1. Şey. Hər zad. Heç zad yoxdur.
– Nə şirindir məhəbbəttək zad olmaz; Ölənədək könül ondan yad olmaz.
Mən aşıq qan ayağı; Qan əli, qan ayağı; Aşıq bir zad görübdür; Üç başı, on ayağı.
Kişi, məlum zaddı ki, övrətdən güclü olar.
Yox idi könlünü açası bir zad; Dayanmazdı insan, olsa da polad.
// Bəzən söylənmək, istənilən söz yada düşmədikdə, onun əvəzinə deyilir. O … zadı mənə ver.
– Məşədi İbad: – Mən də sən zad deyiləm, rədd ol burdan!
□ Heç zad – heç bir şey.
Heç zadın üstündə şagirdi döymək … mötəbər qaydalardan sayılırdı.
[Məşədi İbad:] İstəyirsən mən də atam kimi səndən heç zad almayım…
2. Adətən başqa sözlərlə birlikdə qeyrimüəyyənlik bildirir (çox vaxt qoşulduğu sözün ifadə etdiyi şeyin əhəmiyyətsizliyini bildirir). Ona bir az şeydən-zaddan ver.
Pul nədir, zad nədir! – Xanım, mən cəlladdanzaddan qorxan deyiləm. “ ”.
[Qurbanəli:] Bir əppəkdən-zaddan ver, zəqqumlanaq.
[Sultan bəy Süleymana:] Buyur, gedək o biri otağa, çaydan-zaddan içək, söhbətimizi də orada edək.