ZİHAR

ərin arvadını anasına, bacısına və digər evlənməsi haram edilən qadınlara bənzətməsidir. Belə olduqda ər həyat yoldaşı ilə evlənməsi qadağan olan qadınlarla davrandığı kimi davranır, onunla cinsi yaxınlıq etmir. Bu adət islamöncəsi dövrlərdə ərəblərdə çox geniş yayılmışdır. Zihara and içən kimi ər-arvad münasibətləri bitirdi. Məhəmməd peyğəmbərin dövründə də zihar olmuşdur və bu adət Quranda (58: 1-4) qınanılır və bəyənilmir. Buna görə də, İslamda zihar etmək olmaz. Bunu edən kişi böyük günah işləyir. Ancaq belə bir şey olarsa, onda zihar edənə onun həyat yoldaşı haram olur. Onunla yenidən ər-arvad münasibətlərni davam etmək üçün kişi gərək kəffarə versin. Ziharın kəffarəsi bir kölənin azad edilməsidir. Zihar edənin köləsi olmazsa o zaman o, iki ay oruc tutmalıdır. Əgər buna da gücü çatmazsa, onda yoxsul bir müsəlmanı altmış gün səhər və axşam yedirtməlidir.
ZINDIQ
ZİKR