ZADƏ

Farsca zadən (doğmaq) feili ilə qohumdur, qrammatik əsası “za”dır. Zahı sözü də buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ZABİT
ZAFTA
OBASTAN VİKİ
Zadə
ŞəxslərLütfi Zadə — azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi.ToponimZadə (Qabon) — Qabonda departament.
Lütfi Zadə
Lütfi Zadə (ing. Lotfi Zadeh; əsl adı Lütfəli Rəhim oğlu Ələsgərzadə; 4 fevral 1921, Novxanı, Bakı qəzası, Azərbaycan SSR və ya Bakı – 6 sentyabr 2017, Berkli, Kaliforniya) — Azərbaycanlı ABŞ alimi, süni intellekt sahəsində müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxs. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri. Lütfi Zadə bir çox xarici ölkə akademiyalarının üzvü olub. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmişdir. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Təkcə 1990–2000-ci illərdə onun əsərlərinə 36 mindən çox istinad edilmişdir. Kaliforniyanın Berkli şəhərində "İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu" yaradılmışdır. Lütfi Zadə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun "İnformasiya texnologiyaları problemləri" və "İnformasiya cəmiyyəti problemləri" jurnallarının fəxri baş redaktoru olmuşdur Lütfi Zadə Avrasiya Akademiyasının qurucu üzvlərinin biri olub.
Akif Əli Zadə
Akif Ağamehdi oğlu Əlizadə (25 fevral 1934, Bakı) — Azərbaycan geoloq alimi, Azərbaycan Respublikasının əməkdar elm xadimi (1991), Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı (1991), Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti (2013–2019); Azərbaycan Geoloqlarının Milli Komitəsinin prezidenti; Qafqaz regional idarələrarası stratiqrafik komissiyanın sədri; AR Prezidenti yanında Elmin İnkişafı Fondunun və AR Dövlət Neft Şirkətinin Elm Fondunun himayədarlar şurasının üzvü; AR Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının sədri (2014–2019). == Həyatı == Akif Əlizadə 25 fevral 1934-cü ildə tanınmış Azərbaycan həkimləri Ağamehdi və Əfşan xanım Əlizadələr ailəsində anadan olmuşdur. Mənsub olduğu nəslin nümayəndəsi olan Ağa Seyidəli Mirmövsümzadə uzun müddət Bakı quberniyası Şiələr Məclisinin sədri, sonralar isə Azərbaycanın Şeyxülislamı kimi yüksək vəzifələri tutmuşdur. Nümunə kimi din xadimi Axund ağa Əlizadə və 36 yaşında öldürülən qardaşı Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin birinci katibi Məsud Əlizadəni və Azərbaycan Tibb İnstitutunun prorektoru olmuş, öz kabinetində güllələnərək qətlə yetirilən digər qardaşı Maqsud Əlizadəni göstərmək olar. Orta məktəbi gümüş medalla bitirən Akif Əlizadə Azərbaycan Sənaye İnstitutuna daxil olur. İnstitutu bitirərək neft mədənlərində quyuların tədqiqi üzrə texnik vəzifəsinin icrasına başlasa da, yenidən elmə qayıtdı. 1957-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutuna işə qəbul edildi. == Elmi fəaliyyəti == Akif Əlizadə ardıcıl olaraq əvvəlcə elmlər namizədi, 35 yaşında isə doktorluq dissertasiyası müdafiə etmişdir. Akif Əlizadə SSRİ-də ən gənc yüksək ixtisaslı mütəxəssislərdən biri və Azərbaycan Elmlər Akademiyası sistemində ən cavan direktor müavini olmuşdur. Akif Əlizadənin çoxillik tədqiqatlar əsasında yazılmış əsərlərində Azərbaycanın təbaşir mollyuska faunasının (belemnitlər) kompleksləri barədə təlimin başlıca müddəaları irəli sürülmüş, bu qədim canlıların təsnifatı və filogeniyası verilmiş, paleobiocoğrafi rayonlaşdırma prinsipləri işlənib hazırlanmış, ekologiya və paleopatologiyaya dair məsələlər işıqlandırılmışdır.
Artur Rasi-zadə
Artur Tahir oğlu Rasizadə (26 fevral 1935, Kirovabad) — Azərbaycan Respublikasının 6-cı Baş naziri; İslah-əmək Müəssisələrinin və İstintaq Təcridxanalarının İşinin Təkmilləşdirilməsi Sahəsində Kompleks Tədbirlərin Həyata Keçirilməsi üzrə Prezident yanında Komissiyanın sədri (11.02.1999 — h. h.) == Həyatı == Artur Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1952-ci ildə Lənkəran şəhər 4 №-li orta məktəbi bitirmişdir. Əslən Naxçıvan Muxtar Respublikasındandır. İş fəaliyyətinə 1957-ci ilə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ "AzİNMAŞ"-da mühəndis vəzifəsində başlamış, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində işləmişdir. 1973–1975-ci illərdə "Azneftsənayemaş" birliyində baş mühəndis, 1975–1977-ci illərdə "İttifaqneftmaş" EİB rəisinin birinci müavini-baş mühəndis, 1977–1978-ci illərdə "AzİNMAŞ" Neft maşınqayırması ETİ-nin direktoru olmuşdur. 1978–1981-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1981–1986-cı illərdə AKPMK-də maşınqayırma şöbəsinin müdiri, 1986–1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti Sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası Baş nazirinin birinci müavini) vəzifələrində olmuşdur. 1992–1994-cü illərdə İqtisadi İslahatlar Fondunun məsləhətçisi, 1994-cü ildə "DEKA-B" şirkətində məsləhətçi, 1994–1996-cı illərdə İqtisadi Islahatlar Fondunda məsləhətçi vəzifəsində işləmişdir. 1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilmişdir. 1996-cı ilin may ayından Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, 1996–2003-cü illərdə Baş nazir, 2003-cü ilin avqust–noyabr aylarında Baş nazirin birinci müavini vəzifələrində işləmişdir. 2003-cü ilin noyabr ayından 21 aprel 2018-ci ilədək yenidən Azərbaycan Respublikasının Baş naziri olmuşdur.
Hikmət Cevdet-zadə
Hikmət Cevdet-zadə — (1893-cü il, İstanbul, Osmanlı imperiyası — 17 aprel,1945-ci il, Kansk, SSRİ) Sovet türkoloqu, dilçi, ədəbiyyatşünas, dosent və professoru. == Erkən həyatı == Hikmət Cevdet-zadə 1899-cu ildə İstanbul ümumtəhsil məktəbində təhsil almağa başlamış, 1909-cu ildə məzun olmuş, sonra 1904–1910-cu illərdə gimnaziyada oxumuşdur. 1913-cü ildə İstanbul Pedaqoji İnstitutunu bitirmişdir. 1918-ci ildə O, Batumiyə köçmüş və 1924-cü ildə burada türk məktəbi açmışdır. Hikmət Cevdet-zadə, elə bu şəhərdə müəllimlik edən Nayma Süleymanova Kakabadze ilə evlənmişdir. 1920-ci illərinin sonundan etribarən (hələ tələbə ikən) Hikmət Leninqrad Şərq İnstitutunda Türk dilinin tədrisinə başlayıb. 1926-cı ildə SSRİ-də Acariya Xalq Təhsili Komissarının təşkil etdiyi Birinci Ümumittifaq Türkoloji Qurultayının işində, Gürcüstandan bir nümayəndə kimi iştirak etmişdir. 1930-cu illərdə dosent, sonra Leninqrad Şərq İnstitutunda (LŞİ) professoru olmuş, həmşinin Leninqrad Fəlsəfə, Dilçilik və Tarix İnstitutunda (LFDTİ) (1934-cü ilə qədər); 1931–34-cü illərdə Hərbi- Dəniz Akademiyasında da dərs demişdir. Yaşayan Şərq Dilləri Mərkəzi İnstitutu/LŞİ oxumuşdur. 1933-cü ilin noyabrından SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi işçisi olmuşdur.
Kamil Ayda-zadə
Kamil Aydazadə (tam adı: Kamil Rəcəb oğlu Aydazadə; 23 dekabr 1950, Qusar) — fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA İdarəetmə Sistemləri İnstitutunun "Determenik sistemlərdə qərar qəbuletmənin ədədi üsulları" laboratoriyasının rəhbəri, Azərbaycan Dövlət Neft Akademiyasında "Tətbiqi riyaziyyat" kafedrasının müdiri. == Həyatı == Kamil Aydazadə 1950-ci il dekabrın 23-də Qusar rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirmişdir. Azərbaycan Respublikasının Əməkdar müəllimi adına layiq görülmüşdür. == Pedaqoji fəaliyyəti == 1975-ci ildən Bakı Dövlət Universiteti-ndə "Tətbiqi riyaziyyat" fakültəsi 1999-cu ildən Lənkəran Dövlət Universiteti Hal-hazırda Azərbaycan Dövlət Neft Akademiyasında "Tətbiqi riyaziyyat" kafedrasının müdiri == Elmi fəaliyyəti == 1976–1980-ci illərdə onun tərəfindən işlənilmiş mürəkkəb texniki və texnoloji obyektlərin optimallaşdırılması, modelləşdirilməsi və tədqiqinə dekompozisiya yanaşması elm və texnikanın müxtəlif sahələrində real məsələlərin həlli üçün istifadə olunmuş və bu yanaşma intellektual proqram paket və sistemləri səviyyəsinə çatdırılmışdır. Ayda-zadə K. R. dekompozisiya üsulunu inkişaf etdirərək şəbəkə quruluşuna malik qeyri-xətti optimallaşdırma məsələlərini tədqiq etmək üçün fundamental nəzəriyyə və üsullar yaratmışdır. Bu məsələlər böyük ölçüyə malik olması, zəif və ən mühümi məhdudiyyətlərin yakobianının ixtiyari şəkildə doldurulması ilə xarakterizə olunurlar. Göstərilən xüsusiyyətlər həmin məsələləri C. Dansiq, F. Vulf, E. Q. Qolşteyn, A. A. Pervozvanski, N. Z. Şor və başqaları tərəfindən tədqiq olunmuş böyük ölçülü məsələlər sinfindən fərqləndirir. Onun tərəfindən toplanmış və paylanmış parametrli sistemlərdə çoxlu texnoloji proseslər və texniki obyektlərin (xüsusi halda neftqazçıxarma, xammalın boru-nəqli və s.) idarəetməsi üçün nəzərdə tutulan zona idarəedici təsirlərin sintezinin yeni qoyuluşu və yanaşması təklif olunmuşdur. Onun rəhbərliyi ilə Azərbaycan dili üçün: çap əlyazma, əlyazma mətnlərinin və nitqin tanınması; nitqin sintezi; mətnin və nitqin anlaması intellektual kompüter sistemləri yaradılıb və bu sistemlərində onun tərəfindən dekompozisiya, modelləşdirmə, optimallaşdırma və qeyri səlis nəzəriyyələrinin əsasında hazırlanmış riyazi aparatından istifadə olunub.
Kənan Yusif-zadə
Kənan Yusif-zadə (tam adı: Kənan Rafael oğlu Yusif-zadə; 28 iyun 1973, Qax) — tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının professoru, istefada olan tibb xidməti polkovniki, əməkdar həkim, bir çox beynəlxalq tibbi qurumların üzvü. == Həyatı == Kənan Rafael oğlu Yusif-zadə 1973-cü il 28 iyun tarixində Qax şəhərində anadan olub. == Təhsili == Kənan Yusif-zadə Monqolustanın Xutul şəhərinin 15 saylı orta məktəbində təhsilinə başlamış (1980–1984), daha sonra Sumqayıt şəhərinin 13 saylı fizika-riyaziyyat təmayüllü orta məktəbində davam etdirmiş və oranı gümüş medalla bitirmişdir (1984–1990). 1990-cı ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika II fakültəsinə daxil olmuş və 1996-cı ildə oradan qırmızı diplomla məzun olmuşdur. 1998–2004-cü illərdə Türkiyənin Ankara şəhərində Qazi Universitetinin Tibb fakültəsinin "Ümumi Cərrahiyyə" kafedrasında uzmanlıq (rezidentura) ixtisası üzrə təhsilini başa vurmuşdur. 2004-cü ildə "Mezenterik işemiya – reperfuziya zamanı Anandamidin təsirinin rolu" mövzusunda elmi dissertasiyanı müdafiə etmiş və tibb üzrə fəlsəfə doktoru dərəcəsini qazanmışdır (Ankara, Türkiyə). 2004-cü ildə Türkiyənin Ankara şəhərində Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası ("Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu", TÜBİTAK) tərəfindən dəstəklənən NATO-PC "B" təqaüd proqramı çərçivəsində elmi-tədqiqat işi aparmış və Qazi Universitetinin Tibb fakültəsinin "Qastroenterologiya" kafedrasında üst ixtisasını (Qastroenterologiya və İnvaziv Endoskopiya) başa vurmuşdur. 2008-ci ildə ABŞ-nin Klivlend Klinikasının Kolorektal Cərrahiyyə Departamentində doktorantura təhsili almış, həmin ilin dekabrında isə Meyo Klinikasında Ümumi Cərrahiyyə və Böyrək və Mədəaltı Vəzi Transplantasiyası Departamentində təcrübə keçmişdir. 2013–2015-ci illərdə Hollandiyanın Maastrixt İdarəetmə Məktəbində MBA, 2013–2016-cı illərdə ADA Universitetində "Executive MBA" proqramlarını bitirmişdir. 2016-cı ildə Azərbaycan Tibb Universitetində tibb üzrə elmlər doktoru dissertasiyasını "Миниинвазивные вмешательства при патологиях структур внепеченочной желчной системы" mövzusunda müdafiə etmişdir.
Mehdi Fərzulla-zadə
Mehdi Zaman oğlu Fərzulla-zadə (27 iyul 1995; Azərbaycan — 7 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mehdi Fərzulla-zadə 27 iyul 1995-ci ildə anadan olmuşdur. 2002-2012-ci illərdə Bakı şəhər 208 saylı tam orta məktəbdə orta təhsil almışdır. Hərbi xidmət qulluqçusu olduqdan sonra avtoservis sahəsində çalışmışdır. == Hərbi xidməti == Mehdi Fərzulla-zadə 2013-2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2020-ci ilin sentyabr ayında könüllü olaraq yenidən hərbi xidmətə yollanmışdır. Azərbaycan Ordusunun əsgəri olan Mehdi Fərzulla-zadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Mehdi Fərzulla-zadə 7 noyabr 2020-ci ildə Xocavənd rayonunda yerləşən 612-ci yüksəklik istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehdi Fərzulla-zadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mehdi Fərzulla-zadə ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mehdi Fərzulla-zadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Mehdi Fərzulla-zadə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Mirhüseyn Seyid-Zadə
Mirhüseyn Miryunis oğlu Seyid-Zadə (11 fevral 1991; Moskva, RSFSR, SSRİ — 9 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mirhüseyn Seyid-Zadə 11 fevral 1991-ci ildə Moskva şəhərində anadan olmuşdur. 1997-2006-cı illərdə M.Ə.Sabir adına 5 nömrəli məktəbdə təhsil almışdır. 2007-ci ildə Gəncə Humanitar Kollecinə (indiki Gəncə Dövlət Regional Kolleci) daxil olmuşdur. 2010-cu ildə kolleci “Gömrükxana işi” ixtisasıyla bitirmişdir. Hərbi xidmətini başa vurduqdan sonra 2016-2017-ci illərdə Türkiyə Respublikasının İstanbul şəhərində özəl şirkətdə çalışmışdır. == Hərbi xidməti == Mirhüseyn Seyid-Zadə 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağırılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. 2018-ci ildə Azərbaycana geri dönmüş, Azərbaycan Sülhməramlı Qüvvələrinə qatılmışdır. 2020-ci il iyulun 7-dən etibarən Bakı şəhərində sülhməramlıların tərkibində təlimlərə başlamışdır.Azərbaycan Ordusunun Sülhməramlı Qüvvələrinin əsgəri olan Mirhüseyn Seyid-Zadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Məryəm Qafar-zadə
Məryəm Fikrət qızı Qafar-zadə (1980, Bakı) — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri. == Həyatı == Məryəm Qafar-zadə 11 iyun 1980-cı ildə Bakıda anadan olub. 2006-cı ildən etibarən dövlət qulluğunda çalışır. İxtisasca həkim-bioloqdur. 2009-2017 illərdə Fransanın Strasburq şəhərində Avropa Şurasında layihə rəhbəri vəzifəsində çalışıb, mədəni irs, gənclər siyasəti, təhsil, səhiyyə (pasient hüquqlarının qorunması), sosial bərabərlik (əlillərin hüquqlarının qorunması) və idman (idmana dair beynəlxalq konvesiyalarının monitorinqi) mövzularında müxtəlif beynəlxalq layihələri idarə edib. 80-dən artıq beynəlxalq seminar və konfransda çıxış edən Məryəm Qafar-zadə Avropa Birliyi və Avropa Şurasının “İdmanda gender bərabərliyi” və “Uşaqların zorakılıqdan qorunması” mövzularında müştərək layihələrin spikeri və məruzəçisidir. 2019-cu ildə Avropa Şurasının Anti-Dopinq Konvensiyasına Uyğunluq Komitəsinin rəhbəri vəzifəsinə seçilib.24 avqust 2020-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri təyin edilib və hazırda bu vəzifəni icra edir. Son təyinatadək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Strateji planlaşdırma və beynəlxalq standartların tətbiqi sektorunun müdiri vəzifəsində çalışıb. AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun dissertantıdır. 25 dərc olunmuş elmi məqalənin müəllifidir.
Raymonda Xıdır-zadə
Raymonda Xıdır-zadə (Raymonda Zaur qızı Xıdır-zadə; 10 fevral 1967, Bakı) — Beynəlxalq Dizaynerlər İttifaqı Assosiasiyasının, Azərbaycan və Rusiya Rəssamlar İttifaqının üzvü, Azərbaycanda fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, Jenevədə keçirilən CQE-nin XIV Beynəlxalq konvensiyasının, “Əsrin keyfiyyəti” beynəlxalq mükafatının laureatı. == Həyatı və təhsili == Raymonda Xıdır-zadə 1967-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olubdur. 1984-cü ildə orta məktəbi qızıl medal ilə bitirib, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olmuşdur. 1989-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirib, Bakı şəhərində Tikinti Layihə İnstitutunda proqramçı-mühəndis vəzifəsində, 1992-ci ildən 1997-ci ilə qədər Futurologiya Universitetində riyaziyyat və fizika fənlərindən azərbaycan və rus bölmələrində mühazirə dərsləri aparmışdır. 1997-ci ildən Bakı Dövlət Universitetində fizika fakültəsinin ümumi fizika kafedrasında baş laborant, 2000-ci ildə mexanika-riyaziyyat fakültəsində “diferensial tənliklər” kafedrasında elmi işçi vəzifəsində çalışmışdır. 1998-ci ildə “Ümumiləşmiş idarəsi olan parabolik tənliklə təsvir olunan sistemlərdə optimal idarəetmənin bəzi məsələləri” mövzusunda disertasiya işinə başlayıb 2001-ci ildə müdafiə etmişdir. 2004-cü ilə qədər BDU-da mexanika-riyaziyyat və fizika fakültələrində mühazirə və seminarlar, 2004-2006-cı illərdə Sumqayıt Dövlət Universitetində “funksional analiz” kafedrasında mühazirə və seminarlar aparmışdır. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 2006-cı ildə Raymond-Art floristika və dizayn studiyasını təsis etmişdir. Azərbaycanın müxtəlif şəhərlərində və bir sıra xarici ölkələrdə ( Turkiyə, Hollandiya, Almaniya, İtaliya, İngiltərə, İspaniya, Fransa, İsveçrə, Rusiya) landşaft dizaynı, floristik və dekorativ layihələrin müəllifi və icraçısıdır.Bakı şəhərindəki layihələrdən 2008-2010-cu illərdə Heydər Əliyevin doğum günü münasibətilə Bakı şəhəri H.Əliyev parkında “Gül bayramı” layihəsinin dizayner-rəssamı; 2008-2010-cu illərdə Bakı şəhərində Dənizkənarı parkda “Qayıdış günü”, ”Dirçəliş günü” kimi tarixi təqvim günlərinə həsr olunan konsert səhnələrinin dizayn-tərtibatı və dekorasiyalarının müəllifi; 2008-2010-cu illərdə Novruz bayramı ilə əlaqədar Bakı şəhərində yerinə yetirilən tərtibat işlərinin icraçısı; Qanlı 20 Yanvar faciəsinin 20-ci ildönümündə “Aglayan şamlar” floristik kompozisiyasının müəllifi; Fəxri Xiyabanda Heydər Əliyevin və oftalmoloq Zərifə Əliyevanın məzarları ətrafinda landşaft dizaynının müəllifi; Bakı şəhərindəki Şəhidlər Xiyabanı və bir sıra parkların: Hüseyn Cavid, Səməd Vurğun, Elmlər Akademiyası və s. parklarının, həmin illərdə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə Bakı şəhərinin əsas prospekt və küçələrinin dekorativ-bayram tərtibat layihələrinin dizayner-rəssamı; 2013-cü ildə Türkiyədə Ataturk parkında keçirilən "Çiçək" sərgisində Heydər Eliyevin 90 illik yubileyinə həsr olunmuş layihənin dizayner rəssamı və icraçısı; 2010-2016-cı illərdə Turkiyənin Antalya şəhərində 6 illik Expo-2016 Çiçək sərgisi Beynəlxalq layihənin dizayner-rəssamı; 2010-2013-cü illərdə Moskva ətrafında 100 – qədər şəhər parklarının landşaft dizayneri;2006-2016-cı illərdə studiya Bakıda və 2016-cı ildən bu gunə qədər İtaliyanın paytaxti Roma şəhərində fəaliyyət göstərir.
Validə Əli-zadə
Validə Əlizadə (tam adı: Validə Mövsüm qızı Əlizadə; 31 yanvar 1946, Bakı) — AMEA Botanika İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Büro üzvü, professor, Eyni zamanda 2008-ci ildən həmin İnstitutun Eksperimental botanika şöbəsinin müdiri kimi fəaliyyət göstərir. == Həyatı == Əli-zadə Validə Mövsüm qızı 1946-cı il yanvarın 31-də Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. 1974-cü ildə namizədlik (Moskva), 1994-cü ildə doktorluq (Bakı) dissertasiyalarını müdafiə etmişdir. 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. Azərbaycan EA Botanika İnstitutunda baş laborant (1971–1973), kiçik elmi işçi (1973–1980), böyük elmi işçi (1980–1994), aparıcı elmi işçi (1994–1995) kimi fəaliyyət göstərmişdir. V. M. Əli-zadə 1980-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən baş elmi işçi, 2012-ci ildə professor elmi adlarına layiq görülmüşdür. 1996–2011-ci illərdə AMEA Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini olmuş, 12.2011–10.2021 illərdə AMEA Botanika İnstitutunun direktoru vəzifəsində çalışıb. == Əsas elmi nəticələri == V. M. Əli-zadə tərəfindən ətraf mühitin çirklənməsi şəraitində bitkilərin formalaşması, davamlılığının hüceyrə və molekulyar mexanizmlərinin araşdıırılması, biomüxtəlifliyin qorunması və davamlı inkişafı istiqamətlərində mühüm nəticələr əldə edilmişdir. Yerli və Qafqaz florasının endem və nadir növlərinin müxtəlifliyinin öyrənilməsi, mübahisəli növlərin təhlili, onların statusunun müasir səviyyədə qiymətləndirilməsi nəticəsində V. M. Əli-zadənin məsul redaktor kimi fəaliyyəti sayəsində 2013-cü ildə "Azərbaycanın nadir və nəsli kəsilməkdə olan bitki və göbələklərinin Qırmızı Kitabı"nın 2-ci nəşri çap olunmuşdur.
İlqar Fəti-zadə
İlqar Fəti oğlu Fəti-zadə (30 sentyabr 1956, Kirovabad – 14 aprel 2022, Bakı) — Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini. == Həyatı == İlqar Fətizadə 1956-cı il sentyabr ayının 30-da anadan olmuşdur. 1978-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu malliyyə-statistika ixtisası üzrə bitirmişdir. 1978–1980-ci illərdə hərbi xidmətdə olmuşdur. 1980–1984-cü illərdə Azərbaycan SSR Maliyyə Nazirliyində baş iqtisadçı, şöbə rəisi vəzifələrində işləmişdir. 1988-ci ildə Maliyyə Nazirliyinin Dövlət Orqanlarının Maliyyələşdirilməsi İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. 1992-ci ilin aprel ayında Maliyyə nazirinin müavini, dekabr ayında isə Dövlət Sosial Müdafiə Fondu sədrinin birinci müavini vəzifəsinə təyin olunmuşdur. 1999-cu ildən Maliyyə nazirinin birinci müavinidir. 14 aprel 2022-ci ildə vəfat etmişdir. Ailəli idi.
Cevdet-zadə Hikmət Cevdet
Hikmət Cevdet-zadə — (1893-cü il, İstanbul, Osmanlı imperiyası — 17 aprel,1945-ci il, Kansk, SSRİ) Sovet türkoloqu, dilçi, ədəbiyyatşünas, dosent və professoru. == Erkən həyatı == Hikmət Cevdet-zadə 1899-cu ildə İstanbul ümumtəhsil məktəbində təhsil almağa başlamış, 1909-cu ildə məzun olmuş, sonra 1904–1910-cu illərdə gimnaziyada oxumuşdur. 1913-cü ildə İstanbul Pedaqoji İnstitutunu bitirmişdir. 1918-ci ildə O, Batumiyə köçmüş və 1924-cü ildə burada türk məktəbi açmışdır. Hikmət Cevdet-zadə, elə bu şəhərdə müəllimlik edən Nayma Süleymanova Kakabadze ilə evlənmişdir. 1920-ci illərinin sonundan etribarən (hələ tələbə ikən) Hikmət Leninqrad Şərq İnstitutunda Türk dilinin tədrisinə başlayıb. 1926-cı ildə SSRİ-də Acariya Xalq Təhsili Komissarının təşkil etdiyi Birinci Ümumittifaq Türkoloji Qurultayının işində, Gürcüstandan bir nümayəndə kimi iştirak etmişdir. 1930-cu illərdə dosent, sonra Leninqrad Şərq İnstitutunda (LŞİ) professoru olmuş, həmşinin Leninqrad Fəlsəfə, Dilçilik və Tarix İnstitutunda (LFDTİ) (1934-cü ilə qədər); 1931–34-cü illərdə Hərbi- Dəniz Akademiyasında da dərs demişdir. Yaşayan Şərq Dilləri Mərkəzi İnstitutu/LŞİ oxumuşdur. 1933-cü ilin noyabrından SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi işçisi olmuşdur.
Lütfi Zadə adına Texniki-humanitar lisey
Altı günlük iş rejimi ilə fəaliyyət göstərən liseydə tədris Azərbaycan və rus dillərində olmaqla iki növbəli şəkildə həyata keçirilir. Liseyə qəbul beşinci sinifədən test imtahan yolu ilə aparılır. Hazırda liseydə 47 sinifdə 1147 nəfər şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 88 nəfər müəllim məşğul olur. Pedaqoji kollektiv peşəkar, müasir təhsilin nəbzini tutan müəllimlərdən ibarətdir ki, onlardan dərslik, test kitabları və metodiki vəsait müəllifləri vardır. Metodbirləşmə rəhbərləri müəllimlərin gündəlik fəaliyyətlərinin izlənməsinə nəzarət edir, onların müxtəlif mövzuda metodiki yaradıcılıq fəaliyyətinə cəlb edilməsi istiqamətində müntəzəm işlər aparır. Texniki-Humanitar lisey kollektivi peşəkar təcrübəyə əsaslanır. Tədris prosesi, maraqlı sosial fəaliyyəti birbaşa şagirdlərin düzgün gələcəklərinin təmin edilməsinə istiqamətlənmişdir. == Tarixi == Texniki-Humanitar lisey 2000-ci ildən fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamına əsasən lisey 2015-ci ildə əsaslı şəkildə təmir olunmuşdur. == Nəaliyyətləri == 2008/2009 və 2013/2014-cü tədris illərində Texniki-Humanitar lisey iki dəfə “Ən yaxşı ümumtəhsil məktəb” müsabiqəsində iştirak edərək qalib gəlmişdir və Azərbaycan Respublikasının Prezidenti tərəfindən mükafatlandırılmışdır.
Gürcü zadəganlarının Rusiya hakimiyyətinə qarşı çevriliş cəhdi (1832)
Gürcü zadəganlarının Rusiya hakimiyyətinə qarşı çevriliş cəhdi (gürc. 1832 წლის შეთქმულება) — Gürcüstan dövlətçiliyini və Baqrationilər sülaləsinin hakimiyyətini bərpa etmək üçün Gürcüstanın çar ailəsi və zadəganları tərəfindən hazırlanmış çevriliş və ya sui-qəsd hadisəsi olmuşdur. == Arxa plan == 1801-ci ildə imzalanmış Georgiyevsk müqaviləsinə əsasən Şərqi Gürcüstan (Kartli-Kaxetiya) Rusiya imperiyasına ilhaq edildi. Gürcüstanın zadəgan ailələri isə Rusiyanın digər vilayətlərinə sürgün edildilər. Rus hakimiyyətindən narazı olan gürcülər, Rusiyanın bölgədən çıxmasını və gürcü zadəganlarının yenidən hakimiyyətə gəlməsini istəyirdilər. Şərqi Gürcüstanın son hökmdarı XII Georginin oğlu knyaz Okropir də müstəqilliyə can atan zadəganlar içərisində idi. Okropir və digər yoldaşları Moskva və Sankt-Peterburqdakı gürcü tələbələr ilə toplantılar keçirərək onlara rus hakimiyyəti altındakı ölkələrinə qarşı vətənpərvərlik hissi aşılamağa çalışırdılar. Beləliklə, Tiflis şəhərində Baqrationilər sülaləsini hakimiyyətə gətirmək isətəyən və gizli fəaliyyət göstərən cəmiyyət yarandı.Okropir 1830-ci ildə Gürcüstana səfər etdi. O, səfəri zamanı Gürcüstandakı sui-qəsdçilər və filosof Solomon Dodaşvili ilə görüşlər keçirdi. Həmçinin sui-qəsd planı Qərbi Gürcüstandakı Rusiya tərəfindən ləğv edilmiş İmereti çarlığından olan gürcülər və Abxaziyanın hakim sülaləsi olan Şervaşidzelər tərəfindən də dəstəklənirdi.
Gürcüstan zadəganlarına qarşı sui-qəsd (1832)
Gürcü zadəganlarının Rusiya hakimiyyətinə qarşı çevriliş cəhdi (gürc. 1832 წლის შეთქმულება) — Gürcüstan dövlətçiliyini və Baqrationilər sülaləsinin hakimiyyətini bərpa etmək üçün Gürcüstanın çar ailəsi və zadəganları tərəfindən hazırlanmış çevriliş və ya sui-qəsd hadisəsi olmuşdur. == Arxa plan == 1801-ci ildə imzalanmış Georgiyevsk müqaviləsinə əsasən Şərqi Gürcüstan (Kartli-Kaxetiya) Rusiya imperiyasına ilhaq edildi. Gürcüstanın zadəgan ailələri isə Rusiyanın digər vilayətlərinə sürgün edildilər. Rus hakimiyyətindən narazı olan gürcülər, Rusiyanın bölgədən çıxmasını və gürcü zadəganlarının yenidən hakimiyyətə gəlməsini istəyirdilər. Şərqi Gürcüstanın son hökmdarı XII Georginin oğlu knyaz Okropir də müstəqilliyə can atan zadəganlar içərisində idi. Okropir və digər yoldaşları Moskva və Sankt-Peterburqdakı gürcü tələbələr ilə toplantılar keçirərək onlara rus hakimiyyəti altındakı ölkələrinə qarşı vətənpərvərlik hissi aşılamağa çalışırdılar. Beləliklə, Tiflis şəhərində Baqrationilər sülaləsini hakimiyyətə gətirmək isətəyən və gizli fəaliyyət göstərən cəmiyyət yarandı.Okropir 1830-ci ildə Gürcüstana səfər etdi. O, səfəri zamanı Gürcüstandakı sui-qəsdçilər və filosof Solomon Dodaşvili ilə görüşlər keçirdi. Həmçinin sui-qəsd planı Qərbi Gürcüstandakı Rusiya tərəfindən ləğv edilmiş İmereti çarlığından olan gürcülər və Abxaziyanın hakim sülaləsi olan Şervaşidzelər tərəfindən də dəstəklənirdi.
Zadəgan
Zadəganlar, zadəganlıq — feodal dövlətlərdə ali, imtiyazlı silklərdən (ruhanilərlə bərabər) biri. Onların siyasi qüdrətinin əsasını təhkimli kəndlilərin işlədildiyi torpaq mülkiyyəti təşkil edirdi.
Zadəgan məclis binası
Zadəgan məclis binası — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində iki mərtəbəli bina. == Tarixi == Don atamanı Matvey İvanoviç Platov, hazırda Platov prospekti və Erman meydanı adlanan ərazilərın ortasında özz ailəsi üçün ev tikdirməyi qərara alır. Onun binanın rikintisini başa çatdırmaq istəyi yarımçıq qalır. Matvey İvanoviç Platov vəfat edir. Obun ölümündən sonra təməli qoyulan bina ilə birlikdə ərazi şəhər gimnaziyasına verir. Ancaq don ordu komandanlıı fərqli düşünürdü. Onlar bu ərazidə 1836-cı ildə taxtadan zadənların toplaşması üçün bina inşa edirlər. 1841-ci ildə Zsdəgan məclisinin təsisi qərara alınır. Bu zaman Platovun vaxtı ilə sahibləndiyi ərazidə bina tikmək qəralaşdırılır. 1850-ci ildə bura yeni bina, Zadəgan məclisi inşa edilir.
Zadəgan pişiklər (cizgi filmi, 1970)
Zadəgan pişiklər (ing. The Aristocats) — 1970-ci ildə istehsal olunmuş cizgi filmidir. "Zadəgan pişiklər" cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin 20-ci klassik qısametrajlı cizgi filmidir. Filmin ilk göstərilişi "Buena Vista Distribution" studiyasının distribüterliyi ilə 11 dekabr 1970-ci il tarixində ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində baş tutmuşdur. == İstinadlar == == Xarici keçidlər == Zadəgan pişiklər — Internet Movie Database saytında.
Zadəganlıq
Zadəganlar, zadəganlıq — feodal dövlətlərdə ali, imtiyazlı silklərdən (ruhanilərlə bərabər) biri. Onların siyasi qüdrətinin əsasını təhkimli kəndlilərin işlədildiyi torpaq mülkiyyəti təşkil edirdi.
Zadəli (Urmiya)
Zadəli (fars. زده لو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 102 nəfər yaşayır (27 ailə).
Azərbaycan zadəganlığı
Azərbaycan zadəganlığı — azərbaycanlılar arasında tarixən zadəganlıq titulları daşıyan şəxslər və onların nəsillərinin təşkil etdiyi zümrə. Xanlıqlar dövründə Bakı xanlığını Bakıxanovlar, Qarabağ xanlığını Cavanşirlər, Şəki xanlığını Qara keşiş nəsli və Xoyskilər, Naxçıvan xanlığını kəngərli Naxçıvanskilər, Gəncə xanlığını Qacar qolu Ziyadoğlular idarə etmişdir. == Tarixi == === Azərbaycandilli sülalələr dövrü === XIV əsrin sonlarında yaranan Şəki hakimliyini idarə etmiş Orlat sülaləsi azərbaycanlılaşmış türkdilli monqol sülaləsi idi. XVI əsrdən başlayaraq İran azərbaycan dilində danışan hökmdarlar və hərbçilər tərəfindən idarə edilirdi. Bu zaman fars dilinə idarəçilik, titul adları və hərbi terminologiyada bir çox azərbaycanizmlər daxil olmuşdur. İdarəçilik sahəsində Azərbaycan mənşəli sözlərə yüzbaşı, minbaşı, bəylərbəyi misal göstərilə bilər.Səfəvi imperiyasında Azərbaycan dili hakimiyyətin, sarayın, qızılbaş hərbi təşkilatının və dini liderlərin dili, dövləti idarə edən sülalənin ana dili idi. Saray dilinin Azərbaycan dili olması nəticəsində paytaxt şəhərlərdə (Təbriz, Qəzvin və İsfahan) bu dilin istifadəsi təşviq edilirdi. Saray mərasimləri də Azərbaycan dilində aparılırdı. Səfəvilər dövründən başlayaraq Azərbaycan dili talış dilini daha güclü şəkildə sıxışdırmağa başladı və talış aristokratiyası Azərbaycan dilinin yayılmasına və tədrisinə dəstək verdi.Qacarlar dövləti dövründə Azərbaycan dili sarayın və Azərbaycan tayfalarından təşkil edilmiş ordunun dili idi, fars dili ilə birlikdə hər iki sarayda (Təbriz və Tehran) geniş yayılmışdı. Qacar hökmdarları vəliəhd şahzadə olduqları zaman xidmət etdikləri Təbrizdə azərbaycanlıların əhatəsində türk dili, mədəniyyəti və adətlərinə daha çox bağlanır, taxta çıxdıqdan sonra özlərini Azərbaycan türkləri ilə əhatə edirdilər.

Digər lüğətlərdə

...копе́ечный зво́нкость мольба́ наруба́ться невылазно нечу́ткий подру́чник поостере́чься ткачи́ха шпе́ндик ко́лкий проро́ческий эмалиро́ванный challah child's play deviate inquisitor jobmaster make up nainsel strep tahsil two-shift втолкнуть тупоголовый