zenit-artilleriya

zenit-artilleriya
zenit
zenit-raket
OBASTAN VİKİ
1700-cü zenit-artilleriya alayı
388-ci atıcı diviziya — Böyük Vətən Müharibəsi və Sovet-yapon müharibələri dövründə SSRİ-nin hərbi birləşməsi. == Tarixi == 12 sentyabr 1944-cü ildə 6-cı tank ordusunun tərkibində yaradılıb. Korsun-Şevçenkov (24 yanvar-17 fevral 1944), Umman-Botoşan (5 mart-17 aprel), Yassı-Kişinyov (20–29 avqust 1944) əməliyyatlarında iştirak edib. 9 avqust 1945-ci ildə 388-ci zenit-artilleriya qvardiya polkuna cevrilib.
Artilleriya
Artilleriya (fr. artillerie) — quru qoşunları növü; silah vasitələrinin məcmusu. == Quru qoşunlarında istifadəsi == Quru qoşunları növü kimi Artilleriya birləşmə, hissə və bölmələrdən ibarətdir. Quru qoşunlarının artilleriyası təşkilatı cəhətdən qoşun və Ali Baş Komandanlığın ehtiyatı Artilleriasına bölünür. Qoşun artilleriyası motoatıcı, tank, hava desantı bölmə, hissə birləşmələrinin, birliklərinin tərkibinə daxil olur və ordu, korpus, diviziya, alay və batalyon artilleriyasına bölünür. Artilleriyanın kəşfiyyat, rabitə, nəqliyyat vasitələri və atəşi idarə edən cihazları olur. Artilleriya atəş vasitələrini, döyüş texnikasını, canlı qüvvəni, müdafiə qurğularını və s. obyektləri məhv etmək, həmçinin döyüş zamanı ümumqoşun hissə və birləşmələrini atəşlə qorumaq və müşayiət etmək üçündür. Artilleriya təşkilatca birləşmə, hissə və bölmələrin tərkibində olduqda qoşun Artilleriyası adlanır. Bu tərkibə daxil olmayan Artilleriya isə Ali Baş Komandanlığın ehtiyat Artilleriyasını təşkil edir.
Zenit
Zenit (ərəbcə səmtürrəs-baş üstdə uca nöqtə) - müşahidəçinin başı üstündə göy sferinin ən yüksək nöqtəsi, başqa sözlə, müşahidəçinin durduğu nöqtədən qaldırılmış şaquli xəttin göy sferində rast gəldiyi xəyali nöqtədir..
388-ci zenit-artilleriya qvardiya polku
388-ci atıcı diviziya — Böyük Vətən Müharibəsi və Sovet-yapon müharibələri dövründə SSRİ-nin hərbi birləşməsi. == Tarixi == 12 sentyabr 1944-cü ildə 6-cı tank ordusunun tərkibində yaradılıb. Korsun-Şevçenkov (24 yanvar-17 fevral 1944), Umman-Botoşan (5 mart-17 aprel), Yassı-Kişinyov (20–29 avqust 1944) əməliyyatlarında iştirak edib. 9 avqust 1945-ci ildə 388-ci zenit-artilleriya qvardiya polkuna cevrilib.
Reaktiv artilleriya
Reaktiv artilleriya, raket kompleksləri üçün təchiz edilmiş bir raket növüdür. Reaktiv artilleriya sistemlərinin növləri arasında Reaktiv yaylım atəş sistemləri də mövcuddur.
Özüyeriyən artilleriya
Özüyeriyən artilleriya qurğuları təkərli v yuə ya paletli bir şassi üzərində başqa bir maşının çəkmə gücünə ehtiyac duymadan manevr qabiliyyəti olan topa deyilir. Əvvəllər özüyeriyən artilleriya qurğularının kateqoriyasına hücum topları və tank əleyhinə texnikalar da daxil edilirdi. Bu texnikalar əslində piyada qoşunlara atəş dəstəyi saxlamaq məqsədilə yaradılmış, lakin sonradan tank əleyhinə texnika kimi də istifadə olunmağa başlamışdır. Hal-hazırda özüyeriyən artilleriya sistemləri tanka xarici görünüş cəhətdən bənzəsə də, daha incə zirehə sahib olduğuna görə yaxın döyüşlərdə istifadə edilmirlər. Sahib olduqları zireh texnikanın ekipajını yalnız yüngül atıcı silahların təsirindən və ya qəlpələrdən qoruya bilir. Bu maşınların əksəriyyətində piyada atəşinə qarşılıq vermək məqsədilə pulemyotdan istifadə edilir. Bu silahların ən böyük üstünlüyü onları çəkən başqa bir maşına ehtiyac duymadan sürətli bir şəkildə döyüş yerinə gedə bilməsidir. Lakin topun atəş aça bilməsi üçün maşının dayanması və atəşə hazır vəziyyətə gətirilməsi lazımdır. Artilleriyanın genişmiqyaslı döyüşlərdə istifadəsi piyada və tanklara dəstək ehtiyacı ilə əlaqədardır. Belə bir dəstək düşmən hücumunun tempini aşağı salmağa, bəzən dayandırmağa, yenidən qruplaşma keçirməyə və düşmənin müdafiə olunan mövqelərinə hücumu asanlaşdırmağa imkan verir.
Zenit - pulemyotu
Zenit - pulemyotu - 2000 metrə qədər hündürlükdə uçan obyektlərin vurulması üçün nəzərdə tutulan, bir dayaqda montaj olunan, bir və ya bir neçə bir-birinə pərçimlənmiş zenit gülləbaran qurğusundan ibarət avtomatik silah növü. ZGQ əsas hissələri: bir (tək quraşdırma), iki (birşədirilmiş quraşdırma) yaxud dörd (dördlü quraşdırma) gülləbaran qurğusu;(dörd və ya iki təkərli) lafet, yaxud lafet elementləri olan özüyeriyən baza; zenit nişangahı. Çəkisi təkli - 450 kq, ikili - 650, dördlü - 2100 kq. ZGQ -atəş yerindən, ya da hərəkətli halda aparılır. atəş tempi - dəqiqədə/600 atəş; atəşin döyüş sürəti - hər lüləyə dəqiqədə/150 atəşƏsasən quru qoşunların zenit althissələrində, tanklarda, ZTR, eləcə də kiçik gəmilərdə istifadə olunur. == İstinadlar == Военная энциклопедия в 8 томах."Д"-квартирьер. Москва. Военное издательство.1995 səh.
Yeni Zenit Stadionu
Qazprom Arena (rus. Газпром Арена) və ya Krestovski stadionu (rus. стадион «Крестовский») – Krestovski adasının qərbində, Sankt-Peterburqda yerləşən futbol stadionudur. Adından da bəlli olduğu kimi Zenit ev oyunlarını bu stadionda keçirir. Stadion 2017 FİFA Konfederasiyalar Kuboku üçün tikilib başa çatdırıldı.. Stadionun başa çatdırılma vaxtı dəfələrlə gecikdirilmişdir. Belə ki, stadionun 2007-ci ildə təməli qoyulanda tikintisinin 2008-ci ilin dekabrında başa çatdırılacağı planlaşdırılmışdı., Sonralar isə 2011-ci ildə tikilişinin başa çatdırılacağı düşünülsə də müxtəlif səbəblərdən stadionun tikintisi 2017-ci ilə qədər gecikdirildi. Stadion 67000 tamaşaçı tutumuna malikdir.1,1 milyard dollara tikilən Yeni Zenit Stadionu tarixə ən baha başa gələn stadionlar içinə adını yazdırdı. == Ümumi baxış == Stadionun arxitektural layihəsi barədə müsabiqədə qalib Kisyo Kurokavanın "The Spaceship" layihəsi oldu. Stadionun dizaynı Toyota şəhərindəki Toyota Stadionunun inkişaf etdirilmiş versiyası idi.
Zenit raket kompleksi
Zenit raket kompleksi (ZRK) — funksional olaraq bir-biri ilə əlaqələndirilmiş, hava-kosmik vasitələrinə qarşı döyüşlərdə qarşıya qoyulan məsələni həll etməyə imkan verən hərbi və texniki vasitələrdən ibarət sistemdir.
Artilleriya allahı (film, 2015)
Artilleriya allahı qısametrajlı sənədli televiziya filmi 2015-ci ildə ANS televiziyasında istehsal edilmişdir. Film general Əliağa Şıxlinskinin həyat və fəaliyyətindən bəhs edir. == Məzmun == Film Rusiya İmperiyası ordusunda general-leytenant, Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi nazirinin müavini və Sovet hərb xadimi, artilleriyanın nəzəri və praktiki inkişafındakı danılmaz xidmətlərinə və qazandığı qələbələrə görə ruslar tərəfindən "Artilleriyanın allahı" ləqəbi verilən, Azərbaycan hərb tarixinə silinməz imzalar atmış görkəmli şəxsiyyət Əliağa Şıxlinskinin həyat və fəaliyyətindən bəhs edir.
M109 (özüyeriyən artilleriya qurğusu)
İstehsalçı: ABŞ İstehsalçı firma: General Motors Tip: Özüyeriyən artilleriya qurğusu İstehsal tarixi: 1991 – 2003 Xidmətə giriş ili: 1992 – günümüz Ekipaj: 5 nəfər İstehsal sayı: 969 ədəd == Ölçülər == Ağırlığı: 28.8 ton Uzunluğu: 6.8 m Lülə daxil olmaqla: 9.67 m Lülənin uzunluğu: 7.2 m Eni: 3.14 m Hündürlüyü: 3.62 m Klirens: 0.45 m == Müdafiə == Zireh: 32 mm-lik yayılmış alüminium == Performans == Zəminə təzyiq: 0,78 kq/sm ² Dalış dərinliyi: 1.1 m Xəndək keçmə: 1.8 m Divar dağıtmaq: 0.55 m Qalxma dərəcəsi: 30º Motor: Detroit Diesel 8V71T dizel At gücü: 405 at gücü Maksimal sürət: 65 km/saat Mənzili: 350 km Dayandırılması: fərdi burulma bar və hidravlik amartizatorlar == Silahlanma == Əsas silahı: 155 mm “L39” haubitsa Kalibr: 155 mm Lülənin qalxma bucağı: -3º... +75º Üfüqi tuşlama bucağı: 360º Mərminin çıxış sürəti: 827 metr/saniyə Atış tezliyi: 1-4 atış/dəqiqədə Atəş məsafəsi: 24 km Maksimal atəş məsafəsi: 30 km Mərmi sayı: 39 ədəd 12.7 mm “M2 Browning” pulemyotu Kalibr: 12.7 mm Mərmi: 12.7 x 99 mm Atış tezliyi: 485-635 atış/dəqiqədə Güllənin başlanğıc sürəti: 855 metr/saniyə Atəş məsafəsi: 1.8 km Maksimal atəş məsafəsi: 6.7 km Mərmi sayı: 500 ədəd == İstifadə edən ölkələr == M109A6 “Paladin” özüyeriyən artilleriya qurğusu yalnız ABŞ ordusu tərəfindən istifadə olunur. Digər ölkələr isə - M109 özüyeriyən artilleriya qurğusunun M109A1, M109A2, M109A3, M109A4, M109A5 modellərindən istifadə edir.
Aviadesant özüyeriyən artilleriya qurğusu
Aviadesant özüyeriyən artilleriya qurğusu — müxtəlif hava zirehli texnikası. Bu, aviadesant qoşunlarının ehtiyaclarını qarşılamaq üçün dizayn edilmişdir, hava ilə daşınır və desant əməliyyatı ilə yerə endirilir. Daha nadir hallarda düşmən aerodromunu və ya eniş sahəsini ələ keçirdikdən sonra nəqliyyat təyyarəsi tərəfindən çatdırılır. Aviadesant özüyeriyən artilleriya qurğusunun əsas tətbiq sahəsi düşmənin zirehli texnikasının məhv edilməsi və düşmənin atəş silahlarının qarşısının alınmasıdır.
Buk (zenit-raket kompleksi)
Buk zenit-raket kompleksi ilk dövrlərdə Sovet İttifaqı, sonradan isə davamçı ölkələrdən biri olan Rusiya Federasiyası tərəfindən istehsal olunan özüyeriyən, orta mənzilli zenit-raket kompleksidir. Qanadlı raketlər, ağıllı bombalar, təyyarə, helikopter, həmçinin pilotsuz uçuş aparatı kimi hava hədəflərinə qarşı mübarizə aparmaq məqsədilə dizayn olunmuşdur.Bu sistem özündən əvvəl istehsal olunan "Kub" zenit-raket komplekslərini əvəz etmək məqsədilə silahlanmaya qəbul olunmuşdur. Seriyalı istehsal olunan ilk "Buk" kompleksləri ABŞ Müdafiə Nazirliyi tərəfindən SA-11 adı ilə tanınır. NATO kod adı Grizzly olan və ABŞ Müdafiə Nazirliyi tərəfindən SA-17 adı ilə tanınan, yeni raketlərlə təchiz olunan növbəti variantlar isə "Buk-M1-2" və "Buk-M2" idi. 2013-cü ildə bu sistemin ən yeni variantı olan "Buk-M3" seriyalı istehsala hazırlanmışdır.Rusiya Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulan dəniz versiyası 2014-cü ildən etibarən silahlanmaya qəbul olunub. == Döyüş tətbiqi == Abxaz separatçılarının verdiyi məlumata görə 2008-ci il may ayının əvvəllərində "Buk" zenit-raket kompleksi vasitəsilə Gürcüstan Hərbi Hava Qüvvələrinə məxsus dörd ədəd pilotsuz uçuş aparatı məhv edilmişdir.Bəzi məlumatlara görə 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş vermiş qısamüddətli hərbi toqquşma zamanı Gürcüstan Silahlı Qüvvələrinə məxsus "Buk" zenit-raket kompleksləri vasitəsilə Rusiya Hərbi Hava Qüvvələrinə aid üç ədəd Su-25 qırıcısı və bir ədəd Tu-22M strateji bombardmançı təyyarəsi məhv edilmişdir. ABŞ rəsmiləri də bu məlumatı təsdiqləmişdir. Bəzi analitiklərə görə qısamüddətli döyüşlər zamanı özünə nisbətən xeyli zəif olan gürcü qoşunlarına qarşı dörd təyyarəni itirmək Rusiya üçün böyük ziyan sayılmalıdır. Münaqişə ərzində Rusiyanın sahib olduğu radioelektron mübarizə sistemləri gürcülərin sahib olduğu hava hücumundan müdafiə sistemlərinin qarşısını almaqda aciz qaldı ki, bu da Rusiya tərəfinin hava döyüşlərində ciddi itkilərlə üzləşməsinə səbəb oldu. Gürcüstan tərəfindən müharibədə istifadə olunan "Buk" kompleksləri Ukraynadan satın alınmışdı.17 iyul 2014-cü ildə Ukraynanın şərqində Malayziya Hava Yolları reys 17 üzrə uçuş həyata keçirən "Boeing 777-200ER" təyyarəsi rusyönümlü separatçılar tərəfindən idarə olunan "Buk" zenit-raket kompleksi ilə vurularaq məhv edilib.
Gepard zenit-raket kompleksi
35 mm-lik "Gepard" zenit-raket kompleksi
Osa (zenit raket kompleksi)
9К33 Osa (NATO təsnifatına görə: SA-8 Gecko (Gekkon)) — özüyeriyən zenit raket kompleksi. Kompleks motoatıcı diviziyanı və başqa qüvvələri aşağıdan uçan hava hücum silahlarından qorumaq üçün tətbiq edilir. SSRİ istehsalıdır, Belorusiya istehsalı olan yeni modifikasiyaları mövcuddur. 27 oktyabr 1960-cı ildə layihə işlərinə başlanmış və 4 oktyabr 1971-ci ildə orduda istifadəyə götürülmüşdür. Bu sistem indi də bir çox ölkələrdə tətbiq olunur və dəqiq vurma qabiliyyətinə malik olduğu bildirilir. "Osa" sistemində bərk yanacaq əsasında işləyən bir pilləli raketlər istifadə olunur. SA-8a tipli raketlər 10 km, SA-8b tipli raketlər isə 12 km məsafə qət edilə bilir. Raketin başlanğıc çəkisi 130 kq-dır. Raketin daşıdığı mərmi başlığı 19 kq olub yüksək partladıcı gücə malikdir. Maksimal əməliyyat hündürlüyü 5000 m-dir.
Tor (zenit-raket kompleksi)
Tor zenit-raket kompleksi — istənilən hava şəraitində aşağı və orta hündürlükdə uçuş həyata keçirən təyyarə, helikopter, qanadlı raket, yüksək dəqiqlikli idarəolunan raketlər, pilotsuz uçuş aparatları və qısa mənzilli ballistik raketlərə qarşı mübarizə aparmaq imkanına sahib olan özüyeriyən qısa mənzilli zenit-raket kompleksidir. Sovet İttifaqı tərəfindən istehsalına başlanılan bu sistemin NATO kod adı SA-15 "Gauntlet"dir. Bu sistemin 3K95 "Kinjal" adı altında istehsal olunan dəniz variantı isə NATO tərəfindən SA-N-9 "Gauntlet" adlanır. Tor, həmçinin AGM-86 kimi yüksək dəqiqlikli idarəolunan raketləri gecə və gündüz, istənilən hava şəraitində və radioelektron mübarizə mühitində məhv etməyi bacaran ilk hava hücumundan müdafiə sistemidir. 1986-cı ildə silahlanmaya qəbul edilib. Postsovet məkanında ən mükəmməl HHM sistemlərindən hesab olunur. Kompleksin modernizasiya edilmiş variantı olan "Tor-M2" müxtəlif tipli döyüş vertolyotlarına və cəbhə aviasiyasına qarşı tətbiq edilmək üçün nəzərdə tutulub. Eyni vaxtda 4 hədəfə atəş aça bilər, atəş radiusu 10 metrdən 10 kilometrə qədər hündürlük, 15 kilometrə qədər məsəfədə təşkil edir. Kompleksin modernləşdirilmiş variantı ona hərəkətdə olanda da hədəfləri izləməyə və atəş açmağa imkan verir. Buraxılış qurğusunda 16 döyüş raketi olur.
Zenit Sankt-Peterburq FK
Zenit (Sankt-Peterburq) — Rusiyanın futbol klubu. Sankt-Peterburq şəhərini təmsil edir. Ev oyunlarını 69501 insan tutumlu Yeni Zenit Stadionunda oynayır Ən böyük uğuru 2008-ci ildəki UEFA Kuboku və UEFA Super Kuboku çempionluğudur. Son illərdə Qazprom şirkətinin maddi dəstəyilə Avropada güclülər sırasına düşən Zenit 2005-06 mövsümündə UEFA Kubokunda 1/4 Final oynamışdır.
Zenit raket kompleksi "OSA"
9К33 Osa (NATO təsnifatına görə: SA-8 Gecko (Gekkon)) — özüyeriyən zenit raket kompleksi. Kompleks motoatıcı diviziyanı və başqa qüvvələri aşağıdan uçan hava hücum silahlarından qorumaq üçün tətbiq edilir. SSRİ istehsalıdır, Belorusiya istehsalı olan yeni modifikasiyaları mövcuddur. 27 oktyabr 1960-cı ildə layihə işlərinə başlanmış və 4 oktyabr 1971-ci ildə orduda istifadəyə götürülmüşdür. Bu sistem indi də bir çox ölkələrdə tətbiq olunur və dəqiq vurma qabiliyyətinə malik olduğu bildirilir. "Osa" sistemində bərk yanacaq əsasında işləyən bir pilləli raketlər istifadə olunur. SA-8a tipli raketlər 10 km, SA-8b tipli raketlər isə 12 km məsafə qət edilə bilir. Raketin başlanğıc çəkisi 130 kq-dır. Raketin daşıdığı mərmi başlığı 19 kq olub yüksək partladıcı gücə malikdir. Maksimal əməliyyat hündürlüyü 5000 m-dir.
Zenit raket kompleksi S125
S-125 zenit raket kompleksi (ZRK) – Sovet istehsalı yer-hava tipli, yaxın təsir dairəsinə malik olan silah sistemidir. 1961-ci ildən SSRİ silahlı qüvvələrində istifadəyə qəbul edilmişdir. Zenit raket kompleksi S-125 "Peçora" aşağıdan uçan pilotlu və ya pilotsuz aparatların 20 – 18 000 m hündürlükdə və 3,5 – 25 km uzaqlıqda vurulması üçün nəzərdə tutulmuşdur. Hədəfin dəqiq nişan alınması da əsas məqsədlərdəndir. Bunun üçün bir-birinə perpendikulyar olan iki müstəvi arasındakı boşluğun skanerlənməsi lazım idi ki, hədəfdən və raketdən gələn siqnalların uzlaşdırılması mümkün olsun. Hədəfin tutulması üçün əlavə antenadan buraxılan nazik şüadan istifadə edilir. S-125 ZRK üçün "Fakel" konstruktor bürosunda işləib hazırlanmış 2 pilləli, sürətləndirici və marş bərk yanacaqla işləyən mühərriklərdən istifadə edilir. 1961-ci ildə orduya qəbul edilən "Peçora" V=560 m/san sürətlə uçan hədəfi iki raketlə 0,98 ehtimalı ilə vurmaq imkanına malikdir. İstifadə olunduğu müddətdə dəfələrlə təkmilləşdirilmişdir. S-300 raket komplekslərinin yaranması ilə bir çox köhnə modelli S-125 sistemləri istifadədən çıxarılır.
Zenit raket kompleksi S200
S-200 zenit raket kompleksi – NATO kod adı SA-5 Gammon, uzaq məsafədən düşmənin hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş raket sistemdiir. Böyük sahəni bombardmançı təyyarələrdən və ya başqa strateji uçan aparatlardan qorumaq üçün istifadə edilir. Rusiya istehsalıdır, 1967-ci ildə hazırlanmışdır. Hər bir S-200 divizionunda 6 start qurğusu və atəşi idarə etmək üçün radiolokator sistemi olur. Diviziyona uzaq məsafələrə işləyən digər radiolokasiya sistemləri də qoşula bilər. == Azərbaycan HHMQ-nin silahlanmasında yer alan S-200 "Vega" uzun mənzilli zenit raket kompleksi == S-200 zenit raket kompleksi – uzaq məsafədən düşmənin hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş raket sistemidir. Böyük sahəni bombardmançı təyyarələrdən və ya başqa strateji uçan aparatlardan qorumaq üçün istifadə edilir. Sovet/Rusiya istehsalıdır, 1967-ci ildə istehsal olunmuşdur. Hər bir S-200 divizionunda 6 start qurğusu və atəşi idarə etmək üçün radiolokator sistemi olur. Diviziona uzaq məsafələrə işləyən digər radiolokasiya sistemləri də qoşula bilər.
Özüyeriyən zenit-raket kompleksi
Özüyeriyən hava hücumundan müdafiə sistemi, hava hücumlarından müdafiə xüsusiyyətlərinə malik olan bir mobil texnikadır. Özüyeriyən hava hücumundan müdafiə sistemi, ümumilikdə, avtomatik toplar, daha böyük silahlar, döyüş raketləri və ya daha uzun mənzilli döyüş raketlərindən istifadə edir. İstifadə edilən platformalar adətən, yük maşınları, zirehli transportyor və tanklar kimi ağır döyüş texnikalarıdır.
Avstraliya Zireh və Artilleriya Muzeyi
Avstraliya Zireh və Artilleriya Muzeyi İkinci Dünya Müharibəsi və müharibədən sonrakı dövrlərdəki tanklara, zirehli texnikalara və artilleriyaya həsr olunmuş şəxsi muzeydir. Rəsmi olaraq 2014-cü ildə Avstraliyanın Kvinslend ştatının Keyns şəhərində açılmışdır.Muzey ixtisar edildiyi zaman Littlefield kolleksiyasından bəzi əşyalar da daxil olmaqla, sərgi üçün xaricdən bir sıra nəqliyyat vasitələri və əşyalar alınır. Bu, Avstraliyadakı ən böyük hərbi maşın kolleksiyasıdır və Puckapunyaldakı Avstraliya Kral Zirehli Korpusu Memorialı və Ordu Tank Muzeyindən başqa Avstraliyada yeganə böyük avtomobil kolleksiyasıdır. Bu, dünyada artilleriya və zirehli döyüş maşınlarının ən böyük şəxsi kolleksiyalarından biridir. Muzeydə Rusiya, Almaniya, Yaponiya, Böyük Britaniya, ABŞ və Çexoslovakiyadan olan texnikalar da daxil olmaqla, bir sıra xarici istehsalçıların texnikaları saxlanılır. == Kolleksiyası == Muzeydə Birinci Dünya Müharibəsinə aid artilleriya, İkinci Dünya Müharibəsindən və müharibədən sonrakı dövrə aid texnikalar mövcuddur. Bütün kolleksiyada 190-dan çox eksponatla birlikdə 100-dən çox maşın vardır. Bəziləri də bərpa və tranzitin müxtəlif mərhələlərindədirlər. Kolleksiyada Almaniya, ABŞ, Avstraliya, Britaniya və Rusiya nümunələri də daxil olmaqla bir sıra zirehli maşınlar sərgilənir. === ABŞ nəqliyyat vasitələri === Kolleksiyaya daxil olan ABŞ avtomobillərinə həm erkən model, həm də sonrakı model Stuart, M47 Patton, M48 Patton, M110 özüyeriyən artilleriyası, M3 Lee, M3 Grant, Sherman M4A1, White zirehli yarımtransportyoru, Staghound, M52 105 mm SPG, LVT4 desant maşını, M114 Komanda və Kəşfiyyat maşını, M577A1 Komanda maşını (keçmiş Avstraliya Ordusu), M113A1 (keçmiş Avstraliya ordusu), White M3 zirehli yarımtransportyoru, Staghound zenit silahının variantı, M3 Grant “yerli təsərrüfat versiyası”, M36 Jackson, M7 Priest və M41 Uoker Bulldoq daxildir.
Türkiyə Artilleriya və Raket Məktəbi
Türkiyə Artilleriya və Raket Məktəbi, Ankaranın Polatlı səmtində yerləşən Təhsil və Doktrin Komandanlığına bağlı bir hərbi hissədir. Briqadir Sebahattin Türker məktəbin komandiridir. Türkiyə Quru Qoşunları üçün “artilleriya” sinifində zabitləri, kiçik zabitləri və mütəxəssis çavuşların yetişdirilməsindən məsuldur. Əvvəlcə məktəbdə nəzəri təhsil dərsləri alınır, coğrafi analiz sistemləri ilə ətraflı təhsil tətbiq olunur. Yüksək müşahidəçi simulyatoru ilə əraziyə çıxmazdan əvvəl məşqlər həyata keçirdilir, daha sonra Fırtına haubitsaları ilə müharibə ssenariləri tətbiq edilərək təyin edilmiş hədəflər vurulur. Qalan müddət ərzində çətin ərazi şərtlərinə alışmaq üçün idman fəaliyyətləri həyata keçirdilir. == Tarixi == Artilleriya və Raket Məktəbinin təməli Osmanlı sultanı I Mahmudun dövründə Üsküdarda qurulan Qumbaraçı Ocağına əsaslanır. III Səlim tərəfindən əvvəlcə Eyüpdə Mühendishane-i Sultani adı ilə açılan və fəaliyyətinə davam edən məktəb, 1795-ci ildə Mühendishane-i Berr-i Hümâyun adı altında Halıcıoğluna köçürüldü. Türkiyə İstiqlaliyyət müharibəsi zamanı qısa bir müddət artilleriya zabitləri yetişdirmək üçün artilleriya təlimatçısı vəzifəsini Konyada davam etdirmişdir. 1923-cü ildə İstanbul Metrisdə Artilleriya Atıcılıq Məktəbi adı ilə fəaliyyətini davam etdirən məktəb, 1941-ci ildə Artilleriya və Artilleriya Atıcılıq Məktəbi adı altında Poladlıya köçürüldü.
PZA Loara zenit-top kompleksi
İstehsalçı ölkə: Polşa İstehsalçı firma: Radwar Tip: Özüyeriyən zenit-top kompleksi İstehsal tarixi: 1990 Xidmətə giriş ili: 1990 – günümüzə Ekipaj: 3 nəfər == Ölçülər == Ağırlığı: 45.3 ton Uzunluğu: 6.67 m Eni: 3.4 m Hündürlüyü: 2.19 m Klirens: 0.47 m == Müdafiə == Zireh: 490 mm-lik homogen polad Sis bombaları == Performans == Dalış dərinliyi: 1.2 m Xəndək keçmə: 2.8 m Maneə keçmə: 0.85 m Qalxma dərəcəsi: 60º Motor: S-1000 dizel Güc: 1000 at gücü Maksimal sürət: 60 km/saat Mənzili: 650 km Dayandırılması (Asqı tipi): fərdi burulma bar == Silahlanma == 2 ədəd 35 mm-lik Oerlikon L/90 avtomatik top Kalibr: 35 mm Mərmi: 35x228 mm Lülənin qalxma bucağı: -5º... +92º Üfüqi tuşlama bucağı: 360º Mərminin çıxış sürəti: 1175 metr/saniyə Atış tezliyi: 550 atış/dəq (hər biri) Hədəfi məhvetmə hündürlüyü: 5 km Hədəfi məhvetmə uzaqlığı: 4 km Radarın avtomatik hədəf izləmə məsafəsi: 26 km == İstifadə edən ölkələr == Polşa 35 mm-lik PZA “Loara-A” zenit-top kompleksi, T-72M1 tankının Polşa variant olan PT-91-in bazasında hazırlanmışdır.
389-cu özüyeriyən-artilleriya qvardiya alayı
== Yaranma tarixi == 10 oktyabr 1944-cü ildə 745-ci özüyeriyən artilleriya polkunun əsasında yaradılib. Uzaq şərqdə Yaponiya qoşunlarına qarşı doyüşlərdə seçildiyinə görə Xinqan polku adlandırılmışdır.
взро́сло дробовичо́к мишу́тка наркоблока́да отсчита́ть ста́вка брита́нцы градообразу́ющий нае́здить онкови́русы отка́шляться переболта́ться раство́р рябе́ть ерник Arlene change machine dead colour ethical gold-tipped ladino monogenesis New English всемером глумиться