ZİNDƏGANLIQ

is. Həyat, dirilik, yaşayış, dolanacaq, məişət.
[Xotkar:] Nə qədər ki bu Koroğlunun səsi kəsilməyib, dünya üzündə zindəganlıq bizə haram olacaq. Koroğlu”.
Ölüm yeydir belə zindəganlıqdan. Q.Zakir.
…Komediya zindəganlığın ayinəsidir. N.Nərimanov.

□ Zindəganlıq etmək – yaşamaq, dolanmaq, keçinmək, gün keçirmək, həyat sürmək.
Dərya dibində zindəganlıq edən heyvanat və nəbatatın çoxu bir yerə bənd olub qeyri yerə getmirlər. H.Zərdabi.
İki ildən bir qədər ziyadə “Əkinçi” artıq üsrət və məşəqqət ilə zindəganlıq edib canını millət uğrunda fəda etdi. F.Köçərli.

ZİNDƏGANİ
ZİNƏT

Digər lüğətlərdə

европеи́зм костли́вый наи́тие поси́дки фьорд капка́нный костёльный опеча́тывать пита́тельный показать нос самоистяза́ние смотри́тельский chinkapin cops and robbers dick house-parlourmaid proscenium sash frame social security впутать грязнеть кульминационный опустошительный прогрев рыбина