YOLBİLƏN
YOLÇULUQ
OBASTAN VİKİ
Yolçu Babazadə
Yolçu Bəhruz oğlu Babazadə (20 yanvar 2002; Qozlubulaq, Şəki rayonu, Azərbaycan — 7 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Yolçu Babazadə 20 yanvar 2002-ci ildə Şəki rayonunun Qozlubulaq kəndində Bəhruz Babayevin və Xatirə Babayevanın ailəsində anadan olmuşdur. 2008-ci ildə Şəki rayon Qozlubulaq kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 2019-cu ildə məktəbin 11-ci sinfini bitirmişdir. Subay idi. == Hərbi xidməti == Yolçu Babazadə 20 yanvar 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Beyləqanda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət qullluqçusu olaraq xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Yolçu Babazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın, Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Yolçu Babazadə 7 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Yolçu Əliyev
Yolçu Əliyev və ya Avarets (tam adı: Yolçu Əfi oğlu Əliyev; d. 5 noyabr 1964, Daşburun, Beyləqan rayonu, Azərbaycan SSR, SSRİ — ö. 27 iyul 2014, Ukrayna) — Donbass müharibəsi şəhidi. == Həyatı == === Erkən illəri === Yolçu Əliyev 1964-cü il mayın 11-də Beyləqan rayonun Daşburun kəndində anadan olub. === Donbass müharibəsi və döyüşlərdə iştirakı === Ukraynada "Ruslan" kimi tanınan Yolçu Əliyev, "Aydar" könüllülər batalyonunun kəşfiyyat bölüyündə xidmət edib. === Ölümü === 2014-cü il iyulun 27-də hərbi əməliyyat zamanı qəhrəmancasına həlak olub.
Dur yolçu heykəli
Türkiyə nin ən böyük heykəlidir.6 Avqust 2008-cı tarixdə Türkiyənin paytaxtı Ankarada(Polatlı ,Kartaltepe) Dur yolçu abidəsinin açılış mərasimi olmuşdur.Dur yolçu abidəsinin uzunluğu ümumilikdə 32 metrdir. Heykəl 22, postament isə 10 metrdir.Abidənin müəllifi akademik Sait Rüstem dir.
Allahverdi Yolçuyev
Yolçuyev Allahverdi Bayram oğlu — Azərbaycan aktyoru == Həyatı == Allahverdi Bayram oğlu Yolçuyev 20 avqust 1958-ci ildə Ermənistan SSR Stepanavan şəhərində dünyaya gəlib. 1979-cu ildə M. A. Əliyev adına Azərbaycan dövlət İncəsənət inistutunun dram-kino aktyorluğu fakültəsini bitirib. Sənət müəllimləri-SSRİ xalq atisti Adil İsgəndərov, Azərbaycanın xalq artisti Elmira Şabanova. 1978–1979-cu ildə Leninqrad da keçirilən bədii qiraətçilərin Yaxontov adına müsabiqənin diplomantı olub. 1982-ci ildən 1985-ci ilədək İncəsənət inistitunda səhnə nitqi müəllimi olub. Azərbaycan Radiosunda onlarla radio tamaşalarda müxtəlif obrazlar səsləndirib. Müxtəlif ölkələrdə tədbirlərdə, cəbhə bölgələrində, qocalar evlərində olub. Allahverdi Yolçuyev özünün qələmə aldığı parodiyalar, monoloq səhnəciklərlə çıxış edib. Müxtəlif telekanallarda minlərlə filimlər, cizgi filimlərini səsləndirib. Ən yadda qalan məşhur Fransız aktyoru Luide Fünesin rollarıdır.
Allahyar Yolçuyev
Yolçuyev Allahyar Bəxtiyar oğlu — Kimya elmləri doktoru, professor Allahyar Bəxtiyar oğlu Yolçuyev 1938-ci ilin iyulun 27-də Qərbi Azərbaycanm Kirovakan şəhəri, Qukark rayonunun (Qaraisə) Arçut kəndində müəllim ailəsində anadan olmuşdur. 1952-ci ildə Arçut yeddi illik məktəbini, 1955-ci ildə isə Spirak (Hamamlı) rayonunun Saral orta məktəbini bitirmişdir. 1957–62-ci illərdə indiki N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya fakültəsində təhsil aldıqdan sonra, öz doğma kəndində müəllim və dərs hissə müdiri vəzifəsində işləmışdir. 1962–64-cü illərdə keçmiş SSRI Sovet ordu sıralarında qulluq etmişdir. 1965-ci il-dən indiki Azərbaycan dövlət Neft Akademiyasının (ADNA) "Analitik kimya" kafedrasında assisent (1965–67), baş müəllim (1977–81), dosent (1981–92) vəzifəsində çalışmışdır. 1992-ci ildən "Analitik və fızikı kimya" kafedrasının professoru olmuşdur. 1975-ci ildə elmi rəhbərsiz "İtterbiumun bəzi müşayiət edən və digər metalların iştirakı ilə miqdarca təyini" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Xüsusi olaraq qeyd etmək yerinə düşər ki, Yolçiyev Allahyar Bəxtiyar oglu elmi rəhbərsiz oldugu üçün, 22 aprel 1976-cı ildə, Moskva şəhəri, SSRİ AAK-nin ekspert elmi şurasında yenidən namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1991-ci ildə isə "Bis-dördlü ammonium duzlarının, morfolinlərin və funksional-əvəzli kraun-efirlərin makromolekulyar ion-assosiatlarının sintezi və analitik tətbiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1994-cü ildə "Analitik kimya" ixtisası üzrə professor adına layiq görulmüşdur.
Azad Yolçuyev
Azad Nizami oğlu Yolçuyev (11 aprel 1985, Ağstafa rayonu – 4 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Azad Yolçuyev 1985-ci il aprelin 11-də Ağstafa rayonunun Kolayır kəndində anadan olub. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Azad Yolçuyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azad Yolçuyev noyabrın 4-də Şuşanın azad edilməsi zamanı Daşaltı istiqamətində şəhid olub. Ağstafa rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azad Yolçuyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azad Yolçuyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azad Yolçuyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nizami Yolçuzadə
Nizami Vahid oğlu Yolçuzadə (10 aprel 1990, Böyük Mərcanlı, Cəbrayıl rayonu – 18 iyun 2022, Naxçıvan Muxtar Respublikası) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, şəhid. == Həyatı == Nizami Yolçuzadə 10 aprel 1990-cı ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur. Orta təhsilini Cəbrayıl rayon 8 nömrəli tam orta məktəbində alan Nizami oxuduğu müddətdə yüksək vətənpərvərliyi və şəxsi keyfiyyətləri ilə müəllim və şagirdlərin sevimlisinə çevrilmişdi. Vətənə olan sevgisi onu 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə gətirmişdir. Məktəbi uğurla bitirdikdən sonra təyinatı üzrə bir zabit olaraq Milli Ordu sırasına qatılmışdır.Ailəli idi, iki azyaşlı övladı var. == Hərbi xidməti == Nizami hərbi xidmətə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda zabit olaraq başladı. O, Naxçıvanda uzun müddət "N" saylı hərbi hissədə gənc əsgərlərin hazırlanmasına rəhbərlik edirdi. Son bir ildə ona etimad göstərilərək, tabor komandirinin təhcizat üzrə müavini vəzifəsinə təyin edilmişdi. Həmçinin xidmətini Şahbuz rayonu "N" saylı hərbi hissədə davam etdirirdi. Nümunəvi xidmətlərinə görə Müdafiə Nazirliyinin 23.05.2016 tarixli 095t nömrəli əmri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi", 20.06.2019 tarixli 079t nömrəli əmri ilə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə və 26.06.2019 tarixli 0153 nömrəli digər əmri ilə "Qüsursuz xidmətə görə" III dərəcəli medalı ilə təltif olunmuşdur.Yolçuzadə Nizami Vahid oğlu 18 iyun 2022-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində xidməti vəzifəsini həyata keçirən zaman həlak olmuşdur.
Nurəddin Yolçuyev
Nurəddin Novruz oğlu Yolçuyev (29 iyul 1963, Quzanlı, Ağdam rayonu – 20 oktyabr 1992, Əliağalı, Ağdam rayonu) — Azərbaycan şəhidi. == Həyatı == Nurəddin Yolçuyev 1963-cü il iyulun 29-da Ağdam rayonunun Quzanlı kəndində anadan olub. 1980-ci ildə orta məktəbi bitirib, bir il kolxozda çalışıb. Nurəddin iki illik hərbi xidmətini Almaniyada başa vurub. Əsgərlikdə olduğu müddətdətdə vaxtaşırı Əfqanıstana da ezam edilirdi. Əsgərlik müddəti sona çatdığı zaman hissənin komandanlığı ona hərbi məktəbə getməyi təklif edir, ancaq ailəsi razı olmadığina görə Nurəddin doğulduğu kəndə qayıdaraq kolxozda işini davam etdirir. 1985-ci ildə həm işləmək, həmdə təhsil almaq üçün komsomol putyovkası ilə Rusiyanın Arxangelski vilayətinə gedir. Orada zavodda işə düzəlir, bir neçə ildən sonra, yəni 1990-ci ildə instituta (qiyabi) daxil olur. Xocalı hadisəsindən bir neçə gün sonra, yəni 1992-ci ilin mart ayında Nurəddininin də iştirakı və təşəbbüsü ilə Arxangelskidə yaşayan bir qrup azərbaycanlı və çeçen işləri, təhsillərini atıb Azərbaycana, birbaşa Ağdama hərbi komissarlığına gəlib milli orduya götürülməyi tələb edirlər. Ancaq o zaman hərbi komisarlıqda könüllülər qəbul edilmədiyinə görə onlar Milli Qəhrəman Fred Asifin başçılıq etdiyi dəstəyə qoşulurlar.
Yolçubəyli
Yolçubəyli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Yolçubəyli Azərbaycan Respublikasi Sabirabad rayonu ərazisində kənd yaşayış məntəqəsidir. Rayon mərkəzindən 7 km qərbdə Kür çayının Şirvan sahilində Sabirabad-Kürdəmir (köhnə Tiflis hərbi yol) yolunun üstündə yerləşir. Ərazisinin ümumi sahəsi 2500 ha (əkin sahələriylə birgə), əhalisinin sayı 4000 nəfərə yaxın olan Yolçubəyli kəndi həm də üç kəndin (Yolçubəyli, Türkədi, Narlıq )icra nümayəndəliyidir. Arxiv sənədlərində Yolçubəylinin rəsmən yaşayış məntəqəsi kimi qeyd edilməsi 1770-1800-cü illərə təsadüf edilirsə də, yaşlı insanların deməsinə istinadən kənd ərazisində oturaq əhalinin məskunlaşdığı 400 ilə yaxındır. Buna kənd qəbirstanlığında olan qədim baş daşları da sübut ola bilər (nəzərə alınsa ki, hazırkı qəbiristanlıq ilkin qəbiristanlıq deyil buna şübhə qalmaz). Yolçubəyli adının toponomikası haqda əsasən iki fərziyyə mövcuddur ki, bunlardan biri bu ərazilərdə yaşamış Qasım, Əsgər, Yolçu bəy qardaşların adlarıyla əlaqələndilir. Belə ki, kəndlə Kürün əks sahilində Qasımbəyli və Əsgərbəyli kəndləri yerləşir. İkinci fikir həqiqətə daha yaxındır: bu ərazilər ta qədimdən Şamaxı əhalisinin mal qaranı otarmaq üçün istifadə etdikləri yaylaq yerləri olub, adamlar Şamaxı ilə Kür qırağında yerləşən bu otlu-alaflı bərəkətli torpaqlar arasında gedib gəlmiş, daima yollarda olmuş, bir sözlə yolçuluq etmişlər və bu yolçuların içərisindən bərəkətli torpaqlar sayəsində mal qarası həddən çox artan bəylər yetişmiş ki, onlar da get-gəl çətinliyini aradan qaldirmaq üçün oturaq düşərgə salmaq, bir məntəqə yaratmaq məcburiyyətində qalmış və Yolçubəylidə yerləşən binələrində birdəfəlik məskunlaşmışlar. Çox güman ki, bu oturaqlığı vacib edən səbəblərdən biri də Şamaxıda tez tez baş verən zəlzələ və sellər olmuşdur.
Yolçubəyli bələdiyyəsi
Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yolçuluq
Yolçuluq və ya dilənmək — bir şey üçün ciddi və ya təvazökarlıqla müraciət. Küçə dilənçiləri, nəqliyyat marşrutları, şəhər parkları və məşğul bazarlar kimi ictimai yerlərdə tapıla bilər. Puldan başqa, onlar ərzaq, içki, siqaret və ya digər kiçik əşyalar da istəyə bilər. İnternet dilənçiliyi internetdən başqalarına pul vermək üçün yaranan müasir təcrübədir. İnternet dilənçiliyi adətən dilənçi ilə tanış olan insanlara yönəldilir, ancaq kənar adamlara da yönələ bilər.
Əli Yolçuyev
Əli Kərim oğlu Yolçuyev — Azərbaycan Respublikası Daxili Qoşunlarının "Şahin" xüsusi təyinatlı dəstəsinin hərbçisi, kiçik çavuş. == Həyatı == 1982-ci il Bakı şəhərində anadan olub, 2001-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində hərbi xidmətə başlamışdır. 2003-cü ildə ehtiyata buraxılan Əli Yolçuyev daha sonra Azərbaycan Respublikası Daxili Qoşunlarının "N"saylı hərbi hissəsində "Şahin" xüsusi təyinatlı dəstəsində müddətdən artıq hərbi xidmət etmiş və çavuş rütbəsinə yüksəlmişdir. 2008-ci il avqust ayında Azərbaycan Respublikası təhlükəsizlik orqanlarının (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Daxili Qoşunları, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Milli Təhlükəsizlik Nazirliyi) Qusar rayonu Həzrə kəndi ərazisində "Meşə Qardaşları" adlı terorçu dəstəni zərərləşdirilməsi üçün keçirdiyi əməliyyatda terorçuların açtığı atəş nəticəsində 4 güllə yarası alaraq yerindəcə şəhid olmuşdur. == Əli Yoçuyev dostlarının xatirəsində == Gizir Məmmədov Saleh (Daxili Qoşunların Xüsusi Təyinatlı Kəşfiyyatının təlimçisi): O,çox səxavətli və mehriban insan idi.Əsl dost dedikdə bizim ağlımıza yalnız Əli gəlir.Hamı ilə mehriban hamının qayğısına qalan,bütün tədbirlərdə öndə iştirak edən məğrur bir insan idi. "Meşə Qardaşları" ilə əməliyyat gecəsi bizə əmr gəldi və biz əməliyyat rayonuna çıxdıq .Hər əməliyyat gedişində hamı bir biri ilə halallaşır,bu dəfədə elə oldu və gəldik çatdıq əməliyyat yerinə.Bir neçə gün axtarışda olduq sonra dəqiqləşdirdikdən sonra Həzrə kəndinə qədər onları qovduq çıxılmaz vəziyyətdə qalan terrorçu dəstə ilə son dərəcə ehtiyatlı olmaq lazım idi,amma hamıdan qabaqda gedən Əli onlara başqa tərəfdən yaxınlaşırdı sanki,Azərbaycanı təşvişə salmış cinayətkarları özü cəzalandırmaq istəyirdi.Hamı sakitcə "ölüm zonası"na yaxınlaşırdı və birdən atəş səsi eşidildi,dörd dəfə atəş səsi təkrarlandı.Səs Əlinin getdiyi tərəfdən gəlirdi və hamımız himayəli irəliləmə ilə o tərəfə yönəldik lakin, Əlini yerdə uzanmış halda gördük və dəstək qrupu ilə onu xilas etməyə çalışdıq,içimizdən zabit Umudov onu vurub qaçan terrorçunun arxasınca qaçdı və onu məhv edərək Əlidən götürdüyü silahı geri qaytardı.Əli hadisə yerində can verdi elə bilki,bizim üçün dünyanın sonu gəldi. Düşmən ondan cəld tərpənmişdir desəm doğru olmaz, yalnız Vətən üçün ölümnən qorxmamağ onu ölümə apardı. Onun ailəsi hər zaman diqqətimizdədir və hər zaman kömək göstərməyi özümüzə borc bilirik,çünki Əli bizim üçün ölməyib necə deyərlər: Şəhidlər ölməz, Vətən bölünməz. Mayor Füzuli Şiraslan oğlu İmrəliyev (Daxili Qoşunların zabiti,əməliyyat zamanı "Şahin" xüsusi təyinatlı dəstə komandiri): O,sadəcə Vətənin sevən cəngavər idi,amma ölüm hər zaman insanı haqlayır.O isə ölümnən qorxmurdu …! == Dövlət tərəfindən aldığı yüksək qiymət == Azərbaycan Respublikası Prezidentinin 12 mart 2009-cu il fərmanına əsasən dövlətçiliyin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, öz xidməti vəzifəsini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən yüksək peşəkarlıq göstərməsinə görə Azərbaycan Respublikasının "İgidliyə görə" medalı ilə təltif olunmuşdur (ölümündən sonra).

Digər lüğətlərdə

венцено́сец восставля́ть живопи́сность ма́рочность не шутя́ недопонима́ться привя́ливание разве́дывательный вари́ться изъяви́тельный пацифика́ция факи́р язы́к проглотишь conductibility cosm- disacknowledge emporium gradually Kyushu locale maternity leave orientation Queensland Wilma радиоактивность