YONQAR

Feildən düzəlmiş isimdir, yonmaq feili ilə bağlıdır. Rəndənin yonduğu qırıntılara deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

YONACAQ
YONMAQ
OBASTAN VİKİ
Yonqar
Yonqar emal olunan pəstahdan mexaniki emal zamanı ayrılan material hissəciyidir. Metalların kəsmə ilə emalında yonqarlar müxtəlif mərhələlərdə yaranır. Alət metala daxil olduqda birnci mərhələ də metalın əzilməsi baş verir. Bu zaman material nisbətən bərkiyir. Kəsmə zonasında təzyiq artır və yaranan gərginlik kəsmə zonasındakı toxunma gərginliyindən böyük olduqda sürüşmə baş verir. Sürüşmə müstəvisində metallın kristallik qəfəsi dağıdılır və yonqar alətin qabaq üzü üzrə sürüşür. Nəticədə materialdan fərqli olaraq müxtəlif formalı yonqarlar əmələ gəlir. Yonqar kəsmə zonasından kənarlaşdırıldıqdan sonra alət növbəti dəfə pəstaha girir və növbəti yonqar çıxarılır. Beləliklə səth hissə-hissə yonulur və emal olunur. Yonqar əmələgəlmədə temperatur ənvacib amillərdəndir.
Yonqar (film, 1993)
Yonqar — 1993-cü ildə istehsal olunmuş ABŞ filmi.

Значение слова в других словарях