ZƏVAT
ZINDIQ
OBASTAN VİKİ
Ayman əl-Zəvvari
Ayman al-Zəvahiri (ərəb. أسامة بن محمد بن عوض بن لادن‎ 19 iyun 1951[…], Maadi, Qahirə, Misir krallığı[d] – 31 iyul 2022[…], Kabil) — Əl-Qaidə islamçı hərbiləşmiş qruplaşmasının 2-ci lideri (2011–2022), həkim-oftalmoloq, islam ilahiyyatçısı və cihad nəzəriyyəçisi, yazıçı. == Həyatı == Əl-Zəvahiri 1951-ci il iyunun 19-da Qahirənin Maadi qəsəbəsində, orta təbəqədən olan həkim və alim ailəsində anadan olmuşdur. Onun atası Qahirə Universitetinin Tibb İnstitutunda farmakologiya professoru, babası Rəbiə əl-Zəvahiri isə böyük dini elmlər mərkəzi olan Əl-Əzhər Universitetinin baş imamı olmuşdur.
Bəhailikdə zəvvarlıq
Bəhailikdə zəvvarlıq (ərəb. الحج في البهائية‎) — Bəhailikdə müqəddəs sayılan yerlərə gerçəkləşdirilən ziyarətlərə verilən ümumi ad. Bəhai dinin aktiv müqəddəs ziyarətgahları İsrailin Hayfa şəhərində Babın türbəsi və Əkka şəhərindəki Bəhaullahın yay iqamətgahıdır. Əkka şəhərində həmçinin Bəhaullahın məzarı da yerləşməkdədir. Kitab-i Əqdəsdə bəhailərin həcc ziyarətlərini icra etmələri üçün iki məkanın olduğu göstərilmişdir. Bunlar Bağdad şəhərində yerləşən Bəhaullahın evi və Şiraz şəhərindəki Babın evidir. Surey-i-Həcc dini mətnində hər iki məkana edilən səfərlər zamanı xüsusi ayinlərin icra olunmasından bəhs olunur. İmkanı yetən hər bir bəhainin həcc ziyarətini gerçəkləşdirməsi dinin qaydalarına görə gözlənilir. Zəvvarlar dini məkanların seçimində sərbəstdirlər. Hər iki məkana səfər etmək kimi məcburiyyət yoxdur.
Zəvvarlıq
Zəvvarlıq — müəyyən bir din üçün vacib sayılan coğrafi yerlərə və obyektlərə ibadət etmək, və ya bəzən tanınmayan və ya unudulmuş bir yerə özünün, başqaların, təbiyyətin və ya üstün yaxşılığın yeni mənasını tapmaq və ya onu genişləndirmək məqsədi ilə səyahət. Zəvvarlıq bir sıra dinlər tərəfindən müxtəlif adlar altınd təlim olunur: İslamda həcc Məkkənin və onun ətrafların ziyarətidir. Şiə İslamda bundan əlavə Ərbəin günü Kərbəla şəhərində baş verən mərasimlərə zəvvarlığı var. Bəhailikdə Hayfa və Əkka şəhərlərinə zəvvarlıq edirlər. İlk və ikinci məbədlərin dövrlərində üç zəvvalıqlı bayram var idi: pesah, şavuot və sukkot. Şintoizmdə və yapon Buddizmində Nara şəhərinin ziyarəti. Hinduizmdə, Buddizmdə, Caynizmdə və Siqhizmdə hər hansı müqəddəs obyektinin yerinə gedib, onun ətrafında çevirmək ənənəsi var. Hindistanda ona parikrama, Tibetdə isə kora deyirlər. Müqəddəs torpaqlar üç İbrahimi dinlər (yəhudilik, xristianlıq və İslam) üçün vacib zəvvarlıq istiqamətidir. Birinci səlib yürüşünün səbəblərdən biri o dövrdə Fələstini idarə edən türklərin ora zəvvarlıq edən xristianlara qarşı qaba rəftar idi.
Zəvvarlıq diplomatiyası
Zəvvarlıq diplomatiyası, həcc diplomatiyası və ya Hind mənbələrdə bəzən olduğu kimi dərgah diplomatiyası (hind. Dargah Diplomacy) — siyasi elmdə və beynəlxalq münasibətlərdə işlənilən ifadə. Sərhədarsı zəvvarlıq siyasəti. Onun Hindistan və Pakistan Baş Nazirlərin bir-birin ölkəsində yerləşən dini ziyyarətgahlarına getməsi (məsələn, 2012-ci ildə); Çin Xalq Respublikasının Səudiyyə Ərəbistana gedən həccilərin sayını artmasına yol verməsi və s. kimi nümunələri var.

Значение слова в других словарях