ZAHİRƏN

zərf [ ər. ] Xarici görünüşünə, görkəminə görə, xaricən, üzdən.
Zahirən kim gözü görməz fələki-xunxarın; Məni bu gündə görən böylə sitəmkar olmaz. Qövsi.
…On-on beş adam zahirən seyid libasında, başlarında yaşıl əmmamə və bellərində yaşıl qurşaq hər iki tərəfdən bizi əhatə edib yapışdılar atlarımızın cilovundan. C.Məmmədquluzadə.
Zahirən … [Tehranın] sakitlik və ətalətini pozacaq bir hərəkət gözə dəymirdi. M.İbrahimov.
Səməd zahirən, doğrudan da, mürgüləyən adama bənzəyirdi. İ.Hüseynov.

// Anlaşıldığı üzrə, məlum olduğu üzrə.
Bir cavan tazədən gəlib ərsəyə; Əcaib oğlandır, adı Məhəmməd; Zahirən özütək pak imiş əsli; Ola bilməz heç övladi-Məhəmməd. M.P.Vaqif.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ZAHİRƏN üzdən — görkəmdən — xaricdən
ZAHİRDƏ
ZAHİRİ

Digər lüğətlərdə

-ельн-(ый) дочу́рочка распра́стываться эустре́сс я́русность ве́яный виногра́динка ни за что́ оби́да откры́то поименова́ть приско́рбно пронырну́ть румб точне́е рынок diamagnetism dinkey flawy lawfulness nullipara pronounce Punchinello индифферентность фоторепортёр