ZAHİD

is. [ ər. ]
1. Dünyanın zövq və nemətlərindən əl çəkib vaxtını ibadətlə keçirən dindar adam.
Zahidi-xudbin nə bilsin zövqünü eşq əhlinin; Bir əcəb meydir məhəbbət kim, içən huşyar olur. Füzuli.
Pərdeyidam eyləmiş zahid ridasın xəlq üçün. Qövsi.
İstəyir cənnəti zahid bu qədər hiylə ilə; Əbləhin fikrini gör, dildə təmənnasına bax. S.Ə.Şirvani.

2. məc. Cəmiyyətdən, insanlardan qaçaraq qapalı həyat keçirən adam haqqında. Zahid olub, heç kəsə qarışmaz.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ZAHİD zahid bax 1. ibadətçi; 2. guşənişin
  • ZAHİD dindar

Antonimlər (əks mənalı sözlər)

  • ZAHİD ZAHİD – RİND İstəyir cənnəti zahid bu qədər hiylə ilə; Əbləhin fikrini gör, dildə təmənnasına bax (S
ZAHILIQ
ZAHİDANƏ

Digər lüğətlərdə