zati 2021
zati-həşəmət 2021
OBASTAN VİKİ
Osman Zati Korol
Osman Zati Korol (türk. Osman Zati Korol) (d. 1880 İzmir, Osmanlı İmperiyası – ö. 21.09.1946, Ankara, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1897-ci ildə hərbi məktəbə daxil olmuş və 1901-ci ildə oranı bitirmişdir. İtaliya-Osmanlı müharibəsində , Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 27 aprel 1921-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə təltif edildi. 29 iyul 1938-ci ildə öz istəyi ilə təqaüdə çıxdı. 21 sentyabr 1946-cı ildə Ankarada vəfat etdi.
Ali-Müzəffər
Ali-Müzəffər — Fars və İraq əyalətlərində hakimiyyəti ələ almış bir sülalənin adı. Əmir Mübarizəddin tərəfindən təsis edilmiş bu dövlət 1318-ci ildən 1392-ci ilədək davam etmişdir. Dövlətin paytaxtı Şiraz şəhəri olmuşdur.
Ali-Yasin
Ali-Yasin — Məhəmməd peyğəmbərin Əhli-Beyti. Qurani-Kərimin Saffat surəsinin 130-cu ayəsinin (سلـٰم على ال ياسين) hərəkəsiz oxunuş formalarından biri - "səlamun əla ali yasin" — "Ali-Yasinə salam olsun!"-dur .
Ali-İmran
Ali-İmran (ərəb. سورة آل عمران‎ (oxunuşu: surətu ali imran) - İmran ailəsi) - Quranın 3-cü surəsi. Mədinədə nazil olmuşdur, 200 ayədir. . İmran Hz Məryəm Hz. Musanın atasının adıymış və Ali-İmran "İmran ailəsi" mənasındadır. Surənin adı 33-cü ayədə rast gəlinən İmran ailəsi ifadəsindən götürülüb.
Ali (Xaşuri)
Ali (gürc. ალი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. Xaşuridan 25 km uzaqda yerləşir. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 1 375 nəfər idi. 2014-cü ildə 1 068 nəfər yaşayırdı, 549 kişi və 519 qadın. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, I cild, səh. 308, Tbilisi, 1975 T. Latsabidze, Xaşuri tarixi toponimləri, 2000.
Ali Aaltonen
Aleksi "Ali" Aaltonen (2 avqust 1884, Yyamsa[d], Mərkəzi Finlandiya – avqust 1918, Lahti[d])- Fin jurnalist və 1917-ci ilin noyabrından 1918-ci il yanvar ayının sonuna qədər Finlandiya Qırmızı Qaravullarının birinci ordu komandiri olmuş keçmiş Rusiya İmperator Ordusu leytenantı. O, Finlandiya vətəndaş müharibəsindən sonra, 1918-ci ilin mayında edam edilmişdir. == Həyatı == === Erkən illər === Aaltonen Yyamsada kasıb torpaq işçisi ailəsində dünyaya gəlmişdir. 1897-ci ildə Aaltonen Yivyaskilyada ibtidai sinif müəlliməsinin hesabına orta məktəbə daxil olmuşdur. Aaltonen 1903-cü ildə orta təhsilini yarımçıq qoymuş və Rusiya Ordusuna yazılmışdır. 1904-05-ci illərdə o, rus-yapon müharibəsində leytenant olaraq xidmət etmiş və daha sonra 1905-ci il Rusiya inqilabının sosialist qrupları ilə birləşmişdi. İnqilab uğursuz olduqda Aaltonen Moskvada həbs edildi və hərbidən sürgün olundu. Sərbəst buraxıldıqdan sonra Aaltonen Finlandiyaya qayıtdı və Turku, Viborq və Kotkadakı işçi mətbuatında işləməyə başladı. Qəzet məqalələrinə əlavə olaraq, o, şeirlər və qısa hekayələr yazdı ancaq onlar heç vaxt kitab halında nəşr olunmadı. Çox nadir hallarda Aaltonen Ali Baba təxəllüsü ilə yazırdı.
Ali Alkaabi
Ali Atay
Ali Atay (20 aprel 1976, Rizə, Rizə ili) — Türkiyə aktyoru. == Həyatı == 20 aprel 1976 -cı ildə Rizədə anadan olmuşdur. 1999-cü ildə Memar Sinan Gözəl Sənətlər Universitetinin Teatr fakültəsini bitirib. Aktyor TRT-də yayımlanmış Leyla ile Mecnun serialı ilə məşhurlaşıb. Hal-hazırda Leyla The Band qrupunun solistidir.
Ali Daei
Əli Dayi (fars. علی دایی‎; 21 mart 1969, Ərdəbil, İran) — İran futbolçusu. Futbolçu karyerasını 2007-ci ildə bitirib. Milli futbol komandalarının tarixi boyu ən çox qol vuran oyunçudur. Milli komandanı Futbol üzrə dünya çempionatı 2006-dan sonra tərk edib. UNİCEF-in xoşməramlı səfiridir. == Həyatı == Əli Dayi 1969-cu il martrın 21-də Ərdəbilin Xeyral məhəlləsində anadan olmuşdur. Olan bu futbolçu milli yığmalar arasında beynəlxalq görüşlərdə braziliyalı Pele, arqentinalı Maradona və macar Puşkaş kimi futbol korifeylərindən daha çox qol vurmuşdur (109 qol). Əli Dayi İran milli futbol komandasının və İranın (İstiqlal, Persepolis, Saypa və b.), Qətərin (Əl-Sədd), BƏƏ (Əl-Şəbab), Almaniyanın (Arminiya, Bayern Münhen, Herta) bir çox futbol komandalarının heyətində çıxış etmişdir. YUNİSEF-in xoş məramlı səfiridir.
Ali Demirel
Əli Dəmirəl (13 mart 1944, İstanbul – 28 iyun 2021, Marmaris, Muğla ili) ― Türk teatr, kino və serial aktyorudur.
Ali Kuşçu
Əli Quşçu (Osmanlı Türkçəsi: Ebu’l-Kasım Alaaddin Ali b. Muhammed el-Kuşçu; d. Səmərqənd, 1403 – ö. İstanbul, 16 dekabr 1474) — görkəmli Özbək astronomu, riyaziyyatçısı və dilşünası. == Həyatı == Əsl adı, Əli bin Məhəməddir. Türk – İslam dünyasının böyük riyaziyyat, astronomiya, mexanika, dil, bəlağət və kəlam alimi olan Əli Quşçu, XV əsrin əvvəllərində 1403-cü ildə Səmərqənddə anadan olmuşdur. Atası Muhammed (Mahmud, Məhəmməd), məşhur türk sultanı və astronomu Uluq Bəyin Şahin başçısı olduğu üçün, ailəsi "Quşçu" ləqəbi ilə məşhur oldu. 1436–1439-cı illərdə Uluq Bəy Rəsədxanasına müdir olmuşdur. 1449-cu ildə Həccə getmək istədi. Lakin elə bu vaxt Teymurilər dövlətinin hökmdarı Əbdüllətif Əli Quşçunun edam edilməsi haqqında fərman verdi.
Ali Maykl
Aleksandra Nikol Maykl (15 may 1990, ing. Alexandra Nicole Michael) — Amerikalı model. == Həyatı == Ali Maykl Texas ştatının Kollivill şəhərində böyüyüb. Onun karyerası 2005-ci ildə 15 yaşında Fashion!Dallas/Kim Dauson Model Axtarışı müsabiqəsində qalib olduqdan sonra başladı. 2008-ci ilin mayında Qreypvayn Liseyini bitirdi və qısa müddət sonra modellik karyerasını davam etdirmək üçün Nyu-Yorka köçdü. == Karyerası == == Şəxsi həyatı == 2008-ci ilin fevral ayında Moda Həftəsindən kənarlaşdırıldıqdan sonra Maykl, Today-ə çıxdı və bulimiya nervoza və anoreksiya nervoza ilə apardığı mübarizəsindən danışdı .
Ali Məclis
Ali Məclis (Naxçıvan)
Ali Qapı
Ali Qapı (azərb. Yüksək Qapı‎; fars. عالی‌قاپو‎:, Ali Kapu) hal-hazırda İranın İsfahan şəhərində yerləşən Səfəvilər dövrünə aid saraydır. Dünyanın ən böyük meydanlarından biri olan Nəqşi Cahan meydanının qərbində yerləşir. Bu saray qırx səkkiz metr hündürlükdə, 6 mərtəbəlidir.Mərasim yeri olan Ali Qapı, kompleksin qapalı quruluşu ilə meydanın ictimailiyi arasında simvolik keçid rolunu oynayırdı. Ali Qapının bir hissəsi olduğu Dövlətxana Saray Kompleksi bir-birinə bağlı olan və müxtəlif funksiyalar üçün istifadə edilən çoxlu binalardan ibarət idi. Bu kompleksin tikintisinə I Şah Abbasın dövründə başlanmışdır; Şah Səfi dövründə yeni bölmələr əlavə edilmiş və bütün tikinti II Şah Abbas tərəfindən sona çatıdırlmışdır. Kompleks dövlətxanə, hərəmxana, dəftərxana, səfirlərin qəbul olunduğu Talar-e Tavile adlı kiçik pavilyon və Ali Qapı Sarayı da daxil olmaqla bir sıra binadan ibarətidi. Səfəvi saraylarının ən fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, onların ətraflarında qalın divarlar və ya qalalar olmur. Görünürlük və açıqlıq Səfəvi şahlarının və dövlətin təmsil olunduğu saray memarlığının səciyyəvi xüsusiyyətləri idi.
Ali Smit
Ali Smit (ing. Ali Smith; 24 avqust 1962-ci il, İnverness) — Britaniya (şotland) yazıçısı və jurnalisti. == Həyatı == Aberdin Universiteti və Kembric Universitetinin Nyunham qadın kollecində təhsil almışdır. Stratklayd Universitetində dərs deyirdi, xroniki yorğunluq sindromu səbəbiylə işindən çıxmaq məcburiyyətində qaldı. O vaxtdan bəri yalnız ədəbiyyatla məşğul olur. The Guardian, The Scotsman və The Times Literary Supplement jurnalları ilə əməkdaşlıq edir. Həmçinin, The Trash Can Sinatras şotland qrupu üçün yazır. Sevgilisi rejissor Sara Vud ilə birlikdə Kembricdə yaşayır. == Əsərləri == === Novellaları === Free Love and Other Stories (1995, Saltire First Book of the Year award) Other Stories and Other Stories (1999) The Whole Story and Other Stories (2003) The First Person and Other Stories (2008) === Romanları === Like (1997) Hotel World (2001, Encore Award; Scottish Arts Council Book Award; Scottish Arts Council Book of the Year Award, Oranj və Buker mükafatlarının şort-listinə daxil olmuşdur, Qrinviç Teatrı və Edinburgh Festival Fringe 2007-də roman üzrə səhnələşdirmə edilmişdi; The Accidental (2005, Oranj və Buker mükafatlarının şort-listinə daxil olmuşdur, ən yaxşı romana görə Uitbred mükafatı qazanmışdır Girl Meets Boy (2007, Diva jurnalının oxuyucuları tərəfindən ilin kitabı seçilmişdir, Şotlandiya İncəsənət Şurasının mükafatı) There But For The (2011, The Guardian tərəfindən ilin kitabı seçilmişdi, Hotornden mükafatı) How To Be Both (2014) Autumn (2016, Buker mükafatlarının şort-listinə daxil olmuşdur) Winter (2017) === Pyesləri === The Seer (2001) Just (2005) === Esseləri === Laws of the bandit queens: words to live by from 35 of today's most revolutionary women (2002, mətn və şəkillər) Artful (2013, Müqəddəs Anna Oksfor Kollecində Avropa ədəbiyyatı mövzusunda mühazirələrə əsaslanaraq) == Nüfuzu == Kral Ədəbi Cəmiyyətinin üzvü (2007) == Ədəbiyyat == *Kostkowska J.Ecocriticism and women writers: environmentalist poetics of Virginia Woolf, Jeanette Winterson, and Ali Smith. New York: Palgrave Macmillan, 2013 *Ali Smith: Contemporary Critical Perspectives/ Monica Germanà, Emily Horton, eds.
Ali Tərəmaxi
Ali Tərəmaxi (1591 Hakkari - 1653 Hakkari) — Kürd ədəbiyyatçısı, İslam alimi və dilci.
Ali Xalafalla
Ali Xalafalla (13 may 1996, Qahirə) — Misirli üzgüçü. Ali Xalafalla Misiri 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ali Xalafalla birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 22.25 saniyəlik nəticəsi ilə 23-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Xalafalla bu nəticə ilə Misirin rekordunu qırdı.
Ali Zakir
Ali Zakir (6 noyabr 1944, Çittaqonq, Britaniya Hindistanı – 27 noyabr 2020, Dəkkə) — Banqladeş aktyoru, biznesmeni,rejissoru və yazıçısı. Asiatic Marketing Communications Limited şirkətinin sahibi idi. Zakir, 1971-ci ildə Banqladeş istiqlal müharibəsində azadlıq döyüşçüsü kimi xidmət etmişdi. == Həyatı == Ali Zakir 6 noyabr 1944-cü ildə Banqladeşin Çattoqram şəhərində anadan olmuşdur. Uşaqlığı Kuştiya şəhərində keçib. Dörduşaqlı ailənin üçüncü övladı idi. Atası Məhəmməd Tahir yüksək rütbəli məmur idi. O, müxtəlif-müxtəlif şəhərlərdə işə düzəldiyindən Zakir də həmin şəhərlərdə olurdu. Madaripura köçən və burada bir az qalan Zakir sonra Xulna şəhərinə köçdü. Axırda isə paytaxt olan Dəkkə şəhərinə köçdü.
Ali bitkilər
Ali bitkilər və ya embriofitlər (lat. Embryophyta) — yaşıl bitkilər yarımaləminə aid qrup. == Təsnifatı == Mamırkimilər (Bryophyta sensu lato) Marchantiophyta Anthocerotophyta Mamırlar (Bryophyta) Tracheophyta Pteridophyta Lycopodiophyta Polypodiophyta Toxumlu bitkilər (Spermatophytes) † Toxumlu qıjılar (Pteridospermatophyta) Ginkgophyta Gnetophyta İynəyarpaqlılar (Pinophyta) Saqokimilər (Cycadophyta) Çiçəkli bitkilər (Angiosperms)Hazırda ali bitkilərin 300 min növü məlumdur. Xəzərdə onların 5 növü qeyd edilmişdir. Bunların hamısı çiçəkli bitkilərə aiddir: dənizotu (Zostera nolti), daraqşəkilli suçiçəyi (Potamogeton pectinatus), 2 növ ruppiya (Ruppia spiralis, R.maritima), najas (Najas marina). Dənizotu qum və qumbalıqqulağı torpaqlarda inkişaf edir. Suçiçəyinə dənizin sahil zonasında, nayas bitkisinə isə körfəzlərdə rast gəlinir. Ruppiyaların hər iki növü körfəzlərdə yaşayır. Ali bitkilərlə həm balıqlar, həm də su quşları gidalanır. Bir çox balıqlar (çəki, çapaq, külmə) öz kürülərini onların üzərinə tökürlər.
Ali məktəb
Ali təhsil müəssisəsi — 1)ümumi təhsil və elmi-siyasi bilik verən ən yüksək təhsil müəssisəsi; 2)xalq təsərrüfatının, elm və mədəniyyətin müxtəlif sahələri üçün yüksək ixtisaslı mütəxəssislər, elmi və pedaqoji kadrlar hazırlayan, ali və orta ixtisas məktəbləri müəllimlərinin, xalq təsərrüfatı mütəxəssislərinin ixtisasını təkmilləşdirən, nəzəri və tətbiqi xarakterli elmi iş aparılan təhsil müəssisəsi; 3)Azərbaycan Respublikası qanunvericiliyi ilə əsaslandırılan, fəaliyyət göstərən və hüquqi şəxs statusuna malik olan təhsil müəssisəsi. Təhsil müddəti 4-7 ildir.Ali təhsil müəssisəsi cəmiyyətin tələbatına uyğun yüksək ixtisaslı mütəxəssislər hazırlığı ilə məşğul olan təhsil müəssisəsinin yüksək tipi, fasiləsiz təhsilin mühüm bir həlqəsidir. Ali təhsil müəssisələrinin müxtəlif növləri fəaliyyət göstərir: universitetlər, institutlar, akademiyalar, konservatoriyalar və digər ali təhsil müəssisələri bu qəbilədəndir. Ali təhsil müəssisəsinin səmərəli fəaliyyət göstərməsi ona düzgün rəhbərlikdən, təhsil-tərbiyə prosesinin elmi-pedaqoji əsaslarda idarə edilməsindən çox asılıdır. Ali təhsil müəssisəsinin "idarə edilməsi" və "ona rəhbərlik" bir-biri ilə sıx bağlı anlayışlardır. İdarəetmə dedikdə, müəyyən obyektə (məktəbə, pedaqoji kollektivə) məqsədyönlü, planlı, mütəşəkkil təsirləri təmin edən fəaliyyət başa düşülür. İdaəretmə obyektləri şəxsiyyət və ya kollektiv olduqda idarəetmə rəhbərlik forması kəsb edir. Başqa sözlə, rəhbərlik bilavasitə insanlarla işdə idarəetmə vəzifələrini həyata keçirməklə bağlı səmərəli fəaliyyət növüdür. Bu halda idarəetmə subyektləri və obyektləri ümumi məqsəd naminə şüurlu şəkildə qarşılıqlı fəaliyyət göstərir. Rəhbərlik bir-birinə zidd iki üslubda - avtoritar və demokratik üslublarda həyata keçirilir.
Ali riyaziyyat
Ali riyaziyyat — ali məktəblərdə riyaziyyatın mühəndislik və başqa texniki ixtisaslar üçün riyazi əsasını öyrədən hissəsidir. Sırf riyaziyyat ixtisası üzrə təhsil alanlardan fərqli olaraq burada mühəndislər riyaziyyatın praktikada tətbiqi üzrə məlumat alırlar. Onun həcmi ali məktəbdən məktəbə fərqlənir. Ali riyaziyyat aşağıdakı sahələri əhatə edir: Analitik həndəsə Riyazi analiz Differensial hesablama İnteqral hesabı Müstəvidə və fəzada xətlər Sonsuz sıralar Çoxparametrli differensial və inteqral funksiyaları Diferensial tənliklər == Mənbə == R.Məmmədov. Ali riyaziyyat.
Ali təhsil
Ali təhsil (ing. Higher education) — 1)elm, texnika və mədəniyyətin müasir nailiyyətlərindən yaradıcı şəkildə istifadə etməklə hazırlıq yönümlü nəzəri və əməli məsələlərin həllinə imkan verən sistemləşdirilmiş bilik və təcrübi vərdişlərin məcmusu. Ali təhsil termini ali təhsil müəssisələrində elm və mədəniyyətin müxtəlif sahələri üçün yüksək ixtisaslı kadrlar hazırlanması mənasında da işlədilir; 2)ümumi təhsil və elmi-siyasi bilik verən ən yüksək təhsil. Üç pilləli təhsil sitemində orta təhsil və orta ixtisas təhsilindən sonra gələn ali ixtisas təhsili. Məzuna ixtisası üzrə nəzəri və peşəkar biliklər verir. Orta təhsildən fərqli olaraq ali təhsil ümumi təhsil sayılmır və iddiaçılar müsabiqə əsaında daha az sayda yerə qəbul edilir. == Ali təhsilli == Ali təhsilli - ali məktəb bitirmiş. == Ali təhsil müəssisəsi == Ali təhsil ali məktəblərdə — universitetlərdə, akademiyalarda, institutlarda və kolleclərdə verilir. Müxtəlif ölkələrdə fərqli adları ola bilər. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı.
Ali xərçənglər
Ali xərçənglər (lat. Malacostraca) — buğumayaqlılar tipinin xərçəngkimilər yarımtipinə aid sinif. == Təsnifatı == Fillokaridlər (Phyllocarida) yarımsinfi Packard, 1879† Archaeostraca dəstəsi † Hoplostraca dəstəsi † Canadaspidida dəstəsi Nazikzirehlilər (Leptostraca) dəstəsi Claus, 1880Hoplokaridlər (Hoplocarida) yarımsinfi Calman, 1904Ağızayaqlılar (Stomatopoda) dəstəsi Latreille, 1817 (dəvədəllək)?Eumalokostraklar yarımsinfi Grobben, 1892 Sinkaridlər (Syncarida) dəstəüstü Packard, 1885 Palaeocaridacea dəstəsi Bathynellacea dəstəsi Chappuis, 1915 Anaspidesilər (Anaspidacea) dəstəsi Calman, 1904 Perakaridlər (Peracarida) dəstəüstü Calman, 1904 Spelaeogriphacea dəstəsi Gordon, 1957 Thermosbaenacea dəstəsi Monod, 1927 Lophogastrida dəstəsi Sars, 1870 Şaxəliətraf xərçənglər və ya muzidlər (Mysida) dəstəsi Haworth, 1825 Mictacea dəstəsi Bowman, Garner, Hessler, Iliffe & Sanders, 1985 Yanüzənlər (Amphipoda) dəstəsi Latreille, 1816 Bərabərayaqlılar (Isopoda) dəstəsi Latreille, 1817, bura məryəmqurdu da daxildir.
Jinnat Ali
Jinnat Ali (1996 – 28 aprel 2020, Çittaqonq) — Banqladeşdəki ən yüksək insan idi.Əli, 1996-cı ildə Banqladeşdə, Coxun Bazar, Ramu Upazila şəhərində anadan olub. Banqladeşdə ən uzun boy olaraq qeyd edilən Əlinin cəsədi on bir yaşında ikən qəfildən qeyri-adi dərəcədə böyüməyə başladı. İnkişafının 23 yaşı olmasına baxmayaraq böyüməyə davam etdi. Boyun həddindən artıq uzanmasının hipofiz bezindəki şiş səbəb olduğu akromegalik gigantizm pozğunluğu səbəb olduğu müəyyən edilmişdir. Nəhayət, uzunluğu 2,49 sm-ə qədər uzadıldı.Ən uzun yaşayan Banqladeş kimi tanınan Jinnat Ali, 28 aprel 2020-ci ildə, 24 yaşında, beyin xərçəngi xəstəliyinə tutulduğu Banqladeşin Chittagong Tibb Kolleci Xəstəxanasında öldü.
Kldistskaro (Ali)
Kldistskaro (Ali) (gürc. კლდისწყარო) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 34 nəfər idi. 2014-cü ildə 12 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, V cild, səh.

Значение слова в других словарях

агитбрига́да би́тник галифе́ гидро́граф дво́рничиха ландграфи́ня поба́нить преску́по раси́стка теплоэнерге́тик фряг шестири́чный жеребцо́вый заключа́ть златотка́ный подева́ть капцун лайбы azotobacter home lily-livered preharvest soft copy живущий повёртывать