ZEYNALABDİN
ZEYNİ
OBASTAN VİKİ
Zeynəddin
Zeynəddin — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Zeynəddin kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Zeynəddin kəndi Kərimbəyli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Zeynəddin kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == 1727-1728-ci illərdə qeydə alınan bu kəndin tarixi daha qədimlərə gedib çıxır. Zeynəddin antroponim addır. Kəndin əsası həmin şəxs tərəfindən qoyulub. K.N.Smirnov isə belə hesab edir ki, kənd burada yaşayan hər hansı sufinin adı ilə əlaqədardır.Kəndin keçmiş adı Zeynəddin məzrəsi olmuşdur. Güman etmək olar ki, kəndin ərazisi Zeynəddin adlı şəxsə məxsus əkin sahəsi olmuşdur və sonralar burada yaranan yaşayış məntəqəsi həmin əkin sahəsinin adı ilə bağlıdır. == Tarixi == === Tarixi abidələri === Zeynəddin kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Zəngəzur silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Zeynəddin kənd tam orta məktəbi fəaliyyət göstərir.
Aşağı Zeynəddin
Aşağı Zeynəddin — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 dekabr 2012-ci il tarixli, 500-IVQ saylı Qərarı ilə Ağdaş rayonunun Ağdaş şəhər inzibati ərazi dairəsinin tərkibindəki Ağdaş şəhəri ilə həmsərhəd olan Aşağı Zeynəddin kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Zeynəddin kəndinin ərazisindən 141,8 ha (bundan dövlət mülkiyyətində olan 42,7 ha və xüsusi mülkiyyətdə olan 99,1 ha) torpaq sahəsi Ağdaş şəhərinin inzibati ərazisinə verilmişdir. == Toponimikası == XIX əsrin axırlarında həmin rayondakı Zeynəddin (indiki Yuxarı Zeynəddin) kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 3 km qərbdə, Ləki dəmiryolu stansiyasından 13 km aralı, Şirvan düzündə yerləşir.
Yuxarı Zeynəddin
Yuxarı Zeynəddin — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Zeynəddin (dəqiqləşdirmə)
Zeynəddin — Naxçıvan Muxtar Respublikasının Babək rayonunda kənd. Aşağı Zeynəddin — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd. Yuxarı Zeynəddin — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd.
Zeynəddin Bilalov
Zeynəddin Dolqat oğlu Bilalov (26 noyabr 1965; Qusar, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən yüngül atlet. 2004 və 2008-ci illərdə baş tutan Paralimpiya Oyunlarında gümüş medallara sahib olub. == Həyatı == Zeynəddin Bilalov 1965-ci il noyabrın 26-da Qusar şəhərində anadan olub. == Karyerası == 2000-ci ildə Zeynəddin Bilalov Avstraliyanın Sidney şəhərində baş tutan XI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Uzunluğa tullanma turnirində 5.42 metr nəticə ilə 8-ci pillənin sahibi olan Zeynəddin Bilalov, 100 metr məsafəyə qaçış turnirində final mərhələsinə vəsiqə qazana bilmədi. Zeynəddin Bilalov 2003-cü il Assen şəhərində (Niderland) Avropa Çempionatının qalibi oldu. 2004-cü ilin sentyabr ayında Zeynəddin Bilalov Yunanıstannın Afina şəhərində baş tutan XII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Zeynəddin Bilalov üçtəjanla tullanma turnirində 12.88 metr nəticə ilə gümüş medala sahibi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2008-ci il tarixli Sərəncamına əsasən Zeynəddin Dolqat oğlu Bilalov "Tərəqqi" medalı ilə təltif edildi.2008-ci ilin avqust ayında Zeynəddin Bilalov Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Zeynəddin Bilalov üçtəjanla tullanma turnirində 12.80 metr nəticə ilə gümüş medala sahib oldu.
Zeynəddin Hacıyev
Zeynəddin Camal oğlu Hacıyev (1941, Tülü, Balakən rayonu – 8 avqust 2023) — Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru, professor. == Həyatı == Z. C. Hacıyev 1941-ci ildə Balakən rayonunun Tülü kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra, 1958–1960-cı illərdə kolxozda sıravi kolxozçu işləyib. 1960-cı ildə ADU-nun tarix fakültəsinə qəbul olub, 1965-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1965–1969-cu illərdə ADU-nun Fəlsəfə kafedrasında əyani aspirant olub. 1966-cı ildə ordu sıralarında qulluq edib. 1969-cu ildə "Siyasət ilə əxlaqın qarşılıqlı münasibətləri" mövzusunda namizədlik, 1993-cü ildə "Elmitexniki tərəqqi ilə sosial dəyişikliklərin dialektikası" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1969–1981-ci illərdə ADU-da müəllim, baş müəllim və dosent vəzifələrində işləyib. 1982–1987-ci illərdə Kirovabadda (indiki Gəncə) Azərbaycan Texnologiya İnstitutunda Fəlsəfə kafedrasının müdiri olub. 1988-ci ildən ölümünə qədər BDU-da fəlsəfə kafedrasında çalışmışdır.
Zeynəddin Qəzvini
Zeynəddin bin Həmdullah əl-Qəzvini (?-?) — XIV əsr İran tarixçisi. == Həyatı == Zeynəddin bin Həmdullah əl-Qəzvini XIV əsrin İran tarixçisidir, Həmdullah Qəzvininin oğludur. O, atasının «Tarixi-qozide» əsərinə 1341-1392-ci illərdə Azərbaycanda və İranda baş vermiş tarixi hadisələrin təsvirini artırmışdır. Əsərdə bu dövrün başlıca hərbi-siyasi hadisələrinin təsviri verilir və bu hadisələrin mədəni mühitə təsiri dərəcəsini öyrənmək baxımından o, qiymətli mənbələrdən biridir. Ümumiyyətlə, «XIII-XIV əsrlərdə, Şərq ölkələrində, o cümlədən Azərbaycanda və İranda tarix elmi nəzərəçarpacaq dərəcədə irəliləmişdi. Akademik V.V.Bartold bu dövrü «Fars (İran) tarixşünaslığının qızıl əsrləri» adlandırmışdır».1341-1392-ci illərin ictimai-siyasi həyatından bəhs edən Zeynəddin bin Həmdullah Qəzvini “Zeyl-e tarix-e qoz de” (“Seçilmiş tarixə”ə əlavə) əsərində Cəlairlər, Teymurlular dövründən geniş bəhs edir.
Zeynəddin Xasmətov
Zeynəddin Nurəddin oğlu Xasmətov (8 iyul 1959, Xürəl, Qusar rayonu) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Milli Məclisinin I çağırış üzvü. == Həyatı == Zeynəddin Xasmətov 1959-cu il iyulun 8-də Qusar rayonunun Xürəl qəsəbəsində anadan olub. Rusiya Avtomobil-Yol İnstitutunda avtomobil nəqliyyatının iqtisadiyyatı üzrə ali təhsil alıb. Rus dilini bilir. Zeynəddin Xasmətovun 2 övladı var. == Siyasi fəaliyyəti == 1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 65 nömrəli Qusar dairəsindən bitərəf namizəd olan Zeynəddin Xasmətov, I çağırış Milli Məclisin deputatı seçildi. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Zeynəddin Xasmətov, Milli Məclisin Büdcə məsələləri Daimi Komissiyasının və Azərbaycan—Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü oldu.Zeynəddin Xasmətov əvvəl bitərəf siyasətçi olmuşdur, bir müddət isə Azərbaycan Demokratik Sahibkarlar Partiyasının üzvü olmuşdur. Sonralar Azərbaycan Demokratik Sahibkarlar Partiyasından istefa verən Zeynəddin Xasmətov hal-hazırda Yeni Azərbaycan Partiyasının üzvüdür.
Zeynəddin Şirvani
Zeynəddin Əburəşid oğlu Şirvani - Mənşəcə Azərbaycan türklərindən olan, XIII əsrlərdə indiki Azərbaycan ərazisində fəaliyyət göstərmiş və dünya şöhrəti qazanmış memar 13 əsr Azərbaycan nəqqaşı. Bakı limanında Şirvanşahların “Bayıl qəsri”Bayıl qalası iqamətgahının yaradılmasında rolu olmuşdur. Qəsrin divarında hörülmüş dördbucaqlı daş lövhə üzərindəki kitabədə “Ustad Zeynəddin Əburəşid oğlu Şirvaninin əsəridir” sözləri həkk edilmişdir. Kitabədəki “nəqqaş”, “peşəkar” ifadələrindən abidənin naxış və təsvirlərinin də ona aid olması ehtimal edilir. == Mənbələr == Azərbaycan Sovet Ensiklopediyası, IV cild, Bakı,1980, s.
Aşağı Zeynəddin bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yuxarı Zeynəddin bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zeynəddin Əli Kiçik
Zeynəddin Əli Kiçik (?-1168) — Ərbil bəyliyinin əmiri. == Həyatı == Əmir Bəytəkinin oğlu. Müzəfərəddin Kökbörinin atasıdır.H.563 (M. 1168)-cü ildə Ərbildən başqa bütün mal-mülkünü oğlu Qütbəddin Mövduda buraxdı. Bu şəhərlər Sincar, Harran, Əl-Hamidiyə, Akır qalasə, Həkkari qalaları, Tikrit və Şəhrizoriydu. Ərəbcə kitablarda ondan xeyli bəhs edilməkdədir. Əsədəddin Şeıko bin Sadi ilə H.555 (M.1160) ildə Həccə getdi. Yüz yaşına gəldiyində gözlərini kor olmasıdan Əmir Əli, H.563 (M. 1168)-cü il Zilqədə ayının 11-ci günü Ərbildə vəfat etdi.
Zeynəddin Qaraca bəy Zülqədər
Zeynəddin Əhməd Qaraca bəy Həsən bəy oğlu Zülqədər — Zülqədəroğulları bəyliyinin banisi, hökmdar. == Həyatı == Zeynəddin Əhməd Qaraca bəy Həsən bəy oğlu 1334–1353-cü illərdə Zülqədəroğulları bəyliyinin başçısı olmuşdu. Elxanlı dövləti hökmdarı Əbu Səid Bahadur xanın buraxdığı boşluqdan istifadə edən Qaraca bəy məmlüklərin Hələb valisi ilə birləşərək Əlbistanı ələ keçirdi. Bəylik qurduqdan sonra ilk savaşını Ərətna bəyliyinə qarşıbaşladı. Təfsilatı ilə qeyd etsək XIII yüzilin sonlarında Hələb və Antəb arasındaki bölgələrə yerləşən Bozoq türkmənləri burada bəzən məmlüklərlə birlikdə quzeyə, şimala doğru yailan səfərlərə qatılır, bəzən də yalnız başlarına Çuxurovadaki ermənilər üzərinə basqın edirdilər. Elxanlı hakimiyəti altında olan Anadolu içlərinə qədər gələn bu türkmənlərin başında Həsən bəy oğlu Zeynəddin Qaraca bəy dururdu. Zeynəddin Qaraca bəyin ətrafında toplanan türkmənlər Antəbdən Əlbistana qədər uzanan bölgələri əllərinə keçirmişdilər. Bunların məmlüklərin davamlı hücumları ilə sarsılmış olan kiçik erməni knyazlığının zəif düşməsindən də faydalanaraq beş min atlı ilə Çuxurovaya girdikləri və bu knyazlığın şərq bölgələrini xaraba qoyaraq zəngin gənimətlərlə Maraşa geri döndükləri bilinməkdədir (1335). Eyni tarixdə Elxanlı hökmdarı Əbu Səid Bahadır xan ölmüş və Anadoludaki türkmən bəyləri üçün bir hərəkət yolu açılmışdı. Bu fürsətdən faydalanan və Qaraca bəy kimi bir türkmən bəyi olan Taraqlı Xəlil bəy Əmir Ərətnanın əlindən Əlbistan yörəsini almağa müvəffəq oldu.
арт-шо́у благотворе́ние вы- незатемнённый ощуще́ньице прота́лкиваться набело но́у-ха́у проднало́говый реа́ктор свежева́то трутовико́вый утеплённый холмого́рский атлет головль маневр accurate chitchatty collyria cordially educational television personation переполниться слип