilis dilində), E.Triyarski (alman dilində), Ə.Ə.Rəcəbov (Azərbaycan dilində) nəşr etdirmişlər. Abidənin kimin tərəfindən və kimə qoyulduğu indi də mübahisəlidir. Tədqiqatçılann böyük bir qismi, o cümlədən V.V.Radlov, S.Y.Malov, A.Bernştam belə hesab edirlər ki, abidəni İltəris xaqanın kiçik qardaşı, İltəris xaqandan sonra taxta oturmuş Kapağan xaqan böyük qardaşı İltəris xaqanın şərəfinə qoymuşdur (bəzi tədqiqatçılar buraya İltəris xaqanın arvadı İlbilgə xatunu da əlavə edirlər, yəni abidə İltəris xaqan və İlbilgə xatunun şərəfinə qoyulmuşdur). Tədqiqatçıların bəziləri abidənin hətta heç kimə məlum olmayan Taçarn adlı bir bəyin şərəfınə qoyulduğunu iddia edirlər. Tədqiqatçılardan təkcə iki nəfər - T.Təkin və C.Klauson həqiqətə yaxın bir fıkir söyləyirlər. Onların fikrincə, abidə İşbara Tamğan Tarkan tərəfindən və ya onun özünə qoyulmuşdur.
Orxon-Yenisey yazıları
Orxon əlifbası (həmçinin Qədim Türk əlifbası, Orxon-Yenisey əlifbası, Göytürk əlifbası) — VIII-X əsrlər arasında istifadə olunmuş türk əlifbası. Əlifba 1889-cu ildə Nikolay Yadrintsev tərəfindən təşkil olunmuş ekspedisiya Orxon vadisində keçdiyi üçün belə adlandırılmışdır. Orxon abidələrindəki yazıların mətni ilk dəfə Vasili Radlov tərəfindən yayımlanmış və 1893-cü ildə Vilhelm Tomsen tərəfindən deşifr olunmuşdur. == Kökləri == Vilhelm Tomsen tərəfindən irəli sürülmüş və geniş olaraq qəbul olan fikir bu əlifbanın Arami əlifbasından törədiyidir. Tomsen həmçinin alternativ bir fikir olaraq bu əlifbanın Çin yazısından törəmiş ola biləcəyini irəli sürür. == Yazılı abidələri == 200-ə yaxın yazılı abidə və bir miqdar əlyazma dövrümüzə gəlib çatmışdır. VII - X əsrlərə aid olan bu abidələr əsasən müasir Monqolustan, Cənubi Sibirdəki Yenisey hövzəsi, Altay dağları və Sintszyan bölgəsində yerləşir. Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin Dil Komitəsinə əsasən Orxon bölgəsində 54, Yenisey bölgəsində 106, Talas bölgəsində 15, Altayda 78 belə epiqrafik abidə mövcuddur. Əlyazma nümunələri isə Qədim Uyğur dilində yazılmışdır. Irk Bitig bunlardan biridir.
Orxon-Yenisey əlifbası

Dene-Yenisey dilləri
Dene-Yenisey dili mərkəzi Sibirin Yenisey dillərindən və Şimali Amerikanın şimal-qərbindəki Na-Dene dillərindən ibarət elmə yeni təklif olunan dil ailəsidir . Dilçi alimlər icması tərəfindən qəbulu müəyyən dərəcədə uğurlu olmuşdur. Dene-Yenisey dilləri Uzaq Şərqi Sibir və Şimali Amerikada danışılan Eskimos-aleut dilləri ilə yanaşı, "Ənənəvi Müqayisəli dilçilik — Tarixi linqvistika standartlarına cavab verən Köhnə Dünya və Yeni Dünya dil ailələri arasında şəcərə əlaqəsinin ilk nümayişi" adlandırılmışdır.

Digər lüğətlərdə

банди́тствовать брускова́тый вы́селить нагрева́тель отцентри́ровать перешлихтова́ть побожи́ться припа́шка таэквондо́ выпа́рывание как будто бы лабрадори́т совлека́ться теку́честь трансформи́роваться чва́нно скокомязить тенига derivable muddler multivocal plucking prostyle rescue mission отгребать