YEZNƏ
YƏHƏR-ƏSBAB
OBASTAN VİKİ
Yəhər
Yəhər — Üstündə oturmaq üçün qayışlarla atın belinə bağlanan oturacaq. == Yəhərin növləri == Palan - Minik üçün istifadə edilən heyvanların belinə qoyulan içi samanla dolu primitiv yəhər.
Atları yəhərləyin (film, 1985)
Qanlı zəmi filmi rejissorlar Həsənağa Turabov və Əbdül Mahmudov tərəfindən 1985-ci ildə ekranlaşdırılmışdır. Kəskin süjetli filmdə xalq qisasçısı, əfsanəvi qəhrəman Qaçaq Nəbidən, onun dəstəsinin göstərdiyi igidliklərdən söhbət açılır. Film aktyor Həsənağa Turabovun quruluşçu rejissor kimi kinoda ilk işidir. Film 1-ci kateqoriyaya layiq görülüb. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Həsənağa Turabov, Mömünat Qurbanova, Gümrah Rəhimov, Ənvər Həsənov, Ömür Nağıyev, Eldəniz Quliyev, Rasim Balayev, Ramiz Əzizbəyli, Şahmar Ələkbərov ifa edirlər. == Məzmun == XIX əsrin sonlarında Azərbaycanın torpaqlarında çar canişinlərinin hakimiyyətinə, xalqın hesabına varlanan feodal əyanlarına və tacirlərinə qarşı silahlı kəndli dəstələri yaranırdı. Həmin dəstələrdən birinə xalq qəhrəmanı Qaçaq Nəbi başçılıq edirdi. Onun arvadı qorxmaz Həcər də əri ilə birgə həmin dəstədə vuruşurdu. == Film haqqında == O vaxtlar vəzifə sahibi olan ermənilər filmin istehsalata buraxılmasına əngəl törətməyə başlamışdılar.
Yəhəraltı çaqqal
Yəhəraltı çaqqal (lat. Canis mesomelas və ya Lupulella mesomelas) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. CAR-da və Afrikanın şərq sahillərində Nubiyadan Ümid burnuna qədər ərazilərdə yaşayır. Çaqqalın bu növü insanlara tez alışır.
Yəhərbağlı dağı
Yəhərbağlı dağı – Culfa və Ordubad rayonları sərhədində dağ (hünd. 1929,4 m). Zəngəzur silsiləsinin Dəmirlidağ-Göydağ qolundan cənub-qərbə ayrılan eyniadlı şaxənin suayırıcısında zirvə. Şurut kəndindən 4,0 km şimal-şimal-şərqdədir. Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş kəsik konus formalı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin şimal-şərq cinahında müşahidə edilən Ortakənd sinklinalının cənub-qərb qanadında yerləşir. Zirvə hissəsindən şimal-şərq istiqamətli fay-yerdəyişmə qırılmaları keçir. YARPAQLI-Əhali arasında işlənən digər adı.
Yəhərgədik dağı
Yəhərgədik dağı – Sədərək rayonu ərazisində dağ (hünd. 2049,8 m). Dərələyəz silsiləsinin şimal-qərb istiqamətli Saraybulaq qolunun suayırıcısında zirvə. Günnüt kəndindən 4,5 km şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinin alt hissəsinə aid Dərəlik lay dəstəsinin bazal koqlomeratlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Cənub-şərq yamaclarında Üst Tabaşirin Kampan mərtəbəsinə aid Gərməçataq lay dəstəsinin terrigen-karbonat süxurları açılır. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən Mehridağ antiklinalının Orta Eosenin konqlomeratları altında basdırılmış şimal-şərq qanadıda yerləşir. YAĞARGƏDİK DAĞI – Yəhərgədik dağının başqa adı.
Yəhərli (Tikantəpə)
Yəhərli (fars. يهرلو‎‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 253 nəfər yaşayır (53 ailə).
Yəhərli tapir
Yəhərli tapir (lat. Tapirus indicus)) — Təkdırnaqlılar dəstəsinin Tapirkimilər fəsiləsinin tapir cinsinə aid heyvan növü. İki yarımnövə ayrılır: Hartman dağ zebri (Equus zebr hartmannae) və Equus zebr zebr. Tapirlər arasında ən böyüyü hesab olunur. Bədəninin uzunluğu 1,8-2,4 m, süysününün hündürlüyü 0,75–1 m, kütləsi 250-320 kq olur. İndiyədək məlum olan ən böyük yəhərli tapirin kütləsi 540 kq olub.
Yəhərtəpə
Yəhərtəpə — Laçın rayonu ərazisində dağ. Hocazsu və Ağoğlan çaylarının suayrıcında yerləşir. Hündürlüyü 1404 m. Oronim Yağartəpə variantında da qeydə alınmışdır. Dağın beli yəhər şəklində olduğu üçün belə adlandırılmışdır.
Yəhərçi (Həştrud)
Yəhərçi (fars. يهرچي‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 105 nəfər yaşayır (24 ailə).
Yəhərçi Qazaxlar
Yəhərçi Qazaxlar — Azərbaycan Respublikasının Goranboy rayonunun Yəhərçi Qazaxlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Yəhərçi Qazaxlar kəndi Sarov kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yəhərçi Qazaxlar kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kənd Qazax tayfa birliyinə daxil olan yəhərçi tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir. Mənbələrdə Yarçı Qazaxlar variantında da qeydə alınmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Korçayın sahilində, düzənlikdə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 762 nəfər əhali yaşayır.
Yəhərçi Qazaxlar bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yəhərüstü
Yəhərüstü (Yəhər üzü,Yəhərüzlüyü, Qacarı) — Azərbaycanda yəhərin üstünə salınmaq üçün toxunan kiçik ölçülü xovlu xalça. Azərbaycanda xovlu xalça üsulu ilə toxunmuş və azərbaycanlıların yəhərin yastığının üstünə saldığı rəngbərəng qotazlarla bəzədilmiş kiçik ölçülü yəhərüstünü əsasən imkanlı adamlar toxutdururdular. Yəhərüstü Azərbaycanın bir çox bölgələrində "yəhər üzü" yaxud da "yəhərüzlüyü" adlandırılır.

Digər lüğətlərdə

-ык- бензи́нчик карма́нник катара́кт курга́нчик общедосту́пный передыха́ть плыву́честь пожа́рские прото́пать распуга́ть крезану́ться освежа́ть помеси́ть приня́ть в расчёт ре́нта с откры́тыми глазами теосо́фия костить amyl alcohol cover man health education reversibility rubblework шкурничество