ZİBİLXANƏ
ZİDD
OBASTAN VİKİ
Zic
Zic (fars. زيج‎) — günəşin, ayın, ulduzların və planetlərin mövqelərinin astronomik hesablamaları üçün istifadə olunan parametrləri cədvəlləşdirən islam astronomik kitabı. == Etimologiya == "Zic" adı Pəhləvi dilindəki "zih" terminindən götürülmüşdür. Bu terminin toxuculuqda sapların düzülüşünə aid olduğu güman edilir. Bu da cədvəlləşdirilmiş məlumatlarda sətirlərin və sütunların düzülüşünə köçürülmüşdür. Belə kitablardan bəziləri "qanun" deyilir. Bu söz yunanca "κανών" sözündən əmələ gəlmişdir.
Zic-elxani
Zic-elxani («Elxani astronomik cədvəli») — Nəsirəddin Tusinin əsəri çoxlu astronomik, riyazi və coğrafi cədvəlləri ilə məşhurdur. Planetlərin geosentirik orbitinin əsas elementləri verilən bu əsərdə riyaziyyat və nücum elminə dair mükəmməl ümumiləşdirmələr aparan alimin bu əsərini bəzən «Elxani təqvimi» deyə də tanıyırlar. == Əsər haqqında == Dünyanın bir çox nüfuzlu kitabxanalarında bu əsərin nüsxələrinə rast gəlinir, çünki, «Zic-i elxani» əsərində 1700 illik astronomiya müşahidələri öz təcrübəsini dəqiq bir surətdə ortaya çıxartmışdır. Planetlərin sutkalıq orta hərəkti haqqındakı məlumatlar son dərəcə dəqiqliklə hesablanmışdır ki, bu da müasir astronomiya cihazlarının köməyi ilə əldə edilən dəqiq məlumatlardan çox cüzi bir surətdə fərqlənmişdir. «Zic-i elxani» əsərində verilən cədvəllər dörd kitabdan ibarətdir, bu əsrin birinci kitabında yunan, fars, yəhudi, ərəb və türk təqvimləri barədə məlumat verilir və bu təqvimlərin birindən digərinə keçmək üsulları izah olunur. İkinci kitabda isə ulduzların yerdəyişməsi və onların ekliptik koordinatlar üzrə yerləşməsi barədə söhbət açılır. «Zic-i elxani» əsərinin üçüncü və dördüncü kitablarında isə astrologiya məsələlərinə toxunulur. Tusinin «Zic-i elxani» əsərində riyaziyyata, coğrafiyaya və astronomiyaya aid verdiyi cədvəllər öz dövrünün elmi informasiyasına görə çox qabaqcıl bir mövqeyə malik idi. Bu cədvəllər içərisində altımışlıq say sistemində sinusun və tangesin (döngənin və toxunanın) üçrəqəmli triqonometriya cədvəlləri verilmişdir. Bu dövrdə məşhur olan 256 şəhərin coğrafi koordinatların cədvəlinə da rast gəlmək mümkündür.
Uluqbəy zici
Zici-sultani (fars. زیجِ سلطانی‎) və ya Uluqbəy zici — Teymuri hökmdarı və alimi Uluqbəy tərəfindən 1438–1439-cu illərdə nəşr olunmuş zic astronomik cədvəli və ulduz kataloqu. Səmərqənddə yerləşən Uluqbəy rəsədxanasında Uluqbəyin himayəsi altında çalışan bir qrup müsəlman astronomunun birgə işinin məhsuludur. Bu astronomlar arasında Qiyasəddin Cəmşid və Əli Quşçu da var idi. Uluqbəy 1437-ci ildə ulduz ilini 365,2570370 gün (365 gün 6 saat 10 dəqiqə 8 saniyə) olaraq hesablamışdır. Bu hesablamada +58 saniyə xəta marjası var. Buna baxmayaraq, Uluqbəy daha sonra ulduz ilini 365 gün, 6 saat, 9 dəqiqə, 35 saniyə olaraq, cəmi 25 saniyəlik səhv fərqi ilə daha dəqiq ölçmüşdür. Bu, Kopernikin +30 saniyəlik səhvə yol verdiyi ölçmədən daha dəqiqdir.
Zici-sultani

изнуря́ющий мона́шек пра́чечный тьма ча́шник влива́ть интри́жка подчерни́ть светоте́хник миньона хизок чичак carfox Chile fanaticize lentigo presage sink-stone грамота коммерческий мудрость перелагать радиолиния славяновед товаро-пассажирский