ZAHA

(Gədəbəy, Tovuz)
təzə doğmuş (qırxı çıxanadək) qadın. – Arvat zahadı, hələ bilmərrə işdə:məz (Gədəbəy); – Suqra zahadı (Tovuz)
ZAĞNABIT
ZAHI
OBASTAN VİKİ
Zaha Hadid
Zaha Hadid (ərəb. زها حديد‎; 31 oktyabr 1950[…], Bağdad[…] – 31 mart 2016[…], Mayami, Florida[…]) — İraq ərəb əsilli Britaniyalı, dekonstruktivist memar. 2004-cü ildə Hadid Pritsker Memarlıq mükafatına layiq görülən ilk qadın-memar olmuşdur. == Həyatı == Zaha Hadid 1950-ci ildə Bağdadda, doğulub. Londonda Arxitektura Assosiasiya Məktəbində oxuyub. 1980-ci illərdə, Arxitektura Assosiasiya Məktəbində dərs deyib. Həmçinin dünyada nüfuzlu təşkilatlarda dərs demişdir. Bundan əlavə, o Amerikan İncəsənət İnstitutunun Fəxri Üzvüdür. Avstriyada Vyanada Tətbiqi İncəsənətlər Universitetində professor olmuşdur. Çoxlu beynəlxalq yarışın qalibidir, Honkonqda (1983-cü il) Peak Klub və Uelsdə (1994) Cardiff Bay Opera House onun işlərindəndir.
Zaha Hadidin əsərlərinin siyahısı
Aşağıdakı siyahıda İraq mənşəli Böyük Britaniya dizayner və memarı Zaha Hadidin əsərləri göstərilmişdir. Hadid 1950-ci ildə Bağdadda yüksək təhsilli ərəb ailəsində doğulmuşdur. 2004-cü ildə Pritsker mükafatına layiq görülmüş ilk ərəb qadın olmuşdur. 2010-2011-ci illərdə Hadid Britaniya Memarları Kral İnstitutunun Stirlinq mükafatına layiq görülmüşdür. 2012-ci ildə Britaniya İmperiyası Ordeninə layiq görülmüş Hadid, 2015-ci ildə Kral Qızıl Medalı almış ilk qadın olmuşdur.Müasir həyatın xaos və axınını əks etdirən ifadəli, bir neçə prespektivə malik geniş axıcı formalar və parçalanmış həndəsi elementlər yaratmaqla Zaha Hadid memarlığı ənənəvi həndəsi formalardan azad etmişdir. Parametrisizmin pionerlərindən biri olan Hadid, həm də neo-futurizmin ikonik təmsilçilərindəndir.Siyahıda həyata keçirilmiş layihələr yaşıl fonda, inşa edilməmiş və ya hazırlanmamış layihələr isə ağ fonda verilmişdir. == Memarlıq layihələri == === İctimai binalar === === Mülki binalar === === İnteryer dizaynı === == Digər dizayn layihələri == === Sərgi pavilyonları === === İnstaltasiyalar === === Ev əşyaları dizaynı === === Dəb dizaynı === == Başqa işləri == == İstinadlar == == Ədəbiyyat == Philip Jodidio - Zaha Hadid: Complete Works, 1979-2009, TASCHEN America Llc, 2009, 500 səh. Zaha Hadid, Aaron Betsky - Zaha Hadid: The Complete Buildings and Projects, Rizzoli, 1998, 176 səh. Aaron Betsky - The Complete Zaha Hadid, Thames & Hudson, 2016, 288 səh.
Mariya Zaharova
Mariya Vladimirovna Zaharova (24 dekabr 1975, Moskva) — rusiyalı dövlət qulluqçusu və diplomatdır. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (XİN) informasiya və mətbuat departamentinin direktoru, 10 avqust 2015-ci il tarixindən Rusiya XİN-in rəsmi nümayəndəsi. Diplomatik dərəcə var — fövqəladə və səlahiyyətli səfir (2020). Rusiya XİN Kollegiyasının üzvü, tarix elmləri namizədidir. == Həyatı == === Ailə və uşaqlıq === Babası — Yuri İvanoviç Zaharov, milliyyətcə Mordvin (Erzya), Samara vilayətinin Stepnaya Şentala Mordoviya kəndində anadan olmuşdur . Atası — Vladimir Yuriyeviç Zaharov diplomat, şərqşünas, 1948-ci ildə Moskvada anadan olmuş, 1971-ci ildə A. A. Jdanov adına Leninqrad Dövlət Universitetinin "Çin dili və ədəbiyyatı" fakültəsini bitirib, 1980–2014-cü illərdə SSRİ/Rusiya XİN-də işləyib. 1980–1993-cü illərdə SSRİ/Rusiya Çindəki səfirliyinin katibi, 1997–2001-ci illərdə Rusiyanın Çindəki səfirliyinin mədəniyyət, informasiya və təhsil üzrə müşaviri, 2001–2003-cü illərdə Rusiya Xarici İşlər Nazirliyinin Asiya-Sakit okean əməkdaşlıq departamentinin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) şöbəsinin rəisi, 2007–2010-cu illərdə ŞƏT baş katibinin müavini, 2010–2012-ci illərdə — Rusiya Xarici İşlər Nazirliyinin baş müşaviri, 2012–2014-cü illərdə Pekində ŞƏT Katibliyinin müşaviri, 2014-cü ildən — Şərqşünaslıq Məktəbinin Ali İqtisadiyyat Məktəbinin Dünya İqtisadiyyatı və Dünya Siyasəti fakültəsinin baş müəllimi, Qara Dəniz-Xəzər Regionu Siyasi Araşdırmalar İnstitutunun direktoru . Ana — İrina Vladislavovna Zaxarova — 1949-cu ildə anadan olub, 1977-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsinin sənətşünaslıq fakültəsini bitirib, sonra Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyində işləməyə başlayıb, hazırda isə estetik tərbiyə şöbəsinin baş elmi işçisidir; 1994-cü ildə Rusiya Rəssamlıq Akademiyasında "Çin xalq oyuncaqlarının ənənəvi əsasları" mövzusunda dissertasiya müdafiə etmişdir, sənətşünaslıq namizədi, "Ailə qrupları" nın, musiqi proqramlarının, eksperimental layihələrin rəhbəri, Rusiya Federasiyasının əməkdar incəsənət xadimi, Rəssamlar İttifaqının Moskva Təşkilatının üzvüdür. . M. V. Zaxarovanın uşaqlığı diplomat atasının işlədiyi Pekində keçib, ilk dəfə oraya 1980-ci illərin əvvəllərində gəlib. Anası həmin vaxt Pekində Səfirliyin konsulluq şöbəsində işləyirdi.
Tenqku Tenqah Zaharah məscidi
Tenqku Tenqah Zaharah məscidi — Malayziyada su üzərində inşa edilmiş ilk üzən məscid. Məscid Kuala Trenqanu şəhərinin 4 km-də Kuala İbay çayının enli mənsəbi yaxınlığında Kuala İbay laqun yaxınlığında yerləşir. 1993-cü ildə tikintisinə başlanılmış və 1995-ci ildə tamamlanmışdır. Məscidin rəsmi açılışı Trenqanunun keçmiş sultanı Əl-Mərhum Sultan Mahmud Əl-Müktəfi Billah Şah tərəfindən 1995-ci ilin iyulunda olub. Məscid müasir və mavritan memarlığının elementlərini özündə birləşdirir. Məscidin ağ strukturu təxminən 5 akr ərazini əhatə edir və eyni zamanda 2000 nəfər ibadət edə bilər. İki piyada körpüsü hər iki tərəfdən məscidi quru ilə əlaqələndirir.
Zahari burnu
Zahari burnu (Nos Zahari \'nos za-'ha-ri\) — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən cənub-qərbdə yerləşən buzlaqlardan azad olan burundur. Mikalvi buxtasından şimal-qərbdə yerləşmişdir. Buzlaqlardan azad olan burnun səthinin sahəsi 21 hektardır.Burun Bolqarıstan yazıçısı və tarixşünası Zahari Stoyanovun (1850–1889) adını daşıyır. == Yerləşməsi == Neqra burnundan 6.8 km cənub-şərqdə, Beron burnundan 1.8 km cənub-şərqdə, Edvards burnundan 2 km şimal-qərbdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov.
Zahariadia
Quşsüdü (lat. Ornithogalum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinə aid bitki cinsi. Ornitoqalum cinsinin adı yunancadan tərcümədə "quşsüdü" deməkdir. Avropa, Asiya və Afrikanın mülayim iqlimli və subtropik zonalarında yayılmış bu bitkinin 150-yə yaxın növü məlumdur. Gülçülükdə 15 növündən geniş istifadə olunur. Gülçülükdə aşağıdakılar xüsusilə məşhurdur: Çətirli quşsüdü (O. umbellatum) — ağ çiçəkləri çətir çiçək qrupunda toplanmış çoxillik bitkidir. İri quşsüdü (O. magnum) ağ gülləri salxım çiçək qrupuna toplanmış bitkidir. Bəzi növlərin zərif olduğu üçün quşsüdünü qida elementləri ilə zəngin olmayan, qeyri — münbit torpaqlarda əkmək çətinlik yaradır. Onları otaq bitkiləri kimi yetişdirirlər. Quşsüdü bitkisinin soğanaqlarını yarımkölgəli yerdə, 6–10 sm dərinlikdə, avqustda ya da sentyabrda açıq torpağa əkirlər.
ехи́дничать комбико́рм неопря́тно перевира́ть по-лангоба́рдски поразве́сить присеме́нивать приуста́ть годова́ть дымле́ние мино́рно обсе́чь поздне́йший раздобре́ть румя́нец свободноконверти́руемый утяжеля́ть электрохо́д folly overstream pokerish time-table clerk изрыть неправоспособность холодостойкий