ZALIM

sif.is. [ ər. ]
1. Zülm edən, zülmkar, qəddar, mərhəmətsiz, insafsız. Zalım padşah. Zalım istismarçılar.
– Mən görmüşəm, kafirim də görməsin; Nə yaman dərd imiş zalım ayrılıq. Molla Cümə.
…Bir dəstə zalım bir yerə cəm olub və özlərinə bir başçı qərar verib minmişdilər camaatın boynuna. C.Məmmədquluzadə.
Eh zalım xan! Zalım xan! Sən qorxub öz canından; Yurdu versən hər yada; Kor olasan dünyada. S.Vurğun.

2. zar. Bəzən bacarıqlı, zirək, məharətli adam haqqında.
Avropa üləmasının övrət məsələsinə dair yazılarını oxuyanda görürsən ki, bu zalımlar dünyanın hər bir guşəsindən xəbər verirlər. C.Məmmədquluzadə.

// Eyni mənada bəzən oğlu, balası, uşağı və s. sözlərlə işlənir. Zalım oğlu yaman güləşirdi.
Zalım qızında bir səs var ki… – Ağzını açan kimi, Hacı zalım oğlu onun kimi, bəlkə ondan da yaxşı danışmağa başlayır. C.Cabbarlı.
[Mərcan bəy:] Ay zalım balası, zalım! Məni sən aldatdın! Ü.Hacıbəyov.
Sarı simə keç, ay zalım balası, sarı simə. M.İbrahimov.
[Qaradonlu:] Dedi-qodu gəzdirməsə, dinclik tapmır da, zalımın qızı. İ.Hüseynov.

◊ Zalım sual – çətin sual, cavab verilməsi çətin olan sorğu.
Bir tərəfdən uşaqların faciəli halları, o biri tərəfdən Zəhranın zalım sualı Zeynala artıq dərəcədə təsir etdi. S.Hüseyn.
Bu zalım sual qılınc kimi qarşımda durdu. T.Ş.Simurq.

Синонимы

  • ZALIM ZALIM [Tağı:] Bəradər, mən deyəndə ki, .. padşah zalın idi, onun zamanında dədəm yazığın köynəyinin boynu barmaq qalınlığında çirk bağlamışdı, siz nə
  • ZALIM zülmkar — qəddar — mərhəmətsiz — insafsız — qaniçən

Антонимы

  • ZALIM ZALIM – ADİL Bu, Cahan xanım kimi zalım və qorxulu deyildi (M.İbrahimov); Mötəbər hədisə görə, üç nəfər adil şahid şəhadət versə,
ZALXA
ZALIMANƏ
OBASTAN VİKİ
Zalım astrakanta
Zalım gəvən (lat. Astragalus insidiosus) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda və Azərbaycanda təbii halda bitir. == Botaniki təsviri == Yarpağını tökən koldur. Kolları qısa budaqlıdır. Yarpağı seyrək tüklü, azca əyilmiş, 2-3,5 sm uzunluqda olub, tikanlıdır. Yarpaqcıqların miqdarı 3-4 cüt olub, xətvari, 8–16 mm uzunluqda, 1–2 mm enindədir. Tikanların ucu şişdir. Birillik budaqların üzərindəki yarpaqların qoltuğunda 3 çiçəkdən ibarət, başcıq formalı çiçək qrupu əmələ gətirir. Çiçəkaltlığı xətvarı, 7- uzunluğunda olur.
Zalım gəvən

Zalım Şəhər
Wicked City (yap. 妖獣都市; azərb. Zalım Şəhər‎) – 1987-ci ildə çəkilmiş tam metrajlı animedir. Animenin rejissoru Yoşiaki Kavaciridir. == Xarici keçidlər == Wicked City — Internet Movie Database saytında.
Yaxşı, pis, zalım
Yaxşı, pis, zalım (ing. The Good, the Bad and the Ugly, it. Il buono, il brutto, il cattivo) — Serco Leone tərəfindən vestern janrında çəkilmiş film. "Bir ovuc dollar" (1964) və "Bir neçə dollar üçün" (1965) filmlərilə başlayan trilogiyanın sonuncusudur. == Məzmun == Amerikada vətəndaş müharibəsi dövründə, quldur Tuko Ramirez (Zalım) Sarışın (Yaxşı) tərəfindən tutularaq dövlət adamlarına təslim edilir. Sarışın quldurun tutulmasına görə vəd edilən pulu alır. Buna baxmayaraq, o, Tukonu asılarkən kəndirə açdığı atəşlə ölümdən xilas edir. Sentenza (Pis) isə Bill Karson adında böyük bir miqdarda qızılı gizlətmiş şəxsin izinə düşür. Tuko səhranın ortasında Sarışını öldürmək istəyərkən Bill Karsonla rastlaşırlar. Karson qızılları bir qəbirdə gizlətdiyini söyləmiş və oradaca vəfat etmişdir.
Yaxşı, pis, zalım (film, 1966)

Bu zalım dünyada doğulma (teleserial, 2009)
Bu zalım dünyada doğulma — Hindistan serialı. == Məzmun == Ammaci Virpur kəndinin başçısıdır. O, həmin kənddə qızların doğulmasına qadağa qoymuşdur. Lakin sonradan onun kiçik oğlu Raghavın həyat yoldaşı Sia seçkilərdə qalib gəlir və kəndin başçısı təyin edilir. Həmin gündən sonra Ammacinin planları baş tutmur. Sianın əkiz qızları olur. Lakin Sia ölür. Ammacinin düşmənləri tərəfindən Raghav da öldürülür. Aradan 18 il ötür. Sia ilə Raghavın qızları onların yolunu davam etdirirlər.

Значение слова в других словарях

бесхозя́йственность гала́-представле́ние подсма́триваться распредели́ть сноха́ческий уволочи́ть доче́рчиваться кото́рый-либо окочене́лый переформирова́ть протоколи́роваться тусте́п acidity fining glyptoliths phono- sister ships squamosal subtenancy tape recorder осушать отобразиться полиуретан пялиться реал