YONAT
YÖNDƏM
OBASTAN VİKİ
Ada Yonat
Ada Yonat (əsli Lifşits), İvr. עדה יונת; 22 iyun 1939-cu ildə Yerusəlimdə doğulmuşdur) — israil alimi, kristalloqraf, kimya üzrə 2009-cu ildə "ribosomun quruluşu və funksiyalarının tədqiqatları" üzrə Nobel mükafatı laureatı (Venkatraman Ramakrişan və Tomas Steys ilə birlikdə). O, Veizmann Elm İnstitutunda Biomolekulyar Strukturlar və Mexanizmlər Mərkəzinin hazırkı direktorudur. London Kral Cəmiyyətinin xarici üzvü (2020). Ada Yonat Nobel mükafatı alan ilk israilli qadındır<refLappin, Yaakov. "Nobel Prize Winner 'Happy, Shocked' ", Jerusalem Post (7 октября 2009).></ref>. == Bioqrafiya == Gələcəyin alimi Yerusəlimdə Lodzidə (Polşa) yeni repatriantlardan olan yoxsul tərəvəzçi ailəsində anadan olub. Valideynləri Hillel və Ester Livşits 1933-cü ildə Yerusəlimdə məskunlaşdılar və atası əslən ravvin ailəsindən olmasına və özü də ravvin olmasına baxmayaraq, səhhətinin pis olması onun işə düzəlməsinə mane oldu. Atasının bir ərzaq mağazası var idi, lakin buna baxmayaraq, Adanın ailəsi çətinliklə dolanırdı. Onlar bir neçə başqa ailə ilə dar otaqlarda yaşayırdılar.
Yonatan Levit
Yonatan Levit (15 noyabr 1997-ci ildə anadan olub) — İsraili təmsil edən kişi badmintonçu.
Yonatan Netanyahu
Yonatan Netanyahu (ivr. ‏יונתן נתניהו‏‎ 13 mart 1946, Nyu-York, Nyu-York ştatı – 4 iyul 1976, Entebbe, Mərkəz bölgəsi (Uqanda)) — İsrail Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Bölməsi olan Sayeret Matkalın zabiti, Polkovnik-leytenant. Yonatan Netanyahu 1976-cı ilin 4 iyul tarixində Uqandanın Entebbe şəhəri yaxınlığında yerləşən eyni adlı hava limanında İsrail ordusunun xüsusi təyinatlı qüvvələri tərəfindən gercəkləşdirilmiş girovların xilas edilməsi əməliyyatında iştirak etmiş və girov götürülən 106 nəfərdən, 102 nəfəri xilas edilmişdir.
Yonatan Rosin
Yonatan Rosin (d. 28 mart 2000) — İsrailli üzgüçü. Yonatan Rosin İsraili 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Yonatan Rosin birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 5 km məsafəyə açıq hovuz üzgüçülüyü yarışlarında iştirak etdi. 53:45.8 saniyəlik nəticə ilə 29-cu yeri tutdu və yarışı başa vurdu.

Digər lüğətlərdə

а туда́ же добри́ться зарпла́та площи́ть под угро́зой простенографи́ровать рационализова́ть теплово́з ту́скнуть адо́нис ба́бушка беза́дресный обмы́згать озари́ть проле́зть прото... air-monger bistre outworn scathing unlawful wire-controlled missile литографский отсебятина упражнять