YƏSAMİZ
YƏSAVƏR
OBASTAN VİKİ
İsmayıl ibn Yəsar
İsmayıl ibn Yəsar (?-744/749) — VII-VIII əsr Azərbaycan əsilli ərəb ədəbiyyatı şairi. == Həyatı == VII-VIII əsrlərdə yaşayıb yaratmağına və öz dövrünün məşhur şairi olmasına baxmayaraq, orta əsr mənbələrində onun adı nadir hallarda çəkilir. Əbul-Fərəc əl-İsfəhaninin "Nəğmələr Kitabı" sayəsində müasir ərəbşünaslar İsmayıl ibn Yəsarın zəngin irsi haqqında zəruri məlumat verilir. İbn Quteybə İsmayıl ibn Yəsarı köklü azərbaycanlı kimi təqdim etmişdir. Ərəbşünas alim, professor Malik Mahmudov mütəfəkkirin milli mənsubiyyəti haqqında qeyd edirdi ki, İbn Qüteybə (828-889) İsmayıl ibn Yəsarın əslən Azərbaycandan olduğunu yazmışdır. Müasir tədqiqatçılardan ərəb alimi Əhməd Əmin və fars tədqiqatçısı Zabihulla Safa heç bir əsasları olmadan İsmayıl ibn Yəsarı fars şairlərinin siyahısına daxil etmişlər. Məhəmmədəli Tərbiyət isə onun azərbaycan şairi olduğunu təsdiqləmişdir.Ülkər Zakirqızı şairin etnik mənşəyindən bəhs edərkən yazmışdır: İsmayıl ibn Yəsarı Azərbaycandan olduğunu göstərən mənbə və tədqiqatlar da vardır. İbn Quteybənin (828-889) “Şeir və şairlər” (“الشعر و الشعراء”) əsərində şairin Azərbaycandan olduğunu bildirmişdir. Filoloqun bu fikrini əsas götürən tədqiqatlar da vardır. Məşhur alman şərqşünası Karl Brokkelman “Ərəb ədəbiyyatı tarixi” (“تاريخ الادب العربي”) və ərəb alimi Ömər Fərrux “Ərəb ədəbiyyatı tarixi” (“تاريخ الادب العربي”) əsərlərində İbn Quteybənin fikirlərini əsas götürərək şairin Azərbaycandan olduğunu qeyd etmişlər.İsmayıl ibn Yəsarın anadan olma tarixi barəsində mənbələrdə heç bir məlumat verilməsə də, ibn Qüteybə və əl-Mərzubani onun Mədinə şəhərində doğulduğunu qeyd etmişdir.

Digər lüğətlərdə

акцептова́ть баллистокардиогра́фия вду́нуть вознесе́нский инфлуэ́нца лимити́ровать нельго́тник орнаментиро́вка оха́льник правосла́вный басту́ющий блиста́ть отсутствием кни́жник перебази́ровать перемеща́ться прессова́льный припеча́тка седёлочный гнету чекалина beguine shrinkproof дистиллировать сваливать ураган