yəhudicə 2021
yəhudiləşmə
OBASTAN VİKİ
Kripto yəhudilər
Kriptoiudaizm və ya Gizli yəhudilik — gizlincə yəhudiliyi tətbiq edərək, lakin cəmiyyətdə fərqli bir dini tətbiq edirmiş kimi görünməkdir. XV əsrin sonunda inkvizisiya tərəfindən İspaniyadan qovulan minlərlə yəhudi Portuqaliyaya sığındı. Kral I Manuel onları müdafiə edəcəyinə dair söz verdi. Ancaq bir müddət sonra yəhudilər burada da təqiblərə məruz qalmağa başladılar. Ölüm təhdidi ilə Xristianlığı qəbul etməyə məcbur oldular, balaca uşaqlar ailələrinin əlindən alındı. Təxminən iki mini öldürüldü, yüzlərlə yəhudi isə ölkədən qovuldu. Təqib və ölümdən qurtulmaq üçün çoxu formal olaraq katolikliyi qəbul etdi, ancaq gizli şəkildə İudaizmə etiqad bəsləyirdilər. Onları kriptoyəhudilər (gizli yəhudilər) adlandırırlar. Uzun müddət hesab olunurdu ki, Portuqaliyada artıq yəhudi qalmayıb. Yalnız XX əsrin sonunda Belmonte şəhərciyində öz ənənələrinə sadiq qalan yəhudilərin gizli icması aşkarlandı.
Almaniya Milli Yəhudilər Assosiasiyası
Almaniya Milli Yəhudilər Assosiasiyası (alm. Verband nationaldeutscher Juden‎) — Veymar Respublikası dövründə və Üçüncü Reyxin ilk illərində Adolf Hitleri dəstəkləyən Almaniya yəhudilərindən ibarət təşkilat. == Tarix == Almaniya Milli Yəhudilər Assosiasiyası 1921-ci ilin aprel ayında Maks Nauman tərəfindən təsis edilmişdir. O, 1921–1926-cı və 1933–1935-ci illərdə təşkilatın sədri olmuşdur. Siyasi baxımdan, assosiasiya milli mühafizəkar və monarxist Alman Milli Xalq Partiyasına yaxın idi, hansı ki, assosiasiya ilə əməkdaşlıq etməkdən imtina etmişdir.Assosiasiyanın fəaliyyətləri arasında yəhudilərin alman məhsullarını boykot eləməsinə qarşı mübarizə aparmaq da var idi. Onlar həmçinin, ölkədə yəhudilərə ədalətli şəkildə davranıldığını vurğulayan manifest yayımlamışdılar. 1934-cü ildə qrup belə bu bəyanatı yaymışdır: Ekstremal vətənpərvərliklərinə baxmayaraq, Almaniya hökuməti onların hədəflərini və assimilyasiya olmaqlarını qəbul etməmişdir. Almaniya Milli Yəhudilər Assosiasiyası qeyri-qanuni olduğu bəyan edilir və 18 noyabr 1935-ci ildə ləğv edilmişdir. Maks Nauman həmin gün Gestapo tərəfindən həbs edilir və «Kolumbiya» həbs düşərgəsinə göndərilir. O, bir neçə həftə sonra sərbəst buraxılır.
Yəhudilər
Yəhudilər ya da Cuhudlar (köhnə mənbələrdə Ebrəçilər) (ivr. ‏יהודים‏‎) — qədim İsrail çarlığında yaşamış əhalidən yaranan xalq. Faktiki olaraq dünyanın bütün ölkələrində yaşayırlar. 1948-ci ildən yəhudi dövləti — İsrail də mövcuddur. Sayı təqribən 14 mln. nəfər (2006-cı il rəqəmi), onlardan 40%-i İsraildə, 35%-i isə ABŞ-də yaşayır. Ənənəvi dini iudaizmdir. İsraildə rəsmi dövlət dili ivritdir. Ayrı-ayrı ölkələrdə spesifik yəhudi dilləri var. Onlardan ən çoxsaylısı alman dil qrupuna daxil olan idişdir.
Yaponiyada yəhudilər
Yaponiyada yəhudilər (日本のユダヤ人, Nihon no yudayacin) say baxımından ölkənin ən kiçik etnik qruplarından biridir. Yaponiyaya yəhudilərin ilk axını XIX əsrin ortalarında baş verib. Naqasaki və Yokohama icmaları ölkədəki ilk yəhudi icmaları olsa da, daha sonra bu icmalar yox olmuşdur. Hazırda Tokio və Kobe icmaları Yaponiyadakı yeganə yəhudi icmalarıdır. 2016-cı ilin statistikasına əsasən Yaponiyada cəmi 1000–1400 yəhudi yaşayır. Hər il minlərlə İsrail yəhudisi Yaponiyanı ziyarət etməyə gəlir. ABŞ-nin Okinavada yerləşən hərbi bazasında mütəmadi olaraq 200–300 yəhudi əsilli hərbçi saxlanılır.Yaponiyada yəhudilər üçün üç sinaqoq, ivrit dili məktəbi, mikva fəaliyyət göstərir, eləcə də, mədəni proqramlar təşkil olunur. Tokio və Kobedə yəhudilər üçün koşer qidalar satan yerlər mövcuddur. == Tarix == === XX əsrə qədər === Orta əsrlərin əvvəllərində bəzi Avropa və Orta Şərq yəhudilərinin İpək yolu vasitəsilə Yaponiya ilə ticarət əlaqələri saxladığı ehtimal olunur. 1543-cü ildə Yaponiyaya ayaq basmış və ölkə haqqında yazılar yazmış portuqal dənizçi Fernan Mendeş Pintu yəhudi əsilli şəxs olmuşdur.
Azərbaycan yəhudiləri
Azərbaycanda üç yəhudi icması — dağ yəhudiləri, aşkenazi yəhudiləri və Gürcüstan yəhudiləri icmaları mövcuddur. Bütövlükdə ölkədə yəhudilərin sayı 16.000-dir. Bunlardan 11.000-i dağ yəhudiləridir ki, təxminən 6.000-i Bakıda, 4.000-i Qubada, min nəfəri isə başqa şəhərlərdə yaşayır. Əşkinazi yəhudilər 4,3 min nəfərdir. Onların əksəriyyəti Bakıda və Sumqayıtda yaşayır. Gürcüstan yəhudiləri təxminən 700 nəfərdir. == Dağ Yəhudiləri == Dağ yəhudiləri hazırda ölkədəki bütün yəhudi diasporu arasında çoxluq təşkil edir. Dini əqidələrinə görə, dağ yəhudiləri rəbbanilərdir. Onlar Əhdi-ətiqlə yanaşı, Təlmudu və ravvin rəvayətlərini də dinin əsas mənbələri sırasında götürürdülər. Uzun müddət ali ruhani təhsil ala bilmədikləri üçün Təlmud qaydalarını bir qədər təhrif edilmiş şəkildə izah etmiş, Qafqaz xalqlarının bütpərəstliklə bağlı bəzi təsəvvürlərini mənimsəmişlər.
Azərbaycandakı dağ yəhudilərinin soyqırımı
Azərbaycandakı dağ yəhudilərinin soyqırımı — 1918-ci ildə erməni daşnakları və digər erməni quldur dəstələri tərəfindən Azərbaycanın müxtəlif regionlarında, əsasən də Qubada yaşayan yəhudilərə qarşı törədilmişdir. Soyqırım nəticəsində 3 minə yaxın yəhudi öldürülmüşdür. İnsan Hüquqları İnstitutunun direktroru professor Rövşən Mustafayev bildirmişdir ki, 1918-1919-cu illərdə erməni caniləri Stepan Şaumyanın, Amazaspın və Lalayanın başçılıq etdiyi daşnak quldur birləşmələrinin Azərbaycan ərazisində törətdiyi soyqırım nəticəsində azərbaycanlılarla bərabər, ermənilərlə əməkdaşlıqdan imtina etmiş 3 minədək dinc yəhudi qətlə yetirilib. Bədnam "Böyük Ermənistan" xülyasını həyata keçirmək üçün vandal erməni millətçiləri etnik azərbaycanlılarla yanaşı Cənubi Qafqaz regionunda tarixən yaşayan digər xalqlara da divan tutub, onlara qarşı kütləvi terror törədiblər. Bütün bu faktları olayla əlaqədar yüzlərlə şahid ifadələri, o dövrün tarixi sənədləri, Azərbaycandakı dağ yəhudilərinin qeydiyyat sənədləri, yəhudi ziyalılarının çoxsaylı yazılı müraciətləri təsdiq edir. == Tarixi araşdırmalar == Yəhudilərin çoxsaylı müraciətlərdən sonra AMEA-nın İnsan Hüquqları İnstitutu tarixi faktları, xalqımıza qarşı törədilmiş çoxsaylı cinayətləri araşdırmaq və üzə çıxarmaq istiqamətində geniş işlərə başlayıb. Nəticədə Azərbaycanda dağ yəhudilərinin dini icmasının rəhbərliyinin və Dövlət Arxivinin və ayrı-ayrı vətəndaşların köməkliyi sayəsində əldə olunan sənədlər geniş təhlil olunub, təkcə indiki Quba rayonu ərazisində ermənilər tərəfindən xüsusi amansızlıqla öldürülmüş 87 nəfər dinc yəhudi sakinin adı müəyyənləşdirilib. R. Mustafayev qeyd edib ki, Azərbaycan Respublikası Dövlət Arxivində aşkar olunan ilk sənəd Azərbaycan Demokratik Cümhuriyyətinin Fövqəladə İstintaq Komissiyasının 1918-cu il 2 dekabr tarixli rəsmi sənədi olub. Bu sənəddə Qubada ermənilər tərəfindən qətlə yetirilən dağ yəhudilərinin adlı siyahısı verilib. Azərbaycanda yəhudilərin dini icmasının rəhbəri Semyon İxilov hələlik məlum olan qətlə yetirilmiş yəhudilərin siyahısını açıqlayıb və onların adlarını toplantı iştirakçılarının diqqətinə çatdırıb.
Aşkenazi yəhudiləri
Aşkenazi yəhudiləri (ivr. ‏אשכנזים‏‎, aşkenazim; təkdə: aşkenazi) — Mərkəzi Avropada formalaşmış yəhudi subetnik qrupu. Bu mədəni icma üçün bu terminin işlənilməsinə ilk dəfə XIV əsr mənbələrində rast gəlinir. Tarixən əşkinazi yəhudilərinin böyük əksəriyyət üçün danışıq dili idiş olmuşdur. İkinci dünya müharibəsi zamanı baş verən holokostun qurbanlarının böyük əksəriyyəti əşkinazi yəhudisi olmuşdur. Yəhudilər bu gün dünyanın demək olar, bütün ölkələrində yaşayırlar. 1948-ci ildən yəhudi dövləti - İsrail mövcuddur. Ənənəvi dini iudaizmdir. Yəhudilərin çoxu yaşadıqları ölkənin dilində danışırlar. İsraildə isə rəsmi dövlət dili XIX əsrdə danışıq dili kimi dirçəldilmış ivritdir.
Aşkenazi yəhudilərinin sinaqoqu (Bakı)
Aşkenazi yəhudilərinin sinaqoqu — Bakı şəhərində, Dilarə Əliyeva küçəsi, 171 ünvanında yerləşən Aşkenazi və Gürcüstan yəhudilərinin sinaqoqu. Sinaqoq 2002-2003-cü illərdə memar Aleksandr Harberin layihəsi əsasında qüds memarlıq üslubunda inşa edilmişdir. Sinaqoq son 60-80 ildə Yaxın Şərqdə tikilmiş birinci sinaqoq sayılır. == Tarixi == Avropada ən böyük sinaqoqlardan biri hesab edilən bu tikili köhnə məbədin yerində ucaldılmışdır. Əvvəlki sinaqoq 1945-2002-ci illərdə fəaliyyət göstərmişdir. İkinci dünya müharibəsi qurtardıqdan sonra Sovet hakimiyyəti dini ehtiyacın ödənməsi üçün Aşkenazi, Avropa və Gürcüstan yəhudilərinə qədimdə hərbi anbar olan birmərtəbəli bina ayırmışdır. Burada kişilər ibadət etmək üçün soyuq və nəm zirzəmiyə düşürdülər, qadınlar isə yuxarıdakı otaqda dua edirdilər. Binanın eyvanı da qadınların ixtiyarına verilmişdi.2002-ci ildə yeni sinaqoq binasınnın tikilməsi qərara alınmışdır. Tikintinin maliyyələşdirilməsində təkcə xaricdə yaşayan yəhudi təşkilatları deyil, həmçinin Qafqaz Müsəlmanları İdarəsi və Rus Pravoslav Kilsəsinin Qafqaz və Xəzəryanı Yeparxiyası da yaxından iştirak etmişdir. 2003-cü il martın 9-da yeni sinaqoqun açılış mərasimi olmuşdur.
Aşkenazi yəhudilərinin sinaqoqu (Qroznı)
Aşkenazi yəhudilərinin sinaqoqu — Çeçenistanın paytaxtı Qroznı şəhərində 1902-ci ildə açılmış Aşkenazi yəhudilərinin dini ibadətgahı. 1929-cu ildə sinaqoq bağlanmışdır. Sovet hökuməti tərəfindən sinaqoq binası müxtəlif məqsədləri üçün istifadə edilmişdir. Sinaqoq binası Birinci çeçen müharibəsi zamanı hərbi əməliyyatlar zamanı dağıdılmışdır. Həmin vaxt bina mədəniyyət evi kimi fəaliyyət göstərirdi. == Tarixi == XIX əsrin ortalarında, Qroznıda Sunjanın sağ sahilində Dağıstandan köçmüş dağ yəhudilərinin məskunlaşdığı slobada meydana çıxdı. Tədricən slobada böyüyərək Qroznıda yəhudi məhəlləsinə çevrildi. 1866-cı ildə artıq burada 453 kişi və 475 qadından ibarət yəhudi yaşayırdı. 1875-ci ildə qəsəbədə, demək olar ki, çayın sahilində yəhudilər üçün dua evi tikildi. 1883-cü il məlumatına əsasən Qroznı şəhərində iki sinaqoq fəaliyyət göstərirdi.1900-cü ildə güclü sel daşqını nəticəsində dua evi məhv oldu.
Bağdad yəhudiləri
Bağdad yəhudiləri — XVIII əsrin ortalarında İraqdan (əsasən Bağdaddan) köçən və Hindistanın liman şəhərləri olan Suratda və Mumbaidə məskunlaşan Hindistan yəhudilərinin etnik qrupu. == Tarixi == XIX əsrin əvvəllərində Bağdaddan, Bəsrədən və Hələbdən gələn yəhidilərdən ibarət icmada insanların sayı xeyli artdı və onlar tədricən Hindistanın digər şəhərlərinə-Kəlküttəyə, Punaya və Çennai şəhərlərinə yayıldılar. İcma üzvləri Hindistanın dövlət aparatında, ticarətdə və orduda yüksək uğurlar qazanmışlar. Onlar Hindistan yəhudilərinin - Bəni-İsrail və yəhudi qaçqınlarını Yaxın Şərq və Avropa yəhudilərinin mədəniyyəti ilə tanış edir, ictimai və mədəni tədbirlərdə fəal iştirak edirdilər. Bağdad yəhudiləri Hindistanda məskunlaşdıqları ərazilərdə ivrit dilində kitab nəşr edən tipoqrafiyanın, yəhudi məktəblərinin və sinoqoqların əsasını qoymuşlar. Hindistandakı yəhudi icmasının tərkibində İraqdan gələn yəhudilərlə yanaşı, digər ölkələrdən - İrandan, Əfqanıstandan, Yəməndən, və Suriyadan yəhudilər də var idi.XIX əsrdə Bağdad yəhudi icması təkcə Hindistanda deyil, Cənub-Şərqi Asiyada - Yanqonda, Pinanqda, Şanxayda və Banqkokda yeni icmalar yaratmışlar. Bağdad yəhudiləri ingilis dilində və ərəb dilinin yəhudi-İraq dialektində danışırdılar. Müasir dövrdə İsraildə, Hindistanda, Avropada, ABŞ-da, Kanadada, Avstraliyada, və Pakistanda yaşayan Bağdad yəhudilərinin sayı təxminən 4000 nəfərdir.
Birləşmiş Ərəb Əmirliklərindəki Yəhudilərin tarixi
Braziliya yəhudiləri
Braziliya yəhudilərinin tarixi uzun və qarmaşıq olmuş, Avropadan gələn mühacirlərlə sıx bağlıdır. Yəhudilər Braziliyaya XVI əsrdə Avropada tüğyan edən inkvizisiya məhkəmələrindən qaçaraq gəlmişdir. Vaxtilə Hollandiya hakimiyyətində olan Braziliyada ilk sinaqoq 1636 tarixində Resifidə qurulmuşdur. Yəhudilərin çoxu İspaniya və Portuqaliya inkvizisiyalarından Hollandiyaya qorxub qaçan səfaradlar idi. 1824-cü ildə qəbul edilən Braziliya Konstitusiyasında dini azadlığın elan olunmasıyla yəhudilərin bura köçü sürətlənmişdir. Kauçuk sənayəsinin birdən birə yüksəlişi ilə XIX əsrdə Mərakeş yəhudiləri də bura axın etdi. Ölkəyə gələn yəhudilərin sayı Avropadakı Nasist idarəçiliklə daha da artdı. Sonuncu köç dalğası isə XX əsrin 50-ci illərində Şimali Afrikadan oldu. Hal-hazırda Braziliyada yaşayan yəhudilərin icmaları, sinaqoqları, məktəbləri və s. mövcuddur.
Buxara yəhudiləri
Buxara yəhudiləri (ivr. ‏יהדות בוכרה‏‎, rus. Среднеазиатские евреи, Бухарские евреи) — tacik dilinin Yəhudi-tacik dilaektində danışan yəhudilərin adı.
Bəhreyndəki Yəhudilərin tarixi
Bəhreyn yəhudiləri dünyanın ən kiçik yəhudi icmalarından biridir. Bir vaxtlar 1500-ə qədər əhalisi olan camaatın indi əlli nəfərdən az üzvü, sinaqoq və kiçik bir qəbiristanlığı var. == Eski tarix == Talmud öz mənbələrində bu gün Bəhreyn ərazisində yəhudilərin mövcudluğundan bəhs edir; Məhəmmədin dövründə Həcərdə yəhudilərin olması haqqında ərəb mətnləri də mövcuddur. Tudelalı Benjamin, XII əsrdə Kaysda 500 yəhudinin, əl-Katifada isə 5000 yəhudinin yaşadığını söyləyir. Ayrıca, bu yəhudilərin inci sənayesinin biliciləri olduğunu bildirir. Bəhreynli yəhudi yazıçı Nensi Kheduri, "Başlanğıcımızdan bu günümüzədək" adlı kitabında yəhudi icması haqqında məlumat verir. Khedurinin sözlərinə görə, Bəhreyndə indiki yəhudi icmasının mövcudluğu 1880-ci illərdə İraqlı tacir ailəsi olan Yadgar ailəsi bölgəyə köçəndə başladı. Həm Şura üzvü İbrahim Davud Nonoo, həm də Khedurinin süfrələr və parçalar idxalında aparıcı ailəsi olan buradakı yəhudilər 700.000 nəfərlik ada krallığının cəmiyyətinə birləşdilər. Müəllifə görə, ölkədəki yəhudi əhalisi bir anda 1500-ə çatdı. "Yəhudi kişilərin əksəriyyəti tacir, qadınların əksəriyyəti müəllim və ya tibb bacısıdır və əvvəldən yerlilərlə möhkəm dostluq əlaqələri qurmuşlar" dedi.
Dağ Yəhudiləri Muzeyi
Dağ Yəhudiləri Muzeyi - 2020-ci ildə Qubada açılmış, dağ yəhudilərinə həsr edilmiş, XIX əsrə aid Karcoq sinaqoqunda yerləşən muzey. Dağ yəhudilərinə həsr edilmiş dünyada ilk və yeganə muzeydir. == Binanın tarixi == Muzey Qırmızı qəsəbədə yerləşən XIX əsrə aid Karcoq sinqoqunda yerləşir. Sovet işğalından sonra sinqoq öz fəaliyyətini dayandırıb. Burada bir müddət kənd təsərrüfatı məhsullarının anbarı yerləşib. Sovet İttifaqı dağıldıqdan sonra isə sinaqoq boş qalıb. İllərlə boş qalan sinaqoq qəzalı vəziyyətə düşüb. Sonradan burada əsaslı bərpa işləri aparılıb. Bina 5 metrdən yüksək olan otaq hündürlüyündə və kvadrat formasındadır. Burada daha çox eksponatı sərgiləmək üçün binanın içərisinə ikinci yarus əlavə edilib.
Dağ yəhudiləri
Dağ yəhudiləri, (dağ yəhudilərinin dilində Cuhuro) şərqi Qafqazda, əsasən Azərbaycan və Dağıstanda kök salmış yəhudilər. Dağ yəhudilərini, xüsusilə İsraildə Qafqaz yəhudiləri də adlandırırlar. "Dağ yəhudiləri" və yaxud "Qafqaz yəhudiləri" adı dəqiq təbir deyildir, çünki bu ifadə Qafqaz dağlarında yaşayan Gürcü yəhudilərini əhatə etmir. Dağ yəhudilərinin adı barədə müxtəlif təxminlər vardır. Məsələn, Amiram Barkat İsrailin "Haaretz" qəzetində yazır ki, 19-cu əsrdə Cənubi Qafqazı istila edən ruslar burada at belində və yapıncı geyimli yəhudiləri görəndə çox təəccüblənmiş və onlara "dağ yəhudiləri" "горские евреи" adını vermişlər. "Haaretz" qəzetinə əsasən, "bu təcrid olunmuş yəhudi icması 1 500 ildən çoxdur Cənubi Qafqazda (Azərbaycan və Şimali Qafqazda) yaşayırlar. Qafqaz yəhudiləri üzrə bir sıra elmi əsərin müəllifi, israilli professor Mordexay Altşuler belə fikirdədir ki, dağ yəhudiləri ilə İran və Buxara yəhudiləri arasında bağlar mövcuddur və dağ yəhudiləri 6-cı əsrdə müstəqil etnik icmaya çevrilmişdir. Tarixi mənbələrdə dağ yəhudilərinin öz qonşuları kimi cəsur döyüşçü olduqları qeyd edilir. == Etnik kök == Dağ yəhudilərinin etnik köklərinə gəldikdə, belə təxmin edilir ki, dağ yəhudiləri və tatlar çox qədimdən Qafqazda məskunlaşıblar. Onların ulu əcdadları bir zamanlar İranın cənub-qərb bölgələrində yaşayıb və orada orta-fars dilini mənimsəyiblər.
Dağ yəhudiləri dili
Dağ yəhudiləri dili (cuuri, cuhuri) (öz adlandırmaları: çuhuri / жугьури / ז'אוּהאוּראִ) — tat dilinin dialekti və Şərqi Qafqazda, xüsusi ilə də Azərbaycanda və Dağıstanda yaşayan dağ yəhudilərinin doğma dili. Sayları təqribən 106 min nəfərdir. == Dialektləri == Aşağıdak dialektlərə bölünür: Quba dialekti Dərbənd dialekti Qaytaq dialekti Oğuz rayonu dialekti, hal-hazırda ölmüş dil sayılır.. Digər məlumatlara görə bu dili bilən təqribən 250–300 nəfər İsraildə,Moskvada, Gürcüstanda və Almaniyada yaşayır. == Mənbə == Judeo-Tat page at Ethnologue.com [1] (lüğət, qramatika, kitabxana) Nalçikin dağ yəhudiləri Mountain Jews of Nalchik.
Dağ yəhudiləri teatrı
Dağ yəhudiləri teatrı — əsasən dağ yəhudiləri tərəfindən yaradılmış, dağ yəhudisi mövzularında tamaşaların səhnələşdirilməsi üzrə ixtisaslaşmış teatr. Pyeslər ana dilində (çuhuri) oynanılırdı. == Yaradılması == Dərbənddə dağ yəhudilərinin teatr sənətinin doğulduğu tarix 1903-cü il dekabr ayında, müəllim və sionist Asəf Aqarunovun Naum Şoykoviçin ivrit dilindən tərcümə etdiyi "Yanmaq üçün yandır" hekayəsini səhnələşdirdiyi tarix hesab olunur. Tamaşa məktəb müəllimi Naqdimun ben Simonun (Şimunov) toyu şərəfinə səhnəyə qoyulub.Ənənəvi olaraq, dağ yəhudiləri teatrı Dərbənddə mövcud idi və işləyirdi, çünki burada ən çox dağ yəhudisi yaşayırdı. 1918-ci ildə Dərbənddə ravvin Yaşaiyo Rabinoviçin rəhbərlik etdiyi dram studiyası açıldı. 1924-cü ildən dağ yəhudi kollektivi qısaldılmış "GEM Circle" adını almış Dağ Yəhudi gənclərinin mədəni-maarif dairəsi adlandırılmağa başladı. Ona Yuno Sauloviç Semyonov və Manaşir Şalumov rəhbərlik edirdi.1924-cü ildə Yuno Sauloviç Semyonov Dərbənd dağ-yəhudi dərnəyində iki pyes — "İki dəri satıcısı" və "Hiyləgər çöpçatan" tamaşasını səhnələşdirir.1935-ci ildə Dərbənddə üç truppanın — rus, dağ yəhudisi və türk truppasının daxil olduğu ilk sovet teatrı açıldı. Onun əsasını Manaşir və Xanım Şalumovların rəhbərlik etdiyi dram dərnəyləri təşkil edirdi. Əvvəlcə qadın rollarını dərnəkdə kişilər oynayırdı, sonra ilk qadın aktrisalar gəldi.Bu vaxt teatrın çiçəklənmə dövrü başladı: teatrın səhnəsində çoxlu tamaşalar qoyuldu. 1939-cu ildə Dağ Yəhudiləri Teatrı Dağıstanda keçirilən teatrlar festivalının qalibi oldu.
Dağ yəhudilərinin sinaqoqu (Bakı)
Dağ yəhudilərinin sinaqoqu — Bakı şəhərində, Əli Mərdan Topçubaşov küçəsi, 72 ünvanında yerləşən dağ yəhudilərinin sinaqoqu. Sinaqoq 2011-ci ildə inşa edilmişdir. == Tarixi == Bakıdakı dağ yəhudilərinə məxsus sinaqoqun binası 1945-ci ildən fəaliyyət göstərməkdədir. Sovet hakimiyyəti dövründə ikinci dünya müharibəsi bitdikdən sonra dağ yəhudilərinə şəhərin mərkəzində dini tələbatın ödənilməsi məqsədilə qədim bina ayrılmışdır. Binanın şəraiti çox bərbad idi və buraya ibadətə gələnlər şəraitsizlikdən əziyyət çəkirdilər. Bu cür hal Azərbaycanın müstəqillik qazanmasına kimi davam etmişdir. Müstəqillik dövründə məbəddə təmir-bərpa işlərinə başlanılmış, sinaqoqun ikinci mərtəbəsi tikilmiş, buraya ibadətə gələnlər üçün münasib şərait yaradılmışdır.2010-cu ildə Bakı şəhərində aparılan yenidənqurma və əsaslı bərpa işləri ilə əlaqədar dağ yəhudiləri üçün yeni sinaqoqun inşasına ehtiyac yaranmışdır. 5 aprel 2011-ci ildə Nəsimi rayonu, Əli Mərdan Topçubaşov küç, 72 ünvanda dağ yəhudiləri üçün inşa edilmiş yeni ibadət ocağının açılış mərasimi keçirilmişdir. Memarlıq xüsusiyyətlərinə və ölçülərinə görə təkcə Azərbaycanda deyil, regionda olan digər yəhudi məbədlərindən də fərqlənən sinaqoqun açılış mərasimində İsrailin Azərbaycandakı səfiri Mixael Lavon-Lotem, ABŞ səfiri Metyu Brayza, ölkədə akkreditə olunmuş xarici ölkə səfirliklərinin rəhbərləri, "Qırmızı Qəsəbə" yəhudi dini icmasının sədri Boris Samanduyev, Bakıdakı Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete, Bakıdakı Avropa yəhudiləri icmasının nümayəndəsi Gennadi Zelmanoviç, Avropa Evinin rəhbəri Şaul Davıdov və Azərbaycandakı digər yəhudi təşkilatlarının liderləri iştirak ediblər.
Fars yəhudiləri
Fars Yəhudiləri ( ivr. ‏יהודים פרסים‏‎ ‏ ‎ fars. یهودیان ایرانی‎ یهودیان ‎ - Yəhudilərin etno-linqvistik qrupu. "Fars Yəhudiləri" termini, Yəhudi-İran dillərində danışan ( Əfqanıstan, Orta Asiya və Şərqi Qafqazın Dağ Yəhudiləri kimi) İran Yəhudi icmasının əksəriyyətinə istinad etmək üçün istifadə olunur (İranda yaşayan əhalidən fərqli olaraq, İbrani-Arami dilini qoruyub saxlayan Kürdüstan Yəhudilərinin dili, eləcə də türk dilinin Miandoabi İbrani ləhcəsi). == Terminologiya == "Fars Yəhudiləri" termini geniş şəkildə XVI əsrin əvvəllərindən bəri Əfqan və Buxara Yəhudilərinə də aiddir, belə ki, İran, Orta Asiya və Əfqanıstan yəhudiləri demək olar ki, vahid bir cəmiyyət təşkil edirdilər. XVI əsrin əvvəllərində bu böyük toplumun süqutu. Bu böyük icmanın XVI əsrin əvvəlində iran yəhudiləri və Orta Siya, Əfqanıstan yəhudiləri icmasına bölünməsi XVIII əsrin ikinci yarısından müstəqil əfqan və buxara yəhudiləru icmasına bölünməsi müvafiq bölgələrdə yaşayan yəhudilər arasında əlaqələrin zəifləməsinə səbəb olan siyasi hadisələrlə əlaqələndirilir. == Tarix == Orta əsrlər boyu Fars Yəhudilərinin yazı dili geniş mənada (İran, Əfqanıstan, Orta Asiya və Zaqafqaziyanın cənub-şərqi) İbrani-Fars dili idi. XIX əsrdə buxara yəhudilərinin ədəbi yaradıcılığının yəhudi-fars dilindən yəhudi-tacik dilinə keçidi baş verdi. Hal-hazırda Fars Yəhudilərinin əksəriyyəti İsrail (ikinci nəsil daxil olmaqla 1993-cü ildə 75 min) və ABŞ-da (45 min, yalnız birinci nəsil) cəmləşmişdir.
Gürcüstan Yəhudilərinin Tarix və Etnoqrafiya Muzeyi
Gürcüstan Yəhudilərinin Tarix və Etnoqrafiya Muzeyi (gürc. საქართველოს ებრაელთა ისტორიის მუზეუმი) — Tbilisi şəhərində yəhudi xalqına həsr edilmiş tarixi və etnoqrafiya muzeyi. Muzey Antoni Katolikos və Vaxtanq Beridze küçələrinin kəsişməsində, Azadlıq Meydanından bir qədər aralıda yerləşir. == Tarixi == Muzey 30 noyabr 1932-ci ildə "Yoxsullara Yardım Gürcü Komitəsi" rəhbərliyinin qərarı ildə əsası qoyulmuşdur. Əslində isə muzey artıq 1928 -ci ildə yaradılmışdır. Onun yaradılmasında əsas məqsəd yəhudi işçilərinin mədəni bazası çərçivəsində bir şöbə təşkilatı qurmaq idi. "Yəhudi Tarix -Diyarşünaslıq Muzeyi"nin rəsmi quruluşu 23 noyabr 1933-cü ildə Gürcüstan Xalq Maarif Komissarlığının əmri ilə rəsmiləşdirildi. 1932-ci ildən başlayaraq muzey Yəhudi Mədəniyyət Mərkəzinin binasında (Abesadze küç., 10) yerləşirdi və 1940-cı ildə isə keçmiş "Qübbə sinaqoquna" köçdü. 1951-ci ildə muzey bağlandı və eksponatlar Tbilisi Dövlət Tarix-Diyarşünaslıq Muzeyinə, nadir əlyazmalar kolleksiyası isə - Gürcüstan Dövlət Muzeyinə və Gürcüstan SSR Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna verildi. == Bərpası == 30 noyabr 1992-ci ildə, Gürcüstan hökumətinin qərarı ilə (No 1017), Muzey "Kartu" Fondunun maliyyə dəstəyi ilə bərpa edildi və məşhur ravvin və ictimai xadim David Baazovun adını aldı.
Gürcüstan yəhudiləri
Gürcüstan yəhudiləri – qədimdən Gürcüstan ərazisində məskunlaşmış, burada yaşayan yerli xalqın adət-ənənəsini və dilini mənimsəmişlər. Bu baxımdan onlara "Gürcüstan yəhudiləri" deyil. === Tarixi === Rəvayətə görə, onlar Kartli və İberiyanın ərazisinə ilk dəfə e.ə. VII əsrdə köçmüşlər. Bu Birinci Qüds Məbədinin dağıdıldığı və yəhudilərin Babilistana sürgün olunduğu tarixə təsadüf edir. XIII əsrə aid "Kartlis tsxvoreba" ("Gürcüstanın həyatı") adlı əlyazmada bu barədə deyilir: "Çar Navuxodosonor Qüdsü zəbt etdi. Ordan qovularaq Kartliyə gələn yəhudilər, Mtsxeti hökmdarına bac söz verərək torpaq istədilər. Onlara Araqvi çayı yaxınlığında, Zanavi çay qolunun yanında məskunlaşmağa icazə verildi. Və onlar buna görə vergi verməyə başladılar". Tarixi qaynaqlar göstərir ki, yəhudilər müxtəlif vaxtlarda Bizans və İran dövlətindən, Xəzər xaqanlığından Gürcüstana köç etmiş, əvvəllər burada yerləşmiş soydaşları ilə qaynayıb-qarışmışlar.
Küveytdəki Yəhudilərin tarixi
Litva yəhudiləri
Litva yəhudiləri ( idiş ליטוואַק‎ dilindən Litvak və ya litvek) — Aşkenazi Yəhudilərinin ərazi və linqvistik alt qrupudur və onlarla tarixi bağlılığı olan Ortodoks iudaizmi Böyük Litva knyazlığı ərazisində meydana gəlmişdir. == Fərqli xüsusiyyətlər == === Dil === Litva yəhudiləri aşkenazi yııhudilərinin ərazi linqvistik altqrupu kimi şimal-şərq və ya litva (var idiş ליטװיש‎ litvish) İdiş dili dialektində danışırlar. Bu dialekt tarixən müasir Belarusiya, Latviya, Litva, Rusiya, Ukrayna və Polşanın bəzi bitişik bölgələrində yayılmışdır . Polşa-Litva Birliyinin dövründən bəri, Polşa-Litva dövlətinin daxili ərazi bölgüsü ilə əlaqədar olaraq, Yəhudi mənbələrində bu şimal-şərq dialekti ərazisi "Litva" ( idiş ליטע‎ . lite) paytaxtı və bölgədəki Yəhudi mədəniyyət mərkəzi isə Vilnüs — "Litvanın Qüdsü" ( Ashkenazi Aramaic ירושלים דליטא, erusholayim d'lito) adlandırılır. === Ənənələr === Litvak Yəhudiləri etnolinqvistik bir alt qrup olaraq, özlərinin Yəhudi ləhcəsi və İvrit dili və Arami dilinin uyğun tələffüzünə əlavə olaraq həm də ənənəvi mətbəxin bəzi özünəməxsus xüsusiyyətlərinə də malikdirlər. Aşkenazi Yəhudilərinin yaşayış yerinin şimal bölgələrində (yəni Yəhudi Litvasında, yuxarıya bax) Hasidizmin çiçəkləndiyi dövrdə, əsasən Vilna Gaonun (Litva ənənəsində: Rabbi Eliyohu ben Shleime Zalmena) təsiri sayəsində geniş yayıla bilmədi, əksinə tərəfdarları. Hasidizmin tərəfdarlarına misnagdim ("etirazçılar") adlanan deyildi . Sonradan, bütün misnagdim (Vilna Gaonun ardıcılları, Hasidizmin əleyhdarları) yerləşməsindən və icma mənşəyindən asılı olmayaraq Litvaks adlandırılmağa başladılar. == Tarix == XIX əsrin ortalarından etibarən, yeşiva adlanan mərkəzləri Vilna Gaon ardıcılları tərəfindən Dünya Yeşivası, Voloj və Ponejeva olan dini təhsil üzrə öz sistemlərini inkişaf etdirdilər.
Omandaki Yəhudilərin tarixi
Omandakı Yəhudilərin tarixi
Osmanlı imperiyasındakı yəhudilərin tarixi
Osmanlı İmperiyasındakı yəhudilərin tarixi - Osmanlı İmperiyası ərazisində yaşamış yəhudilərin tarixini əhadə edir.
австрия́к всё равно́ жаропро́чный обсчи́тываться падека́тр перени́зка пиети́зм УА́Зик бетоносмеси́тель возгласи́ть настега́ть огласи́ться окрыли́ться подма́тывание пресе́рвы разла́комиться сантиме́тр decompensation misappreciate road clearance stair-rod unthrone ализариновый нитка травести