YUSİF

ə. fövqəladə gözəlliyi ilə məşhur olub Misirdə qul kimi satılmış və sonradan peyğəmbər olmuş adamın adı (ədəbiyyatda gözəllik rəmzi kimi işlədilir). Yusifi-ruz «günün Yusifi» m. günəş.

YUNİS
YUSİFASA
OBASTAN VİKİ
Yusif
Yusif Salman Yusif
Yusif Salman Yusif (ərəb. يوسف سلمان يوسف‎; təxəllüsü Fahid (ərəb. فهد‎; 19 iyul 1901, Bağdad – 14 fevral 1949, Bağdad) — İraq inqilabçısı. == Həyatı == Yusif Salman 1904-cü ildə Bağdadda kasıb, lakin nisbətən tə'min olunmuş ailədə doğulmuşdur. Onun atası bütün uşaqlarının təhsil almasına çalışırdı. Lakin Yusif Bağdadda ancaq ibtidai məktəbi qurtardı. Atası öldü, işləməyə getməyə məcbur oldu. Bu hadisə 1917-ci ilə Rusiyada Böyük Oktyabr sosialist inqilabı baş verdiyi, İraqda isə türk müstəmləkəçilərinin yerinə ingilis müstəmləkəçilərinin gəldiyi zamana təsadüf etmişdi. Bağdadda Britaniya qoşunlarının komandanı general Mod çıxış edərək demişdi: "Biz bura istilaçı kimi yox, xilaskar kimi gəlmişik". Lakin tezliklə iraqlılara aydın oldu ki, bu sözlər alçaq boşboğazlıqdan başqa bir şey deyil.
III Yusif
III Yusif atasından sonra paşa olmuşdu. 1744-cü ildə II İrakli tərəfindən məğlub edilərək öldürülmüşdür. Yerinə qardaşı Hacı Əhməd paşa keçmişdir.
II Yusif
II Yusif - Ahalsıx paşası, I Aslanın böyük oğlu idi. 1679-cu ildə V Baqratın İmeretiya çarlığını geri almasında köməkçi olmuşdu. 1683-cü ildə isə XI Georginin xahişi ilə IV Aleksandrı İmeretiya taxtına gətirmişdi. Ölümündən sonra yerinə qardaşı Səlim paşa gəldi.
I Yusif
I Yusif - Səfər paşanın oğlu. 12 il paşalıq etmişdir. Mesxetiyanın müsəlmanlaşdırılması işi ilə məşğul olmuşdur. Yerinə Rüstəm paşa gəlmişdir.
Katolikos Yusif
Katolikos I Yovsep — Albaniyanın XXIII katolikosu. Katolikos Anastasdan sonra kürsüyə çıxmış və on yeddi il kürsüdə oturmuşdur. Katolikos Yusif Amaras yepiskopluğundan seçilmişdir. Moisey Kalankatlı qeyd edir ki, onun beşinci taxt ilində erməni təqviminin iki yüzüncü ili tamam olmuşdur.
Miri Yusif
Miri Yusif (əsl adı: Mirbabayev Miryusif Mirheydər oğlu; 27 oktyabr 1977, Bakı) — Azərbaycanlı müğənni, aktyor, bəstəkar və rəssam, Azərbaycanın xalq artisti (2019). == Həyatı == Mirbabayev Miryusif Mirheydər oğlu 27 oktyabr 1977-ci ildə Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsində anadan olub. Valideynləri Mirbabayev Mirheydər Mirhüseyn oğlu və Mirbabayeva Adelya Yusif qızıdır. Ondan böyük qardaşı və kiçik bacısı var. Qardaşı Mirbabayev Mirbağır Mirheydər oğlu iqtisadçıdır. Bacısı Mirbabayeva Günay Mirheydər qızı musiqiçidir. Miri Yusifin uşaqlıq illəri yaşadığı 8-ci kilometr qəsəbəsi ilə bağlıdır. Onun "Bakılı Sərçələr" mahnısı və ona çəkilmiş klip məhz həmin yerlə bağlı xatirələrinə həsr olunmuşdur. == Şəxsi həyatı == Miri Yusif məktəb illərindən sonra ABŞ-yə gedir. Miri Yusif burada bir çox işdə çalışır.
Mirzə Yusif
Mirzə Yusif (tam adı: Yusifov Mirzə Yusif oğlu; d. 15 noyabr, 1954. Qaraqışlaq, Zəngibasar rayonu, Ermənistan SSR) — publisist, şair; Azərbaycan Jurnalistlər Birliyinin (1984) və Azərbaycan Yazıçılar Birliyinin (2007) üzvü. == Həyatı == Mirzə Yusif 1954-cü il noyabrın 15-də Ermənistanın Zəngibasar rayonunun Qaraqışlaq kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Sovet Ordusu sıralarında xidmət edib. 1975-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində ali təhsil alıb. Peşə fəaliyyətinə İrəvan şəhərində Ermənistan KP MK-nın Azərbaycan dilində əsas mətbu orqanı olan "Sovet Ermənistanı" qəzeti redaksiyasında başlayıb. Əvvəlcə baş korrektor, xüsusi müxbir sonra isə “Ədəbiyyat, incəsənət və mədəniyyət” şöbəsinin müdiri vəzifələrində çalışıb (1981-1988). Həmin illərdə müxtəlif dövri mətbuat orqanlarında saysız-hesabsız məqalələrlə çıxış edib, bədii yaradıcılıqla məşğul olub. Çalışdığı qəzetdə ədəbiyyat səhifələrinin hazırlanmasında, "Ədəbi Ermənistan" almanaxının nəşrində fəallıq göstərib, ara-sıra öz şeirlərini də dərc etdirib.
Qara Yusif
Qara Yusif (1357, Ərciş – dekabr 1420) — Qaraqoyunlu tayfa birliyinin 3-cü başçısı (1389–1420); Qaraqoyunlu tayfasından olan 2-ci sultan (1413–1420). Qaraqoyunlu tayfa birliyinin 2-ci baçısı Qara Məhəmmədin oğlu. Qaraqoyunlu Azərbaycan dövlətinin yaradıcısı. == Arxa plan == Qaraqoyunlu və Ağqoyunlu adlanan oğuz mənşəli tayfa birləşmələri XIII əsrdən etibarən Anadoluda yanmköçəri həyat sürürdülər. Qaraqoyunluların mərkəzi vilayəti Van gölünün şimalındakı Ərciş, Ağqoyunluların cəmləşdiyi bölgə isə Diyarbəkir idi. Hər iki tayfa birləşməsi "türkman" adlanan eyni etnik qrupa mənsub olub, ünsiyyət vasitələri Azərbaycan dilinin cənub ləhcəsi idi. Bu tayfa adlarının totem sayılan qoyunların rəngi ilə əlaqədar olduğu ehtimal edilir. Həmin tayfalara məxsus olan qoç heykəlləri şəklində məzar daşlarının zəmanəmizədək çatdığı məlumdur. Qaraqoyunluları və Ağqoyunluları təşkil edən tayfa və boyların bu əraziyə Orta Asiyadan gəlməsini Səlcuqların Yaxın Şərqə köçməsi ilə bağlayırlar, lakin onların Azərbaycana və Qərbi İrana köçməsini daha erkən dövrə (VIII–IX əsrlər) aid etməyə müəyyən əsasımız vardır. Ehtimal etmək olar ki, həmin etnik qruplar monqol işğalı dövründə Azərbaycan və İrandan qərbə doğru hərəkət etməyə məcbur olmuş, Kiçik Asiya, İraq və Suriyada məskunlaşmışdılar.
Sami Yusif
Sami Yusif (21 iyul 1980, Tehran) — Azərbaycan əsilli britaniyalı müğənni, bəstəkar, əsasən islami mahnılar müəllifi və ifaçısı. == Həyatı == Sami Yusuf, Azərbaycan əsilli İngilis müğənni-söz yazıçısı, bəstəkar, prodüser və müvəffəqiyyətli bir musiqiçilər. Doğuşdan musiqilə güclü bir bağa malikdir; imtiyazlı bir musiqi mənşəyinə əlavə olaraq Dünyanın ən prestijli musiqi institutlarında biri olan Londondakı The Royal Academy of Music də daxil olmaq üzrə bir çox tanınmış bəstəkarlar musiqi təhsili almışdır. "Musiqi onun taleyi" sözü sürpriz olmayan, inamla reallaşacaq bir öngörüydü. Sami, çox kiçik yaşda piano, skripka, tar, Tombak, santur, dəf, tabaq və ud daxil olmaq üzrə bir çox musiqi aləti çalmağı öyrəndi. Musiqi sahəsində bir iz buraxmaq üçün dərin bir tutku bəsləmişdi ki, bunu özün bəstələdiyi, nəşr etdiyi və söylədiyi, ilk albomu Al-Muallim'i çıxararaq reallaşdırmış oldu. İngilis-müsəlman bir gənc birdən Misir və Türkiyə kimi ölkələrin şəhərlərində danışılacaq vəziyyətə qədər gəldi. Albom yalnız 3 milyonun üzərində satılmaqla qalmadı ayrıca ona Orta Şərq, Şimali Afrika və Cənub-Şərqi Asiya millətlərindən böyük bir takipçi kütləsi qazandırdı. Pərəstişkarları arasındakı gənclər, gözəl və xoşuna gələn ədəbiylə təsirləndikləri Saminin gördükləriylə ona bir lider kimi qibtə edirlər. Pərəstişkarları Saminin musiqisinin onların həyatlarını daha yaxşıya doğru dəyişdiyini söyləməkdən də çəkinməməktələr.
Soltan Yusif
Yusifov Soltan Sərdar оğlu (Soltan Yusif) (1935-2003) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Soltan Yusif 29 noyabr 1935-ci ildə Qaryagin rayonunun Kərimbəyli kəndində anadan olub. Erkən yaşlarından eşitmək qabiliyyəti itirib. Kərimbəyli kənd 7 illik orta məktəbi bitirib, bir müddət kənddə qalıb kolxozda işlədikdən sonra Bakıya gələrək karlara məxsus axşam fəhlə-gənclər məktəbinin 8-ci sinfində təhsilini davam etdirib, gündüzlər çəkmə tikməklə məşğul olaraq axşamlar dərsə gedib. Atasının vəfat etməsi, böyük qardaşının hərbi xidmətdə olmağı və sonra Neft Sənaye İnstitutunda oxumağı, anası Güllər xanımın evdar qadın olması onu işləmək məcburiyyəti qarşısında qoyub. Bununla belə 8-ci sinifdə dərslərindən əla qiymətlər aldığı üçün yanvar imtahanından sonra komissiyanın qərarı ilə onu 8-ci sinifdən 10-cu sinifə keçiriblər. Dərsliklər ayrı, fənnlər ayrı olsa da, çətinliyə baxmayaraq, o, əlaçı olaraq qalıb. Orta məktəbi bitirdikdən sonra sənədlərini N.K. Krupskaya adına Bakı Kitabxanaçılıq Texnikumunun qiyabi Mədəni-maarif şöbəsinə verib. Texnikumu bitirəndən sonra Karlar cəmiyyətinin Bakı şəhər şöbəsinin sədri, Azərbaycan Karlar Cəmiyyətinin mərkəzi idarə heyətinin sədri, sədr müavini, direktor müavini, direktoru, hüquqşünası vəzifələrində işləyib, özünün təşəbbüsü ilə nəşrə başlamış cəmiyyətin orqanı "Bizim həyat" qəzetinin şöbə müdiri, sonra isə baş redaktoru olub. Soltan Yusifin 7 şeirlər və poemalar kitabı nəşr edilib, şeirlərinin çoxu müxtəlif dillərə çevrilib.
Tofiq Yusif
Tofiq Yusif (azərb. Hüsеynov Tofiq Yusif oğlu‎; 5 aprel 1950, Xoruzlu, Mirbəşir rayonu – 29 noyabr 2021, Tərtər) — şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Mətbuat Şurasının üzvü, "Tərəqqi" medalı, "Qızıl qələm" və "Məmməd Araz" mükafatları laurеatı, "Yeni Tərtər" qəzetinin redaktoru (2005–2021) == Həyatı == Tofiq Yusif 5 aprel 1950-ci ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. 1957–1960-cı illərdə Xoruzlu kənd orta məktəbində oxuyub. Orta məktəbi Dərələyəz mahalının Qovuşuq kəndində medalla bitirib. 1967–1974-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda oxuyaraq mühəndis-elektrik, 1981–1983-cü illərdə Marksizm-Leninizm İnstitutunun fəlsəfə şöbəsində oxuyaraq ali siyasi təhsil alıb. 1970–1975-ci illərdə müəllim işləyib. 1977–1985-ci illərdə hərbi sənayedə çalışıb. Sonralar partiya, sovet, xalq nəzarəti orqanlarında fəaliyyət göstərib. Azərbaycan Jurnalistlərinin V və VI qurultaylarına nümayəndə seçilib. Tərtər bələdiyyəsinin üzvüdür.
Yusif (ad)
Yusif — Azərbaycanda oğlan uşaqlarına verilən ad. Təxəllüs. Yusif — Yəqub peyğəmbərin oğlu. Yusif Səmədoğlu — Azərbaycan şairi. Yusif Quliyev — Rejissor. Rejissor assistenti. Yusif Mirzə — tanınmış istedadlı rəssam. Yusif Çəmənzəminli — Azərbaycanlı yazıçı. Yusif Məmmədəliyev — Azərbaycanlı kimyaçı alim. Yusif Alıyev — fizika elmləri doktoru.
Yusif (peyğəmbər)
Yusif (ən tezi e.ə. 1915 və ən geci e.ə. 1562, Haran[d] – ən tezi e.ə. 1805 və ən geci e.ə. 1452, Qədim Misir) — qeyri-adi gözəlliyi ilə seçilən, həm də yuxu yozmaq qabiliyyətinə malik olan İslam dininin möhtərəm peyğəmbərlərindəndir. Quranın 111 ayədən ibarət 12-ci "Yusif" surəsi onun həyat hekayətinə həsr edilmişdir. == Həyatı == Yusif Yaqub və Rəhilənin oğlu olaraq Kənan torpağında on ögey qardaşı, bir doğma qardaşı və ən azı bir ögey bacısı ilə yaşayırdı. O, Rəhilənin ilk oğlu və Yaqubun on birinci oğlu idi. Ata bütün oğullar arasında Yusifi üstün tuturdu. == Osarsif == Ədəbiyyatda Osarsif adının Yusiflə oxşarlığına, eləcə də hekayələrdə (hər ikisi haqqında) yuxulara mühüm yer verilməsinə diqqət çəkilmişdir.
Yusif Abdullayev
Yusif Mirzə oğlu Abdullayev (31 dekabr 1902, Bakı – 11 may 1979, Bakı) — Azərbaycan OADKYC komitəsinin sədri, Stepanakert seçki dairəsindən SSRİ Ali Sovetində Azərbaycan SSR deputatı.
Yusif Akçura
Yusif Akçura (türk. Yusuf Akçura, tatar. Yosıf Aqçura, Yosıf Aqçurin; 2 dekabr 1876, Simbirsk – 11 mart 1935, İstanbul) — tatar əsilli Türkiyə siyasətçisi və yazıçısı, Türk Tarix Qurumunun ilk sədri. Türkçülük ideyasının öndə gedən təmsilçilərindən olan Yusif Akçura elmin müxtəlif sahələlərində çalışmışdır. Yazdığı elmi və publisistik əsərlərə görə qısa müddətdən sonra bir vaxtlar mühacirət etməli olduğu Türkiyədə yenidən sevilməyə başlamışdır. == Həyatı == Yusif Akçura 1876-cı ildə Rusiyanın Ulyanovsk vilayətinin Simbirsk şəhərində anadan olmuşdur. Y. Akçura iki yaşında olarkən çuxa istehsal edən fabriki olan atası Həsən Akçurin vəfat edir və ardınca anası Bibi Qəmər Banu xanımın xəstəliyi ilə əlaqədar olaraq ailə 1883-cü ildə İstanbula köçür. Yusifin anası burada dağıstanlı Osman bəylə evlənir və Osman bəy Y.Akçuranın təlim-tərbiyəsi ilə yaxından məşğul olmağa başlayır. Burada Y.Akçura 1883–1886-cı illərdə ibtidai məktəbi, 1886–1892-ci illərdə isə orta məktəbi bitirir. 1892–1896-cı illərdə isə İstanbul Hərbiyyə məktəbində təhsilini davam etdirir.
Yusif Allahverdiyev
Yusif Fərəc oğlu Allahverdiyev (24 dekabr 1949) — Aktyor, Azərbaycan Respublikasının Əməkdar artisti. == Həyatı == Yusif Allahverdiyev 24 dekabr 1949-cu ildə doğulub. 1968-1972-ci illərdə N.Krupskaya adına Bakı mədəni-maarif məktəbində təhsil alıb. 1972-ci ildən Naxçıvan teatrında aktyor işləyir. Teatrda işlədiyi müddətdə S.Vurğun "Vaqif"də Vəzir,V.Səmədoğlu "Bəxt üzüyü"ndə Tanrıbəy, A.R.Çexov "Ayı"da Ayı, N.Dumbadze "Mən, nənəm, İliko və İllaroin"da Həkim, Ü.Hacıbəyov "O olmasın, bu olsun"da Rüstəm bəy, C.Məmmədquluzadə "Dəli yığıncağı"nda Cinni Mustafa, N.Nərimanov "Nadir şah"da Cavad, N.Həsənzadə "Atabəylər"də Bağban, "Pompeyin Qafqaza yürüşü"ndə Tiqran, Ə.Əsgərov "Qız atası"da Cavad kişi, Mir Cəlal "Dirilən adam"da Hacı Hüseyn, A.Məmmədov "Həmyerlilər"də Yaqub və s. rollar oynayıb. 1987-ci ildə Naxçıvan MR. Əməkdar artisti, 2008-ci ildə isə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adlarına, 2007-ci ildə Prezident Mükafatına layiq görülüb. Hazırda təqaüddədir.
Yusif Alıyev
Yusif İmrayıl oğlu Alıyev (7 aprel 1979, Yuxarı Salahlı, Qazax rayonu) — Azərbaycan alimi, Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, fizika elmləri doktoru, dosent, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru. == Həyatı == Yusif Alıyev 7 aprel 1979-cu ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində ziyalı ailəsində anadan olub. 1996-cı ildə Qazax rayonu Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbini, 2000-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinin bakalavriaturasını, 2002-ci ildə həmin universitetinin fizika fakültəsinin magistraturasını "optoelektronika" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildən 2019-cu ilədək Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun "Quruluş və quruluş çevrilmələri" laboratoriyasında kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2011–2013-cü illərdə AMEA-nın Fizika İnstitutunun mətbuat xidməti rəhbəri olmuşdur. 2002–2004-cü illərdə həqiqi hərbi xidmətdə olub. Ehtiyatda olan baş leytenantdır. 2009–2020-ci illərdə Dövlət İmtahan Mərkəzində (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) müqavilə əsasında imtahan rəhbəri kimi fəaliyyət göstərmişdir. 14 dekabr 2011-ci ildən 15 fevral 2016-cı ilədək Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda (indiki Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu) Təbiət elmləri kafedrasının müdiri; 15 fevral 2016-cı ildən 20 fevral 2017-ci ilədək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda ictimai əsaslarla Məzmun standartları və ixtisasartırma proqramları şöbəsinin müdiri vəzifələrində çalışıb. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi "Ən yaxşı müəllim" müsabiqəsinin fizika fənni üzrə ekspert şurasının üzvü olub.
Yusif Axundzadə
Axundzadə Yusif Yevgeniyeviç (rus. Ахундзаде Юсиф Евгеньевич, 1946, Bakı) — Azərbaycanın Xalq artisti (1998). Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Həyət Baş İdarəsi Hərbi Orkestr xidmətinin rəisi. Professor. General-mayor. == Həyatı == 1946-ci il fevralın 6-da Bakı şəhərində anadan olub. 1969-ci ildə fleyta sinfi üzrə Bakı Musiqi Akademiyasını bitirir. Moskvada Qızıl meydanda hərbi paradlarda iştirak edib və Moskvada 1971 və 1983-cü illərdə 1989-ci ildən BMA-nın nəfəsli və zərb alətləri kafedrasında müəllimlik edib. 2008-ci ildə Bakı Musiqi Akademiyası nəfəs və zərb alətləri kafedrasının müdiridir. General-mayor Yusif Axundzadə 23 ildir Azərbaycan himnini şərəflə canlandıran hərbi orkestrin dirijorurdu.
Yusif Ağayev
Yusif Ağayev (aparıcı) — televiziya aparıcısı Yusif Ağayev (şəhid) — Birinci Qarabağ müharibəsi şəhidi. Yusif Ağayev (prokuror) — Azərbaycan siyasətçisi, hərbçisi, hüquqşünası, hərbi tarixçisi. O, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dağlıq Qarabağ üzrə mühüm işlər müstəntiqi (1991–1992), Qarabağ Qarnizonunun hərbi prokuroru (1992–1996), Tərtər rayonunun prokuroru (1996–2003).
Yusif Babanlı
Yusif Babanlı (tam adı: Babanlı Yusif Məmməd oğlu; 9 aprel 1984, Ordubad rayonu) — professor, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bölməsinin sədri, Azərbaycan Respublikasının Boks idman növü üzrə idman ustası, Azərbaycan Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Respublika dərəcəli hakim, Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsinin Rəyasət Heyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının ,Azərbaycan Yazıçılar Birliyinin üzvü və "Olimpiya" Boks İdman Klubu Ictimai Birliyinin təsisçisidir. YAP Respublika Gənclər Birliyinin İdarə Heyətinin üzvü olmuşdur. == Həyatı == Babanlı Yusif Məmməd oğlu, 1984-cü ildə aprel ayının 9-da Naxçıvan MR, Ordubad rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1990–2001-ci illərdə Ordubad rayonunda orta məktəbdə təhsil almış, 2001–2005-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bakalavr, 2005–2008-ci illərdə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. İkinci təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə almışdir. Azərbaycan Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçmişdir. Ailəlidir. 2 övladı var. == Təşkilati fəaliyyəti == Akademiyanın ictimai həyatında fəallığı ilə seçilən Babanlı 2001-ci ilin noyabr ayından Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə Həmkarlar Təşkilatının sədri olmuşdur. 2009-cu ilin yanvar ayından Azərbaycan Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü və Təşkilat Komitəsinin sədridir.
Yusif Balasaqunlu
Yusif Balasaqunlu (təxəllüsü Yusif Has Hacib; təq. 1019, Balasaqun, Qaraxanilər dövləti – təq. 1077, Qaşqar, Qaraxanilər dövləti) — orta əsrlər türk dünyasının ən böyük mütəfəkkirlərindən biri, məşhur "Qutadqu-bilik" əsərinin müəllifi. == Həyatı == 1020-ci ildə anadan olmuş 1075-ci ildə vəfat etmişdir. Türk xalqlarının ortaq ədəbi sərvətlərindən olan "Qutadqu-bilik"-"Səadət gətirən elm" ədəbiyyat tariximizdə xüsusi yer tutur. Bu əsər vaxt etibarı ilə türk dilində yazılmış, həm də türklərin İslamı qəbul etmələrindən sonra əruz vəznində yazılmış bu gün bizə məlum olan ilk poemadır. XI əsr şairi Yusif Balasaqunlu böyük dilçi, lüğətçi alim Mahmud Qaşqarlının müasiri və yerlisidir. Yusif Balasaqunlu türk milliyətinin ən böyük şairidir.Poemanın adını "Səadət biliyi", "Bəxtiyarlıq sənəti","Səadət gətirən elm" "Xoşbəxtliyə aparan elm" kimi çevirmək olar. "Qut" səadət, xoşbəxtlik deməkdir. Yusif Balasaqunlu 1020-ci illər arasında Doğu Türküstanın Balasaqun şəhərində dünyaya gəlib.
Yusif Bayramov
Yusif Bayramov (11 may 1966, Laçın rayonu – 21 aprel 1994, Horadiz, Füzuli rayonu) — Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Yusif Əli oğlu Bayramov 11 may 1966-cı ildə Laçın rayonunda andan olub. 1973-1981-ci illərdə Laçın rayonundakı 1 saylı orta məktəbdə təhsil alıb. Sonra 127 saylı TPM-ə daxil olub. 1984-cü ildə traktorçu –maşinist ixtisası ilə TPM-ni bitirib. 1984-1986-cı illərdə Sverdlovsk şəhərində həqiqi hərbi xidmət çəkib. Hərbi xidmətini başa vurduqdan sonra Laçına qayıdıb və əvvəlcə Laçın qaz tikinti idarəsində, sonra isə tikinti idarəsində qaynaqçı işləyib. 1988-ci ildə Ermənistanın Azərbaycan Respublikasına təcavüzü başlayanda Laçın rayonunda yaradılan könüllü hərbi dəstələrdə, sonra könüllü özünümüdafiə batalyonunun tərkibində erməni quldur birləşmələrinə qarşı gedən döyüşlərdə iştirak edib. Yusif Laçın rayonunun Tığıkl, Tığıkll, Zerti, Alxaslı, Mişni, Pircahan, Qoşasu, Qorçu, Ərikli, Vağazin kəndləri uğrunda gedən döyüşlərdə şəxsi igidlik göstərib. Dəfələrlə düşmən arxasına kəşfiyyata gedib.
Yusif Bağırov
Yusif Məmməd oğlu Bağırov (20 yanvar 1924, Bakı – 15 avqust 1995, Gəncə) — Azərbaycan teatr və kino rejissoru, Gəncə Dövlət Dram Teatrının quruluşçu (1952–1956) və baş rejissoru (1966–1995), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1982). == Həyatı == Yusif Bağırov 20 yanvar 1924-cü ildə Bakıda anadan olub. İlk təhsilini Bakıda alıb. 1941-ci ildə Bakı Teatr Texnikumuna olsa da, cəbhəyə yollanaraq təhsilini yarımçıq qoyur. 1945-ci ildə müharibədən qayıtdıqdan sonra Bakı Teatr Texnikumunun aktyorluq fakültəsində Mehdi Məmmədov, Məhərrəm Haşımov və Aleksandr Tuqanov və başqalarından dərs alaraq təhsilinə davam edir. Burada təhsil aldığı müddətdə Ağasadıq Gəraybəylidən səhnə texnikası, Kazım Ziyadan isə səhnə danışıqları istiqamətində məsləhətlər alır. Yusif Bağırov 1947-ci ildə Bakı Teatr Texnikumunu fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Dövlət Teatr İnstitutunun (hazırkı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) rejissorluq fakültəsinə daxil olur və buranı 1952-ci ildə başa vurur. Diplom işi olaraq Ağəli Dadaşovun səhnələşdirmiş olduğu Mir Cəlal Paşayevin "Dirilən adam" əsərini tamaşaya hazırlayaraq ilk debütünü həyata keçirir.Yusif Bağırov təhsilini başa vurduqdan sonra fəaliyyətini Gəncə Dövlət Dram Teatrına bağlamış, 1952–1956-cı illərdə teatrın quruluşçu rejissoru, 1966–1995-ci illərdə isə baş rejissoru kimi fəaliyyət göstərmişdir.Yusif Bağırov 1956-cı ildən 1966-cı ilə qədər Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işləyib. Həmin illərdə "Koroğlu", "Kölgələr sürünür", "Əhməd haradadır?", "Mən rəqs edəcəyəm" bədii filmlərinin ikinci rejissoru kimi fəaliyyət göstərib. Ümumiyyətlə, Yusif Bağırov karyerası ərzində 100-dən artıq bədii filmi Azərbaycan dilinə dublyaj edib.
Yusif Bağırzadə
Yusif Qəzənfər oğlu Bağırzadə (19 fevral 1961, Kirovabad) — hüquqşünas, politoloq, Azərbaycan Milli Məclisinin I çağırışı deputatı, Mərkəzi Seçki Komissiyasının üzvü (2003–2006). == Həyatı == Yusif Bağırzadə 1961-ci il fevralın 19-da Gəncə şəhərində anadan olmuşdur. Daşkənd Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Rus, özbək və fransız dillərini bilir. Evlidir, 1 övladı var == Siyasi fəaliyyəti == 1995-ci il noyabrın 12-də 33 saylı Birinci Nizami (Gəncə) seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyası sədrinin müavini olmuşdur. 1998-ci ildə Yusif Bağırzadə Rəsul Quliyevin Azərbaycan Demokrat Partiyasının həmsədri seçilməsindən sonra Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur. 2003-cü il prezident seçkilərindən öncə yenidən təşkil olunan Mərkəzi Seçki Komissiyasının tərkibinə parlamentdənkənar siyasi partiyaların da iştirakının təmini səbəbi ilə Azərbaycan Demokrat Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və Müsavat Partiyası tərəfindən üzvlər irəli sürülmüşdür. Azərbaycan Demokrat Partiyası tərəfindən əsas üzvlüyə Yusif Bağırzadə təqdim olunmuşdur. 13 iyun 2003-cü ildə təqdim olunan üzvlər təsdiqlənmiş və Yusif Bağırzadə Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir.
Adilə Yusifova
Adilə Niyazi qızı Yusifova — Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq namizədi alimlik dərəcəsini almış professor. == Həyatı == 1956-cı il iyul ayının 30-da Bakı şəhərində anadan olmuşdur. 1975-1980-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq şöbəsində, professor C. Hacıyevin sinfində təhsil almış, təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. 1992-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. 1997-ci ildə dissertasiya işini müdafiə edərək, sənətşünaslıq namizədi alimlik dərəcəsini almışdır. == Pedaqoji fəaliyyəti == 1975-1999-cu illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda konsertmeystr, nəzəriyyə fənnlərindən dərs demişdir. 1991-ci ildən Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasında müəllim, 2006-cı ildən dosent, 2012-ci ildən professor vəzifəsində çalışır. == Əsərləri == Adilə Yusifova fortepiano ilə orkestr üçün konsert (1980), fleyta və fortepiano üçün üç miniatür (1981), qoboy və fortepiano üçün "Triptix" (1981), Azərbaycan xalq rəqs işləmələri (1981), kamera orkestri üçün beş konsert pyesi (1984), "Milli naxışlar" (1993), İ. Tapdıq və B. Vahabzadənin sözlərinə uşaq xoru, kvartet və fortepiano üçün "Bahar nağılı"-7 hissəli kantata (1993), fleyta və fortepiano üçün "Unudulmuş duyğu" pyesi (1994), simli kvartet, səs, klarnet və fortepiano üçün "Biz eyni səma altındayıq" (1997), tar və fortepiano üçün "Alov" fantaziyası (2003), R. Mirzəyevanın sözlərinə "Qadın obrazlarının siluetləri" süitası (2003), (2007), truba, violin və fortepiano üçün "Reqtaym ruhunda" (2007), soprano, tenor və fortepiano üçün "Nənə çin sandığında" süitası (2009), fortepiano üçün "İthaf" (Cövdət Hacıyevə həsr olunub (2012), R. Mirzəyevanın sözlərinə səs, simli kvartet, qoboy, balaban və fortepiano üçün "Xəyallarımdakı şəhər" fantaziyası (2014) və s. əsərlərini yazmışdır. Bundan əlavə bəstəkar N. Kərimovla birlikdə rus dilində "Azərbaycanda peşəkar təhsilin salnaməsi (1985–1995-ci illər)", musiqi təhsil ocaqlarının tələbələri üçün "Azərbaycan xalq melodiyalarının işləməsi və aranjimanı", "Azərbaycan bəstəkarlarının işləmələri" adlı kitablar, Azərbaycan və rus dillərində "Soltan Hacıbəyov.
Akademik Yusif Məmmədəliyev (film, 2005)
Akademik Yusif Məmmədəliyev qısametrajlı sənədli televiziya filmi rejissor Tahir Əliyev tərəfindən 2005-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film kimyaçı, alim Yusif Məmmədəliyevə həsr olunmuşdur. Bədii obrazları Azad Şükürov, Şəlalə Şahvələdqızı, Leyla Məmmədova və Elşən Rafiqoğlu canlandırırlar. == Məzmun == Film kimyaçı, alim Yusif Məmmədəliyevə həsr olunmuşdur. Vaxtilə SSRİ EA-nın prezidenti V. L. Komarov əbəs yerə deməmişdir : Təkcə Yusif Məmmədəliyevə görə Azərbaycanda Elmlər Akademiyası açılmalıdır.
Akif Yusifov
Akif Yusifov — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (2018). == Həyatı == A.Yusifov 1976-cı ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmiş və həmin ildən S.Rəhman adına Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır. İşlədiyi müddətdə teatrın səhnəsində qoyulmuş Azərbaycan və dünya dramaturgiyasının əsərlərində 200-dən artıq tamaşada müxtəlif maraqlı, yadda qalan obrazlar yaratmışdır. Bunlardan N.Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" komediyasında Xudaverdi bəy, Ə.Nesinin "Toros canavarı"nda Osman, M.Kərimin "Ay tutulan gecə" əsərində – Yalsı qul, N.İbsenin "Kuklalar evində" Doktor, E.de Filipponun "Ruhlar"ında Qastoni, X.Eçeqarayın "Mahir aradüzəldənlər" pyesində Don Xuan və sairə rollarını göstərmək olar. 1977-ci ildə Bolqar dramaturqu R.Stoyanovun "Ustalar", 1978-ci ildə Macar dramaturqu Ş.Petefinin "Pələng və Kaftar", 1980-cı ildə Alman dramaturqu B.Brextin "Arturo Uİ-nin karyerası",1981-ci ildə Çex dramaturqu K.Çapekin "Ağ xəstəlik",1982-ci ildə Rumın dramaturqu M.Sebastianın "Adsız ulduz" kimi festival tamaşalarında da A. Yusifov gözəl obrazlarla tamaşaçı rəğbəti qazanmışdır. == Mükafatları == 2001-ci ildə teatrın səhnəsində qoyulmuş Hidayət Orucovun "Məni qınamıyın" tamaşasında Redaktor roluna görə "Qızıl Dərviş" mükafatına almışdır. 27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Çətirimiz buludlardır (film, 1976) Yük (film, 1995) Bir ovuc torpaq (film, 2009) Cavad xan (film, 2009) Yaddaş (film, 2010) Döngələr (teleserial, 2012) Qırmızı bağ (film, 2016) Bir zamanlar Şəkidə (film, 2017) (ing.
Aldanmış Kəvakib (Hekayəti-Yusif şah)
Aldanmış kəvakib ("Hekayəti-Yusif şah") — Mirzə Fətəli Axundovun 1857-ci ildə yazdığı əsər. Yazıçı bu əsərlə Azərbaycan ədəbiyyatında realist nəsrin banisi olmaqla yanaşı, həm də milli ədəbiyyatımızda povest janrının əsasını qoyur. Povestdə Avropa maarifçilərinin "dünyanı sağlam aqil idarə edir" konsepsiyasından çıxış edən müəllif, İran feodal üsul-idarəsinin ictimai nöqsanlarını, ölkənin ali feodal dövlət başçılarını kəskin satira atəşinə tutur və maarifçi, humanist hakim ideyasını qızğın təbliğ edir. Odur ki, "Aldanmış kəvakib" povesti dünya maarifçi nəsrinin orijinal, parlaq nümunələrindən biri kimi dəyərləndirilir. Axundzadə bu əsərində fanatikliyi, nadanlığı tənqid etməklə yanaşı, rüşvətxorluğu, özbaşınalığı, haqsızlığı da ifşa edir. Yazıçı XV əsrdə yaşamış İran tarixiçi İskəndər bəy Munşinin əl yazmaları əsasında bu povesti yazıb, amma o İran hökümdarı Nəsrəddin şahı tənqid etmək üçün, müasir həyatla əsəri əlaqələndirib, amma povestdə şah obrazında I Şah Abbas göstərilib. == Qısa məzmun == Povest ardıcıl inkişaf edən süjet xəttinə və aydın kompozisiyaya malikdir və o, başlanğıcdan, bağlamadan və iki hissədən ibarətdir. Povestin başlanğıcı cəmi iki sətirdə yazılıb. Artıq 7 ildiki Şah Abbas ölkəni idarə edir. Novruz bayramından cəmi 3 gün sonra baş münəccim xəbər verir ki, novruzdan 15 gün keçmiş ulduzların toqquşacağı və bu toqquşma zamanı şaha xətər toxunacağını deyir.
Altay Yusifoğlu
Məmmədov Altay Yusif oğlu (15 may 1930, Gəncə, Gəncə dairəsi – 15 iyul 2003, Gəncə) — nasir, dramaturq, ədəbiyyatşünas, mütərcim, 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1971), filologiya elmləri namizədi (1964), dosent (1965). == Həyatı == Altay Yusifoğlu 1930-cu il mayın 15-də Gəncə şəhərində doğulmuşdur. Orada 4 saylı fəhlə-gənclər məktəbini bitirmiş, 1943-1949-cu illərdə saatsaz şagirdi, usta köməkçisi və usta peşələrində işləmişdir. 2003-cü il iyulun 15-də Gəncədə vəfat etmişdir. === Təhsili === H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil olmuşdur (1949). Həmin institutu fərqlənmə diplomu ilə bitirmiş, Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim vəzifəsində saxlanmışdır. == Fəaliyyəti == Tələbəlik dövründə "Kirovabad fəhləsi" qəzeti redaksiyasında korrektor, "Gəncə kommunisti" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır (1951-1953). Ədəbi fəaliyyətə 1950-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc edilən "Fəhləlikdən alimliyə" adlı oçerki ilə başlamışdır. Sonra kiçik hekayələri ilə diqqəti cəlb etmişdir. 1953-cü ilin mayından "Kirovabad kommunisti" qəzeti redaksiyasında məsul katib (1955), Azərbaycan Yazıçılar İttifaqı Gəncə fılialının sədri (1962), H.Zərdabi adına GDPİ-nin elmi işlər üzrə prorektoru (1970-1974), həmin institutun Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının dosenti (1974-2003) olmuşdur.
Anar Yusifov
Anar Sərxan oğlu Yusifov (9 may 1991; Sarıcalı, Ağdam rayonu, Azərbaycan — 30 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Yusifov 9 may 1991-ci ildə Ağdam rayonunun Sarıcalı kəndində Sərxan Yusifovun ailəsində anadan olmuşdur. Orta təhsil aldıqdan sonra Ağdam Dövlət İqtisad Kollecinin maliyyə-kredit fakültəsində təhsilini davam etdirmişdir. Ailəli idi, 2 qızı və 1 oğlu yadigar qaldı. == Hərbi xidməti == Anar Yusifov 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2011-ci ildə hərbi xidmətini başa vurmuş və mülki fəaliyyətə davam etmişdir. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Anar Yusifov səfərbər olunmuşdur. Hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Anar Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir.
Asiyət Yusifova
Asiyət Nəcməddin qızı Yusifova (5 dekabr 1923, İlisu, Şəki qəzası – 20 dekabr 2022, İlisu, Qax rayonu) — Azərbaycan-sovet dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Balakən Rayon Komitəsinin birinci katibi, Qax Rayon Komitəsinin birinci katibi və ikinci katibi, Zaqatala Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri. == Həyatı == 1923-cü ildə İlisu kəndində kəndli ailəsində doğulmuşdur. İlisu kənd orta məktəbini və 1952-ci ci ildə Şəki ikiillik Müəllimlər İnstitutunu 1954-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun qiyabi şöbəsini bitirmişdir. 1942-ci ildə İlisu kəndində müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 1949-cu iləsək müəllim olaraq çalışmışdır. 1954-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. == Siyasi fəaliyyəti == Asiyət Yusifova 1950–1952-ci illərdə ildə Qax Rayon Komsomol Komitəsinin ikinci katibi vəzifəsini tutmuşdur. 1952-ci ildən Azərbaycan Kommunist Partiyası Qax Rayon Komitəsində şöbə müdiri, 1954-cü ildən rayon qəzetinin redaktoru, eyni zamanda Qax Rayon Partiya Komitəsində qadınlar arasında iş aparan şöbənin müdiri vəzifəsində çalışmışdır. 1958-ci ildən 1959-cu ilədək Azərbaycan KP MK-da təlimatçı vəzifəsində çalışmışdır. Asiyət Yusifova 1959-cu ildən Azərbaycan Kommunist Partiyası Qax Rayon Komitəsində əvvəlcə ikinci katib, sonra isə birinci katib vəzifəsinə seçilmişdir.
Avara (Miri Yusif albom)
== Albom haqqında == Miri Yusifin ilk solo albomudur. Albom Amerikada Everrock Records studiyasında 2006-cı ildə yazılmışdır.
Axund Yusif Talıbzadə
Yusif Axund Mustafa oğlu Talıbzadə və ya Yusif Talıbzadə Tiflisi (az.-əbcəd یوسف طالب زاده تفلیسی‎; 11 oktyabr 1877, Tiflis – 18 may 1923, Xarəzm) — azərbaycanlı pedaqoq, siyasətçi, dramaturq, hərbçi. "Ərmənusə" və "Əmir Xalid bin Vəlid" dram əsərlərini və onlarla kitab yazıb. O dövrdə çap olunan qəzet və jurnallarda publisistik yazılarla çıxış edib. Balkan müharibələrində və Birinci Dünya Müharibəsində iştirak edib. Balkan müharibələrində vuruşmuş azərbaycanlı könüllülərə rəhbərlik edib. Osmanlı ordusunda albay rütbəsinə qədər yüksəlib. 1918-ci ildə Qafqaz İslam Ordusu ilə bərabər Bakının azad olunması üçün Azərbaycana gəlib. Qafqaz İslam Ordusunun tərkibindəki könüllülərdən ibarət Yardım alayına rəhbərlik edib. 1921-ci ilin fevral ayından Naxçıvan İnqilab Komitəsinin üzvü kimi fəliyyətə başlayıb. General rütbəsində Naxçıvanın hərbi komissarı vəzifəsinə təyinat alıb.
Azər Yusifli
Azər Nazim oğlu Yusifli (28 mart 1994, Böyük Kəsik, Ağstafa rayonu – 21 oktyabr 2020, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Azər Yusifli 1994-cü il martın 28-də Ağstafa rayonunun Böyük Kəsik kəndində anadan olub. Atası — Nazim Yusifov bələdiyyə sədridir. Anası — Yeganə Məmmədova isə ibtidai sinif müəllimidir. Onun ailədə bir qardaşı olmuşdur. === Təhsili === Azər Yusifli 2000-ci ildə Ağstafa rayonunda Böyük Kəsik kənd tam orta məktəbinin birinci sinfinə qəbul olmuşdur. 2011-ci ildə oradan məzun olmuşdur və hərbi xidmətə yollanmışdır. === Ailəsi === Azər Yusifli nişanlı idi. == Hərbi xidməti == Azər Yusifli 2012-ci ilin aprel ayında Ağstafa Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. O, 2012-ci ilin aprel ayından 2013-cü ilin oktyabr ayına qədər Ədliyyə Nazirliyinin Penitensiar xidmətin Mühafizə alayının Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət eləmişdir.
Azərbaycan tarixi (Ziya Bünyadov və Yusif Yusifov)
Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrədək) — Ziya Bünyadov və Yusif Yusifovun redaktəsilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tövsiyə edilmiş ali məktəblər üçün dərslik. == İstinadlar == == Xarici keçidlər == Azərbaycan tarixi. I cild. Dərslik. Bakı, "Apostroff" nəşriyyatı, 2014, 720 səh.
Ağ Qarğa (Miri Yusif albom)
== Albom haqqında == "Ağ Qarğa" – Miri Yusifin beşinci solo albomudur.
Ağababa Yusifzadə
Ağababa Əsgər oğlu Yusifzadə (1886, Quba – 1937) — "Kommunist qəzeti"nin ikinci rəsmi redaktoru olmuşdur (1920-ci il avqustun 20-dən 1921-ci il martın 29-a kimi). Klara Yusifzadənin atası. == Həyatı == Ağababa Əsgər oğlu Yusifzadə 1886-cı ildə (bəzi sənədlərə görə 1890-cı ildə) Quba şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla məktəbində almışdı. O, 1911-1916-cı illərdə Şamaxı və Quba qəzalarında müəllim işləmiş azərbaycanlı qadınlardan ibarət ilk sosial-demokrat dərnəyinin təşəbbüskarı və təşkilatçısı olmuşdur. A.Yusifzadə Alyoşa Caparidze ilə birlikdə Bakı bolşevik təşkilatından Rusiya Sosial-Demokrat Fəhlə (bolşevik) Partiyasının 1917-ci il avqustun 8-də Petroqradda keçirilən qurultayına nümayəndə seçilmişdir. Azərbaycanda Sovet Hakimiyyəti illərində Ağababa Yusifzadə Bakı qəzası inqilab komitəsinin sədri, Bakı və Şamaxı qəzalarında banditizmə və əksinqilaba qarşı fövqəladə komissar, "Kommunist" qəzetinin redaktoru (1920-ci il avqustun 20-dən 1921-ci il martın 29-a kimi), Naxçıvan MSSR Ali Məhkəməsinin sədri və digər vəzifələrdə çalışmışdır. 22 avqust 1920 ildən etibarən "AzərMərkəziÇapedilmə" komissiyanin sədri olub. O, təkcə “Kommunist” qəzetinin əməkdaşları və müxbirlərinin deyil, həm də Azərbaycanın bütöv bir nəsil jurnalist kadrlarının tərbiyə edilməsi və hazırlanmasında böyük rol oynamışdır. O, eyni zamanda jurnalistika və stenoqrafiya kurslarının da direktoru idi.
Ağaəli Yusifov
Ağaəli Vaqif oğlu Yusifov (8 sentyabr 1997, Mərdəkan – 20 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağaəli Yusifov 1997-ci il sentyabrın 8-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ağaəli Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ağaəli Yusifov oktyabrın 20-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Xəzər rayonunun Mərdəkan qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağaəli Yusifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağaəli Yusifov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Aşıq İslam Yusifov
Aşıq İslam (İslam Qara oğlu Yusifov; 1 may 1893, Hüseynquluağalı, Yeni Bəyazid qəzası – 6 dekabr 1968, Kirovabad) — Azərbaycan aşığı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940). == Həyatı == Aşıq İslam 1893-cü ildə Nərimanlı kəndində anadan olub. 1937-ci ildə Gəncədə ilk dəfə olaraq aşıqlardan ibarət xor yaratmışdır.Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur. Stalin haqqındakı mahnısı ilə məşhudur.Aşıq İslam 1968-ci ildə Kirovabad şəhərində vəfat etmişdir. == Mükafatları == "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 aprel 1940 "Qırmızı əmək bayrağı" ordeni — 9 iyun 1959 == Mənbə == Aşıq İslam // ASE, 1976. — cild.1. — səh. 513.
Bayram Yusifov
Bayram Məmməd oğlu Yusifov (26 fevral 1963, Təzəkənd, Marneuli rayonu) — Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, iş adamı. == Həyatı == Bayram Yusifov 1963-cü il fevral ayının 26-da Gürcüstan Respublikasında Borçalı bölgəsinin Marneuli rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 1979-cu ildə orta məktəbi başa vurduqdan sonra 16 yaşında Bakıya gələrək, Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) qəbul olan Bayram Yusifov 1984-cü ildə 21 yaşında həmin institutun mexanika fakültəsini mühəndis-mexanik ixtisası üzrə bitirmiş, "Azərelektroterm" İstehsalat Birliyində (1984–1987) gənc mühəndis-texnoloq, mühəndis-konstruktor kimi əmək fəaliyyətinə başlamışdır. 1987–1991-ci illərdə "Azərneftkimyazavodtəmir" trestində mühəndis mexanik, sonra Azərbaycan Respublikası Dövlət Təchizat Komitəsində (1991–1995) kommersiya şöbəsinin rəis müavini, daha sonra isə həmin komitədə kommersiya şöbəsinin rəisi vəzifələrində çalışmışdır. 1998–2002-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində ikinci ali təhsil alaraq, hüquqşünas ixtisasına yiyələnmişdir. Bayram Yusifov 1994-cü ildə "Gəncəli" İstehsalat Kommersiya şirkətini təsis etmişdir və bu günə qədər də həmin şirkətə rəhbərlik edir. 2009-cu ildən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavinidir. == İctimai fəaliyyəti == Bayram Yusifov uzun illərdən bəri Azərbaycan Ağsaqqallar Şurası ilə yaxından əməkdaşlıq etmiş, təşkilatın üzvləri ilə birlikdə bir çox səmərəli işlər həyata keçirmişdir. Onun bu fəaliyyəti respublika ağsaqqallarının daim diqqət mərkəzində olmuş və yüksək qiymətləndirilmişdir. Belə ki, Bayram Yusifov Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) 2009, 2013, 2018 və 2020-ci illərdə keçirilən V, VI, VII və VIII qurultaylarında AAŞ-ın sədr müavini seçilmişdir.
Bəkir Yusifov
Bəkir Yusifov (1956, Laçın) — Azərbaycan Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri. == Həyatı == Bəkir Yusifov 1956-cı ildə Laçın rayonunda anadan olmuşdur. 1983-cü ildə V.Lenin adına Azərbaycan Pedoqoji İnstitutunu (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) bitirmişdir. Əmək fəaliyyətinə 1977-ci ildə fəhlə kimi başlamış, texnik-konstruktor, 1981-1984-cü illərdə 10№-li texniki peşə məktəbində azad tələbə həmkarlar ittifaqı komitəsinin sədri, təlim-tərbiyə işləri üzrə direktor müavini, Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilat şöbəsinin müdiri vəzifəsində işləmişdir. 16 iyul 1993-cü ildə Aviasiya işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir. AHİK Məclisinin və İcraiyyə Komitəsinin üzvüdür. 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı, Rusiya Mülki Aviasiyasının 80 illik, 85 illik yubiley medalları, Rusiya Müstəqil Həmkarlar İttifaqlarının 100 illik medalı, Ümumittifaq Həmkarlar İttifaqları Konfederasiyasının "Həmkarlar ittifaqları hərəkatındakı fəaliyyətinə görə" gümüş medalı, Belarus Həmkarlar İttifaqları Federasiyasının "100 illik" medalı, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının "Şərəf nişanı" ilə təltif edilmişdir. Milli Aviasiya Akademiyasının dissertantıdır, 6 monoqrafiyanın müəllifidir. Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli Sərəncamına əsasən Bəkir Aslan oğlu Yusifov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.Evlidir. İki övladı var.
Camal Yusifzadə
Camal Yusifzadə (tam adı:Camal Yusif oğlu Bağırov) — azərbaycanlı şair, dramaturq, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti (2006). == Həyatı == Camal Yusifzadə 1941-ci il avqustun 19-da Lənkəran şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakıda ADU-nun tarix fakültəsində təhsil almışdır (1960-1965). Tələbəlik illərində bədii yaradıcılığa başlamış, ilk şerini 1963-cü ildə Lənkəranda çıxan "Leninçi" qəzetində dərc etdirmişdir. Əmək fəaliyyətinə Lənkəranda "Leninçi" qəzeti redaksiyasında ədəbi işçi kimi başlamış, həm də 2 saylı şəhər orta məktəbində tarix müəllimi olmuşdur (1965-1966). Sonra Bakıda Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor vəzifələrində işləmişdir (1966-1972). "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında teatr, kino və musiqi şöbəsində ədəbi işçi, sonra şöbə müdiri olmuşdur (1972-1990). Televiziya və Radio Verilişləri Şirkətində ədəbi dram verilişləri baş redaksiyası baş redaktorunun müavini olmuşdur (1991-1998). 1998-ci ildən həmin şirkətdə Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş redaktoru işləmişdir. Onun "Dağlar arxasız olmur", "İtil getlər", "Kim dəli, kim ağıllı", "Ölümü köynəkdən keçirən oğul", "Sabaha ömür payı qazananlar" və s.
Cavanşir Yusifli
Cavanşir Əziz oğlu Yusifli (24 sentyabr 1958, Masallı) — tənqidçi, ədəbiyyatşünas və tərcüməçi. == Həyatı == Cavanşir Əziz oğlu Yusifli 1958-ci il sentyabr ayının 24-də Masallı rayonunda anadan olub. Azərbaycan Dillər Universitetini bitirib (1986). Yardımlı rayonunda müəllim işləyib (1986-1987). 1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına ədəbiyyat institutunun aspiranturasına daxil olub. 1991-ci ildə "M.F.Axundovun "Təmsilat"ı və qərbi Avropa maarifçi dramaturgiyasının ənənələri" mövzusunda namizədlik, 2010-cu ildə "Azərbaycan komediyasının poetikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1991-1993-cü illərdə Azərbaycan Dillər Universitetində müəllim kimi çalışıb. 1993-1994-cü illərdə Belçikanın "Medecins sans frontieres" humanitar təşkilatında tərcüməçi işləyib. 1996-cı ildə "Cahan" jurnalında çalışıb. 1998-ci ildən "Turan-98" tərcümə firmasının direktorudur.
Cığalızadə Yusif Sənan Paşa
Cığalızadə Yusif Sənan Paşa (təq. 1545, Messina, Siciliya – dekabr 1605, Diyarbəkir) — 1591–1595 və 1599–1604 tarixlərində ümumilikdə 10 il kaptan-ı dərya, III Mehmed dönəmində 27 oktyabr 1596–5 dekabr 1596 tarixlərində ümumilikdə bir ay 9 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Cığalızadə Yusif Sənan Paşa 1545-ci ildə Siciliyanın Messina şəhərində əslən Genuyalı olan məşhur Cicala ailəsində dünyaya gəlmiş, əsl adı Scipione Cicala olmuşdur. 1560-cı ildə baş verən Cərbə dəniz döyüşü əsnasında atası ilə birlikdə Osmanlılara əsir düşərək İstanbula gətirilmiş, burada dəvşirilərək Əndəruna daxil olmuşdur. Burada Yusif Sənan adını götürmüş, ailəsi ilə bağlı olaraq isə tarixi qeydlərdə Cığalızadə olaraq qeyd edilməkdədir. Yusif Sənan Paşa əvvəlcə sarayda silahdar və qapıçıbaşı vəzifələrinə gətirildi. Daha sonra yeniçəri ağalığı ilə saraydan ayrılmışdır. 1583-cü ildə vəzirliyə yüksəldi və İrəvan bəylərbəyi təyin olundu. 1585-ci ildə Təbriz və Tiflisi mühasirəyə alan Səfəvilərə qarşı güclü müqavimət göstərmiş, 1591-ci ildə kaptan-ı dərya təyin edilmişdir. Sultan III Mehmedin Əyri Səfərinə komandan olaraq qatılmış, 26 oktyabr 1596 tarixində baş tutan Xaçoba döyüşündə göstərdiyi məharətə görə sədrəzəmliyə yüksəlmişdir.
Dağıstan Yusifov
Yusifov Dağıstan Eynal oğlu (25 iyun 1942, Gığı, Qafan rayonu – 6 oktyabr 2018, Bakı) — Azərbaycan alimi. == Həyatı == Yusifov Dağıstan Eynal oğlu 1942-ci ildə anadan olmuş, 1959-cu ildə Qafan rayon Gığı orta məktəbi bitirmiş. 1960-cı ildə Qafan şəhərində Dağ mədən texnikomuna qəbul olmuş, 1962-ci ildə həmin texnikomu bitirərək həmin şəhərdə Dağ mədən axtarış idarəsində texnik mühəndis vəzifəsində çalışmışdır. 1964–1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin "Geoloji Coğrafiya fakültəsinin" coğrafiya müəllimi, coğrafiyaşünas ixtisası üzrə təhsil almışdır Kənd təsərrüfatı elmləri namizədi Dağıstan Eynal oğlu Yusifov 1970-ci ildən AEAda işləyir. O, 1983-cü ildən AEA-nın Rəyasət Heyətinin qərarı əsasən Torpaqşünaslıq və aqrokimya İnstitutundan AEA-nın nəzdində yaradılmış "Məhsuldar qüvvələr və təbii sərvəti öyrənən komissiyaya keçirildi. 1989-cu ildə həmin komissiyada yaradılmış torpaq və bitkiçilik şöbəsinə şöbə müdiri seçilib. 2003-cü ildən həmin komissiya bağlandıqdan sonra AMEAnın Rəyasət Heyətinin qərarı əsasında İqtisadiyyat İnstitutunda a.e.i. vəzifəsində çalışır. 41 il müddət ərzində 131 məqalə və tezisləri, 10 monoqrafiya, 4 metodik vəsait çap edərək ölkə iqtisadiyyatının regionlarda düzgün və səmərəli istifadəsində yaxından köməklik edir. D. Yusifov Respublikanın aktual problemləri barədə müntəzəm olaraq dövrü mətbuatda, həmçinin beynəlxalq elmi konfranslarda çıxış edir.
Dinarə Yusifova
Dinarə Yusifova (13 yanvar 1958, Qutqaşen) — Azərbaycan aktrisası. == Həyatı == 13 yanvar 1958-ci ildə Qəbələdə anadan olub. Dinarə Yusifova rejissor Fərhad Yusifovun bacısıdır. == Filmoqrafiya == Ad günü (film, 1977)(tammetrajlı bədii film)-rol: qonaq Arxadan vurulan zərbə (film, 1977) Aşkarsızlıq şəraitində...
Dəli Yusif (film, 1975)
Dəli Yusif filmi rejissor Ətif Yılmaz tərəfindən 1975-ci ildə ekranlaşdırılmışdır. Döyüş, macəra, sevgi janrında olan bu film "Ərmanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Cüneyt Arkın, Zərrin Arbaş, Qədir Qoru, Əli Şən, Ərol Kəsgin ifa edirlər. == Məzmun == Film kəndlilərə əziyyət edən, camaatın evini əlindən alan Abbas və cüssəli, dəli Yusifin oğlu Əlinin mübarizəsindən bəhs edir == Festivallar və mükafatlar == Antalya Film Festivalı. Ən yaxşı rejissor. Qızıl Portağal mükafatı — Ətif Yılmaz Antalya Film Festivalı. Ən yaxşı film.
Elburus Yusifov
Elburus Şəmsi oğlu Yusifov (12 may 1985, Ağdam, Tovuz rayonu – 1 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elburus Yusifov 1985-ci il mayın 12-də Tovuz rayonunun Ağdam kəndində anadan olub. 1991-2002-ci illərdə N. Yusifov adına Ağdam kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 2 oğlu yadigar qaldı. Onun xalası oğlu — 2020-ci ilin Tovuz döyüşləri zamanı şəhid olan baş əsgər Elşad Məmmədovdur. == Hərbi xidməti == Elburus Yusifov 2003-2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2020-ci ilin 12-15 iyulunda baş verən Tovuz döyüşlərində savaşıb. Azərbaycan Ordusunun kiçik çavuşu olan Elburus Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb.
Elman Yusifov
Yusifov Elman Fərhad oğlu — fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru == Bioqrafiya == Elman Yusifov 20 oktyabr 1959-cu ildə Qubadlı rayonunun Qaracallı kəndində anadan olmuşdur. 1967-ci ildə Bakı şəhəri 172 №-li məktəbə daxil olmuşdur. 1978-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini elektronika ixtisası üzrə bitirmişdir, 1999-2001-ci illərdə Qərb Universitetinin İqtisadiyyat fakültəsində beynəlxalq iqtisadi münasibətlər üzrə magistr elmi dərəcəsi almışdır. 1983-1984-cü illərdə AMEA Fizika İnstitutunun Fiziki-Kimyəvi Biologiya Sektorunda akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Məhsuldarlıq Proseslərinin Molekulyar Genetik Əsasları şöbəsində baş laborant vəzifəsində işləmişdir. 1984-1990-cı illərdə SSRİ EA Kristalloqrafiya İnstitutunda akademik B.Vaynşteynin rəhbərlik etdiyi Zülal Kristalloqrafiyası laboratoriyasında (Moskva) stajor-tədqiqatçı və əyani aspirant olmuşdur. 1990-cı ildə Azərbaycan EA Botanika İnstitutunda elmi işçi vəzifəsində işləmişdir. 2002-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mərkəzi Aparatının İşlər İdarəsinin rəisi, Mərkəzi Aparatın Elm Şöbəsinin rəisi, ET Meşəçilik İnstitutunun direktor müavini (II Dərəcə Dövlət Qulluqcusu ixtisas dərəcəsi) vəzifələrində işləmişdir. 2005-ci ildən Azərbaycan MEA Zoologiya İnstitutunda aparıcı elmi işçi, informasiya və patent qrupunun rəhbəri, İnformasiya və innovasiya şöbəsinin müdiri vəzifələrində işləmişdir. 2008-2010-cu illərdə “AzGerneft” müştərək müəssisəsində baş ekoloq vəzifəsində işləmişdir. Ailəlidir, iki övladı var.

Digər lüğətlərdə

вооружённость метаморфизи́рованный свинотова́рный тупе́йный беста́ктно опроси́ть па́ни погро́мный снаряжа́ться фрикасе́ швыря́ние деряга отлучить anhedral filbert Goneril guardant haaf obole platforming внимательность джигит плешивость пшеничный скандинав