ZAD

is. [ ər. ]
1. Şey. Hər zad. Heç zad yoxdur.
– Nə şirindir məhəbbəttək zad olmaz; Ölənədək könül ondan yad olmaz. M.V.Vidadi.
Mən aşıq qan ayağı; Qan əli, qan ayağı; Aşıq bir zad görübdür; Üç başı, on ayağı. Sarı Aşıq.
Kişi, məlum zaddı ki, övrətdən güclü olar. C.Məmmədquluzadə.
Yox idi könlünü açası bir zad; Dayanmazdı insan, olsa da polad. H.K.Sanılı.

// Bəzən söylənmək, istənilən söz yada düşmədikdə, onun əvəzinə deyilir. O … zadı mənə ver.
– Məşədi İbad: – Mən də sən zad deyiləm, rədd ol burdan! Ü.Hacıbəyov.

□ Heç zad – heç bir şey.
Heç zadın üstündə şagirdi döymək … mötəbər qaydalardan sayılırdı. F.Köçərli.
[Məşədi İbad:] İstəyirsən mən də atam kimi səndən heç zad almayım… Ü.Hacıbəyov.

2. Adətən başqa sözlərlə birlikdə qeyrimüəyyənlik bildirir (çox vaxt qoşulduğu sözün ifadə etdiyi şeyin əhəmiyyətsizliyini bildirir). Ona bir az şeydən-zaddan ver.
Pul nədir, zad nədir! – Xanım, mən cəlladdanzaddan qorxan deyiləm. Koroğlu”.
[Qurbanəli:] Bir əppəkdən-zaddan ver, zəqqumlanaq. N.Nərimanov.
[Sultan bəy Süleymana:] Buyur, gedək o biri otağa, çaydan-zaddan içək, söhbətimizi də orada edək. Ü.Hacıbəyov.

Синонимы

  • ZAD zad bax şey
  • ZAD şey
ZAÇOT
...ZADƏ

Значение слова в других словарях