Üstündə oturmaq üçün qayışlarla atın belinə bağlanan oturacaq. (“Koroğlu” dastanının lüğəti)
Yəhər qaşında da yüz qızıl pul var. (“Koroğlunun Ərzurum səfəri”)
*
– Ey Bürcü Sultan, mehtərə verdiyin çörək haram olsun ki, atının yəhər-yüyənini yaxşı bərkitməyib. İndi səni atdan yerə salsam, deyəcəksən ki, yəhər boş idi. Əyil yəhərini bərkit, sonra vuruşaq.
Axmaq Bürcü Sultan aldanıb əyilib yəhəri düzəltmək istəyəndə Koroğlu Qıratı onun üstünə sürüb qılıncın yastısı ilə kürəyinə yüngül bir zərbə endirdi. (Paris nüsxəsi, 5-ci məclis)