YURT

сущ. юрта (переносное жилище, крытое шкурами, войлоком и т.п. , у некоторых кочевых народов Азии)
YUROK
YUT
OBASTAN VİKİ
Eski Yurt
Eski Yurt (krımtat. Eski Yurt, ukr. Ескі-Юрт) — Krımın cənub-qərbində qəsəbə. Son məlumatlara görə kənd Podqorodno kəndinin inzibati ərazisinə daxildir. Tarixən Baxçasaray şəhərinin qərb hissələrinə aid idi. Kəndin adı Krım-tatar dilində köhnə yer, kənd deməkdir. == Ümumi məlumat == Qızıl Orda dövründə Eski Yurt, Xerson və Kalamita limanlarından Krım yarımadasının daxili hissəsinə qədər ticarət yolunun üzərində yerləşirdi və böyük önəmə malik idi. Qəsəbənin ölçüsü haqqında elə Krımın qərb hissəsindəki ən böyük və ən qədim müsəlman qəbiristanlığının miqyası məlumat verir. Yaşayış məntəqəsi 1441-ci ildə müstəqil bir dövlət olaraq qurulan Krım xanlığı tarixində belə qorunub saxlanmışdır. Məhs 1532-ci ildə Bağçasaray şəhərinin əsası qoyulduqdan sonra kənd özünün əvvəlki iqtisadi və inzibati statusuni itirdi.
Naji-Yurt
Naji-Yurt (çeç. Нажи-Юрт) — Çeçenistan Respublikası, Naji-Yurt rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Naji-Yurt rayonunun və Naji-Yurt kənd sovetliyinin mərkəzidir. Naji-Yurt kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. Çeçenistan Respublikasının şərqində, yamansu çayının sahilində, Qroznı şəhərindən 90 km cənub-şərqdə, Xasavyurtdan km cənub-qərbdə yerləşir. yaınlıqda yerləşən yaşayış məntəqələri: şimalda — Balansu və Yamansu kəndləri; şimal-şərqdə — Çapayevo və Novolak kəndləri; cənub-şərqdə — Çurç-İrzu kəndi; cənubda — Biltı və Mexkeştı kəndləri; cənub-qərbdə — İşxoy-Xutor, Roqun-Kaja və Ayti-Moxk kəndləri; qərbdə — Betti-Moxk kəndi; şimal-qərbdə — Yeni Zamay-Yurt kəndi. Dağların oynunda yerləşən kənd demək olar ki, hərtərəfdən meşələrlə əhatələnmişdir. Yamansu çayı kəndin mərkəzindən keçərən onu iki hissəyə bölür. Kəndi adı Nojay — «palıd» və yurd — «kənd» sözlərinin birləşməsindən ortaya çıxmışdır. «Palıd yolunda kən» anlamındadır.
Tolstoy-Yurt
Tolstoy-Yurt (çeçen. Девкар-Эвла) kəndi Çeçenistan Respublikasının Qroznı rayonunda yerləşir. Tolstoy-Yurt kənd yaşayış məntəqəsinin inzibati mərkəzidir. Tolstoy-Yurt kəndində, Qroznı bələdiyyəsinin idarəsi yerləşir, mahalın inzibati mərkəzi Qroznı şəhəridir. Kənd Qroznı şəhərindən 12 km şimal-şərqdə Terski silsiləsinin şimal ətəyində yerləşir. Ən yaxın yaşayış məntəqələri: şimalda Nikolayev kəndi və Naberejnıy kəndi, şimal-şərqdə Vinoqradnoye kəndi, cənub-şərqdə Petropavlovskaya kəndi, cənubda Qoryaçeistoçnenskaya kəndi, cənub-qərbdə Alxan-Çurt kəndi (Qroznı şəhərinin bir hissəsi) ) və şimal-qərbdə - Pravoberejnoye kəndidir. "ЭСБЕ"-yə görə, Tolstoy-Yurt (Köhnə Yurt) kəndi 1705-ci ildə qurulmuşdur. Rusiya imperiyasının bir hissəsi olaraq, Terek bölgəsinin Qroznı şöbəsinə aid idi. 1934-cü il avqustun 1-nə qədər Köhnə Yurt kəndi Nadterek rayonunun tərkibində idi. 1 Avqust 1934-cü ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Çeçen-İnquş Muxtar Vilayətinin Qroznı şəhərində, o cümlədən sərhədləri daxilində yeni bir Qroznı bölgəsi yaratmaq qərarına gəldi.
Əhməd-Yurt
Əhməd-Yurt (çeç. Ахмат-Юрт, Хоси-Юрт) — Çeçenistan Respublikasının Kurçaloyevski rayonu ərazisində yerləşən kənd. Axmat-Yurt kənd inzibati vahidliyinin mərkəzi. Kənd Miçik çayının hər iki sahilində, rayon mərkəzindən 15 km şimal-şərqdə və Qroznı şəhərindən isə 52 km cənub-şərqdə yerləşir. Ən yaxın yaşayış məntəqələri: şimalda — Oisxara kəndi və Yuxarı Noyber kəndi, şərqdə Alleroy kəndi, cənubda Qansolçu kəndi, şimal-qərbdə İlasxan-Yurt kəndi, cənub-qərbdə Ciqurtı kəndi, qərbdə Baçı-Yurt kəndi. Kəndin qurucusu 18-ci əsrdə Oysxara kəndini quran Sontaroyevtlərin nəslindən olan Xosa Umaxanovdur. İmam Şamilin rəhbərliyi altında 1840-cı ildə Çeçenlərin ümumi üsyanı zamanı, Oysxara da daxil olmaqla, Kaçkalıq silsiləsinin şimal yamacında yerləşən kəndlərdə yaşayan çeçenlər, Miçik naibliyinin naibi Şuayba-mulla Sontaroyevskinin əmrinə tabe idilər. 1944–1958-ci illərdə Çeçenlərin və İnquşların deportasiyasından və Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğvindən sonra kənd Krasnoarmeyskoe adlanır və Dağıstanın Levaşi rayonundan olan insanlar tərəfindən məskunlaşdırılır. Vəziyyətə görə Xosa Umaxanov 1877-ci ilin yanvarında qurulan Çeçen Süvari Alayı sıralarına daxil olur. 12 aprel 1877-ci ildə Rus-Türk müharibəsi başlayır və Çeçen Süvari Alayı Şərq Cəbhəsinə köçürülür.
Naji-Yurt rayonu
Naji-Yurt rayonu (Çeçen. Нажи-Йуьртан кӀошт) — Rusiya Federasiyasının Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi və bələdiyyədir (bələdiyyə rayonu). İnzibati mərkəzi Naji-Yurt kəndidir. Naji-Yurt bələdiyyə rayonu, Çeçenistanın şərq hissəsində, dağətəkdən dağa keçid zonasında yerləşir. Şərqdən və cənubdan Dağıstanla, şimaldan Qudermes bölgəsi ilə, qərbdən Vedeno və Kurçaloyevski rayonları ilə həmsərhəddir. Rayonun ərazisi 628.93 km² -dir. İqlimi mülayimdir, orta illik yağıntı təxminən 500 mm-dir. Naji-Yurt rayonu, Çeçen regional icra komitəsinin 30 mart 1923-cü il tarixli qərarı ilə Vedeno rayonunun keçmiş 2-ci hissəsindən yaranmışdır. 14 sentyabr 1925-ci ildə Nojai-Yurt mahalı Yassinski adlandırıldı; həmin il oktyabrın 3-də Yassinski rayonu Sayasanovski adlandırıldı. 8 Mart 1926-cı il Sayasanovski rayonu yenidən Naji-Yurt rayonu adlandırıldı.
Yurtazı rayonu
Yurtazı rayonu (tatar. Ютазы районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Urıssu şəhər tipli qəsəbəsidir. Respublikanın cənub-şərqində yerləşir. Respublikanın Aznakay, Bugulma, Bavlı rayonları və Başqırdıstan (Tuymazı, Şaran rayonları, Oktyabr şəhər dairəsi) ilə həmsərhəddir. Ən böyük çayları: İk, Yurtazı, Dımka. 1920-ci ilə qədər rayon torpaqları Samara əyalətinin Bugulma qəzasına daxil idi. 1920-1930-cu illərdə Tatarıstan Muxtar Sovet Sosialist Respublikası Buqulma kantonunda yer alır. Rayon 1935-ci ildə qurulmuşdur. 1958-ci ildə rayon mərkəzi Yurtazıdən Urıssuya köçürülür və rayonun adı Urıssu olaraq dəyişdirilir.
Yurtuşinskoe gölü
Yurtuşinskoe gölü — Tatarıstanın Vısokoqorski rayonu ərazisində yerləşən göl. Sumka çayı hövzəsinə aiddir. Yurtuşinskoe gölü gölü karst məşhəllidir. Sahilləri hamardır. Tatarıstanın Vısokoqorski rayonunda, Yurtış kəndindən 2,5 km cənub-şərqdə yerləşir. Su tutarı uzunsov formaya malikdir. Uzunluğu 600 metr, maksimal eni isə 180 metrdir. Su səthinin sahəsi 7,9 ha-dır. Orta dərinliyi 6 m, maksimal dərinliyi isə 20 m təşkil edir. Su tutarının həcmi 400 m³-dir.
Çingiz Yurtçu Şahtaxtinski
Çingiz Yurtçu Şahtaxtinski (1898–1961) — Naxçıvanın ən tanınmış şəxslərindən. Çingiz bəy 1898-ci ildə Naxçıvanda — Şərur mahalının (indiki Kəngərli rayonu) Şahtaxtı kəndində anadan olub. Onun atası Əliqulu ağa Rusiya ordusunun mayoru olmuşdu. Ordudan əlil kimi istefaya buraxıldıqdan sonra ulu əcdadlarının çox sevib öyündüyü Şahtaxtı kəndində yaşayırdı. Əliqulu ağanın atası Hacı Vəli ağa nəinki Naxçıvan və İrəvanda, hətta o vaxtlar Qafqazın mərkəzi sayılan Tiflisdə çox tanınan bir zadəgan olub. "Kavkaz" qəzetində (1856-cı il) Qafqazın baş komandanı general-adyutant Muravyovun həmin ilin 6 iyulunda verdiyi bir əmrdə Hacı Vəli ağa Hacı İsa Sultan oğlunun "İgidliyə görə" qızıl medalla təltif olması haqda məlumatı da tapa bildik. Hətta, onun Rusiya ordusunda daşıdığı vəzifənin adı da göstərilib: müsəlmanlardan ibarət olan atlı süvari polkunun naibi, yəni ki, komandiri. Qeyd edək ki, bu polkun hamısı Naxçıvan Kəngərliləri idilər. Belə bir babanın ailəsində böyüyən və tərbiyə alan Çingiz bəy ilk təhsilini Naxçıvandakı rus-tatar (azərbaycanlı) məktəbində almışdı. Hələlik tapdığımız arxiv sənədlərinə əsasən Əliqulu ağanın İlyas ağa (o da Türkiyədə yaşayıb), İsmayıl ağa və Məmmədhüseyn ağa adlı oğlanlarının olmasını bilirik.
Özer Yurteri
Özer Yurteri (28 dekabr 1949, İzmir) — Türkiyə futbolçusu. 1968–1977-ci illərdə Göztəpədə oynamışdır. 1978–1981-ci illərdə isə Bursasporda oynamışdır. Türkiyənin müxtəlif milli komandalarında 27 dəfə meydana çıxmışdır.

Digər lüğətlərdə