ZAĞ-ZAĞ

zağ-zağ əsmək (titrəmək) – bərk qorxmaq, qorxudan titrəmək.
[Veysəl:] İki yüzdən artıq fəhlə səni görəndə zağ-zağ əssin, iki gədə səni tələyə salsın? S.Vəliyev.
Özünü elə göstərmişdi ki, hamı [Baxış bəydən] zağ-zağ əsirdi. Ə.Abasov.

// Eyni mənada bəzən “qorxudan”, “əlindən” sözləri ilə.
Ev adamları tamam yuxudan ayılıb qorxularından zağ-zağ əsdilər. Çəmənzəminli.

// Ümumiyyətlə bərk titrəmək (əsmək).
Xırda təpələri sellər oyanda; Əsər bu həmləyə dağlar da zağ-zağ. B.Vahabzadə.

◊ Üstündə zağ-zağ əsmək – həddindən artıq, ifrat dərəcədə əzizləmək, sevmək, qorumaq. Anatək övladının üstündə zağ-zağ əsir.
– Baba, nənə və ana Aslanın üstündə zağ-zağ əsirdilər. Ə.Vəliyev.

ZAĞ₂
ZAĞA

Digər lüğətlərdə

гвозди́льщик джи́у-джи́цу желтобрю́хий неумо́лчный переи́мчивость плющево́й фот вбить себе в го́лову песча́никовый подви́д су́етный минея плебан bouge groined pedal sage-green theoricon window-shopper winged Xian палаточный полоса приставлять синхронизировать