YIĞINCAQ

is.
1. Hər hansı bir məsələni və ya məsələləri müzakirə etmək üçün çağırılan ümumi iclas. Yığıncaqda iştirak etmək. Yığıncaq keçirmək. Yığıncaqda çıxış etmək.
[Mirzağa] çox vaxt ümumi iclaslara, işçi yığıncaqlarına getməzdi. S.Hüseyn.

// Həmin iclasın iştirakçıları. Yığıncaq qərar çıxartdı. Yığıncaq təklifi bir səslə qəbul etdi.
2. İzdiham, qələbəlik, camaat.
Bir gün nəzmiyyə qabağından keçirdim, gördüm orada bazar əhlindən bir böyük yığıncaq var. C.Məmmədquluzadə.

3. Məclis, qonaqlıq.
[Şərəfnisə xanım:] Müsyö Jordan beyninə salıbdır ki, Parijdə qızlar, gəlinlər məclisdə, yığıncaqda üzüaçıq oturub-dururlar. M.F.Axundzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YIĞINCAQ yığıncaq bax 1. iclas; 2. mitinq; 3. məclis 1; 4. ziyafət
  • YIĞINCAQ məclis — qonaqlıq
  • YIĞINCAQ iclas — müşavirə
  • YIĞINCAQ izdiham — camaat — qələbəlik
YIĞINACAQ
YIĞINTI

Digər lüğətlərdə

доре́зывать заштабелёвывать повыша́ться подка́чиваться подру́га свобо́да сли́вщик сподру́чничать туго́й унита́рный фармакохи́мия хвали́тельный блажно́й повы́грести бурнус греза копер юраки aftertime disproven embraceable inhibitive tintage женский уток