And dağlarının yüksəklik qurşaqları
And dağları 4 yüksəklik qurşağından ibarətdir : Tierra Caliente (İsti Ölkə), Tierra Templada (Sərin Ölkə), Tierra Fria (Soyuq ölkə), Tierra Helada (Şaxtalı ölkə). Hər bir qurşaqda həyat müxtəlifdir. Buna istər insan, istər heyvan, istərsə də bitki həyatı daxildir. Qurşaqlar təkrarolunmazlığı ilə seçilir.
Tierra Caliente – İsti ölkə
Temperaturu çox yüksəkdir. Burada tarantullara çox rast gəlinir. Onların sancmağı ölümlə nəticələnməsə də şiddətli ağrıya səbəb olur.
Tierra caliente- də çoxlu banan plantasiyaları yerləşir. Əsasən tropik ovalıqlardan ibarətdir. Bu yüksəklik qurşağı And dağlarını həm şərqdən, həm də qərbdən əhatə edir.