YÖN

сущ.
1. лицо. Yönü xəstəyə sarı лицом к больному, yönü mənə tərəf лицом ко мне, yönü müəllimə tərəf лицом к учителю, yönünü çevirmək повернуть лицо, повернуться лицом
2. направление, сторона. Yönü meşəyə doğru по направлению к лесу, в направлении леса, yönün hayanadır? в какую сторону? (идёшь); yön almaq взять курс, направление, направляться, направиться
◊ yönünə salmaq nəyi уладить, урегулировать, приводить, привести в порядок что ; yönü düşmək haraya оказываться, оказаться где ; yönünə düşmək быть улаженным, урегулированным, приведенным в порядок; yönünü tutmaq haraya, nəyə направляться, направиться куда , к чему; yönü bu tərəfədir выздоравливает
YOZULMAQ
YÖNDƏM
OBASTAN VİKİ
Bit-yönlü protokol
== Bit-yönlü protokol == Bit-yönlü protokol(bit-oriented protocol)– verilənlərin ötürülməsinin simvol sətrləri kimi yox, bitlərin arasıkəsilməz axını kimi aparıldığı protokol. Ötürülən bitlər hər hansı simvollar toplusunun simvolları kimi məzmun daşımadığından bit-yönlü protokolda idarəetmə üçün ehtiyat simvollardan deyil, bitlərin xüsusi ardıcıllığından istifadə edilir. Bit-yönlü protokola misal olaraq Beynəlxalq Standartlaşdırma Təşkilatının (INTERNATIONAL ORGANIZATION FOR STANDARDIZATION, ISO) müəyyənləşdirdiyi HDLC (High-Level Data Link Control) protokolunu göstərmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Heyvanlara yönələn şiddət
Heç bir heyvana əziyyət, işgəncə etmək, suda boğaraq və ya atəşdə yandıraraq öldürmək caiz deyildir. Heyvana işgəncə etmək, qeyri-müslim vətəndaşa işgəncə etməkdən daha böyük günahdır. Qeyri-müslim vətəndaşa əziyyət etmək də müsəlmana əziyyət etməkdən daha böyük günahdır. (Dürr-ül muxtar) Məqsədsiz olaraq bir heyvanı öldürmək caiz deyildir. Axirətdə, “Onu nə üçün öldürdün?” deyə sorğuya çəkiləcəkdir. Heyvanları bir-biriylə döyüşdürmək də caiz deyildir. Heyvanların haqqına riayət etməli, onlara mərhəmət edilməlidir. Hədisi-şərifdə, “Mərhəmət et ki, mərhəmət olunasan!” buyuruldu. (Şirə) Zərərli heyvanları öldürmək caiz olduğu kimi, dələ, porsuq kimi heyvanları dərisi və kürkü üçün, maral, ceyran kimi heyvanları əti üçün öldürmək də caizdir. Donuz xaric, əti yeyilməyən müxtəlif heyvanları pul qarşılığı müsəlman olmayanlara ixrac etmək də caizdir.
Materializmə yönəlmənin səbəbləri (Mütəhhəri)
Materializmə yönəlmənin səbəbləri — Mürtəza Mütəhhərinin əsəri. == Məzmun == İnsanları materializm dünyagörüşünə hansı səbəblər gətirib çıxardı? Müasir materialist təfəkkür, əslində, nəyə qarşı yönəlmişdi; kilsəyə, yoxsa ümumi teizmə? Materialist düşüncəyə görə “İlk səbəb” problemi, şərq fəlsəfəsində də problemdirmi? Doğurdanmı Təkamül nəzəriyyəsi ilə Tanrının varlığı mövzusu, həmçinin materiyanın əzəliliyi ilə Tanrının mövcudluğu mövzusu birlikdə qəbul edilə bilməz?! Yaradılış anlayışı nədir? Yoxdan varetmə, yoxsa mövcudu varetmə? Bu ziddiyyət necə həll edilə bilər? “Nizam dəlili” ilə, doğrudan da, Tanrının varlığını isbat etmək olarmı? Devid Yumun “nizam dəlili”nə qarşı irəli sürdüyü iradlara veriləcək qaneedici cavab varmı?
Obyekt-yönlü qrafika
Obyekt-yönlü qrafika (object-oriented graphics) – kompüterdə işlənmiş və qrafik primitivlərə (məsələn: xətlərə, əyrilərə, dairələrə, kvadratlara) əsaslanan görüntü. Tətbiqi proqramlarda, məsələn, avtomatlaşdırılmış layihələndirmə, rəsmxət və rəsm proqramlarında (CAD) istifadə olunan obyekt-yönlü qrafika görüntünü riyazi olaraq görüntüdəki obyektləri yaratmaq üçün göstərişlər (INSTRUCTION) toplusu kimi təsvir edir. Bu yanaşma görüntülərin yaradılmasının başqa bir geniş yayılmış üsuluna – rastr qrafikasına qarşı qoyulur. (Rastr qrafikasında qrafik simvol müəyyən qaydada yerləşmiş qara və ağ, yaxud rəngli nöqtələrdən ibarət qruplar şəklində təqdim olunur.) Obyekt-yönlü qrafika obyektləri ayrıca vahidlər kimi idarə etməyə imkan verir: məsələn, xəttin uzunluğunu dəyişmək və ya dairəni böyütmək; rastr qrafikasında isə bunun üçün xəttə və ya dairəyə təkrar fərdi nöqtələr yerləşdirmək lazımdır. Obyektlər riyazi təsvir olunduğundan obyekt-yönlü qrafikada görüntünün varisliyi, fırlanması və miqyaslanması (böyüdülüb-kiçildilməsi) nisbətən asan təmin edilə bilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Obyekt yönümlü proqramlaşdırma
Obyekt-yönümlü proqramlaşdırma (OYP) - kompüter proqramları və tətbiqləri yaratmaq üçün proqramlaşdırma paradiqmasıdır. Əsas xüsusiyyətləri: enkapsulyasiya (encapsulation), varislik (inheritance), polimorfizm (polymorphism), abstraksiya (abstraction), obyektlər arasında informasiya axınının təşkili (sending messages / message sending), təkrar istifadə oluna bilərlik (reusability).İlk obyekt-yönlü proqramlaşdırma dili Simula olub. Hazırda dünyada çoxlu sayda obyekt-yönlü proqramlaşdırma dillər vardır. Obyekt anlayışı proqramlaşdırmada mühüm rol oynayır. Proqram obyektləri real həyatdakı obyektlərə çox bənzəyir – onlar da öz daxili quruluşları, hərəkətləri, xassələri ilə bir-birindən fərqlənir. Kompüterin ekranındakı hər bir şeyə obyekt kimi baxmaq olar: ekranda istənilən pəncərə obyektdir; hər bir düymə, simgə obyektdir; istənilən menyu obyektdir. Obyekt-yönlü proqramlaşdırmanın mahiyyətini başa düşmək üçün tarixə qısa səyahət etmək faydalı olardı. Ötən əsrin 50-70-ci illərində kompüterlər ağlagəlməz dərəcədə baha idi. Onların qiymətləri ilə müqayisədə proqramçıların əmək haqqı çox cüzi idi. Bu münasibət proqramlaşdırmaya da təsir göstərirdi.
Səmaya yönəldilmiş (film, 1975)
== Məzmun == Kinolent "Azərneftkimyamontaj" birliyinin 50 illik yubileyinə həsr olunmuşdur. Film neft və qaz sənayesi üçün böyük qurğular quran fəhlələrin çətin işindən danışır. Filmin çəkilişləri Sov. İKP XXII Qurultayı Adına Zavodda, Xəzər dənizində lentə alınmışdır.
Yönlük hal
Yönlük hal və ya ismin yönlük halı. İsmin yönlük halı kimə?, nəyə? və ya haraya? suallarından birinə cavab verir. Yönlük hal fellərdən obyektə verilən sualların yuxarıda verilmiş suallardan birinə uyğun olması və ya; Yönlüyün yönlük hal tələb etməsi nəticəsində işlənilir. Yönlük hal da əsasən digər hallar kimi artikl, yiyəlik əvəzliyi, işarə əvəzliyi, sual əvəzliyi və ya digər izləyici sözlərlərin müvafiq olaraq yönlük halda yazılması ilə ifadə edir. Yönlük hal hərəkətin yönümünü, istiqamətini və ya son nöqtəsini bildirir. İsimlər yönlük halda samitlə bitən söz köklərində –a, ə, saitlə bitənlərdə isə –ya, yə («y» bitişdirici samitdir) şəkilçisini qəbul edir, kimə?, niyə?, haraya? Suallarından birinə cavab olur. Məs.
Yönləndirmə
Yönləndir (redirection )~ переадресация, переназначение ~ yeniden yönlendirme ~ yenidən yönləndirmə – fayldan, yaxud qurğudan adi istifadə olunandan fərqli oxuma, yaxud yazma prosesi; məsələn, MS-DOS (yaxud OS/2) komandası ilə kataloqun tərkibinin ekrana deyil, printerə çıxarılması: “dir > prn”. Tut: PIPE. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Çoxistifadəçili əşya yönümlü
MOO (ing. Multi-user Object Oriented) texnologiyaları MOO texnolologiyaları obyekt yönümlü çoxistifadəçilərin qısaldılmışıdır. MOO – İnternet vastəsi ilə real vaxtda əlaqələri təşkil edən sistemdir. MOO-nun köməkliyi ilə istifadəçinin kompüteri virtual otaqları (virtual rooms) olan əsas (host) maşına çevrilir. Virtual otaqlarda, sizinlə eyni vaxtda həmin əsas maşına qoşulmuş adamlarla rastaşmaq olar. MOO-nun xarakter üstünlükləri virtual obyektləri yaratmaq imkanıdır. Digər alət – otaqda baş verənləri yazmaq imkanına malik olan virtual maqnitofondur. Həmçinin virtual müzakirələr üçün yazıları yazmaq imkanı verən lövhələr də yaratmaq olar. MOO özündə dərslərin eyni vaxtda keçirilməsi üçün rahat servis təşkil edir. MOO sürətli xətlər tələb etmir onurla hətta 9600 Kbit/san sürətli modemlərlə də işləmək olar.

Digər lüğətlərdə

зага́живаться лёссовый недожа́ривать погля́дывание уфо́лог блинт пересы́титься препози́ция разро́зненный снегопа́х опреснок armigeri Belinda inter- newsy outgame psychosomatics samurai terce землемерный книжный преждевременно сбивать сердцеед цветоводческий