YUTMAK
YÜCE
OBASTAN VİKİ
Yuva
Yuva — canlılar tərəfindən qurulan və yuxu, yaşayış və bala çıxartmaq üçün nəzərdə tutulan tikili. Canlıların bioloji növündın , yaşayış yerindən və istifadə edilən materialdan asılı olaraq bir-birindən fərqlənə bilər. Yuvalar ağaclarda, çardaq altında və torpaq altında qurula bilər.
Yuva (Qəmərli)
Yuva — İrəvan xanlığının Qarnibasar mahalında kənd adı. İrəvan quberniayasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. XX əsrin əvvəllərinə aid mənbədə İrəvan qəzasında çəkilir. == Tarixi == 1728-ci ildən mə’lumdur. Rayon mərkəzindən 3 km məsafədə, Gərni və Vedi çaylarından axan arxın yanında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.1950-ci ildə kənd Şaumyan adlandırılmışdır. Səlcuq Oğuzlarının Yivə (Ivə) tayfasının adını əks etdirir. Azərbaycanda Evoğlu (Ağdam rayonu) (yə’ni "Yivə oğlu") kənd adı ilə mənşəcə eynidir. 1588-ci ilə aid mənbədə şimali Azərbaycanda Zəyəm nahiyəsində Yuvalı-Fəxralı (Temur Hasan da adlanırdı) elinin yaşadığı qeyd olunmuşdur == Toponimi == Toponim ivə//yıva oğuz tayfasının adı əsasında əmələ gəlmışdir. Etnotoponimdir.
Yuva (dəqiqləşdirmə)
Yuva — canlılar tərəfindən qurulan və yuxu, yaşayış və bala çıxartmaq üçün nəzərdə tutulan tikili. Yuva (jurnal) — aylıq ailə-uşaq jurnalı. Yuva (Qəmərli) — İrəvan quberniayasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Yuva (film) — rejissor Emin Əfəndiyevin eyniadlı filmi.
Dəyişən cərəyan üçün taxıc yuvaları
Taxıc yuvası — taxıcla birlikdə elektrik naqilləri arasında birləşmə yaratmaq üçün istifadə edilir. Tixac yuvası ya divarda suvağın üst hissəsində,ya da divara batırılmış şəkildə tətbiq olunur. Bəzi hallarda o səyyar birləşmədə əlaqələndrici rolunu oynayır. Məsələn masalarda, uzadıcı məqsədi ilə naqillərin birləşdirilməsində. Gücləndirilmiş taxıc yuvaları da mövcuddur. Belə yuvalar güclü maşınların elektrik şəbəkəsi ilə birləşdirilməsi üçün tətbiq edilir. Gücləndirilmiş taxıclar həm bir fazalı, həm də üç fazalı şəbəkələri birləşdirmək üçün müxtəlif səviyyəli qoruyucu mexanzimlə təchiz olunurlar. Bir çox gücləndirilmiş taxıc yuvaları 220/380 V gərginliyində işləyə bilir. Onlarda kontakt üçün sərt zolaqlardan istifadə edilir. Keramikadan hazırlanmış taxıc yuvaları plastmasa nisbətən daha etibarlıdır, çünki onlar yanmırlar.
Genişləndirmə yuvası
Genişləndirmə yuvası – kompüter konsolunun içərisində genişləndirmə lövhələrini yerləşdirmək üçün nəzərdə tutulmuş və onları sistem şininə (verilənlər magistrallarına) qoşan yuva. Fərdi kompüterlərin əksəriyyətində üçdən səkkizədək genişləndirmə yuvası olur; Apple Macintosh və Macintosh Plus kompüterlərində, ümumiyyətlə, genişləndirmə yuvası olmur, Macintosh SE də isə bir yuva olur. Genişləndirmə yuvaları sistemin mövcud imkanlarını və ya yaddaşını artırmağa və ya yenilərini əlavə etməyə imkan verir. Bax: EXPANSION BOARD. Daşınabilir kompüterlərdə genişləndirmə yuvası PCMCIA sinifli yuva formasında olur ki, ora da PC Card lövhəsi qoyulur.
OSS 117: Qahirə – casus yuvası (film, 2006)
OSS 117: Qahirə – casus yuvası filmi rejissor Mişel Hazanaviçus tərəfindən 2006-cı ildə ekranlaşdırılmışdır. Əsas rolları Jan DüjardenBerenis BejoOr Atika ifa edirlər. == Məzmun == Hadisələr 1955-ci ildə Misirdə cərəyan edir. Burada taxtdan düşmüş Faruk yenidən taxt-tacı ələ keçirmək istəyir, dini sekta olan "Xeopsun qartalları" da hakimiyyətə can atır. Fransız hökuməti Qahirədə qayda-qanun yaratmaq üçün ən yaxşı casusunu-Agent 117-ni oraya göndərir. Yuber (Agent 117) zarafatı və əyləncəni sevir. Burada bir neçə şəxslə tanışlıqdan sonra vəziyyəti öyrənir. Onun köməkçiləri misirli casus qadın Larmina və ingilis casusu "inkoqnito"dur. Beləliklə, Yuberi bir çox macəralar gözləyir.
Qaranquş yuvası (Krım)
Qaranquş Yuvası (ukr. Ластівчине гніздо, Lastivchyne hnizdo, rus. Ласточкино гнездo, Lastochkino gnezdo, krımtat. Къарылгъач ювасы, Qarılğaç yuvası), Krımın Gaspra qəsəbəsində yerləşən dekoraativ bir qaladır. 1911–1912-ci illərdə 40 m yüksəklikdə olan Aurora yamacının üstündə tikilmişdir. Rusiyalı memar Leonid Sherwood tərəfindən neoqotika tərzində tikilmişdir. == Tarixi == Aurora yamacındakı ilk bina rus bir general üçün 1895-ci ildə tikilmişdir. "Eşq Qalası" adını alan bina taxtadan hazırlanmışdı. Daha sonra bu mülk Rus çarının şəxsi həkimi A. K. Tobinin əlinə keçdi. Bakı neftini çıxardaraq gəlir əldə edən alman Baron Von Şteyngel 1911-ci ildə binanı aldı və hazırkı binanı inşa etdirdi.
Qaranquş yuvası qalası (Krım)
Qaranquş yuvası qalası — Krımın ən əhəmiyyətli simvollarından biri olan pəri nağılı qəsridir. Mishor bölgəsində Gaspırada Ay Todor burnundakı 38 metrlik Avrora (Avrorina) uçurumuna başlanğıcda Alman neft əyani Baron Shteingel üçün Amerikalı memar A. Şervodun dizaynı ilə 1912-ci ildə inşa edilmişdir. Orta əsr qalası şəklində hazırlanmışdır. 1927-ci ildəki zəlzələdən sonra qayaların bir hissəsi dənizə düşmüş və quruluş tamamilə qayalığın ən son ucunda qalmışdır. Zəlzələdən sonra zədələnmiş divarları bərpa edilmişdir. Tikilinin yanında I və III əsrdən qalma tarixi bir Roma qalasının qalıqları mövcuddur. Bölgədə Ay Todor burnunda Ai Todorsky fənəri yerləşir. Almaniyanın Ren sahillərindəki Rittenburg qəsrinin kiçik bir surəti olan Qaranquş yuvasının gəzinti meydançasından Qara dənizi bütün ehtişamı ilə seyr etmək ayrı bir həzz verir ziyarətçilərə. Hazırda bina içində bir İtalyan restoranı fəaliyyət göstərir. Restoran-kafe qismi olduqca bahalıdır.
Qartal Yuvası təbiət parkı
Qartal Yuvası təbiət parkı (pol. Park Krajobrazowy Orlich Gniazd ) — Polşanın cənub-qərbində qorunan ərazi və Polşanın 120-dən çox rəsmi təbiət parklarından biri. 597 km2 (231 mil2) əraziyə malikdir. 1980-ci ildə qurulmuş və Qartal yuvası cığırının çox hissəsini əhatə edir. Cığır Böyük Kral III Kazimirin əmri ilə böyük, hündür qayalar üzərində inşa edilən "Qartalların yuvaları" adlanan orta əsrə aid təxminən 25 qaladan keçir. Park Krakov, Çenstoxova və Vielun şəhərləri arasında yerləşən Polşadakı Yuraya aid formalaşmalar (pol. Jura Krakowsko-Częstochowska) boyu uzanır. Buraya daxil olan III Kazimir (1310–1370) tərəfindən inşa edilmiş çox sayda orta əsr qalaları (pol. Orle Gniazda) ildə təxminən 400.000 ziyarətçi qəbul edir. Dağların bir hissəsi ölkənin ən cəlbedici istirahət zonaları arasında sıralanan Polşanın iyirmi milli parkının ən kiçiyi olan Oykov Milli Parkına aiddir.
Qartal yuvası (film, 2013)
Qartal yuvası — 2013-cü ildə Azərbaycanda istehsal olunmuş və Azərbaycanın 3 Milli Qəhrəmanından bəhs edən sənədli-bədii film. Filmin rejissoru və prodüseri Elnur Əliyevdir. Filmin ssenari müəllifi Kamran Qasımov, quruluşçu operatoru Elgiz Azadov, quruluşçu rəssamı Mehriban Əfəndiyevadır. == Məzmunu == Ekran əsəri Qazax rayonundan olan üç Milli Qəhrəman — Rafiq Alıcanov, Mərifət Nəsibov, Şamoy Çobanovun həyat və döyüş yollarından bəhs edir. Filmdə qəhrəmanların həyatlarının maraqlı anlarına daha çox diqqət ayrılmışdır. == Çəkiliş yerləri == Çəkilişlər Qazax, Füzuli və Şamaxı rayonlarında aparılmışdır. Film "Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək" İctimai Birliyinin dəstəyi ilə çəkilmişdir.
Ququ quşu yuvasının üstündən uçarkən (film, 1975)
Ququ quşu yuvasının üzərindən uçarkən (ing. One Flew Over the Cuckoo's Nest) – Miloş Formanın rejissorluğunu etdiyi 1975-ci il ABŞ istehsalı komediya-dram janrında filmdir. Film Ken Kizinin eyni adlı romanı əsasında çəkilmişdir. Filmin premyerası 19 noyabr 1975-ci ildə Çikaqo Film Festivalında baş tutmuşdur. Baş rolları Cek Nikolson, Luiza Fletçer və Vilyam Redfild ifa edirlər. Bununla yanaşı, Vill Sempson, Sidni Lassik, Denni De Vito, Bred Durif, Kristofer Lloyd kimi önəmli aktyorlar bu filmlə karyeralarına debüt ediblər. Psixiatrik xəstəxanada cərəyan edən hadisələr haqqında bu film demək olar bütünlüklə Oreqon ştatında ruhi xəstələr üçün xəstəxana şöbəsində çəkilmişdir. "Ququ quşu yuvasının üzərindən uçarkən" ən yaxşı filmlərdən biri hesab edilir. Ekran işi Amerika Film İnstitutunun 100 ən yaxşı filmlər siyahısında 33-cü sıraya daxil edilib. Bununla yanaşı, o, film tarixində 5 əsas Oskar mükafatını (Ən yaxşı film, aktyor, aktrisa, rejissor və ssenari) qazanan ikinci film olmuşdur.
Ququ quşu yuvasının üstündən uçarkən (film 1975)
Ququ quşu yuvasının üzərindən uçarkən (film, 1975)

Qurd yuvası mağarası
Qurd yuvası mağarası — insanların daş dövründə (orta paleolit) yaşadıqları yaşayış yeri. Mağara Abşeron rayonunun Məhəmmədi kəndində Qırməki vadisinin sol hissəsində, təpənin qayalı yamacında yerləşir. == Haqqında == 2018-ci ilin dekabr ayında Abşeron arxeoloji ekspedisiyasının bölgədə apardığı kəşfiyyat işləri zamanı Balaxanı və Məhəmmədi qəsəbələri arasında – Qırməki adlanan sahədə daş dövrünə aid çox sayda alətlər aşkar olundu. Alətlər böyük sahədə tapıldığından burada qədim dövrə aid düşərgənin yerləşməsi istisna edilmir. Aşkar edilmiş iti uclu qaşov, kəsici alətlər, miniatür əl çapacaqları çaxmaq və andezit daşından hazırlanıb. Abşeronun paleocoğrafiyası aşkar edilmiş abidənin yerləşmə topoqrafiyası ilə ziddiyyət təşkil etmir. Mütəxəssislərin ilkin rəyinə görə, bu tapıntıları paleolitin orta mərhələsinə aid etmək mümkündür. Geoloji çöküntülərdə aşkar edilmiş qədim paleontoloji materiallar bölgənin paleolitdə zəngin faunaya malik olmasını göstərir. Son tapıntılar isə paleolit dövründə göstərilən ərazinin qədim ovçuları da cəlb etməsi barədə fikir yürüdülməsinə imkan verir.Ərazinin ətraf mühitin ibtidai insanların yaşayışı üçün əlverişli olması, insanlar üçün ov heyvanlarının əlçatarlılığı və istilik mənbəyi olan daimi alovların olması bu ərazi qədim insan məskəni olmasına səbəb olmuşdur. Yerli əhalinin sözlərinə görə, qədim dövrlərdə bu mağarada canavarlar məskən saldığından mağaraya "qurd yuvası" adı verilib.
Quş yuvası
Quş yuvası — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Quşyuvası kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XIX əsrdə Laçın rayonunun Alxasli kəndindən çixmiş ailələr qizilquş yuvalari olan və Quşyuvası adlanan meşəlik sahədə saldiğına görə belə adlandırılmışdır.
Taxıc yuvası
Taxıc yuvası — taxıcla birlikdə elektrik naqilləri arasında birləşmə yaratmaq üçün istifadə edilir. Tixac yuvası ya divarda suvağın üst hissəsində,ya da divara batırılmış şəkildə tətbiq olunur. Bəzi hallarda o səyyar birləşmədə əlaqələndrici rolunu oynayır. Məsələn masalarda, uzadıcı məqsədi ilə naqillərin birləşdirilməsində. Gücləndirilmiş taxıc yuvaları da mövcuddur. Belə yuvalar güclü maşınların elektrik şəbəkəsi ilə birləşdirilməsi üçün tətbiq edilir. Gücləndirilmiş taxıclar həm bir fazalı, həm də üç fazalı şəbəkələri birləşdirmək üçün müxtəlif səviyyəli qoruyucu mexanzimlə təchiz olunurlar. Bir çox gücləndirilmiş taxıc yuvaları 220/380 V gərginliyində işləyə bilir. Onlarda kontakt üçün sərt zolaqlardan istifadə edilir. Keramikadan hazırlanmış taxıc yuvaları plastmasa nisbətən daha etibarlıdır, çünki onlar yanmırlar.
Yuvadan quş uçdu (teleserial, 2003)
Yuvadan bir quş uçdu — 2003-cü ildə TRT 1-də yayımlanmış, Samet Polatın rejissorluğu və Kemal Başar ilə İşıl Özgentürkün ssenarisini yazdığı dram serialdır. 13 bölümün ardından finalı olmuş və efirdən qaldırılmışdır.
Yuval Filo
Yuval Filo (d. 3 mart 1998) — İsraili təmsil edən bədii gimnast. Yuval Filo 2016-cı ildə İsraili Olimpiya Oyunlarında təmsil etdi. Filo həmdə I Avropa Oyunlarında iki gümüş və bir bürünc medal, Avropa Çempionatında isə bir qızıl, bir gümüş və iki bürünc medal qazanıb. == Karyerası == Yuval Filo 2016-cı ildə İsrail bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Alona Koşevatskiy, Yekaterina Levina, Karina Lixvar və İda Mayrin ilə birgə final yarışlarında 34.549 xal topladı və 6-cı yeri tutdu.
Yuval Noy Harari
Yuval Noah Harari (ivr. ‏יובל נח הררי‏‎; 24 fevral 1976) – İsrail tarixçisi. Yerusəlim Yəhudi Universitetində tarix professoru kimi fəaliyyət göstərir. "Sapiens: Bəşəriyyətin qısa tarixi" (2014) və "Homo Deus: Sabahın qısa tarixi" (2015) əsərlərinə görə tanınır. Onun əsərləri iradə azadlığı, şüurlanma və intellekt kimi mövzulara toxunur. Yuvalın ilkin nəşrlərində adını qeyd etdiyi məqamlardan biri 70.000 il əvvəl baş vermiş "təfəkkür inqilabı"dır. Belə ki, bu inqilab sayəsində Homo sapiens rəqibləri neandertalları üstələmiş, idrak edilən dil formalaşdırmış, mürəkkəb cəmiyyətlər yaratmış, digər yırtıcı heyvanları keçmişdirlər. Alimin son kitabları daha çox öyrədici xarakter daşıyır. Harariyə görə Homo sapiens növü yaxın gələcəkdə yox olacaq və yerini daha inkişaf etmiş insan irqi alacaq. == Arxaplan == Yuval Noah Harari 26 fevral 1976-cı ildə İsrailin Kiryat-Ata şəhərində anadan olub.
Yuval Puqaç
Yuval Puqaç (15 noyabr 2001-ci ildə anadan olub) — İsraili təmsil edən qadın badmintonçu.
Yuvalar (Urmiya)
Yuvalar (fars. يوالار‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 622 nəfər. yaşayır (174 ailə).
Yuvarlanan hörümçək
Yuvarlanan hörümçək (lat. Carparachne aureoflava) — Cənubi Afrikada yerləşən Namib səhrasında yaşayan hörümçək. Əsas düşməni öz neştəri ilə onu iflic edən, daha sonra bədəninə sürfəsini yerləşdirən yol arısıdır. Hörümçəklər özlərini müdafiə etmək üçün torpaqda dərin yuva qazırlar, əgər həşərat onun yerini aşkar edirsə, hörümçək dərhal böyrü üstə duraraq üzüaşağı, qum təpələri boyunca, sanki, təkər kimi yuvarlanmağa başlayır. Sürətini 1 m/s qədər gücləndirərək, saniyədə 44 dövriyyə vurur.
Yuvarlaqlaşdırmaq
Yuvarlaqlaşdırmaq iki ədədin cəminin,fərqin,hasilin və qismətin təxmini cavab deməkdir. 1234 altından xətt kəçilmiş rəqəmin yanındakı 5-dən aşağı rəqəmdirsə (1,2,3,4) həmin ədəd olduğu kimi qalır. Amma 5 və 5-dən yuxarı rəqəmdirsə (5,6,7,8,9) həmin ədəd bir vahid artır.
Şər yuvası: Qiyamət (film)
Şər yuvası: Qiyamət (ing. Resident Evil: Apocalypse) — 2004-cü il istehsallı amerikan qorxu və macəra filmi. Şər yuvası-nın davam filmidir. Aleksander Vitt tərəfindən çəkilən, Paul Anderson tərəfindən yazılmışdır. Şər yuvası oyununun filmləşdirilmiş versiyasıdır. 10 Sentyabr 2004 tarixində kinoteatrlarda göstərilmiş və 130 milyon dollar gəlir əldə edilmişdir. == Hekayə == Film seriyasının birinci filmi Şər yuvasının son anlarında Alisin Racoon City küçələrində olduğu görünür. Bu filmdə isə Umbrella şirkəti təkrar "Hive"ı açmaq qərarına gəlir lakin bu virusun daha da yayılmasına səbəb olur və şirkət şəhərdən bütün professorlarını köçürmək qərarına gəlir. Ancaq professorlardan biri olan Şarl Aşford qızının itməsinə görə getməyəcəyini bildirir və qızını tapılması üçün şəhərdə sağ qalan insanları axtarır. Əvvəlki seriyada Umbrella işçiləri Alis ilə Mettyu Eddison-u saxlayırlar və Alisi "Alis proyekti", Mett-i isə "Nemesis proyekti" üçün özləriylə götürürlər.
Şər yuvası: Qiyamət (film, 2004)

Digər lüğətlərdə

дроздёнок мра́мор отщелкнуть прилгну́ть приспособле́нка силко́вый великоле́пие закабаля́ть каратэи́ст мелколи́ственный ни́вхи поста́вить что-л. на службу раздо́льный ути́хнуть хлю́пкий чугуноплави́льный beeswing clean energy cutout estuary Länder thenceforth waffle cloth неоткуда обмануться