ZARAFATSIZ

zərf Zarafat olmadan, ciddi; doğrudan, həqiqətən. Bu sözü zarafatsız deyirəm. Zarafatsız danışmır.
[Halay:] Elədir, zarafatsız, bizim Turşsuyun bütün işıqlı dünyada bəlkə də tayı-bərabəri yoxdur. S.Rəhimov.
Dostları Kələntərlinin haqqında deyirdilər: – Məcid çörəksiz-susuz keçinər, zarafatsız keçinməz. İ.Hüseynov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ZARAFATSIZ ciddi — doğrudan — həqiqətən
  • ZARAFATSIZ ZARAFATSIZ (zarafat olmadan, həqiqətən) [Ferma müdiri:] İndi gəl, zarafatsız, özümüzü yoxlayaq (Ə.Vəliyev); BİZARAFAT Bizarafat deyirəm ki, hər kəs ra
ZARAFATLAŞMAQ
ZARAFATYANA

Digər lüğətlərdə