ZAHİRİ
ZALIM
OBASTAN VİKİ
Zaqafqaziya
Cənubi Qafqaz (rus. Южный Кавказ ing. South Caucasus) — Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsinin cənubunda yerləşən, Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərindən ibarət coğrafi-siyasi bölgə. == Tarixi == Cənubi Qafqaz bölgəsi tarixən siyasi, dini və mədəni müsabiqələrin və mübarizənin sahəsi olmuşdur. Bölgənin köhnə dövlətləri içində Albaniya, İberiya krallıqları iştirak etməkdədir. Bu krallıqlar daha sonra Əhəməni İmperatorluğu, Parf İmperatorluğu və Sasani İmperatorluğuna birləşdirilmişdir. Nəticədə, əvvəl Zərdüştlük, sonra da Xristianlıq bölgədə suveren dinlər olmuşlar. 7-ci əsrdə bölgəni Xilafətin ələ keçirməsi ilə Cənubi Qafqazda İslam yayılmağa başlamışdır. Sonrakı əsrlər içində Səlcuqların, Monqolların və Türk xanlıqlarının suverenliyində olan bölgə, 1501-ci ildə Səfəvi dövlətinin rəhbərliyinə keçmişdir. 17-ci əsrdəki qısa davamlı Osmanlı hakimiyyəti xaricində, 18-ci əsrin ortalarına qədər bölgə ümumi olaraq Səfəvi suverenliyində qalmışdır.
Zaqafqaziya DFR
Zaqafqaziya Demokratik Federativ Respublikası (ZDFR; 22 aprel – 26 may 1918) indiki Ermənistan, Azərbaycan və Gürcüstan ərazisinin böyük hissəsini, Rusiya və Türkiyənin bəzi hissələri habelə Qafqazda qısa ömürlü dövlət idi. Gürcüstan müstəqilliyini elan edənə qədər dövlət cəmi bir ay yaşamış, az sonra isə Ermənistan və Azərbaycan olmuşdur . ZDFR-ni təşkil edən bölgə Rusiya İmperiyasının bir hissəsi idi. 1917-ci il Fevral Inqilabı zamanı imperiya dağılan və müvəqqəti hökumət ələ keçirən kimi, Xüsusi Zaqafqaziya Komitəsi (Ozakom) adlı oxşar orqan Qafqazda da eyni şeyi etdi. Oktyabr inqilabından və Rusiyada bolşeviklərin yüksəlişindən sonra Ozakomu Zaqafqaziya Komissarlığı əvəz etdi. 1918-ci ilin martında Birinci Dünya müharibəsi davam edərkən, Komissarlıq bölgəni işğal etmiş Osmanlı İmperiyası ilə sülh danışıqlarına başladı. Lakin Osmanlılar Komissarlığın səlahiyyətlərini qəbul etməkdən imtina etdiyi üçün danışıqlar pozuldu. Rusiyanın müharibədə iştirakına son qoyan Brest-Litovsk müqaviləsi Zaqafqaziyanın bir hissəsini Osmanlı İmperiyasına verdi və o, əraziyə nəzarəti ələ keçirmək üçün onun işğalını davam etdirdi. Bu gözlənilməz təhlükə ilə üz-üzə qalan 22 aprel 1918-ci ildə Komissarlıq özünü ləğv etdi və ZDFR-ni müstəqil dövlət olaraq elan etdi. Dövləti dərhal tanıyan Osmanlı İmperiyası ilə danışıqlara rəhbərlik etmək üçün qanunverici orqan olan Seym yaradıldı.
Zaqafqaziya Komissarlığı
Zaqafqaziya Komissarlığı (rus. Закавказский Комиссариат) — 15 noyabr 1917-ci il —10 fevral 1918-ci illərdə Cənubi Qafqazda mövcud olmuş dövlət qurumu. Sədri Yevgeni Gegeçkori olmuşdur.
Zaqafqaziya Konfransı
Zaqafqaziya Konfransı — Azərbaycan, Gürcüstan, Ermənistan və Dağlılar respublikaları nümayəndələrinin 1918–1919-cu illərdə Qafqazda münaqişələri nizama salmaq və əməkdaşlığı inkişaf etdirmək üçün keçirdikləri konfranslar. == Zəmin == 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra ölkənin xarici siyasəti qarşısında duran ciddi məsələlərdən biri qonşu dövlətlərlə mehriban əlaqələr yaratmaq, müəyyən məsələlərə münasibətdə Qafqaz həmrəyliyinə nail olmaq idi. Azərbaycan Parlamentinin Dağıstan, Gürcüstan və Ermənistana göndərdiyi müraciətdə deyilirdi: == Birinci Konfrans == Birinci dünya müharibəsinin sona çatdığı bir şəraitdə qarşıdan gələn sülh konfransında Qafqaz dövlətlərinin ümumi mövqedən çıxış etmələri və aralarındakı problemlərin həlli üçün Gürcüstan tərəfi 1918-ci il oktyabrın 27-də Azərbaycan, Ermənistan və Dağlılar respublikalarına müraciətlə Zaqafqaziya Konfransında iştirak etmək məqsədilə Tiflisə səlahiyyətli nümayəndələr göndərməyi təklif etdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti bu təklifi razılıqla qarşılayaraq, noyabrın 11-də konfransda iştirak üçün Mustafa Vəkilov və Məmməd Yusif Cəfərovdan ibarət nümayəndə heyəti yaratdı. Dağlılar Respublikası Tiflisə Vəssan Gəray Cabaqiyev və Pşemaxo Kotsevdən ibarət nümayəndə heyətini göndərdi. Ermənistan isə Gürcüstan və Azərbaycana qarşı ərazi iddiasında olduğu və silahlı qüvvə tətbiq etməklə, işğallara başladığı üçün təklənməkdən qorxaraq, konfransda iştirakdan boyun qaçırdı və öncə Gürcüstanla Borçalı ilə bağlı münaqişəni "həll etməyi", yəni qəzanın bir hissəsinin Ermənistana verilməsini şərt kimi irəli sürdü.Birinci Zaqafqaziya Konfransı 1918-ci il noyabrın 14-də Tiflisdə işə başladı. Ermənistan nümayəndə heyəti iştirak etmədiyindən, Gürcüstan nümayəndə heyətinin başçısı Y. Gegeçkorinin təklifi ilə konfrans noyabrın 20-dək təxirə salındı. Sonra elə həmin səbəbdən konfransın açılışı daha 2 dəfə təxirə salındı və onun işə başlaması dekabrda da mümkün olmadı. Ermənistan tərəfi isə Almaniya və Osmanlı imperiyasının müharibədə məğlub olmasını, Bakıya ingilis qoşununun çıxarılmasını özü üçün əlverişli hesab edərək, dekabrın 15-də Gürcüstana qarşı hərbi əməliyyatlara başladı. Bu münaqişə ingilis hərbi qüvvəsi nümayəndələrinin fəal müdaxiləsindən sonra dekabrın 31-də dayandırıldı.
Zaqafqaziya SFSR
Zaqafqaziya SFSR — 1922–1936-cı illərdə mövcud olan Sovet İttifaqı respublikası. Birləşmə ideyasını V. İ. Lenin Vətəndaş müharibəsindən sonra irəli sürüb. Əsas məqsəd Zaqafqaziya Respublikalarının iqtisadi və hərbi siyasi cəhətdən birləşdirilməsi, əks-inqlabçı qüvvələrin qalıqlarının məhv edilməsi, iqtisadiyyatın bərpası və etnik düşmənçiliyin aradan qaldırılması olmuşdur. SSRİ-nin qurulduğu ilkin illərdə sonradan 3 ayrı ittifaq ölkələrinə parçalanacaq Azərbaycan SSR, Gürcüstan SSR və Ermənistan SSR-dən təşkil olunmuş və 12 mart 1922-ci ildən 5 dekabr 1936-cı ilə qədər mövcud olmuş federativ ittifaq respublikası.
Zaqafqaziya Seymi
Zaqafqaziya Seymi və ya Cənubi Qafqaz seymi — Zaqafqaziya Demokratik Federativ Respublikasında (23 fevral-26 may 1918-ci il) mövcud olmuş ali qanunverici orqan. == Tarixi == 1918-ci ilin əvvəllərində Cənubi Qafqazda vəziyyət son dərəcə mürəkkəb idi. Rusiyanın Almaniya ilə Brest-Litovsk sülh danışıqları boşa çıxdıqdan sonra alman-türk qoşunları hücuma keçdilər. Türk qoşunlarının irəlilədiyini görən Zaqafqaziya Komissarlığı 1918-ci il fevralın 6-da Qafqaz cəbhəsinin komandanı Vəhib paşaya teleqram göndərərək, Türkiyə ilə sülh danışıqları aparmaq istədiyini bildirdi. 9 mart 1917 – Rusiya imperiyasının Müvəqqəti Hökuməti Qafqazda çar idarəçilik sisteminin – canişinliyin ləğv edilməsi barədə qərar verib. Bunun əvəzində Cənubi Qafqazdan Rusiya Dövlət Dumasına seçilmiş deputatlardan ibarət yeni qurum – Zaqafqaziya Xüsusi Komitəsi yaradılıb.14 fevral 1918 – Cənubi Qafqazdan Ümumrusiya parlamentinə Müəssislər Məclisinə seçilmiş azərbaycanlı (müsəlman), gürcü və erməni deputatlar Tiflisdə toplaşaraq Cənubi Qafqaz (Zaqafqaziya) Seymini yaradıblar. Ümumrusiya Müəssislər Məclisinə seçkilər 1917-ci ilin noyabrında, bolşevik çevrilişindən sonra keçirilmişdi. Lakin bolşeviklər bu seçkilərdə faktiki olaraq uduzduqları üçün (o cümlədən Cənubi Qafqazda) Müəssislər Məclisinin fəaliyyətə başlamasına imkan vermədilər. Bundan sonra Cənubi Qafqazdan seçilmiş deputatlar regional parlament (Seym) yaratmaq qərarına gəldilər. Seymin 44 nəfərlik müsəlman fraksiyası Zaqafqaziya müsəlman parlamenti funksiyasını (Cənubi Qafqaz üzrə 1 milyon müsəlman seçicini təmsil edirdi) yerinə yetirirdi.
Zaqafqaziya atpıtrağı
Zaqafqaziya atpıtrağı (lat. Arctium transcaucasicum) - atpıtrağı cinsinə aid bitki növü.
Zaqafqaziya bonları
Zaqafqaziya bonları — Zaqafqaziya Komissarlığının pul nişanı. == Tarixi == === İlk buraxılışı === İlk dəfə 1918-ci il fevralın 5-də buraxılmıdı. Zaqafqaziya seymi dövründə və sonralar müstəqil Cənubi Qafqaz respublikaları yarandıqdan sonra da işlənən Zaqafqaziya bonları bu respublikalar arasındakı razılaşmalar əsasında buraxılmışdı. İlk razılaşma 1918-ci il iyunun 20-də Gürcüstanla Ermənistan arasında, daha sonra, 1918-ci il sentyabrın 6-da Azərbaycan, Gürcüstan, Ermənistan arasında əldə olunmuşdu. Sonralar bir neçə dəfə — 1918-ci il noyabrın 15-də Azərbaycanla Gürcüstan, 1919-cu il fevralın 12-də və mayın 7-də Gürcüstanla Ermənistan, sonuncu dəfə isə 1919-cu il iyunun 4-də Azərbaycan, Gürcüstan və Ermənistan arasında razılaşmalar əldə edilmişdi. Azərbaycanda Gürcüstan arasında 1918-ci il noyabrın 15-də imzalanmış müqaviləyə əsasən, Azərbaycan və Gürcüstanın səlahiyyətli nümayəndələrinin 1918-ci il 6 sentyabr tarixli sazişinə olavə olaraq, Zaqafqaziya Komissarlığının daha 160 milyon rubl məbləğində (Azərbaycan və Gürcüstan respublikalarının hər birinin ehtiyacı üçün 80 milyon rubl) birgə bonlar buraxılması barədə razılıq əldə olunmuşdu. Bonlar respublikalarm hökumətlərinə, onlar ekspedisiyadan daxil olduqca, Dövlət bankının Tiflis kontoru tərəfindon buraxılırdı. Tərəflərdən heç birinin digərinin xəbəri və razılığı olmadan Zaqafqaziya bonlarını hazırlamağa və buraxmağa ixtiyarı yox idi. 1919-cu il 4 iyun tarixli sazişə əsasən, Azərbaycan, Gürcüstan və Ermənistanın hər birinə, əlavə olaraq, 100 milyon rublluq Zaqafqaziya bonu buraxmaq qorara alınmışdı. Həmin sazişlə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu məbləği, habclə 1919-cu il 12 fevral tarixli müqaviləyə əsasən ona düşən 80 milyon rublluq bonları (cəmi 180 milyon) almışdı.
Zaqafqaziya bonu

Xüsusi Zaqafqaziya Komitəsi
Xüsusi Cənubi Qafqaz Komitəsi və ya Xüsusi Zaqafqaziya Komitəsi (az.-əbcəd خصوصی زاقافقاسیا قومیتسی‎; rus. Особый Закавказский Комитет) — Cənubi Qafqazda mövcud olmuş dövlət qurumu. == Tarixi == Rusiyada Fevral inqilabından (1917) sonra, martın 3-də Cənubi Qafqazda yaradılmış mülki hakimiyyət orqanı. Elmi ədəbiyyatda OZAKOM (Osobıy Zakavkazskiy Komitet) da adlandırılır. Fevral inqilabından sonra Rusiyada yaranmış Müvəqqəti hökumət martın 3-də Cənubi Qafqazda mülki hakimiyyəti yeni orqana — Xüsusi Zaqafqaziya Komitəsinə (XZK) verdi. Komitə regionun əsas millətlərinin 4-cü Dövlət dumasında təmsil edən deputatlarından ibarət idi. == Komitə üzvləri == XZK-nin sədri kadet partiyasının üzvü V. A. Xarlamov, üzvləri — azərbaycanlı kadet, sonralar müsavatçı Məmməd Yusif Cəfərov, gürcü federal-sosialisti K. Abaşidze, rus kadeti P. Pereverzev və başqaları idilər. İki gündən sonra Nazirlər şurasının sədri Lvovun əmri ilə P. Pereverzev gürcü menşeviki A. Çxenkeli ilə əvəz edildi. Həmin komitədə M. Y. Cəfərova sənaye və ticarət işlərirıə rəhbərlik tapşırılmışdı. Bu komitə Müvəqqəti hökumət tərəfindən 1917 il martın 6-da elan olunmuş prinsiplər əsasında Cənubi Qafqazda möhkəm qayda yaratmalı və regionda hakimiyyət orqanını təşkil etməli idi.
Zaqafqaziya (Ziazat) kəklikotu
Zaqafqaziya Müəllimlər Seminariyası
Qori Seminariyası, Zaqafqaziya Müəllimlər Seminariyası, Cənubi Qafqaz Müəllimlər Seminariyası (rus. Закавказская учительская семинария) – XIX əsrin axırları və XX əsrin əvvəllərində Gürcüstanın Qori şəhərində fəaliyyət göstərən təhsil ocağı. Zaqafqaziya Müəllimlər Seminariyası xalqımıza bir sıra görkəmli simalar bəxş etmişdir. Onların arasında "Azərbaycan" qəzetinin əməkdaşları da var idi. == Haqqında == 1876-cı ilin mayında "Əkinçi" qəzeti yazırdı: "…Qori şəhərində bir məktəbxana açılıb ki, orada oxuyan şagirdləri müəllim eləsinlər. O məktəbxanada 20 nəfər erməni və gürcü padşahlıq xərcinə oxuyacaq. İndi "Kafkaz" adlı qəzet yazır ki, doğrudur, müsəlmanların məktəbxanaları üçün müəllimləri oxutmaqdan ötrü əlahiddə məktəbxana açılacaq, amma indi müsəlmanlardan hər kəs xahiş etsə, zikr olan Qoridə açılan məktəbxanaya öz uşaqlarını öz xərcinə qoya bilər. Oraya oxumağa girən hər kəs gərək mahal məktəbdə oxumuş ola və özü 16–19 yaşında ola. Orada 3 il dərs deyiləcək". Hələ 1875-ci il aprelin 8-də Zaqafqaziya Müəllimlər Seminariyasının "Əsasnamə"sindəki bir qeyddə deyilirdi ki, müsəlmanlar xüsusi müsəlman müəllim məktəbi açılana kimi bu seminariyaya və onun nəzdindəki məktəbə daxil ola bilərlər.
Zaqafqaziya canavargiləsi
Daphne transcaucasica (lat. Daphne transcaucasica) == Təbii yayılması == Cənubi və Qərbi Qafqazda, Türkiyə və İranda təbii arеalı vardır. == Botaniki təsviri == Təbiətdə qısaboylu, çoxlu bozumtul-qonur rəngdə budaqları olan kol bitkisidir. Yarpaqları ellipsşəkilli və ya uzunsov neştərşəkilli, uzunluğu 0,5-2,5 sm, eni isə 0,4-0,7 sm arasında dəyişilə bilir. Yarpaqlarının üst hissəsi seyrək ipəktüklü, alt hissəsi isə uzunsov ağ tüklüdür. Ləçəklər ağ və ya çəhrayı rəngdə olur. Bitkidə çiçəklərin sayı 3-5 arasında olmaqla zoğların uc hissəsində yerləşir. Yumurtalıqlar çəhrayı və ya qırmızı rəngdə, uzunsov, tükcüklüdür. Bitki may-iyun aylarında çiçək açır, avqust ayında isə meyvə verir. == Ekologiyası == Quru-daşlı yamaclarda yaxşı bitir.
Zaqafqaziya dəmiryolu
Zaqafqaziya dəmiryolu — Rusiya imperiyası və SSRİ dövründə Cənubi Qafqazda fəaliyyət göstərmiş dəmiryolu xətti. Dəmiryolu xətti Gürcüstan, Azərbaycan və Ermənistan ərazisindən keçirdi. 1967-ci ildə yolun Azərbaycan SSR ərazisində yerləşən hissəsi Zaqafqaziya yolundan ayrılaraq, müstəqil Azərbaycan Dəmir Yolları idarəsinin tabeliyinə verildi. SSRİ dağıldıqdan sonra 1990-cı illərdə Ermənistan dəmir yollarına və Gürcüstan dəmir yollarına bölünmüş, bir hissəsi Azərbaycan Dəmir Yollarının tabeliyinə keçmişdir. == Tarixi == === İnşası === Yolun inşasına 1865-ci ildə Poti-Tiflis dəmiryolunun tikintisi ilə başlanılmışdır. Dəmiryolunun Poti-Zestafoni hissəsi 14 avqust 1871-ci ildə açılmışdır. Bütün xəttin istismara verilməsi isə 1872-ci ildə baş tutmuşdur.Bakıda neft sənayesinin inkişafı ilə əlaqədar limanlara neft ixracına ehtiyac yaranırdı. Bakı-Tiflis-Poti istiqamətində dəmir yolu magistralının inşası üçün gərəkli olan mühəndis-texniki və iqtisadi araşdırmalar aparıldı. Lakin Rusiya hökuməti maliyyə çətinlikləri ilə əlaqədar bu dəmir yolunun hissə-hissə çəkilməsinə qərar verdi. O zamankı Qafqaz canişininin irəli sürdüyü hərbi-strateji mülahizələr əsas götürüldü və 1865-ci ildə, bütün əvvəlki layihələrin əksinə olaraq, Cənubi Qafqazda dəmir yolu çəkilməsinə Bakıdan deyil, əks istiqamətdən — Potidən başlandı.
Zaqafqaziya güləvəri
Zaqafqaziya güləvəri (lat. Centaurea transcaucasica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü.
Zaqafqaziya gümüşcəsi
Zaqafqaziya gümüşçəsi (lat. Alburnus charusini hohenackeri) — Şəmayılar cinsinin nümayəndəsidir. == Yayılması == Kürün orta və aşağı axarında və onun qollarında, Qızılağac körfəzinin şirinləşmiş hövzəsində, Mingəçevir su anbarında, Kürətrafı suların hamısında, Lənkəran, Astara zonası çaylarında yaşayır. == Morfoloji əlamətləri == Bel üzgəcində 7–9, anal üzgəcində 11–15 şüa, yan xətt orqanında 38–45 pulcuq olur.Udlaq dişləri iki sırada yerləşir. Ağzının ucu gözlərin üst kənarı səviyyəsindədir. Çox dəyişkən formalı balıqdır. Bu gümüşcənin təkcə bədəninin hündürlüyü nisbətən azdır,pulcuqları nisbətən xırdadır, özü isə , əksinə azacıq böyükdür, uzunluğu 13,5 sm-ə, kütləsi 28 q-a çatır.Cinsi dimorfizm zəif inkişaf etmişdir. Uzunluğu 135 mm-ə qədər, çəkisi 28 q-a qədər olur. == Yaşayış yeri və həyat tərzi == Mülayim axarlı çaylarda olur. Böyümə xarakteri və tempi, kürütökmə müddəti, hər şeydən öncə su hövzələrinin termik rejimindən asılıdır.
Zaqafqaziya ilişgəni
Zaqafqaziya ilişgəni (lat. Cobitis satunini) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin cobitis cinsinə aid heyvan növü. == Yayılması == Adi ilişgən Şərqi Avropa, Sibir, Primorye, Saxalinin çaylarında, Amur hövzəsində yayılmışdır. Zaqafqaziyada bir yarımnöv-Zaqafqaziya ilişgəni yaşayır. O, həmçinin Azərbaycanda Kürün aşağı hissələrində, Alazan, Qarqar, Əkərə, Göndələn, Lənkəran, Astara çaylarında yayılmışdır. == Morfoloji əlamətləri == Burnu kəsikdir. Alt dodağı ikipərlidir və hər pər iki hissəyə bölünmüşdür. Rəngi açıq sarıdır. Bədənin yuxarı hissəsində bəzən bütöv zolaq əmələ gətirən, nadir hallarda isə olmayan 9-16, böyürlərində isə 10-19 qonur xal olur. Bu cür xallar quyruq (5-8 sıra) və bel üzgəclərində də olur, qalan üzgəclərdə isə olmur.
Zaqafqaziya inciçiçəyi
May inciçiçəyi (lat. Convallaria majalis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin i̇nciçiçəyi cinsinə aid bitki növü. Xoş ətirli, zəhərli, Asiya və Avropanin soyuq iqliminə tab gətirən, torpaqda kökümsov gövdələr yaradaraq çoxalan, çoxillik ot bitkisidir. Yayın sonunda kökmsovlar yuxarı dik pörələr verir. == Botaniki xarakteristikası == Yabanı çoxillik bitkidir. Yarpaqları cüt-cüt yerləşən, qından, oval-neştərvari və ya uzunsov-ellipsvari, zirvəsi itiuclu, bütövkənarlı, çılpaq, yaşıl, qövsəbənzər damarlı olub, uzunluğu 10-20 sm, eni isə 3-8 sm-ə bərabərdir. Çiçəkləri (çiçəkqrupları) 5-10 (20) ədəd sarımtıl-ağ rəngli olub, açıq-yaşıl rəngli govdə üzərində birtərəfli yumşaq fırça ilə qurtarır. Çiçək saplağı üzərində əyilmiş çiçəkləri bölünmüş çiçək altlığının əsası ilə əhatə olunmuşdur. Çiçək yatağı sadə, çiçək tacına bənzər, zəngvarı olub, 6 dişlidir. Erkəkciklərin sayı 6, qısa saplaqlı, yuxarı yumurtalıqlı, genişlənmiş dişicik ağızcığından ibarətdir.
Zaqafqaziya kəklikotu
Zaqafqaziya nazı
Zaqafqaziya nazı (lat. Genista transcaucasica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqaz və Rusiya ərazilərində təbii arealına rast gəlinir. == Azrəbaycanda yayılması == Mərkəzi və Cənubi Kiçik Qafqazda təbii halda yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitkisidir.VU D2. == Bitdiyi yer == Quru dağ yamaclarında rast gəlinir. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == 25-30 sm hündürlüyündə alçaqboylu koldur. Yar-paqları ensiz olub lansetşəkillidir. Yarpaqları 15-20 sm uzunluğunda olub, eni 1,5-3 sm-dir.
Zaqafqaziya rublu
Zaqafqaziya rublu (zakdenznak) — 1923-1924-cü illərdə Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının pul vahidi. == Tarixi == === Dövriyyəyə buraxılması === 1922-ci ilin martında Azərbaycan, Ermənistan və Gürcüstanın daxil olduğu Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası quruldu. İttifaq Şurası bu respublikanın ali idarəedici orqanı oldu. Bu orqanın ilk dekretlərindən biri vahid pul sisteminin yaradılmasını nəzərdə tuturdu. Zaqafqaziya üçün vahid əskinasın buraxılışı (zakdenznak) əsas məsələ oldu. Bu vaxta qədər Sovet respublikalarının hər biri öz əskinaslarını buraxırdılar: Azərbaycan rublu, Ermənistan rublu və Gürcüstan rublu. Hər üç respublikada RSFSR-nin (sovznaklar, daha sonra çervonlar) əskinasları da dövriyyədə istifadə edilirdi. Bundan əlavə 1918-ci ildə buraxılan Zaqafqaziya Komissarlığının pulları da Azərbaycan və Gürcüstanda dövriyyədə idi (Ermənistanda 1922-ci ildə dövriyyədən çıxarılmışdı).. 1923-cü il yanvarın 10-da respublikalarda pul islahatı və pul dövriyyəsinin birləşdirilməsi başladı. Azərbaycan, Ermənistan və Gürcüstanın ayrıca emissiyaları dayandırılırdı.
Zaqafqaziya sincabı
Zaqafqaziya sincabı - lat. S.anomalus Gəmiricikimilər (Rodentia) dəstəsinin növüdür. Guld (4 Ədəd Müqəvva,1 Skelet) Zaqatala rayonu, 2 ədəd müqəvva və 1 ədəd skelet sentyabr 1968 İsmayıllı rayonu, 2 ədəd müqəvva may-iyun 1970 == Xarici quruluşu == Bədənin üst tərəfinin ümumi rəngi qonur – boz noxudu, qaramtıl – qonur çilli, alt tərəfi isə paslı – sarımtıl qəhvəyidir. Quyruğu intensiv şabalıdı – paslıdır. Alçaq və sərt tük örtüyü müxtəlif mövsümlərdə rəngini dəyişmir. Qulaqları nisbətən gödək olub zirvəsində adi sincablar üçün çox səciyyəvi olan fırçaları yoxdur. Zaqafqaziya sincabının kəsici dişləri bir qədər qısa və zəif olub üst çənəsində cəmi 1 yalançı kök dişi olur. Zaqafqaziya sincabında 10 əmzik olur. == Həyat tərzi == Ağaclarda yaşamağa uyğunlaşmış bu heyvanlar respublikada bir – birindən ayrı iki regionda rast gəlinir: Böyük Qafqazın cənub yamaclarındakı dağ meşələrində və Alazan – Əyriçay vadisinin aran meşələrində və Kiçik Qafqazın dağ meşələrində . Həyat tərzinə görə sincab gündüz heyvanlarına aiddir.
Zaqafqaziya təlxəsi
Zaqafqaziya təlxəsi(lat. E.hohenackeri Str) — zəhərli ilan növü. == Görünüşü == Zaqafqaziya təlxəsinin bədəninin uzunluğu 75 sm -ə , quyruğu bundan 4–5 dəfə qısa olan orta ölçülü ilandır. Bir gözünü qalxancığı var. Gözaltı qalxancığı yoxdur. İki gözarxası, adətən 8, seyrək hallarda 7 və ya 9 üstdodaq qalxancığı vardır. Gövdənin ortası ətrafında 23, seyrək hallarda 21 və ya 25 pulcuq olur. Qarın qalxancıqları 195–226, quyruqaltı qalxancıqlar 57–74 cütdür. Üstdən qəhvəyimtil-qonur, qonurumtul-boz və ya açıq qəhvəyi rəngdə olub, bəzi yerlərdə gödək köndələn zolaqlar əmələ gətirən qəhvəyi, qonur və ya az qala qara xallardan ibarət iki uzununa sırası vardır. Əksər hallarda bu xalların sıraları bel tirəsi boyunca gedən ensiz açıq zolaqla bir birindən ayrılır.
Zaqafqaziya kəklikotusu
Zaqafqaziya kəklikotusu (lat. Thymus transcaucasicus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. Azərbaycanın nadir bitkisidir. CR B1ab (i,ii,iii). == Arealı == Qafqazda yayılmışdır. Azərbaycanda Kiçik Qafqazda bitir və arealı dardır. Orta və yuxarı dağ zolaqlarında quru yamaclarda rast gəlinir. == Bioloji xüsusiyyətləri == Sürünən meyvəsiz zoğları olan yarımkolcuqdur. Çiçək saplaqlı budaqlarının hündürlüyü 10-30 sm, bəzən budaqlı, sıx tükcüklüdür. Yarpaqları saplaqlarda, təxminən hamısı eyni, çox nazik, az bilinən nöqtəli vəzicikli, yumurtavari-uzunsovdan enli-yumurtavariyədək, uzunluğu 7–15 mm, eni 3–10 mm, alt tərəfi damarcıqlarda tükcüklü, yan damarcıqları 2-3 cütdür.
Zaqafqaziya hərbi dairəsi
Qırmızı Bayraqlı Zaqafqaziya hərbi dairəsi (rus. ЗакВО) — SSRİ Silahlı Qüvvələrinin operativ-strateji ərazi birliyi.
Rusiya və Zaqafqaziya qanunların müvəqqəti saxlanması
Rusiya və Zaqafqaziya qanunların müvəqqəti saxlanması — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin reallıqla hesablaşaraq, qəbul etdiyi müvəqqəti qərarlardan biri. == Tarixi == Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətə başladığı dövrdə dövlət quruluşunun, bütövlükdə, siyasi sistemin dəyişdirilməsi yeni qanunların qəbulunu zəruri edirdi. Lakin bunun üçün müvafiq təşkilati tədbirlər və qanunvericilik prosesi tələb olunurdu. Buna görə də, çıxış yolu kimi müvəqqəti olaraq köhnə qanunvericilik sistemi saxlanıldı. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti bu məqsədlə 1918-ci il 23 iyun tarixli qərarı ilə idarəetmə və məhkəmənin bütün sahələri üzrə mövcud olan qanunları, həmin qanunlar hökumət tərəfindən ləğv olunana və ya dəyişdirilənədək qüvvədə saxlanıldı. Eyni zamanda, Milli Şura, Parlament və Hökumət qanunvericilik sahəsində gərgin çalışaraq, bu qanunlann xeyli hissəsini ləğv etməyə və yenilərini qəbul etməyə nail oldu. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti == Ədəbiyyat == Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabatlar), c.1-2, B., 1998; Азербаиджанская Демократическая Республика (1918-1920). 3aкондательные акты (сборник документов), Б., 1998.
S.M.Kirov adına Zaqafqaziya Dövlət Bədən Tərbiyəsi İnstitutu
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) — Azərbaycanda ali təhsil müəssisəsi. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 90 illik tarixi var. Əsası 1930-cu ildə qoyulmuşdur. İlk illər institutda 11 kafedra yaradılmışdır. Tədris Azərbaycan, rus, gürcü və erməni dillərində aparılmış, əvvəlcə 3 illik, sonra isə 4 illik təhsil sistemi qəbul edilmişdir. 1936-cı ildən bu ali məktəb Zaqafqaziyada Dövlət Bədən Tərbiyəsi İnstitutu kimi fəaliyyətini davam etdirmişdir. Bu dövrdə institutda ictimai elmlər, anatomiya, biologiya, kimya, gigiyena, fizika, fiziologiya, riyaziyyat, bədən tərbiyəsinin texnikası və metodikası kafedraları açılmışdır. 1941-ci ildə başlayan İkinci Dünya müharibəsi dövründə institutun yüzlərlə müəllim və tələbəsi ölkəni müdafiə etmək üçün müharibəyə qoşuldu, arxa cəbhədə müalicə bədən tərbiyəsi vasitəsilə yaralı əsgərləri yenidən həyata qaytarmaq üçün çalışdılar. 1969-cu ildə institut üçün yeni binanın tikintisinə başlamış və 1972-ci ildə onun açılışı olmuşdur. 1998-ci ildə institutun bazasında Milli Olimpiya Akademiyası yaradılmışdır və o, Azərbaycanda Olimpiya ideyalarını, sağlam həyat tərzini, ədalətli oyun və davranış qaydalarını gənclər arasında, ümumiyyətlə, əhali arasında təbliğ etməyi öz üzərinə götürmüşdür.
Zaqafqaziya Demokratik Federativ Respublikası
Zaqafqaziya Demokratik Federativ Respublikası (ZDFR; 22 aprel – 26 may 1918) indiki Ermənistan, Azərbaycan və Gürcüstan ərazisinin böyük hissəsini, Rusiya və Türkiyənin bəzi hissələri habelə Qafqazda qısa ömürlü dövlət idi. Gürcüstan müstəqilliyini elan edənə qədər dövlət cəmi bir ay yaşamış, az sonra isə Ermənistan və Azərbaycan olmuşdur . ZDFR-ni təşkil edən bölgə Rusiya İmperiyasının bir hissəsi idi. 1917-ci il Fevral Inqilabı zamanı imperiya dağılan və müvəqqəti hökumət ələ keçirən kimi, Xüsusi Zaqafqaziya Komitəsi (Ozakom) adlı oxşar orqan Qafqazda da eyni şeyi etdi. Oktyabr inqilabından və Rusiyada bolşeviklərin yüksəlişindən sonra Ozakomu Zaqafqaziya Komissarlığı əvəz etdi. 1918-ci ilin martında Birinci Dünya müharibəsi davam edərkən, Komissarlıq bölgəni işğal etmiş Osmanlı İmperiyası ilə sülh danışıqlarına başladı. Lakin Osmanlılar Komissarlığın səlahiyyətlərini qəbul etməkdən imtina etdiyi üçün danışıqlar pozuldu. Rusiyanın müharibədə iştirakına son qoyan Brest-Litovsk müqaviləsi Zaqafqaziyanın bir hissəsini Osmanlı İmperiyasına verdi və o, əraziyə nəzarəti ələ keçirmək üçün onun işğalını davam etdirdi. Bu gözlənilməz təhlükə ilə üz-üzə qalan 22 aprel 1918-ci ildə Komissarlıq özünü ləğv etdi və ZDFR-ni müstəqil dövlət olaraq elan etdi. Dövləti dərhal tanıyan Osmanlı İmperiyası ilə danışıqlara rəhbərlik etmək üçün qanunverici orqan olan Seym yaradıldı.
Zaqafqaziya Dövlət Bədən Tərbiyəsi İnstitutu
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) — Azərbaycanda ali təhsil müəssisəsi. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 90 illik tarixi var. Əsası 1930-cu ildə qoyulmuşdur. İlk illər institutda 11 kafedra yaradılmışdır. Tədris Azərbaycan, rus, gürcü və erməni dillərində aparılmış, əvvəlcə 3 illik, sonra isə 4 illik təhsil sistemi qəbul edilmişdir. 1936-cı ildən bu ali məktəb Zaqafqaziyada Dövlət Bədən Tərbiyəsi İnstitutu kimi fəaliyyətini davam etdirmişdir. Bu dövrdə institutda ictimai elmlər, anatomiya, biologiya, kimya, gigiyena, fizika, fiziologiya, riyaziyyat, bədən tərbiyəsinin texnikası və metodikası kafedraları açılmışdır. 1941-ci ildə başlayan İkinci Dünya müharibəsi dövründə institutun yüzlərlə müəllim və tələbəsi ölkəni müdafiə etmək üçün müharibəyə qoşuldu, arxa cəbhədə müalicə bədən tərbiyəsi vasitəsilə yaralı əsgərləri yenidən həyata qaytarmaq üçün çalışdılar. 1969-cu ildə institut üçün yeni binanın tikintisinə başlamış və 1972-ci ildə onun açılışı olmuşdur. 1998-ci ildə institutun bazasında Milli Olimpiya Akademiyası yaradılmışdır və o, Azərbaycanda Olimpiya ideyalarını, sağlam həyat tərzini, ədalətli oyun və davranış qaydalarını gənclər arasında, ümumiyyətlə, əhali arasında təbliğ etməyi öz üzərinə götürmüşdür.
Zaqafqaziya Dövlət Cismani Mədəniyyət İnstitutu

Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi
Qafqaz Müsəlmanları İdarəsi və ya qısaca QMİ — Qafqazda ən ali İslam təsisatı. 1823–1917-ci illərdə Tiflisdə yerləşmişdir. Hazırda mərkəzi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindədir – Təzəpir məscidində yerləşir. Sədri 1980-ci ildən Şeyxülislam Hacı Allahşükür Paşazadədir. == Tarixi == === Yaranma səbəbi === XIX əsrin əvvəllərində Qafqazın Zaqafqaziya ərazisinin Rusiya imperiyasına qatılması ilə əlaqədər bölgədə İslam təsisatlarının quruluşunda əhəmiyyətli dəyişiklər baş verdi. Bu dövrün ən səciyyəvi xüsusiyyəti hökumətin müsəlman din xadimlərini ələ almaq və özünə tabe etmək məqsədilə xristianlıqdakı kilsə strukturuna bənzər İslam dini qurumu yaratmaq siyasəti ilə bağlıdır. === Şeyxülislamlıq və müftilik === İdarənin yaranma tarixi 1823-cü ildən başlayır. Belə ki, 1823-cü ildə Zaqafqaziya şiələrinə başçılıq etmək üçün Tiflis şəhərində dini rəhbər – şeyxülislam vəzifəsi təsis edilmişdir. Bundan 9 il sonra – 1832-ci ildə Tiflis şəhərində Qafqaz sünnilərinin başçısı olan müfti vəzifəsi də təsis edilir. İlk müftini çar generalı Roze təklif etmişdir.
Zaqafqaziya Müəllimlər Seminariyasının məzunlarının siyahısı
Qori Seminariyası, Zaqafqaziya Müəllimlər Seminariyası, Cənubi Qafqaz Müəllimlər Seminariyası (rus. Закавказская учительская семинария) – XIX əsrin axırları və XX əsrin əvvəllərində Gürcüstanın Qori şəhərində fəaliyyət göstərən təhsil ocağı. Zaqafqaziya Müəllimlər Seminariyası xalqımıza bir sıra görkəmli simalar bəxş etmişdir. Onların arasında "Azərbaycan" qəzetinin əməkdaşları da var idi. == Haqqında == 1876-cı ilin mayında "Əkinçi" qəzeti yazırdı: "…Qori şəhərində bir məktəbxana açılıb ki, orada oxuyan şagirdləri müəllim eləsinlər. O məktəbxanada 20 nəfər erməni və gürcü padşahlıq xərcinə oxuyacaq. İndi "Kafkaz" adlı qəzet yazır ki, doğrudur, müsəlmanların məktəbxanaları üçün müəllimləri oxutmaqdan ötrü əlahiddə məktəbxana açılacaq, amma indi müsəlmanlardan hər kəs xahiş etsə, zikr olan Qoridə açılan məktəbxanaya öz uşaqlarını öz xərcinə qoya bilər. Oraya oxumağa girən hər kəs gərək mahal məktəbdə oxumuş ola və özü 16–19 yaşında ola. Orada 3 il dərs deyiləcək". Hələ 1875-ci il aprelin 8-də Zaqafqaziya Müəllimlər Seminariyasının "Əsasnamə"sindəki bir qeyddə deyilirdi ki, müsəlmanlar xüsusi müsəlman müəllim məktəbi açılana kimi bu seminariyaya və onun nəzdindəki məktəbə daxil ola bilərlər.
Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası
Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası — Zaqafqaziya seymində Azərbaycanı təmsil edən fraksiya. 1918-ci il fevralın 23-də təşkil olunmuş, həmin il mayın 26-da Zaqafqaziya seyminin buraxılması ilə fəaliyyəti sona çatmışdır. 1918-ci ilin yanvarında bolşeviklər Rusiyada Müəssislər məclisini buraxdıqdan sonra Zaqafqaziya Diyar Soveti yerli hökumət strukrurunun yaradılmasını qərara aldı. Bu vəzifəni 1918-ci il fevralın 23-də ilk sessiyasını keçirən Zaqafqaziya seymi öz üzərinə götürdü. == Müsəlman partiyalar == Zaqafqaziya seymində dörd müsəlman partiyası -Müsavat və ona qoşulan demokratik bitərəflər qrupu (bu qrup müsəlman ictimai xadimlərindən ibarət idi və müsəlman milli komitələri, müxtəlif mərkəzlər tərəfindən Müsavat Partiyası ilə eyni siyahıda irəli sürülüb seçilmişdilər),"Müsəlman Sosialist Bloku", Rusiyada Müsəlmanlıq "İttihad", Hümmət (menşevik) partiyaları təmsil olunmuşdu: Müsavat və demokratik bitərəflər qrupu — Məmməd Yusif Cəfərov, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Xosrov bəy Sultanov, Məmməd Həsən Hacınski, Mir Hidayət bəy Seyidov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Qazı Əhməd bəy Məmmədov, Aslan bəy Qardaşov, Şəfi bəy Rüstəmbəyli, Cavad bəy Məlik-Yeqanov, Mustafa Mahmudov, Mehdi bəy Hacıbababəyov, Hacı Səlim Axundzadə, Mehdi bəy Hacınski, Xudadat bəy Məlik-Aslanov, Müseyib bəy Əxicanov, Lütfəli bəy Behbudov, Firidun bəy Köçərli, İbrahim ağa Vəkilov, Həmid bəy Şahtaxtinski, Rəhim bəy Vəkilov, Ələsgər Mahmudbəyov, Yusif Əfəndizadə, Mirzə Cəlal Yusifzadə, Məmmədrza ağa Vəkilov, İslam bəy Qəbulzadə; Müsəlman Sosialist Bloku - İbrahim bəy Heydərov, Əlixan Qantəmir, Aslan bəy Səfikürdski, Əhməd bəy Pepinov, Bağır bəy Rzayev, Camo bəy Hacınski, Məhəmməd Məhərrəmov; Rusiyada müsəlmanlıq "İttihad" - Sultanməcid Qənizadə, Mir Yaqub Mehdiyev, Heybətqulu bəy Məmmədbəyli; Müsəlman Sosial Demokrat (menşevik) Partiyası "Hümmət" — Cəfər Axundov, İbrahim Əbilov, Əkbər Ağa Şeyxülislamov və Səməd ağa Ağamalıoğlu.Partiyaların bu siyahısı Seymin 1918-ci il 28 fevral tarixli iclasmda təsdiq olunmuşdu, lakin sonralar bu siyahıda müxtəlif dəyişikliklər edilmiş, bir partiyadan digərinə keçmək halları qeydə alınmışdı. Hümmətçi menşeviklər isə gürcü fraksiyasına daxil olmuşdular. Bütün partiyaların ümumi razılığı ilə "Müsavat fraksiyasının və demokratik bitərəflər qrupunun aşağıdakı tərkibdə rəyasət heyəti müsəlman fraksiyalarının birləşmiş iclaslanın rəyasət heyəti kimi qəbul edilmişdi: Məhəmməd Əmin Rəsulzadə (sədr), Məmməd Yusif Cəfərov və Nesib bəy Yusifbəyli (sədrin müavinləri), Mustafa Mahmudov və Rəhim Vəkilov (katiblər), Mehdi bəy Hacıbababəyov və İslam bəy Qəbulov (katiblər olmayanda onları müvəqqəti əvəz edənlər). == Müsəlman fraksiyanın fəaliyyəti == Müsəlman fraksiyası, gürcü və erməni fraksiyalarından fərqli olaraq, çox dağınıq fəaliyyət göstərməsinə baxmayaraq, mühüm məsələlərin müzakirəsində öz qətiyyəti və sabit siyasi mövqeyi ilə seçilirdi. Fraksiyanın əsas diqqəti cənub-qərbi Qafqazda cərəyan eden proseslərə yönəlmişdi. Fraksiya Qars və Ərdəhanda müsəlmanların kütləvi qətlləri haqqında məlumatlar alırdı.
Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası
Zaqafqaziya SFSR — 1922–1936-cı illərdə mövcud olan Sovet İttifaqı respublikası. Birləşmə ideyasını V. İ. Lenin Vətəndaş müharibəsindən sonra irəli sürüb. Əsas məqsəd Zaqafqaziya Respublikalarının iqtisadi və hərbi siyasi cəhətdən birləşdirilməsi, əks-inqlabçı qüvvələrin qalıqlarının məhv edilməsi, iqtisadiyyatın bərpası və etnik düşmənçiliyin aradan qaldırılması olmuşdur. SSRİ-nin qurulduğu ilkin illərdə sonradan 3 ayrı ittifaq ölkələrinə parçalanacaq Azərbaycan SSR, Gürcüstan SSR və Ermənistan SSR-dən təşkil olunmuş və 12 mart 1922-ci ildən 5 dekabr 1936-cı ilə qədər mövcud olmuş federativ ittifaq respublikası.
Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası

Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqı

Zaqafqaziya atlı-müsəlman alayı
Zaqafqaziya atlı-müsəlmən alayı - Rusiya İmperator ordusuna daxil olan azərbaycanlılardan ibarət atlı polk. 2 iyun 1835 ci ildə General-Feldmarşal Paskeviçin əmri ilə müharibə dövrü zaqafqaziya atlı-müsəlmən polku yaradılır.Polka komandir 2 komandirin köməkçisi,6 sultan (hər 100 atlının başçıları), 18 naib (sultanlatın köməkçiləri),48 vəkil,600 atlı,198 rezerv atlı.Qafqaz korpusunun əmri ilə qoşunalırın içindən iki Azərbaycan dilibi bilən 2 zabit qoşulurdu. Hərbi xidmət 4 il təyin olunmuşdur.Hər iki il keçəndən sonra polkun yarısı yenilənirdi.Polkun komandiri Rus zabitlər ştabından Azərbaycan dilini bilənlər təyin olunurdu. Polk Hazırlanandan sonra Varşavaya General-Feldmarşal Paskeviçin tabeçiliyinə verildi Polk dağılanacan Paskeviçin tabeçiliyində qaldı. 11 mart 1839-cu ilin əmrinə əsasən Qafqaz Müsəlmanları arasından 30 nəfər seçilir və İmperatorun şəxsi böyük konvoyuna daxil olur.Seçilmişlər kazarmada yaşayır, milli geymlər geyirdilər və milli yeməklər yeyirdilər. 1849 cı ildə Zaqafqaziya atlı-müsəlman polku Macarıstan kompaniyasında iştiraka görə Qeorqiyevski bayraq ilə təltif olundular. Qeorqiyevski bayraqın üzərində yazılmışdır:"Üsyançı Macarlara qarşı əla cəsarət və mərdliyə görə və düşmanın artileriyasının əla keçirməyə görə" 10 yanvar 1852 ci ildə polk dağılır və dörd yüzlükdən ibarət heyət yaradılır. 1856 cı ilin mart ayında Paris sülh müqaviləsindən sonra ordu azaldılır və 24 avqust 1856 cı ildə əmrə əsasən iki yüzlük dağılır.1857 ci ilin əvvəlində isə polk tamam dağılır. == Polkun komandirləri == 1834 - 12.04.1852 - polkovnik (17 may 1846 cı ildən başlayaraq general-mayor) - David Osipoviç Behbutov 12.04.1852 - 17.04.1857 - polkovnik Həsən bəy Ağalarov == Polkda hərbi xidmətdə olan tanınmış şəxslər == İsmayıl xan Naxçıvanski - atlılar generalı Cəfərqulu ağa Bakıxanov - general-leytenant Ağayev Nikolay Nikolayeviç İsrafil bəy Yadigarov İsmayıl bəy Qutqaşınlı Kərim bəy Novruzov == Mənbə == Rusiya İmperiyasının qanunlar toplusu.2 tom X 1-ci bölmə 8211 səhifə Rusiya İmperiyasının qanunlar toplusu.2 tom XIV 1-ci bölmə 12098 səhifə Azərbaycan milli elmlər akademiyası.Azərbaycan tarix müzeyi.Azərbaycan generalları.kataloq.Bakı 2005 E.İsmayılov Qeorqiyev atlıları - Azərbaycanlılar moskva 2005.
Zaqafqaziya atlı-müsəlman polku

зала́вливать заскака́ть инспекти́рование морализи́ровать осва́ивать произведе́ние встрять гемотерапи́я магнети́ческий наполоска́ть ове́чка варакоса светлый biophore earth-goddess englut Magna Carta mild-tempered osprey photo-offset therapist покупательница строиться уноситься флокс