YOL

Əsli yor (yörelqe,oruq kimi də işlədilib) kimi olub. Yerimək, yüyürmək sözü ilə də bağlıdır. Yəni yol yerimək (hərəkət, gediş-gəliş) üçün nəzərdə tutulan “yer” deməkdir. Yol sözünün “dəfə” (reys) mənası da mövcuddur. Bu sözlə bərabər, ey­ni mənada oruq sözü də işlədilib. Yerimək, yorğa, yürüş, yorulmaq sözləri həmin oruq sözü ilə bağlıdır. Or “yer” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

YOXUŞ
YOLDA-İZDƏ
OBASTAN VİKİ
Yol
Yol – nəqliyyatda istifadə olunan və müxtəlif məntəqələri bir-birinə bağlayan şəbəkə. Bütün yollar yol nişanları, siqnalverici qurğular və s. ilə tənzimlənir. == Etimologiyası == Yol sözünün mənşəyi Qədim Türkcədən gələn "yolak" (cığır, yol) sözüdür. Güman ki, "yeri-" sözü də "yori-" kəliməsindən gəlir. == Yolun tarixi == === Yolların yaranması === Tarixdəki ilk yollar heyvanlar tərəfindən istifadə olunan yerlərdə öz-özünə yaranan cığırlar idi. Zaman keçdikcə bu yollar insanlar tərəfindən istifadə olunmağa başlandı. Belə yaranmış və e.ə. 6000-ci illərdən qalmış yollara misal kimi Yerixo şəhəri yaxınlığındakı su qaynaqları ətrafında rast gəlinir. Qədim Mesopotamiyada, hazırkı İraq ərazilərində yerləşən Ur şəhərindəki daş döşənmiş yollar və İngiltərənin hazırkı Qlastonberi qəsəbəsində taxta deöşənmiş yollar isə təxminən e.ə.
...Yol (Qriffinlər)
…Yol (ing. Road to...) — baş rollarında Binq Krosbi və Bob Houplinin çəkildiyi "...Yol" filmlər seriyasına parodiya olaraq çəkilmiş xüsusi seriyalar silsiləsi. Bu seriyaların əsas personajları, süjetə görə, Kuahoqdakı evlərindən çox uzaqda olan xarici dövlətlərə, elmi-fantastik və ya fövqəltəbii yerlərə düşən Brayan və Styuidir. Silsilə musiqi nömrələri ilə də məşhurdur. Silsiləsidən olan birinci seriya — "Rod-Aylendə yol", serialın ikinci mövsümünün bir hissəsi kimi, 30 may 2000-ci ildə göstərilmişdir. Silsiləsidən olan sonuncu seriya — "Hindistana yol", on dördüncü mövsümün bir hissəsi kimi, 22 may 2016-cı ildə göstərilib. Silsilə ümumilikdə səkkiz seriyadan ibarətdir.
Bizim yol
Bizim yol - Gündəlik ictimai-siyasi qəzet. 2003-cü ildə Məhəmməd Ərsoy təsis edib, 2005-ci ilə qədər baş redaktor olub. Parlament seçkilərindn sonra 2005-ci ilin noyabrında Məhəmməd Ərsoy Bahəddin Həziyei baş redaktor təyin edir. Yalnız 2007-ci ildə təsisciliyi Bahəddin Həziyevə notarial qaydada ötürür... Qəzetin baş redaktoru Bahəddin Həziyev, Birinci müavini isə Elçin Rüstəmlidir. Qəzet 31 yanvar 2019-cu ildə çap versiyasının fəaliyyətini dayandırıb. == Əlaqə == tel: (012) 434 26 17, (012) 434 24 78 e-mail: [email protected] == Xarici keçidlər == www.bizimyol.info www.youtube.com/user/Bizimyolinfo twitter.com/bizimyolinfo instagram.com/bizimyolinfo == İstinadlar == == Mənbə == "Bizim Yol" qəzeti, №124(1943), 14 iyul 2012-ci il.
Qəlbinə Yol
Azərbaycanın Respublikasının Xalq Artisti Zülfiyyə Xanbabayevanın sayca üçüncü studiya albomu. == Albom haqqında == "Qəlbinə yol" musiqi albomu 2003-cü ilin mart ayı mediaya təqdim olundu, aprel ayında satışa çıxdı. 2003-2004-cü illər üçün bu Azərbaycanda satış qiymətinə görə ən bahalı musiqi albomu idi. Bununla yanaşı Qəlbinə Yol buraxıldığı il, ən çox tələb olunan albomlar sırasına girdi. Hələ 2001-ci dekabrın 31-i Space telekanalında yeni il şənliyi zamanı bu alboma daxil olan, sözləri və musiqisi Gövhər Həsənzadəyə aid olan Anladım Sonunda mahnısı səslənmişdi və çox bəyənilmişdi. Mahnı bütün 2002-ci il boyu hitparadlardan düşmədi. 2003-cü ilin ikinci rübündə Qəlbinə Yol mahnısına videoklip çəkildi, videonu Emin Mirabdullayev çəkdi, bu Azərbaycanda ilk dəfə olaraq kinolentə çəkilən klip oldu. Albomda 9 mahnı ilə yanaşı bir də popurri vardı, bu Zülfiyyə Xanbabayevanın əvvəlki iki albomunda yer alan bəzi mahnıların Rəşad Haşımov tərəfindən hazırlanan mix'i idi. Zülfiyyə xanım alboma Azərbaycanın Xalq Artisti Cavanşir Quliyevin də bir bəstəsini daxil etmişdi. Albomda Kölgələr Düşdü mahnısın musiqisi Tünzalə Ağayevaya aiddir.
Yeni yol
Yeni yol (Şəmkir) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Yeni yol (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Yeni yol (qəzet) — Azərbaycanda qəzet.
Yol (dəqiqləşdirmə)
Yol — insanların və nəqliyyatın getdiyi yer. Yol (jurnal) — jurnal. Yol (film, 1981) Yol (film, 1954) — Federiko Fellininin çəkdiyi İtaliya filmi. Yol (film, 2009) — Yol əhvalatı (film, 1980) — Teymur Bəkirzadənin çəkdiyi Azərbaycan filmi. ...Yol (Qriffinlər) — "Qriffinlər" cizgi serialının xüsusi seriyalar silsiləsi. Yollar görüşəndə... (film, 1979) — Ramiz Həsənoğlunun çəkdiyi film. Yol (fiziki kəmiyyət) — Sürət ilə zamanın hasilinə bərabər olan fiziki kəmiyyət.
Yol (jurnal)
[mənbə göstərin] Yol — 1990-cı illərdə Tehranda Keyhan müəssisəsində nəşr olunan jurnal. "Yol" ötən yüzilliyin 90-cı illərində Tehranda çıxan ədəbiـbədii dərgi idi. Eyvaz Tahanın baş yazarlığı ilə tam Azərbaycan türkcəsində buraxılan bu dərgi, Güney Azərbaycan mətbuat tarixində hadisə sayılırdı. Vaxtilə Solçuların "Keyan"[۱] müəssisəsinə başçılıq etədiyi zaman işıq üzü görmüş Yolda yeniliklər az deyildi. Yol Güney Azərbaycanın birinci rəngli dərgisi, yep-yeni məzmunlu, və milli hökumət zamanından bəri çıxan ən yükəsk tirajlı nəşr orqanı idi. Habelə yolun özündən önəmsiz olmayan "Kəpənğk" dərgisi, Yolun əlavəsi kimi uşaqlar üٍçün buraxılırdı. Son nömrələrdə səhifələrinin sayı 64ـdə qədər artmış, bu əlavənin indiyə qədər bənzəri çıxmayıb. E. Taha Yol və Kəpənək dərgilərində 20 ـci nömərəyə qədər çalışdı. Həmin sayı işıq üzü gördükdən sonra məzmun və dilin dəyişdirilməsinə dair gələn hökumət əmrlərinə boyun qoymaraq redaksiyadan uzaqlaşdı. Bu uzaqlaşma Hüseyn Şəritmdarinin Keyhanı ələ keçirməsinə təsadüf edirdi.
Yol hərəkəti
Yol hərəkəti — yol vasitəsilə nəqliyyat vasitəsilə insanların və yüklərin daşınması prosesində yaranan ictimai münasibətlər.
Yol iyesi
Yol nişanları
Yol nişanları — nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək, yol hərəkəti iştirakçılarına müəyyən informasiyanı bildirmək üçün qurulan standartlaşdırılmış qrafiki nişanlardır. Yol nişanları müxtəlif ölkələrdə bir-birindən fərqlənsə də, ümumi prinsip etibarilə eynidir. Faktiki olaraq bütün dünyada olan yol nişanları sistemlərinin əksəriyyəti avropa və ingilis sisteminə yaxındır. Bu sistem Avropa, o cümlədən Azərbaycan və dünyanın bir çox başqa ölkələrində "Yol nişanları və siqnallar haqqında" Vyana konvensiyasına əsasən nizamlanır. == Beynəlxalq konvensiyalar == Yol İşarələri və Siqnalları üzrə Vyana Konvensiyası kimi beynəlxalq konvensiyalar müxtəlif ölkələrdə yol nişanlarının müəyyən dərəcədə vahidliyinə nail olmağa kömək etmişdir. Ölkələr də çaşqınlığın qarşısını almaq üçün birtərəfli qaydada (müəyyən dərəcədə) digər ölkələri izləmişlər. == Kateqoriyalar == Yol nişanlarını bir neçə növə bölmək olar. Məsələn, 30 iyun 2004-cü ildə 52 ölkənin imzaladığı Yol İşarələri və Siqnalları üzrə Vyana Konvensiyasının (1968) 1-ci Əlavəsi səkkiz nişan kateqoriyasını müəyyən edir: Xəbərdarlıq nişanları — hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsi tələb edilən yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına məlumat verir; Üstünlük nişanları — yolayrıcılarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliyini göstərir; Qadağan nişanları — yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud onları ləğv edir; Məcburi hərəkət istiqaməti nişanları — sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini, müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir; Xüsusi tənzimləmə nişanları — Xüsusi tənzimləmə nişanları bir və ya bir neçə hərəkət zolağına aid olan tənzimləmə və ya təhlükə xəbərdarlığını göstərmək, avtobuslar üçün ayrılmış zolaqları göstərmək, yaşayış sahəsinin başlanğıcını və ya sonunu göstərmək üçün istifadə olunan yol nişanları və ya zona qüvvəsi olan nişanlardır. Məlumatverici-göstərici nişanlar — hərəkətin müəyyən rejimi tətbiq və ya ləğv edir, elecə də yaşayış məntəqələrinin və başqa obyektlərin yerləşməsi barədə məlumat verirlər; Servis nişanları — yollarda müvafiq obyektlərin yerləşməsi barədə məlumat verir; Əlavə məlumat nişanları (lövhəciklər) — birlikdə tətbiq olunduğu nişanların təsirini dəqiqləşdirir və ya məhdudlaşdırır. ABŞ, Kanada, İrlandiya, Avstraliya və Yeni Zelandiyada nişanlar aşağıdakı kimi təsnif edilir: Tənzimləyici nişanlar Xəbərdarlıq nişanları Bələdçi nişanlar Küçə adı nişanları Marşrut nişanları Ekspress yol nişanları Magistral yol nişanları Xoş gəldin nişanları Məlumat nişanları İstirahət və mədəni maraq nişanları Fövqəladə halların idarə edilməsi (mülki müdafiə) nişanları Müvəqqəti yol hərəkətinə nəzarət (tikinti və ya iş zonası) nişanları Məktəb nişanları Dəmir yolu və yüngül dəmir yolu nişanları Velosiped nişanları Birləşmiş Ştatlarda yol nişanları və səki nişanları üçün kateqoriyalar, yerləşdirmə və qrafik standartlar standart olaraq Federal Avtomobil Yolları Administrasiyasının Vahid Trafik İdarəetmə Cihazları üzrə Təlimatında qanuni olaraq müəyyən edilmişdir.
Şərəfli yol
Şərəfli yol (film, 1974)
Kortikospinal yol
Kortikospinal yol — beyin qabığından başlayan və onurğa beynindəki aşağı motor neyronları və interneyronlarında bitən, əzaların və bədənin hərəkətlərini idarə edən ağ maddə motor yolu. Kortikospinal yolda 1 milyondan çox neyron var və onlar adətən həyatın ilk 2 ilində miyelinləşirlər. Kortikospinal yol piramidal yollardan biridir, digəri kortikobulbar yoldur. == Anatomiyası == Kortikospinal yol beynin bir neçə hissəsindən, o cümlədən təkcə motor bölgələrindən deyil, həm də ilkin somatosensor korteksdən və premotor bölgələrdən yaranır. Əksər neyronlar ya birincil motor korteksindən (precentral girus, və ya Brodmann sahəsi 4) və premotor frontal bölgələrdən yaranır. Kortikospinal neyronların təxminən 30% -i ilkin motor korteksdən, 30% -i premotor korteksdən və əlavə motor bölgələrindən, qalan 40% isə somatosensor korteks, alın payı və singulat girus arasında paylanır. Bu yuxarı motor neyronları neokorteksin V qatının piramidal hüceyrələrindən əmələ gəlir, və ön beyindəki daxili kapsulun arxa əzasından keçərək ara beynin dibində yerləşən beyin qabığına daxil olur. Sonra hər iki yol beyin sapından, körpüdən, daha sonra isə medullaya keçir. Kortikospinal yol kortikobulbar yol ilə birlikdə beyin sapının medullasının hər iki tərəfində iki piramida əmələ gətirir və onların adı piramidal yollar kimi gedir. Kortikospinal neyronlar birbaşa əzələ nəzarəti üçün alfa motor neyronlarına birbaşa sinaps edir.
Yol iyəsi
Yol əhvalatı
Yol əhvalatı — kinorejissor Teymur Bəkirzadənin çəkdiyi komediya filmi. == Məzmun == Şən və xeyirxah sürücü, gənc Mustafa (Vaxtanq Pançulidze) gözəl Zümrüdlə (Həmidə Ömərova) evlənmək arzusundadır. Ancaq oğlan qızın atasının, daha doğrusu, "işbaz", alverçi Qurbanın (Səyavuş Aslan) heç ürəyincə deyil. Bu uğursuz nişanlının öz sevgilisinə qovuşması üçün çalışması onu çətin vəziyyətlərə salır, amma o, inadından dönmür, nəhayət qalib çıxır. Zümrüd məhz ona ərə gedir. Film iki sevən gəncin məhəbbəti fonunda əliəyrilərin ifşası ilə sona yetir. == Film haqqında == Film Teymur Bəkirzadənin müstəqil rejissor kimi kinoda ilk tammetrajlı işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Asim Cəlilov Quruluşçu rejissor: Teymur Bəkirzadə Quruluşçu operator: Şərif Şərifov, Ələsgər Ələkbərov Quruluşçu rəssam: Fikrət Əhədov Bəstəkar: Polad Bülbüloğlu Səs operatoru: Vladimir Savin Rejissor: Rafiq Dadaşov Montaj edən: Tahirə Babayeva Dekor rəssamı: Fikrət Ələkbərov Geyim rəssamı: N. Cəfərova Qrim rəssamı: L. Kuznetsova Rejissor assistenti: Mirzəbala Məlikov, Yusif Əlizadə (Yusif Əliyev kimi) Plyonka üzrə rəng ustası: F. Dadaşov Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Məsləhətçi: N. Əliyev (SSRİ-nin əməkdar təyyarəçisi), M. Babayev (milis polkovniki) Redaktor: Ramiz Rövşən (R. Əliyev kimi), Nadejda İsmayılova Çalır: Dövlət Kinematoqrafiya Orkestri və "Melodiya" İnstrumental Ansamblı Bədii rəhbər: Eldar Şengelaya İnzibatçı: F. Cəbiyev, Vladimir Dudniçenko, E. Nağıyev Filmin direktoru: Rimma Abdullayeva === Rollarda === Səyavuş Aslan — Qurban Vaxtanq Pançulidze — Mustafa Həmidə Ömərova — Zümrüd Kamil Məhərrəmov — Paşa Yaşar Nuri — Makintoş Hacı İsmayılov — Mürşüd Sofa Bəsirzadə — Sona nənə Ceyhun Mirzəyev — İbadulla Yusif Əlizadə — Fərid Adil İsmayılov — təyyarəçi Məmmədkamal Kazımov — Şəmsi Eldəniz Zeynalov — şikayətçi Zərnigar Ağakişiyeva — Ədilə Mübariz Əlixanoğlu — milis nəfəri Rahib Əliyev — elçi gələn Məmmədağa Dadaşov Muxtar Maniyev — Milis nəfəri Ofeliya Aslan (Ofeliya Aslanova kimi) — Kübra Dadaş Kazımov — sərnişin Telman Adıgözəlov — tələbə Şahin Cəbrayılov — milis nəfəri Ələsgər Məmmədoğlu — aeroportdakı adam Aqşin Rəsulov — aeroportdakı adam Əliqulu Səmədov — alıcı Mayak Kərimov — alıcı Zilli Namazov — aeroportdakı adam Ramiz Məmmədov — aeroportdakı adam Sədaqət Zülfüqarova — xala === Filmi səsləndirənlər === Sadıq Hüseynov — sərnişin (titrlərdə yoxdur) Əliabbas Qədirov — İbadulla (Ceyhun Mirzəyev) (titrlərdə yoxdur) Hamlet Xanızadə — təyyarəçi (Adil İsmayılov) (titrlərdə yoxdur) Pərviz Bağırov — Mustafa (Vaxtanq Pançulidze) (titrlərdə yoxdur) Eldəniz Rəsulov — elçi gələn (Rahib Əliyev) (titrlərdə yoxdur) Tələt Rəhmanov — elçi gələn (titrlərdə yoxdur) Şahmar Ələkbərov — Fərid (Yusif Əlizadə) (titrlərdə yoxdur) Gülşən Qurbanova — Kübra (Ofeliya Aslan) (titrlərdə yoxdur) Ramiz Əzizbəyli — Paşa (Kamil Məhərrəmov) (titrlərdə yoxdur) == Çəkilişə köməklik edən qurumlar == Zabrat Aeroportu Bakı Şəhər Dövlət Avtomobil Müfəttişliyi == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Axırıncı yol
Axırıncı yol — tammetrajlı bədii filmi rejissor Emil Abdullayev tərəfindən 2016-cı ildə ekranlaşdırılmışdır. Film Azad Azərbaycan Televiziyası və İlk medianın birgə məhsuludur. “Axırıncı Yol” macəra komediyası “Bozbash Pictures” qəhrəmanları, Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Filmdə əsas rolları İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Azər Baxşəliyev, Nicat Rəhimov və İlkin Miskərli ifa edirlər. == Məzmun == Macəra komediyası “Bozbash Pictures” qəhrəmanları, Şəmi (İlkin Həsəni), Şöşü (Ramil Babayev), Fəlakət (Elşən Orucov), Şirin (Nicat Rəhimov), Qılman (İlkin Miskərli) və Ağsaqqalın (Azər Baxşəliyev) başına gələn maraqlı əhvalatdan bəhs edir. Belə ki, çıxılmaz bir vəziyyətə düşən qəhrəmanlar yerli bankların birindən içində iki milyon dollar olan inkassator avtomobilini qaçırırlar. Bundan xəbər tutan ölkə polisi cinayətkarları tapmaq üçün hər bir varianta əl atır. Şöşünün başçılığı ilə cinayətkar dəstə banka məxsus inkassator avtomobilinin görkəmini dəyişərək “SOSKA Uşaq Əyləncə Mərkəzi” adı ilə cinayət izini itirmək istəyirlər, lakin bu onları daha da çətin bir vəziyyətə salır...
Qəlbinə yol (albom)
Azərbaycanın Respublikasının Xalq Artisti Zülfiyyə Xanbabayevanın sayca üçüncü studiya albomu. == Albom haqqında == "Qəlbinə yol" musiqi albomu 2003-cü ilin mart ayı mediaya təqdim olundu, aprel ayında satışa çıxdı. 2003-2004-cü illər üçün bu Azərbaycanda satış qiymətinə görə ən bahalı musiqi albomu idi. Bununla yanaşı Qəlbinə Yol buraxıldığı il, ən çox tələb olunan albomlar sırasına girdi. Hələ 2001-ci dekabrın 31-i Space telekanalında yeni il şənliyi zamanı bu alboma daxil olan, sözləri və musiqisi Gövhər Həsənzadəyə aid olan Anladım Sonunda mahnısı səslənmişdi və çox bəyənilmişdi. Mahnı bütün 2002-ci il boyu hitparadlardan düşmədi. 2003-cü ilin ikinci rübündə Qəlbinə Yol mahnısına videoklip çəkildi, videonu Emin Mirabdullayev çəkdi, bu Azərbaycanda ilk dəfə olaraq kinolentə çəkilən klip oldu. Albomda 9 mahnı ilə yanaşı bir də popurri vardı, bu Zülfiyyə Xanbabayevanın əvvəlki iki albomunda yer alan bəzi mahnıların Rəşad Haşımov tərəfindən hazırlanan mix'i idi. Zülfiyyə xanım alboma Azərbaycanın Xalq Artisti Cavanşir Quliyevin də bir bəstəsini daxil etmişdi. Albomda Kölgələr Düşdü mahnısın musiqisi Tünzalə Ağayevaya aiddir.
Yaxtı Yol (Avurğazı)
Yaxtı Yol (başq. Яҡты Юл, rus. Якты-Юл) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İşli kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 4 km, kənd sovetliyindən (İşli): 4 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 40 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (97%) üstünlük təşkil edir.
Yeni yol (Goranboy)
Yeni yol — Azərbaycan Respublikasının Goranboy rayonunun Yeni yol kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Xan Qərvənd kənd inzibati ərazi vahidi tərkinbindəki yaşayış məntəqəsi Yeni yol kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Goranboy rayonunun Yeni yol kəndi Xan Qərvənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yeni yol kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Bu adda Ağdam və Babək rayonlarında da kənd qeydə alınmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1149 nəfər əhali yaşayır.
Yeni yol (qəzet)
"Yeni yol" qəzeti — ictimai, ədəbi qəzet. == Tarixi == Əvvəllər Yeni Əlifba Komitəsinin, 1925 ildən isə Azərbaycan K(b)P MK orqanı olmuşdur. İlk nömrəsi 1922 il sentyabrın 21-də, sonuncu nömrəsi 1939 il fevralın 28-də çıxmışdır. == Haqqında == 1924 ilin axırınadək həftəlik, 1925 ildən isə gündəlik nəşr olunmuşdur. Cəlil Məmmədquluzadə 1922 il 5-ci saydan 1922 il 26-cı sayadək qəzetin redaktoru olmuş, 1923 il 38-ci sayına kimi B.Bəhramovla birlikdə redaktorluq etmişdir. "Yeni yol" qəzeti yeni əlifbanı təbliğ etmiş, savadsızlığın ləğvi və mədəni inqilabın qələbəsində mühüm rol oynamışdır. 1924 il mayın 1-də Cəlil Məmmədquluzadə öz xahişi ilə redaksiya heyəti üzvlüyündən azad edilmişdir. Ədib "Yeni yol"-da bir neçə məqalə və felyetonla iştirak etmiş, onun "Rus qızı', "Müəllim", "Taxıl həkimi", "Şərq fakültəsi", "Saqqallı uşaq", "Bəlkə də qaytardılar", "Buz", "Hamballar", "Yan tütəyi" kimi hekayələri burada çap olunmuşdur. == Həmçinin bax == Azərbaycan mətbuatı Molla Nəsrəddin (jurnal) Yoldaş (qəzet) == Mənbə == === Ədəbiyyat === Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008.
Yeni yol (Şəmkir)
Yeni yol (əvvəlki adı: Leninabad) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Təzəkənd inzibati-ərazi vahidi tərkibindəki Leninabad kəndi Yeni yol kəndi adlandırılmışdır. == Toponimikası == == Tarixi == == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir. == Əhalisi == Kənd əhalisi 1625 nəfərdir ki, onun da 51% kişi, 49% isə qadınlar təşkil edir.
Yol-nəqliyyat qəzası
Yol-nəqliyyat qəzası — nəqliyyat vasitəsinin yolda hərəkəti nəticəsində insanların həlak olduğu və ya yaralandığı, nəqliyyat vasitəsinə, qurğulara ziyan vurulduğu hadisə. == Mənbə == Медицинская помощь при ДТП Фото и видео ДТП Arxivləşdirilib 2011-11-10 at the Wayback Machine Что делать при ДТП?
Yol (film, 1954)
"Yol" (it. La Strada) — rejissor Federiko Fellininin filmi. == Məzmun == Federiko Fellini özünün dünya şöhrətli "Yol" filmini 1954-cü ildə çəkmişdir. Bu filmdə Fellini neorealizmin ənənələrindən tam uzaqlaşmasa da, artıq "Yol" filmi kinoda neorealizmin süqutundan xəbər verirdi. Filmin qəhrəmanları səfil, kasıb, avara sirkçilər idi. Fellini filmində əbədi xeyir və şər, ağıl və güc kimi yeni məhfumları açıqlayaraq italyanlara qədim Komedi Del Arte teatrının komik maskalarını xatırlatdı. Filmdə şər xeyirə qalib gəlir və nəhəng, qəddar, küt Zampano (Entoni Kuinn) zəif, köməksiz Censamina (Cülyetta Mazina) ilə kobud davranır. Fellini filmində bir-birinə əks, tənhalığı mütləq və aydın olan varlıqları seçmişdir. Tamaşaçı film boyu onların birləşməsinə ümid edir. Əsasən də o vaxt ki, Censamina kilsədə Zampanoya onun və özünü taleyi haqqında şikayət edir.
Yol (film, 1981)
Yol məşhur filmi rejissorlar Yılmaz Güney və Şərif Görən tərəfindən 1981-ci ildə ekranlaşdırılmışdır. Dram, cinayət, triller janrında olan bu film "Güneyfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Tarık Akan, Şərif Sezər, Xəlil Ərgün, Maral Orxansoy ifa edirlər. == Məzmun == İmralı həbsxanasından çıxan 5 məhbusun həyatından bəhs edir. == Film haqqında == Film çəkilməyəndən əvvəl ssenaridə adı Bayram idi; Film Yılmaz Güneyin ən yaxşı filmi olaraq tanınır; Filmin çəkilişləri zamanı Yılmaz Güney həbsdə olmuşdur və həbsdən filmi çəkən Şərif Görənə məsləhətlər vermişdir; 1980-ci il Türkiyədə baş verən hərbi çevirilsdən, Türkiyədəki kürdlərin həyatından bəhs edən film xaricdə böyük baxış sayına yüksəldikdən sonra Türkiyədə qadağan olunub. 17 ildən sonra qadağan olunması qaldırılmış və Güneyin həyat yoldaşı Fatoş Güney tərəfindən 1999-cu ildə göstərilmişdir; Filmin qazandığı mükafat türk filmləri tarixində qazanılmış ən böyük mükafatdır; Film qadağan olunmuş vaxt, iki tələbə 1989-cu ildə filmi izləyərkən həbs olunub. == Festivallar və mükafatlar == 1982-ci il Kann kinofestivalı Qızıl Palma budağı mükafatı. 1983-cü il ABD film festivalı "Ən yaxşı xarici film" nominasiyasında Qızıl kürə mükafatı .
Yol (film, 2009)
Yol (ing. The Road) - Amerikan yazıçı Kormak MkKartinin eyni adlı Pulitzer mükafatlı romanı əsasında, rejissor Con Hillkat tərəfindən 2009-cu ildə çəkilən, ABŞ istehsalı olan film. Filmin ssenarisi Jo Penhall tərəfindən yazılmışdır. Əsas çəkilişlər Pensilvaniya, Luiziana, Qərbi Virciniya və Oreqon şəhərlərində aparılmışdır. Filmin baş qəhramanları, dünya film ulduzu Viqqo Mortensen (ata) və balaca aktyor Kodi Smit-McPheedir (oğul). == Məzmun == Baş vermiş böyük fəlakət nəticəsində dünya məhv olmaqdadır. Bitkilər və heyvanlar hamısı ölmək və yox olma ərəfəsindədir. Güclü zəlzələlər və təbbi fəlakətlər baş verir. Bir ata və oğul dağılmaqda olan dünyada həyat mübarizəsi aparmaqdadılar. Fəlakətdən öncəki günlər əksəriyyət vaxt kişinin yuxularında öz əksini tapır.
Yol Ayrıcında (1988)
Gürcüstan dəmir yolları
Gürcüstan dəmir yolları (gürc. საქართველოს რკინიგზა - Sakartvelos rkiniqa) — dəmir yollarında nəqliyyat və isyismar işlərini həyata keçirən şirkət. == Potensialı == Güscüstan dəmir yoları Gürcüstan ərazisundə yerləşən dəmir yol xəttlərini özündə birləşdirir. Dəmir yollarının ümumi uzunluğu 1612 km təşkil edir. Burada ümmumilikdə istifadədə 1422 dəmir tolu körpüsü, 32 dəmir yol tuneli, 22 sərnişin vağzalı, 114 yük terminalı fəaliyyət göstərir. Sadaxlı stansiyası Ermənistanla sərhəd sransiyası fəaliyyət göstərir. Dəmir yollarının demək olar ki, böyük qusmi elektrikləşdirilmişdir. Bircə Ninisminda-Axalkələk istiqamətində olan xətt elektrikləşdirilməmişdir. Bu xətt SSRİ-nin dağılması ilə əlaqədar istifadəyə verilə bilinməmişdir. Samtredia — Tiflis — Qardabani istiqamətində dəmir yolu iki xəttlidir.
Gürcüstan hava yolları
Georgian Airways (azərb. Gürcüstan hava yolları‎ gürc. ჯორჯიან ეარვეისი) — Gürcüstan Respublikasına aid beynəlxalq aviaşirkət. Əsasən yük daşımaqla məşğuldur. Reysləri Avropa ölkələri və Orta Asiya ölkələridir. Qərargahı Tbilisidə yerləşir.
Gürcüstan yolları
Gürcüstanda beynəxalq, dövlət və yerli adlı 3 növ avtomagistral mövcuddur.
Gürcüstanda yollar
Gürcüstanda beynəxalq, dövlət və yerli adlı 3 növ avtomagistral mövcuddur.
Gəncənin yeraltı yolları
Gəncənin yeraltı yolları və ya Gəncənin yeraltı fayton yolları — Gəncə şəhərində vaxtilə istifadə edilmiş, lakin sonralar baxımsızlıqdan yararsız hala düşmüş yeraltı fayton yolları. == Tarixi və inşası == Tarixi VIII əsrə qədər gedib çıxan bu yollar Aran memarlıq üslubunda inşa edilmişdir. Bəzi mənbələrə görə X əsrdə inşa olunmuş bu yollar 8 metr dərinlikdə idi. Yollar tağlarla hörülmüş, çirkab sularının axıdılması üçün xüsusi arxlar quraşdırılmış, fayton keçidi üçün geniş yerlər qoyulmuşdur. Bu yolların inşası zamanı burada faytonların hərəkət etməsi də nəzərə alınmışdır. Gəncənin yeraltı yollarına giriş Gəncə xan sarayından buradan başlayırdı. Sarayın yaxınlığında olan Çökək hamam ilə Şah Abbas məscidi arasından keçən bu yolun hər iki abidəyə də girişi olmuşdur. Türkiyənin Amasiya şəhərində olan məscidin hasarı üzərindəki kitabədə Gəncənin yeraltı yollarını inşa edən və şəhərin monqol işğalından sonra vətənini tərk edərək Türkiyəyə köçmüş memar Mahmud oğlu Məhəmmədin adı qeyd olunmuşdur. Görkəmli elm xadimi və tanınmış memar Şeyx Bəhaəddin Amuli 1606-cı ildə Gəncə şəhərində aparılan yenidənqurma işlərinə rəhbərlik etdiyi zaman yeraltı yollara xüsusi həssaslıqla yanaşmış, onların qorunmasını təmin etmişdir. Sovet dövründə bu yollardan bəziləri bağlanılmışdır.
Haqq yolu (film, 1971)
Haqq yolu (türk. Hak Yolu) — 1970-ci il Türkiyə və İran istehsalı olan dram filmi.
Hava yolu qovşağı
Hava yolları qovşaqları və ya qovşaq airoportları – bir və ya daha çox aviaşirkət tərəfindən sərnişin axını və uçuş əməliyyatlarını müəyyən bir hava limanında cəmləşdirmək üçün istifadə olunur. Sərnişinləri son təyinat məntəqələrinə çatdırmaq üçün transfer (və ya dayanma) nöqtələri kimi xidmət edirlər. Bu hava qovşaqları sisteminin bir hissəsidir. Bir hava yolu şirkəti bir neçə qovşağı olmayan şəhərlərdən hava limanına uçuşlar həyata keçirir və danışılan şəhərlər arasında səyahət edən sərnişinlərin qovşaqdan keçməsi lazımdır. Bu paradiqma, hava yolları şirkətinin (aralıq əlaqə vasitəsi ilə) şəhər cütlərinə xidmət göstərməsinə imkan verən miqyaslı iqtisadiyyatlar yaradır, əks halda iqtisadi cəhətdən fasiləsiz olaraq xidmət göstərilə bilməz. Bu sistem, heç bir qovşağın olmadığı və sözü gedən şəhərlər arasında fasiləsiz uçuşların təklif edildiyi nöqtədən-nöqtəyə modelindən ziddiyyət təşkil edir. qovşaq hava limanları da mənşə və təyinat (O&D) trafikinə xidmət göstərir. == Əməliyyatlar == Qovşaqlar sistemi bir hava yolunun daha az marşrutlara xidmət etməsinə imkan verir, buna görə də daha az təyyarəyə ehtiyac duyulur. Sistem həm də sərnişin yükünü artırır; bir mərkəzdən bir uçuş yalnız mərkəzdən gələn sərnişinləri deyil, həm də çox şəhərlərdən olan sərnişinləri daşıyır. Bununla birlikdə sistem baha başa gəlir.
Heybət dəmir yolu stansiyası
Heybət dəmir yolu stansiyası — Bakı şəhərinin Qaradağ rayonunun ərazisində yerləşmiş yolu stansiyası. Azərbaycan Respublikasının Prezidenti 6 iyun 2018-ci il tarixli Sərəncamı ilə ləğv edilmişdir. Buna səbəb Heybət dəmir yolu stansiyasına bitişik hissədə inşa edilmiş Abşeron dəmir yolu stansiyası olmuşdur. Stansiya Meyvəli bazarının yaxınlığında yerləşirdi.
Hidayət Rüstəmov (yol mühəndisi)
Hörümçək-adam: Evə yol yoxdur (film, 2021)
Hörümçək-adam: Evə yol yoxdur və ya Hörümçək-adam: Geriyə yol yoxdur – Columbia Pictures və Marvel Studios tərəfindən istehsal olunan və Sony Pictures tərəfindən distrübüterlik edilən, Marvel Comics qəhrəmanı Hörümçək Adam cizgi romanlarından uyarlanan ABŞ super qəhrəman filmidir. Hörümçək-Adam: Evə Qayıdış və Hörümçək-Adam: Evdən Uzaqda seriyasının davamı olan və Marvel Sinematik Dünyasının 27-ci filmidir. Rollarda Peter Parker / Hörümçək Adamı canlandıran Tom Holland ilə birlikdə Zendeya, Benedict Cumerbatc, Tobey Maguire, Andrew Garfield, Jon Favreau, Jacob Batalon, Marisa Tomei, J. B. Smoove, Benedict Wong, Williem Dafoe, Alfred Molina, Jamie Foxx-un yer aldığı, rejissoru Jon Watts və ssenaristi Chris McKenna və Erik Sommers-dir. Filmdə Parker, Evdən Uzaqda filmində gizliliyi açılan Hörümçək Adam gizliliyini yenidən bir sirr halına gətirmək üçün Stephen Strange-dən kömək istəyir. Evə Qayıdış-ın istehsalı zamanı, 2017-ci ilin əvvəllərində, üçüncü Hörümçək Adam Marvel Sinematik Dünyası filmi dizaynınına başlanmışdı. 2019-cu il avqust ayında Sony və Marvel Studioları arasında Hörümçək Adam filmlərini birlikdə hazırladıqları müqaviləni dəyişdirmək üçün edilən görüşlər, Marvel Studios-un layihədən ayrılması ilə nəticələndi. Ancaq pərəstişkarların mənfi qarşılığı, bir ay sonra iki şirkət arasında yeni bir müqavilənin edilməsinə yol açdı. Watts, McKenna, Sommers və Holland bu müddət ərzində geri qayıtmağa hazır idi. Çəkilişlər 2020-ci ilin oktyabr ayında New York-da başladı, eyni ay içərisində Atlanta-da davam etdi. Çəkilişlər ərzində Foxx və Molina-nın köhnə Hörümçək Adam filmlərindəki personajları yenidən canlandıraraq filmdə yer aldıqları ortaya çıxdı.
Hünər və Şöhrət Yolu ilə (1981)
Hünər və şöhrət yolu ilə (film, 1981)
Keşlə Dəmir Yolu Dayanacağı
Keşlə dəmiryol stansiyası — "Dəmiryol Stansiyası" və "Lokomotiv Deposu", Bakı şəhərində yerləşən sərnişin və yük qatarlarının keçdiyi dəmiryol stansiyası. Keşlə Dəmiryol Stansiyası Bakı-Moskva dəmiryolu xəttinin üzərində inşa edilmişdir.
LOT Polşa Hava Yolları reys 5500
LOT Polşa Hava Yolları - Uçuş 5500 Qəzası - 9 May 1987 Şənbə günü meydana gələn böyük bir təyyarə qəzasıdır. LOT-Polish Hava Yolları'nın Il-62M modelli təyyarəsi Varşava - Nyu-York - San Fransisko marşrutu üzrə LO5055 beynəlxalq uçuşunu həyata keçirdi, amma 23 dəqiqə uçuşdan sonra 1 nömrəli mühərrikdə yanğın çıxdı. Yanğın miqyasını bilmədən, komanda Varşavaya qayıtmağa təşəbbüs etdi, lakin hava limanına yaxınlaşarkən, təyyarənin laynerinin qırılması nəticəsində, tarazılıq itirilir və hava limanından 6 kilometr məsafədə Varşavanın kənarında Kabaşk meşəsində faciəvi şəkildə yerə çaxılır. Təyyarə xaricindəki 183 nəfər həlak olmuşdur - bunlardan 172-si sərnişin və 11-i isə komanda üzvü idi. Həmçinin bu hadisə, Polşa tarixindəki ən faciəvi təyyarə qəzası olaraq tarixə keçdi. == Həyatını itirənlər == Qəzada ümumiyyətlə, 183 insan həyatını itirir. Bunlardan 166-ı ABŞ-yə gedən Polşa vətəndaşı, 17-i isə vətənlərinə qayıdan amerikalılar olur. Ölmüş şəxslərdən 11-i komanda heyəti olur. == Təyyarə ekipajı == İl-62M təyyarəsini idarə edən "Tadeusz Kosciuszko" komandasının son uçuşu idi. == Xarici keçidlər == SP-LBG Qeydiyyat nişanlı təyyarə məlumatları.
LaMia Hava Yolları reys 2933
LaMia Hava Yolları reys 2933 — Braziliyanin peşəkar futbol komandası olan "Şapekoense" futbolçularının Boliviyadan Kolumbiyaya gətirilməsi zamanı 29 noyabr 2016-cı ildə baş vermiş təyyarə qəzası. Hadisə komandanın Cənubi Amerika Kuboku 2016 (Copa Sudamericana 2016) final görüşü çərçivəsində Kolumbiyanın "Atletiko Nasyonal" futbol komandası ilə keçirilməsi planlanan oyuna səfəri zamanı baş vermişdir. Qəza zamanı təyyarədə 72 sərnişin (21 jurnalist, qalanları isə futbol komandasının oyunçuları) və 9 ekipaj üzvündən ibarət 81 nəfər insan vardı. Qəzadan isə yalnız altı nəfər xilas ola bilmişdir. == Təyyarə == Britaniya Aerospace 146 tərəfindən hazırlanmış təyyarənin modeli Avro RJ-85, qeydiyyat nömrəsi isə CP-2933 idi Təyyarə ilk uçuşunu 26 mart, 1999-cu ildə həyata keçirmişdir.. == Qəza == Təyyarə yerli vaxtla 22:00 radələrində (07:00, 29 noyabr, UTC+4), qəza vəziyyəti ilə bağlı La Sexa və La Union hava idarələrinə təcili siqnal yollamışdır. Xilasedici helikopterlər güclü duman səbəbi ilə ilk olaraq qəza ərazisinə çata bilməyiblər. == Həyatını itirən tanınmış insanlar == === "Şapekoense" oyunçuları === Aylton Sezar Cunior Alves da Silva (Kanela), 22 yaşında Dener Assunçao Braz (Dener), 25 yaşında Marselo Avqusto Matias da Silva (Marselo), 25 yaşında Metyus Bitenkort da Silva (Metyus Biteko), 21 yaşında Mateus Lukena dos Santos (Karamelo), 22 yaşında Qulerme Ximenez de Souza (Ximenez), 21 yaşında Lukas Qomez da Silva (Lukas Qomez), 26 yaşında Everton Kempes dos Santos Qonçalves (Kempes), 34 yaşında Artur Braziliano Maya (Artur Maya), 24 yaşında Ananias Eloy Kastro Monteyro (Ananias), 27 yaşında Markos Danilo Padilya (Danilo), 31 yaşında Filip Xose Maçado (Filip Maçado), 32 yaşında Serxio Manoel Barbosa Santos (Serxio Manoel), 27 yaşında Xose Gildeyxon Klemente de Payva (Gil), 29 yaşında Bruno Rangel Dominqez (Bruno Rangel), 34 yaşında Kleber Santana Loreyro (Kleber Santana), 35 yaşında Cosimar Rosado da Silva Tavares (Cosimar), 30 yaşında Vilyam Tieqo de Cesus (Tieqo), 30 yaşında Tiaqo da Roça Vieyra Alves (Tiaqanya), 22 yaşında === "Şapekoense"nin idarə heyətindən === Luiz Karlos Saroli (Kayo Cunior), menecer, 51 yaşında === Media əməkdaşları === Mario Serxio Pontes de Payva, Fox Sports telekanalının şərhçisi, keçmiş milli komanda oyunçusu və məşqçisi, 66 yaşında Devayr Paskolon, Fox Sports telekanalının şərhçisi və spikeri, 51 yaşında Paulo Culio Klement, Fox Sports telekanalının şərhçisi, 51 yaşında == Sağ qalanlar == Alan Ruşel — "Şapekoense" futbol komandasının müdafiəçisi. Danilo Porter — "Şapekoense" futbol komandasının qapıçısı. Danilo ilkin olaraq qəzadan xilas olsa da, daha sonra xəstəxanada vəfat etmişdir.
Latviya dəmir yolları
Latviya dəmir yolları (latış. Latvijas dzelzceļš‎) — Latviyanın milli dəmir yol şirkəti Əsası 1919-ci ildə qoyulmuşdur. 1994-ci ildə Pribaltika dəmir yollarının balansından ayrılaraq müstəqil şirkətə çevrilmişdir. Ümumilikdə dəmir yollarının uzunluğu 2263,3 km-dir. Bu məsafənin cəmi 258,8 % elektrikləşdirilmişdir. Reylslər arasında məsafə 1520 mm-dir. Baş ünvani — Riqa şəhəri, Qoqol küçəsi, 3. 2005 - 2015 illər ərzində şirkətin rəhbəri Uqis Maqonis olmuşdur (latış. Uģis Magonis‎) == Şirkətin strukturu == Şirkətin tərkibinə törəmə 7 bölmə daxildir: LDz «Cargo» LDz «Infrastruktūra Ltd» LDz «Ritošā sastāva serviss» LDz «Apsardze» LDz «Ritošā sastāva serviss» VRC Zasulauks Pasažieru Vilciens (sərnişin daşıma) == Arsenalı == Teplovozlar: Teplovoz M62, 2М62, 2М62У, 2M62УР, 2M62УЦ, 2ТЭ10М, 2ТЭ10У, ТЭП70, ЧМЭ3, ТЭМ2, ТГК2, ТГМ3, ТГМ4, 2ТЭ116, ЧМЭ3М Elektrovaqonlar: ЭР2, ЭР2Т, ЭР2М. Divel-vaqonlar: ДР1А, ДР1АМ, ДР1АЦ. Reyls avtobusu: АР2. === Əvvəllər istifadə edilmiş texnikalar === Teplovoz — ТЭП60 Elektrovovlar — ВЛ26, ЕЛ2 Elektrovaqonlat — Ср3, ЭР2И Dizel vaqonlar — ДР1П == Dəmir yol xətləri == === İşlək olan xətlər === 01 Ventspils — Tukums II 02 Tukums II — Elqava 03 Elqava — Krustpils 04 Krustpils — Dauqapils 05 Dauqapils — İndra 06 Riqa — Krustpils 07 Krustpils — Rezenke II 08 Rezenke II — Zilupe 09 Karsava — Rezenke I 10 Rezenke — Dauqapils 11 Dauqapils — Kursums 12 Eqlayne — Dauqapils 13 525 km yol postu — 401 km yol postu 14 Riqa — Elqava 15 Elqava — Liepaya 16 Elqava — Meytene 17 Riqa — Luqaji 18 Tornyaklns — Tukums II 19 Zemitan — Skulte 20 Çiekurkalns — Riqa Krasta 21 Qluda — Renqe 22 Zasulausks — Bolderya 24 Riqa Preçu 2 — Saurieşi 25 Zemitan — Şkirotava 26 191 km yol postu — 524 km yol postu 27 Plyavinyas — Qulbene 36 Yaunkalsnava — Veseta 37 Otvetvleniya Dauqapils 38 Otvetvleniya Rezenke 32 Qulbene — Aluksne == Elektrikləşdirilmiş dəmir yol xətti == Elektrikləşdirilmiş dəmir yollarının uzunluğu 249 km-dir.
Likiya yolu
Likiya yolu (türk. Likiya yolu) — Türkiyə, qədim Likiyanın dəniz sahili boyu uzanan turist marşrut yolu. Uzunluğu 509 km olan bu yol Fəthiyəni Antalya ilə birləşdirir. == Ümumi məlumat == Antik Likiya ərazisi Teke yarımadasında yerləşir. Likiya yolu bu ərazidə olan həm tarixi, həm də coğrafi obyektləri birləşdirir. Yol antik yollardan, patikalardan(dağ cığırlarından) və qatır yollarından ibarətdir. Likiya yolu bəzən dəniz sahili boyu, bəzəndə dağlıq ərazi boyu uzanır, bir qismi isə Olimpos Beydağları Milli Parkın ərazisindən keçir. Yolun keçdiyi ərazinin maksimal hündürlüyü 1811 m-dir. Yol keçilməsi baxımdan orta və ağır dərəcə ilə qiymətləndirilir. Ümumi məsafənin ortalama qət olunma müddəti 29 gündür.
Litvada avtomobil yolları
Litvada avtomobil yolları — Litva ərazisində avtonəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş yollar. Dövlət yolları əsas (lit. magistraliniai), regional (lit. krašto) və rayon (lit. rajoniniai) yollarına bölünür. Qeyri-dövlət yolları (küçələr, yerli yollar, giriş yolları) yerli özünüidarəetmə orqanlarına aiddir. == Tarix == Litvada ilk yollardan biri XVI əsrdə tikilmiş Klaypeda qəsri yaxınlığındakı yoldur. 2006-cı ildə ölkədəki ümümi yolların uzunluğu 21.320 km olmuşdur ki, bunun da 1.748 km-i avtomobil yolları (o cümlədən 309 km-i avtomagistrallar təşkil edir), 4.946 km-i respublika əhəmiyyətli, 14.625 km-i isə digər yollardır. Litva Yol Muzeyi Litva yollarının və avtomobil sənayesinin tarixinə həsr olunub. 2019-cu ildə Litvada avtomobil magistrallarının ümumi uzunluğu 365,83 km-dir.
Liviya Hava yolları reys 1103
Liviya Hava yolları reys 1103 (ing. Libyan Arab Airlines Flight 1103) — Liviya Hava yollarına məxsus Boeing 727–200 modelli təyyarə ilə gercəkləşdirilən Benqazi-Tripoli daxili xətt reysinin həyata keçirilməsi zamanı baş vermiş təyyarə qəzası. Qəzanın səbəbi kimi təyyarənin havada olduğu zaman Liviya Hava Qüvvələrinə məxsus MiQ-23 döyüş təyyarəsi ilə toqquşması göstərilir. MiQ-23-də olan iki pilot xilas olmağı bacarmışdır. == Arxa plan == Liviya Hava yollarına məxsus Boeing 727–200 modelli təyyarə ilə ölkənin ən böyük iki şəhəri arasında müntəzəm uçuşlar gercəkləşdirilməkdə idi. 1992-ci ilin 22 dekabr tarixində baş tutan Benqazi-Tripoli səfəri də bu uçuşlardan biri idi. Benqazi şəhərinin mərkəzi hava limanından havalanan təyyarə, uçuşun böyük bir qismini arxada qoyaraq Tripoli mərkəzi hava limanına doğru enişə keçməyə hazırlaşarkən 3.500 fit (1.067 m) hündürlükdə Liviya Hava Qüvvələrinə məxsus MiQ-23 qırısıcısı ilə toqquşmuşdur. Qəza nətcisədinə MiQ-23-də olan iki pilot xilas olmağı bacarmış, Boeing 727–200 təyyarəsində olan 147 sərnişin və 10 heyət üzvünün hamısı həlak olmuşdur. Liviya Hava yolları reys 1103 ölkə daxilində baş vermiş ən faciəvi təyyarə qəzası hesab olunur. Dövlət rəsmilərinin verdiyi açıqlamalarda qəzanın günahkarı kimi MiQ-23-ün pilotları göstərilmiş və hər iki pilot həbs edilmişdir.
M2 nömrəli avtomobil yolu (Azərbaycan)
M2 — Azərbaycanın paytaxtı Bakı ilə ölkənin şimal-qərb hissəsini birləşdirən avtomobil yolu. E-119 Avropa marşrutunun tərkib hissəsidir. Uzunluğu təxminən 503 kilometrdir. Yol Bakıda Avtovağzal Kompleksindən başlayır, Ələtdə M3 magistralı ilə ayrılır və sonra şimal-qərb istiqamətində Hacıqabul, Kürdəmir, Ucar, Yevlax, Goranboy, Gəncə, Şəmkir, Ağstafa və Qazax ilə davam edərək, Gürcüstan Respublikası ilə dövlət sərhədində bitir. Örtüyü asfalt-betondur. Eni hər tərəfdən 2-3 zolaqdan ibarətdir.
Macarıstan Dövlət Dəmir Yolları
Macarıstan Dövlət Dəmir Yolları (mac. Magyar Államvasutak, MÁV) — Macarıstanın milli dəmir yolu şirkəti. Baş qərargahı Budapeşt şəhərində yerləşir. == Tarixi == === 1846–1918 === İlk buxarlı lokomotiv dəmir yolu xətti 15 iyul 1846-cı ildə Peşt və Vaç şəhərləri arasında açılmışdır. Uğursuz Macarıstan inqilabdan sonra mövcud xəttlər Avstriya dövləti tərəfindən milliləşdirildi və yeni xətlər çəkildi. 1850-ci illərin sonlarında Avstriya-Sardiniya müharibəsi nəticəsində bütün dəmir yolu xəttləri avstriyalı özəl şirkətlərə satıldı. 1867-ci ildə Avstriya-Macarıstan anlaşmasından sonra nəqliyyat məsələləri yerli dəmiryol şirkətlərini dəstəkləmək vəzifəsini öz üzərinə götürən Macarıstan hökumətinin məsuliyyətinə çevrildi. Bu zaman 1874-cü ildəki illik büdcənin 8% -i dəmir yolu şirkətinin subsidiyalarına keçdi. Nəticədə Macarıstan Parlamenti 1868-ci ildə Dövlət Dəmir Yollarının qurulmasını təklif etdi. Məqsəd Macarıstanın əsas dəmir yolu xəttləri üzərində nəzarəti ələ almaq və idarə etmək idi.
Macarıstan dəmir yolu tarixi parkı
Macarıstan dəmir yolu tarixi parkı (mac. Magyar Vasúttörténeti Park) — Macarıstanın paytaxtı Budapeştdəki dəmiryol stansiyasında və Macarıstan Dövlət Dəmir Yollarının emalatxanalarında, Budapeştin keçmiş Şimal Deposundakı dəmiryol muzeyidir. Muzey 70.000 kvadratmetrdən çox ərazini əhatə edir və yüzdən çox eksponata sahibdir. Əsasən nəqliyyat vasitələrinə (lokomotiv, vaqon və s.) və dəmir yolu texnikasına malikdir. == Baxış == Muzeydə Macarıstan Dövlət Dəmir Yollarına məxsus buxar mühərrikləri ilə işləyənlərdən başlayaraq elektrik mühərrikləri ilə idarə olunanlara qədər olan 50-dən çox lokomotiv var. Ancaq onlardan bəziləri hələ də istismar edilə bilər. Muzey digər dəmir yolu nəqliyyat növlərini məsələn: əl ilə işləyən araba və relslərin vəziyyətini izləmək üçün yoxlama avtomobillərini də nümayiş etdirir. Eksponatlar arasında Orient Express üçün hazırlanmış restoran avtomobili və müvafiq olaraq 1912 və 1934-cü illərdə yığılmış Arpad avtomobili də var. Muzeydə Macarıstan Xalq Respublikası Nazirlər Sovetinin sədri Yeno Fokun rəsmi avtomobili olan Çayka (GAZ-13) avtomobili də var. Daha sonra avtomobil Macarıstan Dövlət Dəmir Yolları tərəfindən relslərdə hərəkət etmək üçün yenidən işlənmişdir.
Mariasell dəmir yolu
Mariasell dəmir yolu (alm. Mariazellerbahn‎) — Aşağı Avstriyanın paytaxtı Sankt-Pölten şəhəri ilə Avstriyanın ən böyük ziyarətçi mərkəzi olan Mariazell şəhərini birləşdirən dar ölçülü dəmir yolu xətti. 2010-cu ilin dekabrından bəri dəmiryolunun sahibi və operatoru Aşağı Avstriya Nəqliyyat Təşkilatıdır (Niederösterreichische Verkehrsorganisationsgesellschaft, NÖVOG). == Tarixi == Mariazell ziyarətgah mərkəzi 19-cu əsrdə Avstriya-Macarıstanın xaricilər tərəfindən ən çox ziyarət edilən yerlərindən biri idi. Burada dəmiryolunun inşası ilə bağlı bir çox fikirlər ortaya atılmışdı. Yalnız Aşağı Avstriyanın Dəmir Yolları haqqında Qanun (Niederösterreichisches Landeseisenbahngesetz von 1895) 1895-ci ildə qəbul edildikdən sonra layihə üzərində iş başladı. Dəmiryolu xəttinin keçdiyi bölgə çətin ərazi olduğundan, dar dəmiryolunun inşa edilməsinə qərar verildi. 1896-cı ildə Aşağı Avstriya Dəmiryol İdarəsində (Niederösterreichische Landeseisenbahnamt) direktor vəzifəsini icra edən Yosef Foqovitsin nəzarəti altında tikinti işləri başladı. 4 iyul 1898-ci ildə yolun ilk hissəsi açıldı. Tikinti 1906-cı ildədək davam etdi.
Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə (kitab)
Monorels yolu
Monorels yolu və ya təkrelsli dəmiryolu — nəqliyyat qurğusu. == Tarixi və texnikası == Sərnişin vaqonları və ya yük vaqonetləri lazımi yüksəklikdə quraşdırılmış estakadaya, yaxud ayrı-ayrı dayaqlara bərkidilmiş relsin (monorelsin) üzəri ilə hərəkət edən arabacığa bərkidilir. Vaqonlar ya arabacıqlara üstdən söykənir (talvar tipli monorels yolu), yaxud arabacaıqların altından sallanır (asma monorels yolu). Yük daşıyan monorels yolundan (uzunluğu 1,5 kilometrədək) sənaye müəssisələrində sexdaxili, sexlərarası və zavodlararası nəqliyyat vasitəsi kimi istifadə olunur. Yük vaqonetləri xüsusi platforma, özüboşalan kuzov, qaldırıcı və tutucu mexanizmlərlə təchiz olunur. 0,5–2 metr (bəzən 5 m) yük götürür, sürəti 2–4 km/saatdır. Bir sıra ölkələrdə sərnişin daşıyan monorels yolu (əsasən, təcrübə məqsədi ilə və ya sərgilərdə xidmət göstərmək üçün) titkilmişdir. Tokionun mərkəzi ilə Xaneda Hava Limanı arasında monorels yolu çəkilmişdir Vaqonlar 60–120 sərnişin tutur;qatarların sürəti 120 km/saat, ayrı-ayrı sınaq sahələrinmdə 240 km/saat və daha çox olur. Nisbətən baha başa gəldiyi üçün tətbiqi məhduddur. == İstinadlar == == Əlavə ədəbiyyat == Адасинский С. А. Городской транспорт будущего.

Digər lüğətlərdə