YÜKSƏLTMƏK

f.
1. Qaldırmaq, ucaltmaq, daha uca etmək, hündürlüyünü artırmaq. Divarı bir qədər yüksəltmək lazımdır. Suyun səviyyəsini yüksəltmək.
2. Artırmaq, gücləndirmək. İşin sürətini yüksəltmək. Əmək məhsuldarlığını yüksəltmək. Tələbi yüksəltmək.
// məc. Daha yüksək pilləyə qaldırmaq; yaxşılaşdırmaq, təkmilləşdirmək. Xalqın rifah halını daha da yüksəltmək. Mədəniyyəti yüksəltmək. Biliyini yüksəltmək.
3. məc. Rolunu, əhəmiyyətini, hörmətini daha da artırmaq. Alicənab hərəkəti onu adamların gözündə daha da yüksəltdi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YÜKSƏLTMƏK yüksəltmək bax ucaltmaq
YÜKSƏLTMƏ
YÜKSÜZ

Digər lüğətlərdə